Month: May 2025

  • Məşhur türkiyəli aktrisa avtomobil qəzasına düşüb

    “Asmalı konak” və “Karagül” seriallarındakı rolları ilə məşhur olan türkiyəli aktrisa Şerif Sezer avtomobil qəzasına düşüb.

    Bu barədə Median.Az “Haber Global”a istinadən xəbər verir.

    Məlumata görə, 78 yaşlı aktrisa Bodruma doğru hərəkət edərkən Muğlanın Milas rayonunda digər avtomobillə toqquşub. Qarşı tərəfdən gələn maşının sürücüsü idarəetməni itirərək Şerif Sezerin olduğu avtomobilə çırpılıb.

    Çırpılan maşının 26 yaşlı sürücüsü yaralanıb. Şerif Sezer isə qəzadan yara almadan xilas olub və hadisə yerindən başqa bir dostunun maşını ilə Bodrum istiqamətində yoluna davam edib.

  • Bakıda bir sıra ağır cinayətlər törətməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb

    Cinayətkar birlik təşkil edərək mütəşəkkil dəstənin digər üzvləri ilə birgə Bakının müxtəlif ərazilərində bir sıra ağır və xüsusilə ağır cinayət əməlləri törətməkdə təqsirləndirilən və uzun müddətdir axtarışda olan Xalid Tağıyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib. Onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib.

    Növbəti proses iyunun 10-na təyin edilib.

    Qeyd edək ki, Azərbaycan Respublikasının 01.09.2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilərək barəsində axtarış elan olunmuş Xalid Tağıyev barəsində Baş Prokurorluğun İstintaq idarəsində araşdırma aparılıb.

    İstintaqla Xalid Tağıyevin 1995-1999-cu illər ərzində cinayətkar birlik təşkil edərək bandanın digər üzvləri ilə birgə Bakı şəhərinin müxtəlif ərazilərində bir sıra ağır və xüsusilə ağır cinayət əməlləri törətməsinə dair əsaslı şübhələr müəyyən edilib.

    Belə ki, onun 1998-ci il sentyabrın 2-də Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən fərdi yaşayış evinə basqın etməsinə, ev sahibi Məmməd Hacıyevi, həmin ilin sentyabr ayının sonunda Sabunçu rayonu, Bilgəh qəsəbəsində Arif Quliyevi, 1999-cu ilin sentyabr ayının 11-də isə Zahid Vəliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Bundan başqa, Xalid Tağıyevin həmin cinayətkar dəstənin tərkibində oğurluq, quldurluq, nəqliyyat vasitələrini qaçırma, rəsmi sənədləri və möhürləri oğurlama, vəzifəli şəxsin adını özbaşına mənimsəmə, dövlət əmlakını oğurlama, müvafiq icazə olmadan odlu silah və döyüş sursatı əldə etmə, saxlama, gəzdirmə və saxta sənəddən istifadə edərək Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhd etmə hallarında da iştirakı ilə bağlı əsaslı şübhələr müəyyən edilib.

    01.07.2000-ci il tarixdə Azərbaycan Respublikasının 01.09.2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilərək barəsində beynəlxalq axtarış elan edilmiş Xalid Tağıyev cari il fevralın 12-də hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq istintaqa təqdim edilib, növbəti gün ona rəsmi ittiham elan olunub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

    2025-ci il aprelin 29-da təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikasının 01.09.2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin 70, 94-cü maddəsinin 1, 6, 7, 8-ci bəndləri, eləcə də hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 29, 318.1 və 320.2-ci maddələri ilə yeni ittiham irəli sürülüb.
    //oxu.az

  • На полигоне вблизи Пирекешкюля будут утилизированы непригодные к использованию боеприпасы

    26-30 мая на полигоне вблизи поселка Пирекешкюль Абшеронского района с соблюдением правил безопасности будет проведена утилизация боеприпасов с истекшим сроком эксплуатации и непригодных к использованию.

    Об этом сообщает Министерство обороны Азербайджана.

    “Призываем население не паниковать из-за звуков взрывов, причин для беспокойства нет”, – говорится в информации оборонного ведомства.

  • Müdafiə Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ – Partlayış səsləri eşidiləcək

    Pirəkəşküldə 26-30 may tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv edilməsi prosesi həyata keçiriləcək:

    “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”.

  • Всего месяц в армии: в Азербайджане скончался новобранец – ФОТО

    Скончался солдат Фариз Садыг оглу Исаев, призванный месяц назад на военную службу из села Хачмаз Огузского района.

    Как сообщает Median.Az со ссылкой на bakupost.az, 20-летний рядовой умер 10 мая, спустя три дня после церемонии принятия присяги.

    По предварительной информации, у молодого человека была повышенная температура, в связи с чем ему был введен антибиотик. Предположительно, инъекция вызвала анафилактический шок, который привел к летальному исходу.

    Отметим, что официального заявления по поводу смерти новобранца не было.


  • Azərbaycanda bir ayın əsgəri iynədən şoka düşüb öldü – FOTO

    Oğuz rayonunun Xaçmaz kəndindən hərbi xidmətə çağırılan əsgər Fariz Sadiq oğlu İsayev dünyasını dəyişib.

    Median.Az Bakupost.az-a istinadla xəbər verir ki, 20 yaşlı Fariz hərbi xidmətə bir ay öncə başlayıbmış.

    Andiçmə mərasimindən üç gün sonra əsgər mayın 10-da dünyasını dəyişib.

    İddialara əsasən, qızdırması olan əsgərə antibiotik iynəsi vurulub və o, iynənin təsirindən şoka düşərək ölüb.

    Qeyd edək ki, əsgərin ölümü ilə bağlı heç bir rəsmi açıqlama verilməyib.


  • Ermənistanın Azərbaycan torpaqlarında talançılıq etməsi faktı məhkəmədə təsdiqlənib

    Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Ermənistan silahlı qüvvələrinin Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın suveren ərazilərini işğal etdikdən sonra yaşayış məntəqələrində talançılıq aparılması təsdiqlənib.

    Təqsirləndirilən şəxs Melikset Paşayan Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Təranə Məmmədovanın suallarını cavablandırarkən “Əsgəran rayonu”nun 31-ci taborunun tərkibində xidmət etdiyini bildirib. O, taborun tərkibində 1993-1994-cü illərdə Ağdam rayonunun Suma, Sarıcalı, Güllücə kəndləri istiqamətində postlarda dayandığını deyib.

    “Bu, atıcı taboru idi. Taborda qumbaratanlar, minaatanlar, pulemyotlar, avtomatlar, qumbaralar var idi”, – deyə Melikset Paşayan suallara cavabında söyləyib.

    O, Azərbaycanın torpaqları işğal olunandan sonra orada talançılıqla məşğul olub-olmaması ilə bağlı suala isə belə cavab verib: “Mən talanlarda iştirak etməmişəm. Postda növbə bitib qurtarana qədər talan etməyə heç nə qalmırdı”.

    Təqsirləndirilən şəxs iddia edib ki, talanda iştirak edənlər mülki ermənilər olublar. M.Paşayan deyib ki, hərbçilər talana gedən mülki şəxslərə əraziyə girməməklə bağlı xəbərdarlıq edirdilər: “Deyirdilər ki, ora getməyin, sizə güllə, mərmi dəyər”.

    O, hərbçilərin mülki şəxsləri bu talandan çəkindirməsinin səbəbinin onları fiziki baxımdan qorumaq olduğunu da əlavə edib.

    M.Paşayan Birinci Qarabağ müharibəsində iştiraka görə qondarma rejimin “İgidliyə görə” “medal”ı ilə təltif olunduğunu da bildirib və deyib: “Dəqiq xatırlamıram, ya Bako Saakyanın, ya da Arayik Arutyunyanın dövründə idi”.

    Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

  • Ненефтяной экспорт Азербайджана в апреле вырос на 20%

    Объем ненефтяного экспорта Азербайджана в январе-апреле 2025 года составил 1 млрд 68.6 млн долларов.

    Как сообщает Median.Az со ссылкой на Агентство поощрения экспорта и инвестиций (AZPROMO), это на 16% больше по сравнению с аналогичным периодом 2024 года.

    Только в апреле текущего года стоимость экспортированных ненефтяных товаров составила более 296.7 млн долларов, рост в годовом выражении составил 20%.

  • Azərbaycanın qeyri-neft ixracı apreldə 20% artıb

    2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanın qeyri-neft ixracının dəyəri 1 068.6 milyon ABŞ dolları təşkil edib.

    Median.Az-ın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən verdiyi məlumata görə, bu, 2024-cü ilin analoji dövrü ilə müqayisədə 16% çoxdur.

    Bildirilib ki, təkcə cari ilin aprel ayında ixrac olunan qeyri-neft məhsullarının dəyəri 296.7 milyon ABŞ dollarından çox təşkil edib, bu da illik ifadədə 20%-lik artım deməkdir.

  • МИД Армении назвал конструктивной беседу Ильхама Алиева и Никола Пашиняна в Албании

    Встреча премьера Армении Никола Пашиняна и Президента Азербайджана Ильхама Алиева в Албании была конструктивной.

    Как передает Median.Az со ссылкой на армянские СМИ, об этом сказал журналистам на полях форума “Ереванский диалог” замглавы армянского МИД РА Ваан Костанян.

    “По нашей оценке, встреча прошла довольно конструктивно. И руководители двух стран выразили готовность продолжить обсуждения относительно подписания мирного договора”, – отметил он.

    В Ереване считают, что в ближайшем будущем будет возможность продолжить обсуждения с азербайджанской стороной.

    Напомним, указанная встреча состоялась на полях VI Cаммита Европейского политического сообщества в Тиране 16 мая.