Month: May 2025

  • Ermənistan XİN İlham Əliyev və Nikol Paşinyanın Albaniyadakı danışıqlarını konstruktiv adlandırıb

    Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Albaniyada keçirilən görüş konstruktiv olub.

    Median.Az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə jurnalistlərə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan “İrəvan dialoqu” forumu çərçivəsində bildirib.

    “Bizim qiymətləndirməmizə görə, görüş kifayət qədər konstruktiv keçdi. Hər iki ölkənin rəhbərləri sülh sazişinin imzalanması ilə bağlı müzakirələri davam etdirməyə hazır olduqlarını bildirdilər”, – deyə o qeyd edib.

    İrəvan hesab edir ki, yaxın gələcəkdə Azərbaycan tərəfi ilə müzakirələri davam etdirmək imkanı olacaq.

    Xatırladaq ki, sözügedən görüş mayın 16-da Tiranada Avropa Siyasi Birliyinin VI Sammiti çərçivəsində baş tutub.

  • Президент Ильхам Алиев принял участие в открытии здания лицея “Талыстан” в городе Исмайыллы – ФОТО

    26 мая Президент Азербайджанской Республики Ильхам Алиев принял участие в открытии здания лицея интернатного типа “Талыстан”, построенного в городе Исмайыллы по инициативе Фонда Гейдара Алиева.

    Об этом сообщает АЗЕРТАДЖ.










  • İlham Əliyev İsmayıllı şəhərində “Talıstan” liseyinin binasının açılışında iştirak edib – FOTO (Yenilənib)

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 26-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə İsmayıllı şəhərində inşa olunan internat tipli “Talıstan” liseyinin binasının açılışında iştirak edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov dövlətimizin başçısına təhsil ocağında yaradılmış şərait barədə məlumat verib.

    Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşdırılan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində ölkəmizin bir çox regionlarında beynəlxalq tələblərə cavab verən yeni məktəb binalarının inşasına, onların müasir avadanlıqla təchiz olunmasına xüsusi diqqət yetirilir, bir sıra köhnə məktəb binalarının əsaslı təmiri istiqamətində mühüm işlər görülür. 1296 şagird yerlik lisey də “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində inşa olunub. Dörd mərtəbədən və 5 korpusdan ibarət binada 56 sinif otağı, kimya, fizika və biologiya laboratoriyaları, informatika, texnologiya, gənclərin çağırışaqədərki hazırlıq kabinetləri, kitabxana, 300 yerlik akt zalı, idman zalı və yeməkxana yaradılıb.

    Bu layihənin icrası Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində təhsil sahəsinə ayrılan diqqətin göstəricisidir. Ölkəmizdə təhsilin inkişafında, onun maddi-texniki bazasının möhkəmlənməsində Heydər Əliyev Fondunun da müstəsna xidmətləri var. Fond Azərbaycanın sosial-iqtisadi inkişafının ən mühüm və zəruri sahələrindən biri kimi müəyyənləşdirilmiş təhsilin inkişafına daim xüsusi diqqət və qayğı ilə yanaşıb, bu istiqamətdə bir neçə vacib layihə həyata keçirib. Müasir məktəblərin qurulması həm də Azərbaycan dövlətinin prioritetləri sırasında başlıca yer tutur. Ölkəmizdə təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və yenilərinin inşası, onların zəruri tədris avadanlığı ilə təchizi gənc nəslin daha savadlı və bilikli yetişməsində olduqca mühüm rol oynayır.

    “Talıstan” liseyində yaradılan şəraitlə tanışlıqdan sonra dövlətimizin başçısına son illərdə rayonda həyata keçirilən sosial-iqtisadi layihələr, o cümlədən 2020-2025-ci illərdə istifadəyə verilən istehsal müəssisələri və istirahət mərkəzləri barədə məlumat verildi. Həmin dövrdə rayonda fəaliyyətə başlamış bu obyektlərdə 400-ə yaxın iş yeri açılıb.

    Prezident İlham Əliyevə rayonun Tircan kəndində su istehsalı müəssisəsinin inşası ilə bağlı məlumat verilib. İllik istehsal gücü 25 milyon litr olan müəssisədə 80 nəfər işlə təmin ediləcək.

    Qeyd edək ki, ölkəmizin turizm mərkəzlərindən biri olan İsmayıllı rayonu son illərdə sürətlə inkişaf edib. İndiyədək dövlətimizin başçısı bu rayonda 10 dəfə olub. Azərbaycan Prezidentinin İsmayıllıya hər səfəri rayonun ictimai-siyasi həyatında mühüm hadisəyə çevrilməklə, yeni sosial-iqtisadi inkişaf mərhələsinin təməlini qoyub. Bütün bunlar rayonda aparılan tikinti-quruculuq işlərinin, məhsul buraxılışının, sənaye və kənd təsərrüfatı məhsulunun həcmində, yeni iş yerlərinin açılmasında özünü aydın göstərir.

    * * * * *

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 26-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə İsmayıllı şəhərində inşa olunan internat tipli “Talıstan” liseyinin binasının açılışında iştirak edib.

    Median.Az xəbər verir ki, bununla bağlı AZƏRTAC məlumat yayıb.










  • “Barselona” heyətini qolkiperlə gücləndirmək qərarına gəlib

    “Barselona” klubu “Espanyol”un qapıçısı Joan Qarsiyanı transfer etməyi düşünür.

    Kataloniya klubu 24 yaşlı qolkiperi yaxın günlərdə heyətinə qatmağa cəhd edəcək.

    Məsələ ilə bağlı “Barselona”nın baş məşqçisi Hans-Diter Fliklə idman direktoru arasında razılıq əldə olunub.

    “Barselona”dan başqa Qarsiya ilə üç ingilis klubu – “Arsenal”, “Aston Villa”, “Bornmut” maraqlanır. “Bayer Leverkuzen” və “Napoli” də qolkiperin transferində maraqlıdır.

    Qeyd edək ki, “çərçivə qoruyucusu”nun müqaviləsində 25 milyon qarşılığında sərbəst qalma bəndi var. Qarsiya bu mövsüm 38 matçda qapısında 51 qol görüb.

  • Водитель, виновный в гибели юного футболиста в Новханы, помилован Президентом

    Фахреддин Баширов, осужденный за смертельное ДТП, в котором погиб юный футболист, освобожден от дальнейшего отбывания наказания.

    Информация об этом содержится в распоряжении президента Ильхама Алиева о помиловании ряда осужденных лиц.

    Согласно документу, Фахреддин Баширов освобожден от неотбытой части наказания.

    Напомним, в 2019 году житель города Сумгайыт Фахреддин Асиф оглу Баширов, управляя грузовым автомобилем Isuzu с государственным регистрационным номером 90-XU-233, сбил двух подростков, пытавшихся перейти дорогу на улице Дениз Кенары в поселке Новханы Бинагадинского района. В результате происшествия Айхан Гасымов и Расим Байрамов (оба 2004 г.р.), скончались на месте от полученных травм.

    Баширов был задержан в качестве подозреваемого и привлечен к следствию. Решением Бакинского суда по тяжким преступлениям он был приговорен к 9 годам лишения свободы.

    Стоит отметить, что один из погибших в аварии, Айхан Гасымов, был перспективным спортсменом и выступал за команду U-15 футбольного клуба “Сумгайыт”.
    //oxu.az

  • Futbolçunu öldürən şəxs əfv edildi

    Novxanı qəsəbəsində yeniyetmə futbolçunun ölümündə təqsirləndirilən Fəxrəddin Bəşirov əfv edilib.

    Bu barədə Prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncamda bildirilib. Sərəncama görə, F.Bəşirov cəzasının çəkilməmiş hissəsindən azad edilib.

    Xatırladaq ki, 2019-cu ildə Sumqayıt şəhər sakini Fəxrəddin Asif oğlu Bəşirov idarə etdiyi “Isuzu” markalı 90-XU-233 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Binəqədi rayonu, Novxanı qəsəbəsi, Dəniz Kənarı küçəsində hərəkətdə olarkən yolu keçmək istəyən 2004-cü il təvəllüdlü Ayxan Qasımov və Rasim Bayramovu vurub, nəticədə onlar aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.

    F.Bəşirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

    F.Bəşirov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, qəza nəticəsində dünyasını dəyişənlərdən biri – A.Qasımov “Sumqayıt” futbol klubunun U-15 komandasında çıxış edirdi.
    //oxu.az

  • Misir Senatının sədri Fəxri xiyabanı ziyarət edib

    Azərbaycanda rəsmi səfərdə olan Misir Ərəb Respublikası Senatının sədri Abdel Vahab Abdel Razek mayın 26-da Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib.

    Median.Az AZƏRTAC-a istinadla xəbər verir ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil qoyulub.

  • В Чили произошло сильное землетрясение

    Землетрясение магнитудой 5.8 зарегистрировано в Чили.

    Об этом сообщил Европейско-средиземноморский сейсмологический центр.

    По его данным, эпицентр находился в 85 км к северо-востоку от города Икике, где проживают 227 000 человек. Очаг залегал на глубине 103 км.

    Информации о пострадавших и разрушениях не поступало.

  • Çilidə güclü zəlzələ baş verib

    Çilidə 5.8 bal gücündə zəlzələ baş verib.

    Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

    Məlumatda qeyd olunub ki, zəlzələnin episentri 227 min nəfərin yaşadığı İkike şəhərindən 85 km şimal-şərqdə yerləşib.

    Yeraltı təkanın ocağı 103 kilometr dərinlikdə olub.

    Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

  • В Армении обсуждают законопроект об увеличении предельного возраста прохождения воинской службы

    В Ереване на заседании постоянной парламентской Комиссии по обороне и безопасности 26 мая обсуждается резонансная законодательная инициатива об увеличении предельного возраста прохождения воинской службы с 27 до 37 лет.

    Как передает Median.Az со ссылкой на армянские СМИ, речь идет о пакете законопроектов о внесении изменений в закон “О военной службе и статусе военнослужащего” и поправок в смежные законы.

    Проект представил его же автор, депутат от правящей партии “Гражданский договор” Айк Саркисян.