Month: May 2025

  • “Formula-1”: Monako Qran-prisinin təsnifat mərhələsi başa çatdı

    “McLaren” komandasının britaniyalı pilotu Lando Norris “Formula-1” üzrə dünya çempionatının səkkizinci mərhələsi – Monako Qran-prisinin təsnifat mərhələsinin qalibi olub.

    İkinci yeri “Ferrari”dən Şarl Lekler tutub. İlk üçlüyü isə “McLaren” komandasının digər pilotu, avstraliyalı Oskar Piastri qapayıb.

    Yarışın əsas mərhələsi bazar günü Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.

  • AMB kağız və metal pulların istehsalı və nəqli üzrə xərclərini 34 %-dən çox azaldıb

    Ötən il Azərbaycan Mərkəzi Bankının (AMB) kağız və metal pulların istehsalı və nəqli üzrə xərcləri 9,282 milyon manat olub.

    Median.Az bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

    Sənədə əsasən, bu, 2023-cü illə müqayisədə 34,2 % azdır.

    Ötən ilin sonuna Azərbaycanda dövriyyədə olan kağız və metal pulların həcmi 17,449 milyard manat olub. Məlumata görə, dövriyyədə olan kağız və metal pulların həcmi son bir ildə 131 milyon manat və ya 0,8 % artıb.

  • Джейхун Байрамов и его пакистанский коллега Мухаммад Исхак Дар обсудили двусторонние отношения

    Министр иностранных дел Пакистана Мухаммад Исхак Дар провел телефонный разговор с азербайджанским коллегой Джейхуном Байрамовым.

    Об этом сообщили в пресс-службе пакистанского внешнеполитического ведомства.

    Согласно информации, стороны рассмотрели весь спектр двусторонних отношений, и обменялись мнениями по региональным и международным вопросам.

    “Главы МИД также обсудили предстоящий визит премьер-министра Пакистана Шахбаза Шарифа в Азербайджан”, – отметили в министерстве.

  • Ceyhun Bayramov və pakistanlı həmkarı Məhəmməd İshaq Dar ikitərəfli münasibətləri müzakirə ediblər

    Pakistanın baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

    Bu barədə Pakistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Tərəflər ikitərəfli münasibətlərin bütün aspektlərini müzakirə ediblər.

    Həmçinin regional və beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi aparılıb.

    Nazirlər Pakistanın Baş naziri Şahbaz Şərifin Azərbaycana gözlənilən səfəri barədə də danışıblar.

  • Стало известно о состоянии получивших ножевые ранения в кафе в Гёранбое (Обновлено)

    Стало известно о состоянии пострадавших в результате поножовщины в Гёранбое.

    Как заявили в ответ на запрос в Объединении по управлению медицинскими территориальными подразделениями (TƏBİB), 24 мая в 02:25 и 13:20 двое мужчин (1985 г.р. и 1987 г.р.) были госпитализированы в отделение скорой медицинской помощи Гёранбойской центральной районной больницы.

    “Им была оказана необходимая медицинская помощь. Поскольку их состояние оценивалось как удовлетворительное, они были выписаны домой”, – добавили в структуре.

    * * * * *

    В селе Сафикюрд Гёранбойского района произошла поножовщина.

    Как сообщает АПА, инцидент зафиксирован в сельском кафе.

    Местные жители З.Мурадов (1985 г.р.) и И.Мамедов (1987 г.р.) были госпитализированы с ножевыми ранениями.

    В ходе расследования было установлено, что их на почве конфликта ранил ножом В.Сарыев (1981 г.р.).

    По данному факту ведется следствие.

  • Kafedə araq məclisi qanla bitdi – TƏFƏRRÜAT (Yenilənib)

    Goranboy rayonunda iki nəfərin bıçaqlanmasının təfərrüatı məlum olub.

    Hadisə rayonun Səfikürd kəndində yerləşən kafedə qeydə alınıb.

    Kənd sakinləri olan 3 dost – 1985-ci il təvəllüdlü Zaur Muradov, 1987-ci il təvəllüdlü Mail Məmmədov və 1981-ci il təvəllüdlü Vüsal Sarıyev kafeyə gələrək orada çörək yeyiblər. Onlar kafedə 2 litrdən artıq araq içiblər. Daha sonra Zaur Muradov Vüsal Sarıyevə söyüşlə zarafat edib. Bu vaxt V.Sarıyev sərxoş vəziyyətdə olduğundan zarafatı qəbul etməyib və kafedən götürdüyü bıçaqla Zaur Muradova xəsarət yetirib. Hadisə zamanı onları ayırmaq istəyən Mail Məmmədov V.Sarıyevi kafedən çıxarmaq istəyərkən sonuncu onu da bıçaqlayıb.

    Yaralılar xəstəxanaya yerləşdiriliblər.

    Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər, V.Sarıyev saxlanılıb.

    Faktla bağlı cinayət işi başlanıb.

    * * * * *

    Goranboyda bıçaqlanma hadisəsində yaralanan şəxslərin son vəziyyətləri açıqlanıb.

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 24.05.2025-ci il tarixində saat 02:25 və 13:20-də 2 nəfər (kişi cinsli) Goranboy Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

    1985-ci il təvəllüdlü şəxsə kürək və bel nahiyəsinin kəsilmiş yarası, 1987-ci il təvəllüdlü şəxsə isə sol boyun nahiyəsinin kəsilmiş yarası diaqnozu təyin edilib.

    Hər iki şəxsə zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirildiyindən hər biri ambulator müalicə üçün evə buraxılıb.

     * * * * *

    Goranboyda bıçaqlanma hadisəsi baş verib.

    Median.Az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Səfikürd kəndində yerləşən kafedə qeydə alınıb.

    Kənd sakinləri – 1985-ci il təvəllüdlü Z.Muradov və 1987-ci il təvəllüdlü İ.Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.

    Araşdırma zamanı məlum olub ki, onlar mübahisə zəminində 1981-ci il təvəllüdlü V.Sarıyev tərəfindən bıçaqlanıblar.

    Faktla bağlı araşdırma aparılır.

  • Sarıcalı sakini: Sevinirəm ki, Ağdamın yenidən qurulmasında mənim də əməyim var

    Ağdamın Sarıcalı kəndinin sakini rayonun yenidən qurulmasında onun da əməyinin olduğuna sevindiyini bildirib.

    Bu barədə “Report”un Ağdama ezam olunan əməkdaşı ilə söhbətdə rayonun Sarıcalı kənd sakini Əli Rzayev deyib.

    O, daha əvvəl görmədiyi kəndlərinə qayıdaraq əmək fəaliyyətinə başlamağın bir vaxtlar xəyal olduğunu, lakin artıq gerçəkləşdiyini vurğulayıb:

    “Mən əvvəllər Sarıcalını görməsəm də, valideynlərim kəndimiz və Ağdam barədə çox danışıblar. Mən düşünməzdim ki, barəsində valideynlərimdən eşitdiyim kəndimizdə yaşayaraq doğma rayonda işləyəcəm. Şükür, artıq yurdumuza qayıtmışıq, öz evimizdə-elimizdə çalışırıq.

    Bir ilə yaxındır ki, Ağdam Sənaye Parkında fəaliyyət göstərən METKONS şirkətində qaynaqçı işləyirəm. Bir müddət əvvəl isə kəndimizə köçmüşük. Kəndimiz rayon mərkəzinə çox yaxındır. Əvvəl uzun yol qət edib Bərdəyə getməli olurdum, bunun da bəzi çətinlikləri vardı. Amma indi demək olar ki, bu çətinliklər aradan qalxıb.

    İnşallah, digər həmyerlilərim də tezliklə köçüb gələr. Çox böyük qürur hissi keçiririk. Buraya köçüb yaşamaqla yanaşı, Ağdamın yenidən qurulmasında mənim də əməyimin olacağına çox sevinirəm”.

  • Gəncədə ev yandı

    Gəncə şəhərinin Səfəvilər küçəsində yerləşən evdə yanğın başlayıb.
     
    Hadisə yerinə iki yanğınsöndürən avtomobil və canlı qüvvə cəlb olunub.
     
    Hazırda alovun söndürülməsi istiqamətində iş aparılır.
     
    ***
     
    Gəncənin Səfəvilər küçəsində qeydə alınan yanğın söndürülüb.
     
    Yanğının elektrik naqillərində yaranan qısaqapanma səbəbindən baş verdiyi ehtimal olunur.

  • İstirahət günü hava necə olacaq?

    Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
     
    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
     
    Bildirilib ki, mülayim şimal-qərb küləyi arabir güclənəcək.
     
    Havanın temperaturu gecə 15-17° isti, gündüz 24-27° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-50 % olacaq.
     
    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
     
    Havanın temperaturu gecə 14-18° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 14-19° isti olacaq.

  • Ermənistanın eks-prezidenti 3 milyon dollar rüşvət alıb – Məhkəmə olacaq

    Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan 3 milyon dollara yaxın rüşvət almaqda ittiham olunur.
     
    Median.Az bu barədə Ermənistan mediasına istinadən xəbər verir.
     
    Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi tərəfindən araşdırılan cinayət işi üzrə həyata keçirilən tədbirlər nəticəsində müəyyən edilib ki, Sarkisyan vəzifədə olan zaman bir şirkətin səhmlərinin 100 faizinin digər şirkətlərə satılmasının qarşısının alınması məqsədilə həmin şirkətin rəhbərindən 2 milyon 985 min dollar rüşvət alıb.
     
    İlkin istintaq sübut edib ki, Sarkisyan 2008-ci il fevralın 20-də bir sıra şəxslərin köməkliyi ilə həmin rüşvətin bir hissəsini, yəni 2 milyon 660 min ABŞ dollarını iş adamından nağd şəkildə, qalan hissəsini isə bir sıra şəxslərin köməyi ilə əldə edib.
     
    İlkin istintaq materialları toplanaraq məhkəməyə göndərilməsi nəzərdə tutulur.
    //sfera.az