Month: May 2025

  • Əsgərin ölməsi faktı üzrə cinayət işi başlanıb

    Əsgərin ölməsi faktı üzrə cinayət işi başlanıb.

    Median.Az report-a istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

    Qeyd olunub ki, N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Fariz İsayevin ölüm faktı əsasında Sumqayıt Hərbi Prokurorluğunun və Azərbaycan Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, ölümün səbəbinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunub, eləcə də digər prosessual hərəkətlər icra edilib.

    Faktla bağlı Sumqayıt Hərbi Prokurorluğunda cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.

    Hazırda ibtidai istintaq davam etdirilir, qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən müvafiq qərarın qəbul edilməsi təmin ediləcək.

  • İndoneziyanın vitse-prezidenti Mehriban Əliyevanı təbrik etdi

    İndoneziya Respublikasının vitse-prezidenti Gibran Rakabuminq Raka Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya 28 May – Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:

    “Azərbaycan Respublikasının Müstəqillik Gününün 107-ci ildönümü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram. İndoneziya bu mühüm tarixi Azərbaycanla birgə qeyd edir və ölkənizin inkişafla bağlı əldə etdiyi nailiyyətləri, həmçinin regional və beynəlxalq sülhə töhfələrini yüksək qiymətləndirir.

    İndoneziya və Azərbaycan qarşılıqlı hörmət, ortaq dəyərlər və konstruktiv dialoqa sadiqlik əsasında qurulan səmimi və inkişaf edən tərəfdaşlığa malikdir. Müxtəlif mədəni irslər və ümumi istəklərlə zənginləşən ölkələr kimi bir sıra sahələr üzrə əməkdaşlığımızı dərinləşdirmək və genişləndirmək üçün böyük potensial mövcuddur. Əminəm ki, ölkələrimiz arasında dostluq və həmrəylik gələcək illərdə də inkişaf edəcəkdir.

    Sizə uğurlar və rifah, Azərbaycan xalqına isə davamlı sülh və firavanlıq arzu edirəm.

    Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin”.

  • В Японии произошло сильное землетрясение

    На японском острове Хоккайдо зафиксировали землетрясение магнитудой 5.1.

    Как передает Median.Az, об этом сообщили агентству “Интерфакс” в Сахалинском филиале Единой геофизической службы Российской академии наук.

    “Землетрясение магнитудой 5.1 произошло в понедельник в 19:47 по сахалинскому времени (12:47 по Баку – ред.) с эпицентром на юге острова Хоккайдо на глубине 54 км”, – говорится в сообщении.

    По данным источника, в населенных пунктах Сахалинской области это сейсмическое событие не ощутили.

  • Yaponiyada güclü zəlzələ baş verib

    Yaponiyanın şimalında yerləşən Hokkaydo adasında 5.1 bal gücündə zəlzələ baş verib.

    Median.Az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Saxalin bölməsi məlumat yayıb.

    Bildirilib ki, zəlzələ ocağı yerin 54 kilometr dərinliyində qeydə alınıb.

    Dağıntı və xəsarət alanlar barədə hər hansı məlumat verilməyib.

  • МИД Финляндии вручил ноту послу РФ

    Посол России в Финляндии Павел Кузнецов в понедельник был приглашен в Министерство иностранных дел, где ему вручили ноту в связи с подозрением в нарушении воздушного пространства двумя российскими военными самолетами, передает Median.Az.

    “Послу сообщили, что Финляндия серьезно относится к предполагаемому территориальному нарушению, и попросили прояснить этот вопрос. Послу была вручена нота по этому вопросу”, – сообщила телекомпания Yle со ссылкой на МИД страны.

    Посол принял к сведению этот вопрос и заявил, что передаст сообщение, отмечает Yle.

    23 мая Министерство обороны Финляндии заявило о подозрении в нарушении воздушного пространства страны двумя российскими военными самолетами у побережья Порвоо. Пограничная служба страны расследует инцидент и предоставит более подробную информацию по этому вопросу по мере продвижения расследования, говорилось в пресс-релизе Минобороны.

    В последний раз финская сторона сообщала о нарушении российским самолетом воздушного пространства Финляндии в феврале в Финском заливе, к западу от полуострова Ханко, где, по данным финских властей, российский самолет находился в течение нескольких минут.

  • Finlandiya Rusiyaya nota verdi

    Rusiyanın Finlandiyadakı səfiri Pavel Kuznetsov mayın 26-da Finlandiya Xarici İşlər Nazirliyinə çağırılıb.

    Median.Az bu barədə Finlandiya Xarici İşlər Nazirliyinə istinadən xəbər yayıb.

    Bildirilir ki, diplomata Rusiyaya məxsus iki hərbi təyyarənin ölkənin hava məkanını pozması ilə bağlı nota təqdim edilib.

    “Səfirə bildirildi ki, Finlandiya mümkün ərazi pozuntusuna ciddi yanaşır və bu məsələnin aydınlaşdırılmasını xahiş edir. Ona bu məsələ ilə bağlı rəsmi nota təqdim edildi”, – deyə açıqlamada vurğulanıb.

    Səfir Kuznetsov məsələni nəzərə aldığını və mesajı aidiyyəti üzrə çatdıracağını bildirib.

    Xatırladaq ki, mayın 23-də Finlandiya Müdafiə Nazirliyi Porvoo sahilləri yaxınlığında Rusiyanın iki hərbi təyyarəsinin Finlandiya hava məkanını pozduğundan şübhələndiyini açıqlamışdı. Hazırda insident Finlandiya Sərhəd Xidməti tərəfindən araşdırılır.

  • Sabah Şirvan şəhərinin qaz təchizatı dayandırılacaq

    Sabah Şirvan şəhərinin bir hissəsində qaz təchizatı dayandırılacaq.

    Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

    Bildirilib ki, Şirvan “əhali” ölçü qovşağından təbii qazla təmin edilən diametri 315 mm PE ortatəzyiqli yeraltı qaz xəttində kipliyin sınağı aparılacaq.

    Bu məqsədlə iyunun 27-də saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Şirvan şəhərinin Bağçılıq massivi, Məcburi köçkünlər qəsəbəsi, M.Rəsulzadə, 28 May, F.Xoyski, Ç.Mustafayev, Ş.İ.Xətai, M.Müşviq, Şəhriyar, N.Tusi, Ə.Kürçaylı, Bülbül, Ü.Hacıbəyov, Heyranxanım, S.Bəhlulzadə küçələrində, eyni zamanda, səkkiz qeyri-yaşayış sahəsində (ümumi 2 508 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

  • Стало известно о состоянии выжившей после падения с 10-этажа в Баку девушки (Обновлено)

    Уроженка Бейлаганского района Нармина Амирли (2006 г.р.) упала с 10-го этажа 16-этажного здания, расположенного по адресу: город Баку, Ясамальский район, улица Асада Ахмедова, 24B.

    Об этом сообщает Median.Az со ссылкой на информацию, распространенную Объединением по управлению медицинскими территориальными подразделениями (TƏBİB).

    24 мая около 18:50 в Республиканский центр скорой и неотложной медицинской помощи поступил вызов из Ясамальского района по поводу падения 19-летней девушки с высоты.

    “По вызову была направлена бригада скорой медицинской помощи. Пострадавшей была оказана необходимая медицинская помощь, наложена шейная шина. Пациентка была эвакуирована в Клинический медицинский центр с диагнозом “сочетанные травмы, травма пояснично-крестцового отдела позвоночника”.

    Ей была немедленно оказана необходимая медицинская помощь. В настоящее время пациентка проходит лечение в отделении нейрохирургии. Ее состояние оценивается как стабильно тяжелое”, – говорится в сообщении.

    * * * * *

    В Ясамальском районе Баку произошел несчастный случай.

    Как сообщает Median.Az со ссылкой на Qafqazinfo, инцидент зафиксирован 24 мая около 19:00.

    Уроженка Бейлаганского района Нармина Амирли (2006 г.р.) упала с 10-го этажа 16-этажного здания, расположенного по адресу: улица Асада Ахмедова, 24B.

    Девушка чудом осталась жива.

    Состояние госпитализированной Н.Амирли оценивается как среднетяжелое.

  • Bakıda 10-cu mərtəbədən yıxılaraq sağ qalan qızın vəziyyəti AÇIQLANDI (Yenilənib)

    Beyləqan rayon sakini 2006-cı il təvəllüdlü Nərminə Əmirli paytaxtın Əsəd Əhmədov küçəsi, 24B ünvanında yerləşən 16 mərtəbəli binanın 10-cu mərtəbəsindən yıxılıb.

    Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi məlumat yayıb.

    Bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu ərazisindən 24.05.2025-ci il tarixində saat 18:50 radələrində 19 yaşlı şəxsin (qadın cinsli) hündürlükdən yıxılması səbəbilə çağırış daxil olub.

    “Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Xəstəyə zəruri tibbi yardım göstərilib, boyun şinası qoyulub. Pasiyent müştərək travmalar, bel-oma nahiyəsinin travması diaqnozu ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub.

    Dərhal xəstəyə zəruri tibbi xidmətlər göstərilib. Hazırda Neyrocərrahiyyə şöbəsində xəstənin müalicəsi davam etdirilir. Vəziyyəti ağır stabil qiymətləndirilir”, – deyə, məlumatda qeyd edilib.

    * * * * *

    Bakı şəhəri Yasamal rayonunda bədbəxt hadisə baş verib.

    Median.Az “Qafqazinfo”a istinadla xəbər verir ki, hadisə mayın 24-ü saat 19 radələrində qeydə alınıb.

    Belə ki, Beyləqan rayon sakini 2006-cı il təvəllüdlü Nərminə Əmirli paytaxtın Əsəd Əhmədov küçəsi, 24B ünvanında yerləşən 16 mərtəbəli binanın 10-cu mərtəbəsindən yıxılıb.

    Pəncərədən yıxılan qız möcüzə nəticəsində sağ qalıb.

    Xəstəxanaya yerləşdirilmiş N. Əmirlinin vəziyyəti orta ağırdır.

  • Azərbaycanda həbs edilən Gürcüstan vətəndaşı ölkəsinə təhvil verildi

    Azərbaycanda həbs edilən Gürcüstan vətəndaşı ölkəsinə təhvil verilib.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

    Qeyd olunub ki, mənimsəmə və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda təqsirli bilinərək 2019-cu ildə beynəlxalq axtarışa verilmiş, Tbilisi şəhər məhkəməsinin 25.10.2023-cü il tarixli hökmü ilə qiyabi məhkum edilmiş Gürcüstan vətəndaşı, 1987-ci il təvəllüdlü İrakli Berdzenadzenin verilməsinə dair Gürcüstanın Baş Prokurorluğunun vəsatətini Azərbaycan Baş Prokurorluğu təmin edib.

    Bu ilin fevral ayında Azərbaycanda müəyyən edilərək həbs edilən İrakli Berdzenadze Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Gürcüstanın səlahiyyətli orqanlarına təhvil verilib.