Month: May 2025

  • Bakıda marketdən 13 min manata yaxın oğurluq olub

    Bakıda marketlərdən oğurluq edən şəxslər saxlanılıblar.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Xəzər rayonunda yerləşən marketlərin birindən 12600 manat oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Biləsuvar rayon sakini 30 yaşlı C.Qasımlı saxlanılıb.

    Səbail rayonu ərazisində də analoji hadisə baş verib. Marketlərin birindən 1133 manat oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar 24 yaşlı İ.Həsənov və 34 yaşlı Ş.Xudiyeva saxlanılıblar.

    Faktlarla bağlı araşdırma aparılır.

  • Kasım-Jomart Tokayev Azərbaycanı təbrik edib

    Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    Median.Az President.az-a istinadən bildirir ki, məktubda deyilir:

    “Hörmətli İlham Heydər oğlu. Sizi və bütün qardaş Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.

    Bu bayram xalqınızın ümummilli birliyini və yaradıcı ruhunu təcəssüm etdirir, dövlətçiliyin gələcəkdə də möhkəmləndirilməsi və ölkənin davamlı inkişafı baxımından böyük əhəmiyyətə malikdir.

    İnanıram ki, Azərbaycan Sizin rəhbərliyinizlə mütərəqqi dövlətin gücünün artırılmasına, həmçinin beynəlxalq arenada nüfuzunun möhkəmləndirilməsinə yönəlmiş strategiyanın uğurla həyata keçirilməsini davam etdirəcək.

    Sevindirici haldır ki, Qazaxıstan-Azərbaycan münasibətləri çoxəsrlik dostluq əsasında həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda dinamik inkişaf edir.

    Əminəm ki, biz çoxtərəfli dövlətlərarası əməkdaşlığın yeni zirvələrə yüksəlməsini təmin edərək birgə səylərlə nailiyyətlərimizi artıracağıq.

    Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə Sizə qardaş Azərbaycanın rifahı və tərəqqisi naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram”.

  • Самолет премьера Пакистана приземлился в Международном аэропорту Лачына

    27 мая премьер-министр Исламской Республики Пакистан Шахбаз Шариф прибыл с визитом в Азербайджан.

    Как сообщает АЗЕРТАДЖ, в Международном аэропорту Лачына в честь высокого гостя выстроился почетный караул.

    Премьер-министра Пакистана встретили министр иностранных дел Азербайджана Джейхун Байрамов и другие официальные лица.

  • Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycana səfərə gəlib

    Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif mayın 27-də Azərbaycan Respublikasına səfərə gəlib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Laçın Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Pakistanın baş nazirini Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslər qarşılayıblar.

  • Prezident Laçında “Aşağı Malıbəyli” və “Mirik” su elektrik stansiyalarının açılışında iştirak edib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Laçında “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) “Aşağı Malıbəyli” və “Mirik” su elektrik stansiyalarının (SES) açılışında iştirak edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, “AzərEnerji” ASC-nin sədri Baba Rzayev dövlətimizin başçısına əvvəlcə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında hidro yaşıl enerji layihələri barədə məlumat verib.

    Bildirilib ki, bu günədək istismara verilən 32 və artıq istismara hazır olan altı stansiyanın işə salınması nəticəsində su elektrik stansiyalarının sayı 38-ə, onların gücü isə 307 MVt-a çatdırılır. Yaradılmış su elektrik stansiyalarında istehsal olunan yaşıl enerji hesabına illik 200 milyon kubmetrədək təbii qaza qənaət edilir və 400 min tonadək karbon qazı emissiyasının atmosferə atılmasının qarşısı alınır.

    Dövlətimizin başçısına “Aşağı Malıbəyli” və “Mirik” su elektrik stansiyaları haqqında məlumat verilib. Hər iki stansiya Həkəri çayının sağ qolu olan Zabux çayının Laçın rayonunun Malıbəyli və Mirik kəndlərinin ərazisindən keçən hissəsində inşa edilib. 3.1 MVt gücündə “Aşağı Malıbəyli” və 3.5 MVt gücündə “Mirik” su elektrik stansiyalarında ən müasir avadanlıq quraşdırılıb, optik kabel xətləri çəkilib. Bununla da stansiyalar ölkənin enerji sisteminin mərkəzləşmiş SCADA sisteminə inteqrasiya olunub. “Aşağı Malıbəyli” və “Mirik” SES-lərdə il ərzində 20 milyon kilovat-saat yaşıl enerjinin istehsalı nəzərdə tutulub ki, bu da öz növbəsində 4.3 milyon kubmetr təbii qaza qənaət etməyə şərait yaradacaq, il ərzində 8 min ton karbon qazının atmosferə atılmasının qarşısını alacaq. Yeni istismara verilən stansiyalarda Laçın rayonunun sakinləri çalışacaqlar.

    Prezident İlham Əliyev “Aşağı Malıbəyli” və “Mirik” su elektrik stansiyalarını işə saldı.









  • Ильхам Алиев встретился с переселившимися в село Бейлик Лачынского района, вручил им ключи от домов – ФОТО

    27 мая Президент Азербайджанской Республики Ильхам Алиев встретился с жителями, переселившимися в село Бейлик Лачынского района, вручил им ключи от домов.

    Об этом сообщает АЗЕРТАДЖ.

























  • İlham Əliyev Laçının Bəylik kəndinə köçən sakinlərlə görüşüb – FOTO

    Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın rayonunun Bəylik kəndinə köçən sakinlərlə görüşüb, onlara evlərin açarlarını təqdim edib.

    Median.Az xəbər verir ki, bununla bağlı AZƏRTAC məlumat yayıb.

























  • Эрдоган завтра прибудет с визитом в Азербайджан

    Президент Турции Реджеп Тайип Эрдоган завтра прибудет с визитом в Азербайджан.

    Об этом сообщает TRT Haber.

    Отметим, что завтра также ожидается визит в Азербайджан премьер-министра Пакистана Мухаммеда Шахбаза Шарифа.

  • Ərdoğan sabah Azərbaycana gələcək

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. Səfər sabaha, yəni 28 May – Müstəqillik Gününə təsadüf edəcək.

    Bu barədə “TRT Haber” xəbər verib.

    Bildirilib ki, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin də sabah Azərbaycana səfəri gözlənilir.

  • Sayt rəhbəri hakim qarşısına çıxarılıb

    Meclis.info saytının rəhbəri İmran Əliyev və Elgiz Qəhrəmanın cinayət işinin ilk məhkəmə hazırlıq iclası keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən ilk iclasda təqsirləndirilənlərin anket məlumatları dəqiqləşdirilib.

    İmran Əliyevin vəkili müvəkkili barədə seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi və zalda əyləşməsi ilə bağlı vəsatətlə çıxış edib.

    Ev dustaqlığı ilə bağlı vəsatət təmin edilməsə də, digər vəsatət təmin edilib.

    Cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul olunub.

    Növbəti proses iyunun 10-na təyin edilib.

    Qeyd edək ki, təqsirləndirilən İmran Əliyev 2024-cü il aprelin 19-da həbs edilib. Elgiz Qəhrəman isə sonradan sözügedən cinayət işi üzrə ittiham olunaraq təqsirləndirilən şəxs kimi barəsində polis nəzarəti altında olmaqla qətimkan tədbiri seçilib.

    Hər iki şəxs Cinayət Məcəlləsinin səkkiz maddəsi ilə – 192.2.2 (küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3 (mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (xeyli miqdarda törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 213.2.1 (vergiləri ödəməkdən yayınma – mütəşəkkil dəstə tərəfindən törədildikdə), 320.1 (saxtalaşdırma), 320.2 (saxta sənədlərdən istifadə etmə) ittiham olunur.
    //oxu.az