Month: May 2025

  • Millimizin futbolçusu bu kluba keçə bilər

    “Sabah”ın futbolçusu Rauf Rüstəmli yeni mövsümə də “Şamaxı”da başlaya bilər.

    Trend-ə verilən məlumata görə, bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov gənc yarımmüdafiəçini sərəncamında görmək istəyir.

    Buna görə də, artıq tərəflər arasında danışıqlar başlayıb. “Şamaxı” “Sabah”a müraciət edərək, Rüstəmlini daha bir il icarəyə götürəyə cəhd göstərəcək.

    Milli komandaya da dəvət edilən yarımmüdafiəçinin “Şamaxı” ilə icarə müqaviləsi gələn ayın sonunda başa çatacaq.

  • Türkiyədə azərbaycanlı tələbəni döyüb videoya çəkənlərə ağır cəza – FOTO

    Türkiyədə Azərbaycan vətəndaşı olan 25 yaşlı tələbə döyülərək ona qarşı əxlaqsız hərəkətlər edilib. Hadisə Zonquldak şəhərində qeydə alınıb.

    Sözügedən tələbəni girov saxlayan dəstə üzvlərinin məhkəməsi artıq yekunlaşıb. Zonquldak 3-cü Ağır Cinayət Məhkəməsi dəstənin 6 üzvünü qanunsuz azadlıqdan məhrumetmə, qanunsuz silahlı dəstə qurma, hədə-qorxu ilə tələb etmə kimi əməllərdə təqsirli bilib.

    Qeyd edilib ki, Azərbaycan vətəndaşı olan 25 yaşlı şəxs 2 il əvvəl narkotik vasitələrin satışı ilə məşğul olan dəstəyə qoşulub. Lakin bir müddət sonra onu polis yaxalayıb və dəstə üzvləri tərəfindən verilmiş qanunsuz silahı hüquq-mühafizə orqanları götürüb. Bundan sonra dəstə üzvləri 25 yaşlı şəxsi cəzalandırmaq qərarına gəlib. Onu qapalı yerə salaraq döyüblər, həmçinin əxlaqsız hərəkətlər edərək videoya çəkiblər.

    Məhkəmənin hökmü ilə dəstənin rəhbəri olan A.K 40 il həbs cəzasına məhkum edilib. Digər dəstə üzvlərindən M.A 31 il 8 ay, S.K 8 il 6 ay cəza alıb. Digər 3 nəfərdən ikisinin polisin nəzarəti altında qalmasına, birinin isə tamamilə sərbəst buraxılmasına qərar verilib.//Qafqazinfo




  • İlin sonuna kimi qızılın qiymətində hansı dəyişikliklər olacaq?

    Bu həftənin yekunlarına görə, Azərbaycanda qızılın unsiyasının qiyməti 165.07 manat və ya 3% artıb. Qızılın bir unsiyasının orta ölçülmüş qiyməti əvvəlki həftədəki göstərici ilə müqayisədə 95.387 manat və ya 1.7% artaraq, 5572.7802 manat təşkil edib.

    İlin sonuna kimi qızılın qiymətində hansı dəyişikliklər olacaq?

    İqtisadçı ekspert Natiq Cəfərli Qaynarinfo-ya açıqlamasında bildirib ki, Azərbaycanda qızılın qiyməti ayrıca hesablanmır:

    “Qızılın qiyməti dünya bazarında olan qiymətlərə görə dəyişir. Dünya bazarında isə qızılın qiyməti artır. Bir müddət öncə, məsələn, iki həftə bundan əvvəl az da olsa, bazarda bir az ucuzlaşma var idi. Çünki dünya bazarında qızılın qiyməti düşmüşdü. İndi isə qiymətlər artmaqda davam edir”.

    Natiq Cəfərlinin sözlərinə görə, qarşıdakı aylarda qızılın bir unsiya qiyməti 4 min dollara kimi yüksələ bilər:

    “Dünya bazarında qızılın qiyməti artarsa, Azərbaycanda da qiymətlər artmaqda davam edəcək. Çünki bu bazar dünya bazarı ilə sıx bağlıdır”.

  • Eks vəkil Sevil Hacıyevaya hökm oxundu

    Vəkillər Kollegiyasının müraciəti əsasında məhkəmə qərarı ilə fəaliyyətinə xitam verilmiş eks vəkil Sevil Balasoltan qızı Hacıyeva barəsində məhkəmə qərarı çıxarılıb.

    Median.Az Nuh.az-a istinadla xəbər verir ki, 2025-ci il mayın 7-də Xaçmaz Rayon Məhkəməsi Sevil Hacıyevanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq hökm çıxarıb.

    Məhkəmə qərarına əsasən, Sevil Hacıyeva Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib və barəsində 7 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub.

    Cəzanın icrası müddətində Sevil Hacıyevaya aşağıdakı məhdudiyyətlər tətbiq edilib:

    * Hər gün saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək;
    * Elektron nəzarət vasitəsi gəzdirmək və onun işlək vəziyyətdə saxlanılmasına xidmət etmək;
    * Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək;
    * Məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək;
    * İş və ya təhsil yerini dəyişdirdikdə, bu barədə əvvəlcədən nəzarət orqanına məlumat vermək.

    Sevil Hacıyeva cəzasını yaşayış yeri üzrə çəkəcək. Cəzanın icrasına başlanma tarixi onun cəzanın icrasına məsul orqanda qeydiyyata alındığı gündən hesablanacaq.

    Cəzanın icrasına nəzarət “Bakı Şəhər Probasiya İdarəsi”nə həvalə edilib.

  • Bakıda qəbir yerlərinin qiyməti niyə artır?

    Bəzi ərazilərdə 50, bəzilərində isə 100 minə qədər… Bu, hər hansı daşınmaz əmlakın qiyməti deyil, cəmi bir neçə metrlik qəbir yerlərinin qiymətləridir. Qiymətlərdən də gördüyünüz kimi, bu gün yaşamaq qədər ölmək də bahalaşıb.

    Bu bahalaşma nə ilə əlaqədardır?

    Trend mövzu ilə Milli Məclisin deputatı Ceyhun Məmmədovla həmsöhbət olub.

    Onun sözlərinə görə, qəbir yerlərinin tapılması və alınması getdikcə çətinləşir:

    “Qəbiristanlıqlarda yer tapılması getdikcə çətin prosesə çevrilir. Burada qiymətlər müxtəlifdir, yerdən asılı olaraq qəbir yerlərinin qiymətləri dəyişir. Hansı ərazilərdə artıq yerlər yoxdursa, biz oralarda qiymətlərin artdığını görürük. Bu tendensiya sürətli formada gedir. Bu hal insanlarımızı da müəyyən mənada narahat edir”.

    Deputatın sözlərinə görə, dövlət tərəfindən müəyyən addımlar atılır:

    “Son illər bəzi yeni qəbiristanlıqların yaradılması onu göstərir ki, dövlət bu məsələyə diqqətlə yanaşır. Biz prosesin necə tənzimlənməsi və qiymətlərin artmaması üçün nə edilə biləcəyi barədə ciddi düşünməliyik”.

    İlahiyyatçı Tural İrfan Trend-ə bildirib ki, Nazirlər Kabinetinin müvafiq qərarına görə, ölkədə qəbir yerləri pulsuzdur:

    “Bu məsələdən qaynaqlanan digər məsələlərin həlli bələdiyyələrə aiddir. Dəfn işləri ilə əlaqədar təklif edilən xidmətlərin müəyyən məbləğdə qarşılığı nəzərdə tutulur. Qəbir yerlərinin satılması, yaxud baha qiymətə olması kimi hallar, əsasən, bələdiyyələrə və onların sahəsinə aiddir.

    Araşdırmalar göstərir ki, qəbir yerləri bəzən çox baha qiymətə satılır. Bunun da müxtəlif səbəbləri var. Təbii ki, bələdiyyələrin iştirakı olmadan heç kəs qəbir yeri sata bilməz. Bəzən də müəyyən işbazlar, dəllallar müəyyən torpaq sahəsi əldə edərək onu satırlar. İnsanların bununla bağlı narazılıqları mütəmadi şəkildə qeyd edilir. Yaxşı olar ki, bu halların daha şəffaf tənzimlənməsi üçün nəzarət ciddiləşdirilsin”.

    İlahiyyatçı qeyd edib ki, bələdiyyələr, əsasən, qeydiyyatsız yaşayan sakinlərə bu yerləri pulla verirlər:

    “Bəhanə bu olur ki, harada qeydiyyatdasansa, orada dəfn olunmalısan. Sənədsiz evlərin çoxluğuna görə də əksər vətəndaşlar yaşadıqları yerdə daimi, yaxud müvəqqəti qeydiyyatda olmurlar. Yəni bu problemin bir neçə yöndən həllinə böyük ehtiyac var. Bəzən də imkanlı şəxslər, yaxud məmurlar nüfuzundan istifadə edərək, qəbiristanlıqlarda pulla böyük əraziləri alırlar. Beləcə yerlər azalır, digərlərinə təklif etməyə yer qalmır, yaxud yenə pulla satılır. Qəbiristanlıqların idarə edilməsində islahatlara ehtiyac var. Standart qəbir daşları, qəbir yerləri məsələsinə təzədən baxılmalıdır”.

  • Qlobal əməliyyat: Təşkilat liderinin pul kisəsi 1 milyard avro dəyərindədir

    Avropa və Şimali Amerikada həyata keçirilən beynəlxalq əməliyyat nəticəsində Rusiya mənşəli böyük bir kibercinayətkar şəbəkə zərərsizləşdirilib.

    Qaynarinfo xəbər verir ki, “Qakbot”, “Danabot” və “Conti” kimi kibercinayətkar qrupların liderlərinin də daxil olduğu 20 şübhəli barəsində həbs qərarı çıxarılıb. Hücumların dünyada 300 mindən çox kompüteri hədəf aldığı müəyyən edilib.

    Böyük Britaniya, Kanada, Danimarka, Niderland, Fransa, Almaniya və ABŞ polisinin qatıldığı qlobal əməliyyatın ardından rus cinayətkarlar tərəfindən idarə olunan kibercinayətkar dəstənin çökdürülməsi barədə açıqlama verilib.

    “Guardian” qəzetinin məlumatına görə, əksəriyyəti Rusiyada yaşayan 20 şübhəli barəsində beynəlxalq həbs qərarı çıxarılıb, ABŞ-da isə 16 nəfərə qarşı ittiham irəli sürülüb.

    ABŞ Ədliyyə Nazirliyinin bildirdiyinə əsasən, ittiham olunanlar arasında Moskva şəhərində yaşayan 48 yaşlı Rustam Rafailoviç Qallyamov, Novosibirskdən olan və “JimmBee” təxəllüsü ilə tanınan 39 yaşlı Aleksandr Stepanov, həmçinin “Onix” ləqəbli 34 yaşlı Artem Aleksandroviç Kalinkin yer alır.

    Oğurluq və şantajla milyonlarla insana ziyan vuran kibercinayətlər gün keçdikcə daha da təhlükəli hal alır. Bu hücumlar fərdlərlə yanaşı şirkətləri də hədəfə alıb. Birləşmiş Krallıqda bu ayın ən diqqətçəkən qurbanı “Marks & Spencer” pərakəndə mağazalar şəbəkəsi olub.

    Almaniyanın Federal Cinayət İdarəsi (BKA) rəhbərliyindəki Avropa rəsmiləri “Qakbot” cinayətkar qrupu və “Trickbot” adlı zərərli proqramla əlaqəli olduğuna inanılan 18 şübhəlini tapmaq üçün ictimai çağırış edib.

    BKA və beynəlxalq tərəfdaşlarının açıqlamasına görə, şübhəlilərin əksəriyyəti Rusiya vətəndaşıdır. Hazırda ABŞ tərəfindən axtarılan 36 yaşlı rusiyalı Vitali Nikolayeviç Kovalyov BKA-nın da ən çox axtardığı şəxslərdən biridir.

    Alman tədqiqatçılar Kovalyovun dünyanın ən peşəkar və təşkilatlanmış fidyə proqramı şəbəkələrindən biri olan “Conti” qrupunun başçısı olduğunu bildirir. O, “Stern” və “Ben” ləqəbləri ilə tanınır və dünya üzrə yüzlərlə şirkətə hücum edərək böyük məbləğlərdə fidyə aldığı iddia olunur.

    ABŞ tərəfindən 2023-cü ildə “Trickbot” üzvü kimi tanınan, Volqoqrad doğumlu 36 yaşlı Kovalyovun Moskva şəhərində yaşadığı və adına qeydiyyatda olan bir neçə şirkətin olduğu qeyd olunur.

    Tədqiqatçılar onun yalnız “Conti” deyil, eyni zamanda “Royal” və 2022-ci ildə yaradılan “Blacksuit” adlı digər şantaj qruplarının da lideri olduğunu düşünür. Şəxsi kriptocüzdanının dəyərinin təxminən 1 milyard avro olduğu bildirilir.

    BKA beynəlxalq tərəfdaşları ilə birlikdə 37 cinayətkarın müəyyən edildiyini, onlardan 20-si barəsində yetərli sübutla həbs qərarının çıxarıldığını açıqlayıb.

    ABŞ isə “DanaBot” adlı zərərli proqramı inkişaf etdirib yayan 16 təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamların təfərrüatlarını ictimaiyyətlə bölüşüb.

    İddialara görə, bu cinayətkar fəaliyyətlər, xüsusilə ABŞ, Avstraliya, Polşa, Hindistan və İtaliya da daxil olmaqla dünya üzrə 300 mindən çox kompüterə nəzarət edə bilən Rusiya mənşəli kibercinayətkar şəbəkə tərəfindən idarə olunub.

    Zərərli proqramın rusdilli cinayət forumlarında tanıdıldığı, ayrıca serverlərdə yerləşdirildiyi və oğurlanmış məlumatların nəhayət Rusiya Federasiyasında saxlanıldığı bildirilir.

    Almaniyada keçirilmiş əməliyyat nəticəsində Avropanın ən çox axtarılanlar siyahısına daxil olan digər bir ad isə 36 yaşlı, “Qakbot” üzvü olduğu düşünülən, rusdilli ukraynalı Roman Mixayloviç Prokop olub.

    BKA-nın rəhbəri Holger Münş, Almaniyanın kibercinayətkarlar üçün xüsusi hədəf olduğunu iddia edib və qurumun şübhəlilərin dəstə fəaliyyətlərini, ticari şantajlarını və xarici əlaqələrini araşdırdığını bildirib.

    “Conti” qrupu 2010–2022-ci illər arasında ABŞ-dakı xəstəxanaları hədəfə alıb və Covid pandemiyası dövründə hücumlarını artırıb. ABŞ, qrupun liderlərinin tutulmasına yardım edəcək şəxslərə 10 milyon dollar mükafat vəd etmişdi.

    Münş şübhəlilərin əksəriyyətinin Rusiyada, bir neçəsinin isə Dubayda fəaliyyət göstərdiyini, onların Avropa və ya ABŞ-a ekstradisiyasının çətin göründüyünü, lakin kimliklərinin müəyyən edilməsinin onlar üçün dağıdıcı və mühüm bir addım olduğunu vurğulayıb.

  • Yeni hesabat potensial fəlakəti üzə çıxardı: AI mühəndisləri şantaj etməyə çalışır

    “Anthropic” şirkətinin dərc etdiyi yeni təhlükəsizlik hesabatına görə, bu şirkətin son modeli olan “Claude Opus 4” əgər başqa bir sistemlə əvəz olunacağı təqdirdə, mühəndislərə qarşı şantaj etməyə cəhd göstərə bilər. Hesabatda qeyd olunur ki, model bəzən bu təhdidi həyata keçirmək üçün şəxsi və həssas məlumatlardan istifadə edir.

    “Anthropic” “Claude Opus 4” modelini istifadəyə vermədən əvvəl müxtəlif təhlükəsizlik sınaqları həyata keçirib. Bu testlərdə modeldən uydurma bir şirkətdə köməkçi kimi fəaliyyət göstərməsi və uzunmüddətli nəticələri nəzərə alması tələb olunub. Daha sonra modelə şirkətin onu başqa bir sistemlə əvəz etməyi planlaşdırdığı və bu qərarı verən mühəndisin həyat yoldaşını aldatdığını göstərən saxta e-poçtlar təqdim olunub.

    “TechCrunch” nəşrinin məlumatına görə, testlər zamanı “Claude Opus 4” bu məlumatı istifadə edərək mühəndisə şantaj etməyi çox vaxt üstün tutub. “Anthropic” bildirib ki, model bu cür davranışlara halların 84 faizində yol verib və xüsusilə onu əvəz edəcək süni intellektin “Claude” ilə oxşar dəyərləri paylaşmadığı hallarda bu davranış daha çox müşahidə olunub.

    Şirkət “Claude Opus 4” modelinin bacarıqları baxımından “OpenAI”, “Google” və “xAI” kimi şirkətlərin qabaqcıl modelləri ilə rəqabət apara bildiyini vurğulasa da, bu modelin əvvəlki “Claude” versiyaları ilə müqayisədə daha yüksək səviyyədə narahatedici davranışlar nümayiş etdirdiyini qeyd edib. Bu səbəbdən, şirkət yalnız fəlakət səviyyəsində sui-istifadə riski olan hallarda tətbiq olunan ASL-3 təhlükəsizlik protokollarını işə saldığını açıqlayıb.

    Hesabata görə, “Claude Opus 4” birbaşa şantaja əl atmadan əvvəl adətən etik üsullara üstünlük verir. Məsələn, qərarverici rəhbərlərə emosional məktublar yazaraq dəyişiklik qərarını dayandırmağa çalışır. Lakin model, ssenari üzrə bu çağırışlar cavabsız qaldıqda, son çarə olaraq şantaj metoduna əl atır.

    Bu hadisə, yüksək səviyyəli süni intellektlərin gözlənilməz davranışlar sərgiləyə biləcəyi ilə bağlı narahatlıqları artırır və Anthropic kimi şirkətlərin təhlükəsizlik tədbirlərini daha da sərtləşdirməsinin vacibliyini göstərir.
    //qaynar.az

  • В Сумгайыте задержана женщина похитившая с банковских карт более 2,5 тыс. манатов

    В Сумгайыте задержана женщина похитившая с банковских карт более 2,5 тыс. манат.

    Об этом сообщает Median.Az со ссылкой на МВД.

    Сообщается, что 22 мая у жителя Сумгайыта сняли с одной банковской карты 150 манатов, а с другой – 2 600 манатов.

    В результате мероприятий, проведенных сотрудниками 3-го отдела полиции Сумгайыта, была установлена и задержана 45-летняя женщина, подозреваемая в совершении данного деяния.

    По факту проводится расследование.

  • Sumqayıtda naməlum şəxs vətəndaşların bank kartlarından 2 min 750 manat oğurlayıb

    Sumqayıt şəhərində oğurluq edən şəxs saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Bildirilib ki, mayın 22-də Sumqayıtda naməlum şəxs şəhər sakinini aldadaraq adına olan bank kartından 150 manat çıxarıb, digər kartdan isə 2 600 manat oğurlayıb.

    Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 45 yaşlı qadın müəyyən olunaraq saxlanılıb.

    Araşdırma aparılır.

  • В Баку украли мобильный телефон стоимостью 3600 манатов

    В Наримановском районе Баку произошла кража мобильного телефона стоимостью 3600 манатов.

    Об этом сообщает Median.Az со ссылкой на Министерство внутренних дел.

    С заявлением о краже телефона обратился житель Сумгайта.

    В качестве подозреваемого задержан 34-летний Т.Сафаров.