Month: May 2025

  • Qazaxıstanda polis mənzildən 83 vedrə marixuana müsadirə edib

    Qazaxıstanın Şıment şəhərində polis fərdi evdən 83 vedrə marixuana müsadirə edib.

    Bu barədə Qazaxıstan KİV-ə istinadən xəbər verir.

    “Əməliyyat-istintaq tədbirləri zamanı polis şöbəsi əməkdaşları tərəfindən marixuana formasında narkotik vasitələr istehsal edən fitolaboratoriyanın fəaliyyəti dayandırılıb. Xüsusi təchiz olunmuş otaqda qanunsuz dövriyyədən 83 ədəd vedrədə, marixuana müsadirə edilib, eləcə də plastik torbalarda qablaşdırılmamış narkotik vasitələr və elektron tərəzilər aşkar edilərək müsadirə edilib”, – məlumatda deyilir.

    Əməliyyat prokurorluğun koordinasiyası ilə həyata keçirilib. Təşkilatçı saxlanılaraq nəzarətə götürülüb.

    Qazaxıstan Cinayət Məcəlləsinin iki maddəsi ilə ibtidai istintaq aparılır. Bu maddələrə görə əmlakı müsadirə olunmaqla 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

  • В апреле около 7 тыс. иностранцев обратились в ГМС за разрешением на проживание в Азербайджане

    В апреле в Государственную миграционную службу Азербайджана поступило 45 030 обращений по различным направлениям деятельности.

    Как сообщили в ГМС, 24 067 обращений были связаны с регистрацией иностранцев и лиц без гражданства по месту пребывания в Азербайджане.

    Наряду с этим, 6 825 обращений были связаны с получением и продлением разрешений на проживание в Азербайджане, 1572 – с определением принадлежности к гражданству Азербайджана, 1270 – с получением и продлением разрешений на работу для иностранцев и лиц без гражданства.

    Число обращений по вопросам гражданства составило 233.

  • Ötən ay 7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib

    Ötən ay Azərbaycan Dövlət Miqrasiya Xidmətinə (DMX) fəaliyyət istiqamətləri üzrə 45 min 30 müraciət daxil olub.

    Bu barədə DMX-dən məlumat verilib.

    Məlumata əsasən, müraciətlərdən 24 min 67-si əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı olub.

    Bununla yanaşı, müraciətlərdən 6 min 825-i Azərbaycanda yaşama icazələrinin alınması və müddətinin uzadılması, 1572-si Azərbaycan vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi, 1270-si isə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı olub.

    Vətəndaşlıq məsələləri ilə bağlı müraciət sayı isə 233 təşkil edib.

  • Спасатели МЧС вызволили водителя из грузовика после тяжелого ДТП в Гобустане

    Спасатели МЧС вызволили мужчину из деформированного грузовика после серьезного ДТП в Гобустанском районе.

    Как сообщает Median.Az со ссылкой на МЧС, авария произошла в результате столкновения грузового автомобиля марки Foton и легкового Chevrolet.

    В результате удара грузовик Foton перевернулся и вылетел на обочину дороги. Водитель легковушки, 36-летний Абдулкеримов Зиреддин Азер оглу, оказался зажатым в деформированном транспортном средстве. Прибывшие на место происшествия пожарные-спасатели, используя специальное оборудование, извлекли пострадавшего из автомобиля.

    После успешного завершения спасательной операции Абдулкеримов был передан бригаде скорой медицинской помощи. По факту ДТП соответствующими органами проводится расследование.

  • Qobustanda iki maşın toqquşub, xəsarət alan var

    Qobustanda yol-nəqliyyat hadisəsi baş verib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, “112” qaynar telefon xəttinə Qobustan rayonu ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

    Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qobustan rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.

    Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “FOTON” markalı yük avtomobili ilə “CHEVROLET” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və “FOTON” markalı yük avtomobili yolun kənarına aşaraq sürücü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

    Yanğınsöndürən-xilasedicilər avtomobildə sıxılı vəziyyətdə qalan sürücü – 1989-cu il təvəllüdlü Abdulkərimov Zirəddin Azər oğlunu xüsusi vasitələrin köməyi ilə xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

    Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

  • У берегов Филиппин произошло землетрясение магнитудой 5,2

    У берегов Филиппин произошло землетрясение магнитудой 5,2.

    Как сообщает Median.Az со ссылкой на Геологическую службу США, подземные толчки были зарегистрированы в 06:36 по бакинскому времени.

    Эпицентр землетрясения находился в 10 км к северо-западу от города Сан-Фернандо, очаг залегал на глубине 35 км.

    Сообщений о жертвах и разрушениях не поступало. Угроза цунами не объявлялась.

  • Filippin sahilində zəlzələ olub

    Filippin sahilində 5,2 maqnitudalı zəlzələ olub.

    Bu barədə ABŞ-nin Geoloji Xidməti məlumat yayıb.

    Bildirilib ki, Bakı vaxtı ilə 06:36 qeydə alınmış zəlzələnin episentri San-Fernando şəhərindən 10 km şimal-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 35 kmdə dərinlikdə olub.

    Tələfat və dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.

  • Госдеп США на 180 дней отменил введенный в 2019 году пакет санкций против Сирии

    Госсекретарь США Марко Рубио подписал документы об отмене введенного в отношении Сирии в 2019 году пакета санкций.

    Об этом говорится в сообщении Госдепартамента.

    Как указывается в документе, речь идет о санкциях, принятых в рамках так называемого закона Цезаря. Эти исключения будут способствовать улучшению санитарной обстановки и ситуации с электро- и водоснабжением. “Сегодняшние действия представляют собой первый шаг в реализации концепции президента США Дональда Трампа о новых отношениях между Сирией и Соединенными Штатами. Президент Трамп предоставляет сирийскому правительству шанс содействовать миру и стабильности как внутри Сирии, так и в ее отношениях с соседями”, – указал Рубио.

    “Президент ясно дал понять о своих ожиданиях о том, что за оказанием помощи последуют быстрые действия сирийского правительства по важным политическим приоритетам”, – резюмировал госсекретарь США.

  • ABŞ Suriyaya 2019-cu ildə tətbiq edilmiş sanksiya paketini 180 günlük müddətə ləğv edib

    ABŞ dövlət katibi Marko Rubio Suriyaya 2019-cu ildə tətbiq edilmiş sanksiya paketinin ləğvi haqqında sənədləri imzalayıb.

    Bu barədə Dövlət Departamentinin məlumatında deyilir.

    Sənəddə bildirilib ki, söhbət “Sezar qanunu” çərçivəsində qəbul edilmiş sanksiyalardan gedir. Bu istisnalar sanitariya vəziyyətinin və elektrik və su təchizatı vəziyyətinin yaxşılaşdırılmasına kömək edəcək. “Bugünkü addımlar ABŞ Prezidenti Donald Trampın Suriya və Birləşmiş Ştatlar arasında yeni münasibətlər konsepsiyasının həyata keçirilməsində ilk addımdır. Prezident Tramp Suriya hökumətinə həm Suriya daxilində, həm də qonşuları ilə münasibətlərində sülh və sabitliyə töhfə vermək şansı verir”, – Rubio qeyd edib.

    “Prezident yardımın göstərilməsindən sonra Suriya hökumətinin mühüm siyasi prioritetlər üzrə sürətli hərəkətləri ilə bağlı gözləntilərini aydın şəkildə ifadə edib”, – ABŞ dövlət katibi vurğulayıb.
    //report

  • Ərdoğan Azərbaycan nümayəndələrini ayaq üstə alqışladı – VİDEO

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən VII Beynəlxalq Etnoidman və Mədəniyyət Festivalında iştirak edib.

    Median.Az bu barədə “TRT Haber”ə istinadən xəbər verir.

    Qeyd olunur ki, Dünya Etnoidman Konfederasiyasının təşkilatçılığı ilə keçirilən tədbir dünyanın müxtəlif yerindən ənənəvi idman növlərinin həvəskarlarını bir araya gətirib.

    R.T. Ərdoğan folklor qruplarının çıxışlarını maraqla izləyib. Təqdimatda Qarabağ atları ilə akrobatik atçılıq şousu da olub. Şou zamanı atlılar Türkiyə və Azərbaycanın bayraqlarını qaldırıblar. Ərdoğan çıxışı ayağa qalxaraq alqışlayıb.

    VII Beynəlxalq Etnoidman və Mədəniyyət Festivalı mayın 25-dək davam edəcək.