Month: May 2025

  • В Баку 58-летний мужчина погиб в результате автонаезда

    В Наримановском районе Баку пешеход погиб в результате автонаезда.

    Инцидент произошел на улице Гасана Алиева. Бурлаков Андрей Александрович (1982 г.р.) на автомобиле марки ВАЗ 2107 сбил переходившего дорогу Мирзалиева Асифа Алмамед оглу (1967 г.р.).

    От полученных травм пешеход скончался на месте.

    По факту возбуждено уголовное дело.

  • Bakıda avtomobil 58 yaşlı kişini vuraraq öldürüb

    Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

    Nərimanov rayonu, Həsən Əliyev küçəsi 81 saylı ünvanın qarşısında 1982-ci il təvəllüdlü Burlakov Andrey Aleksandroviç idarə etdiyi “VAZ 2107” markalı avtomobillə yolu keçən piyada 1967-ci il təvəllüdlü Mirzəliyev Asif Alməmməd oğlunu vurub.

    Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Faktla bağlı cinayət işi başlanılıb.

  • Трамп согласился перенести введение пошлин в размере 50% на товары из ЕС

    Президент США Дональд Трамп согласился перенести введение 50-процентных торговых пошлин на экспорт стран Европейского союза с 1 июня на 9 июля.

    Как передает Report, об этом президент США Дональд Трамп написал в соцсети Truth Social.

    “Сегодня мне позвонила Урсула фон дер Ляйен, глава Еврокомиссии, попросив продление дедлайна введения 50-процентных торговых пошлин с Европейским союзом с 1 июня. Я согласился на продление до 9 июля 2025 года”, – говорится в публикации.

    Американский лидер добавил, что глава Еврокомиссии заверила его в скором начале торговых переговоров между Вашингтоном и Брюсселем.

  • Tramp Aİ-dən gələn mallara 50 % gömrük rüsumunun tətbiqini ertələməyə razılaşıb

    ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqı (Aİ) ölkələrinin ixracına 50 faizlik ticarət rüsumlarının tətbiqini iyunun 1-dən iyulun 9-na keçirməyə razılaşıb.

    Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social”da yazıb.

    “Bu gün mənə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen zəng edərək, Avropa İttifaqı ilə 50 faizlik ticarət rüsumlarının tətbiqi müddətinin 1 iyundan uzadılmasını xahiş etdi. Mən 9 iyul 2025-ci ilə qədər uzadılmasına razılıq verdim”, – paylaşımda qeyd edilib.

    Amerika lideri əlavə edib ki, Avropa Komissiyasının Prezidenti onu Vaşinqton və Brüssel arasında ticarət danışıqlarının tezliklə başlayacağına əmin edib.

  • Yol polisini saxta görüntülərlə şantaj edən sürücünün etirafları (VİDEO)

    Yol polisini saxta görüntüləri internetdə yayacağı ilə bağlı təhdid edən sürücü həbs olundu.

    Bakıda “Opel” markalı avtomobilin sürücüsü Sərxan Məmmədov saxlanılıb.

    Belə ki, eyni anda iki qayda pozuntusu edən sürücü saxlanılaraq barəsində protokol tərtib edilib. Sürücü DYP əməkdaşlarını şantaj etmək məqsədilə guya onlara pul verməsi ilə bağlı saxta videogörüntü çəkərək sosial şəbəkələrdə paylaşıb.

    Əməkdaşla sürücü arasındakı dialoq yol polisinin yaxa kamerası ilə qeydə alınıb, şantajçı sürücü ifşa edilib.

    Barəsindəki protokolun ləğvinə çalışan və əməkdaşları təhdid etməyə cəhd göstərən S.Məmmədov əməlini etiraf edib və həbs olunub.

  • Dövlət Sosial Müdafiə Fondunda yeni təyinatlar olub

    Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmri ilə Şahin İbrahim oğlu Əliyev nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədr müavini təyin olunub.

    Bu barədə DSMF məlumat yayıb.

    Məlumata əsasən, o, hazırkı vəzifəsinə qədər fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktoru olub.

    Həmçinin DSMF sədrinin əmrləri ilə fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktoru Mail Ağasən oğlu Məmmədov vəzifəsindən azad edilərək fondun icraçı direktoru, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktor müavini Fuad Ceyhun oğlu Zalıyev isə vəzifəsindən azad edilərək həmin filialın direktoru təyin ediliblər.

    Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktoru vəzifəsinə isə Aqşin Yusif oğlu Əlizadə təyin olunub. O, hazırkı vəzifəsinə qədər nazirliyin tabeliyində DOST Agentliyinin Daxili nəzarət və audit departamentinin müdir müavini işləyib.

  • Завершился процесс исполнения распоряжения о помиловании

    Завершился процесс исполнения распоряжения о помиловании.

    Как сообщает Median.Az, процесс был организован в учреждениях Пенитенциарной службы, Службе исполнения наказаний и пробации.

  • Əfv Sərəncamının icrası başa çatdı

    Əfv Sərəncamının icrası başa çatıb.

    Median.Az xəbər verir ki, əfvin icrası Penitensiar Xidmət müəssisələrində, İcra və Probasiya xidmətlərində həyata keçirilib.

  • Aleksandar Vuçiç İlham Əliyevi təbrik edib

    Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    Median.Az President.Az-a istinadən xəbər verir ki, məktubda deyilir:

    “Hörmətli cənab Prezident. Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi Serbiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edir, ölkənizin firavanlığı və xalqınızın rifahı naminə ən xoş arzularımı çatdırıram.

    Serbiya Respublikası Azərbaycan Respublikası ilə ilk gündən qarşılıqlı etimada, ehtirama və hörmətə, beynəlxalq hüququn fundamental prinsiplərinə ardıcıl şəkildə riayət olunmasına sadiqliyə əsaslanan münasibətlərin inkişafına böyük əhəmiyyət verir.

    Ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində fəaliyyətinizi yüksək qiymətləndirirəm. Görüşümüzü səbirsizliklə gözləyirəm və fəxr edirəm ki, bizi dostluq münasibətləri ilə yanaşı, strateji tərəfdaşlıq da birləşdirir. Əminəm ki, Strateji Tərəfdaşlıq Şurasının qarşıdan gələn Birinci Sessiyası qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın möhkəmlənməsinə təkan verəcəkdir.

    Bu xoş fürsətdən istifadə edərək, Serbiya Respublikasının bütövlüyünü qorumaq, Kosovo və Metoxiya məsələsini sülh yolu ilə və diplomatik vasitələrlə həll etmək istiqamətində səylərini prinsipial və qəti şəkildə dəstəklədiyiniz üçün Azərbaycan Respublikasına və şəxsən Sizə bir daha minnətdarlığımı bildirmək istəyirəm.

    Zati-aliləri, əmin olun ki, Serbiya Respublikası da öz növbəsində Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə dəstəyini davam etdirəcək.

    Möhtərəm cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

  • Daha iki komanda Bakıda keçirilən mundialın 1/8 finalına vəsiqə qazanıb

    Daha iki komanda Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında 1/8 finala vəsiqə qazanıb.

    Median.Az report-a istinadən xəbər verir ki, Bosniya və Herseqovina ilə Polşa millisi bu raundda iştirak hüququ əldə ediblər.

    Tərəflər F qrupunun III turunda üz-üzə gəliblər. Milli Gimnastika Arenasında gerçəkləşən qarşılaşma heç-heçə yekunlaşıb – 1:1.

    Xallarının sayını 5-ə çatdıran hər iki komanda növbəti raunda yüksəlib.

    F qrupunun Qazaxıstan – ABŞ matçı saat 20:45-də başlayacaq. Hər iki kollektivin 1 xalı var.

    Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.