Month: May 2025

  • Vəzifəli şəxs evinin həyətində ölü TAPILDI – FOTO

    Ağdaşda vəzifəli şəxsin meyiti tapılıb.
     
    Hadisə şəhərin Qaçaq Nəbi küçəsində qeydə alınıb.
     
    64 yaşlı Hacıyev Əhliman Səlim oğlu yaşadığı evin həyətində ölü halda tapılıb. Onun hansı səbəbdən öldüyü bilinmir.
     
    Median.Az-ın əldə etdiyi məlumata görə, 3 uşaq atası olan mərhum Ağdaş Su meliorasiya sistemlərinin istismarı idarəsinin şöbə müdiridir.

    Faktla bağlı Ağdaş rayon Prokurorluğunda araşdırma aparılır. /Lent.az

  • Sabah hava meteohəssas insanlar üçün əlverişli olacaq

    Sabah hava meteohəssas insanlar üçün əlverişli olacaq.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, mayın 25-də Abşeron yarımadasında arabir güclənən mülayim xəzri küləyi fonunda iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün əsasən əlverişlidir.

  • Bakıda daha bir marşrut xəttində avtobuslar yenilənir

    Bakı şəhərinin Günəşli qəsəbəsini Sabunçu dəmiryol stansiyası ilə əlaqələndirən 40 nömrəli marşrutda istismar olunan avtobuslar yenilənir.

    Median.Az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

    Məlumata görə, mayın 26-dan sərnişinlərin xidmətinə veriləcək 18 ədəd yeni, 2025-ci il istehsalı olan “King Long” markalı avtobuslar müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub. Yeni avtobusların xətlərə buraxılması ilə bu marşrut üzrə hərəkət intervalı 6-7 dəqiqə təşkil edəcək. Avtobuslarda gediş haqqı nağdsız qaydada aparılır.

  • Dördüncü kurs tələbəsi FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ

    Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi faciəli şəkildə dünyasını dəyişib.

    Bu haqda ADPU-nun sosial şəbəkə hesabında məlumat paylaşılıb.

    Universitetin İncəsənət və fiziki tərbiyə fakültəsinin Təsviri incəsənət müəllimliyi ixtisasının IV kurs tələbəsi Əmirova Gülnar Sabir qızının avtomobil qəzasında həlak olduğu bildirilir.

  • ЕС хочет отключить более 20 банков от SWIFT в рамках новых санкций против России

    Европейский союз (ЕС) изучает возможность отключения более 20 банков от системы SWIFT в рамках новых санкций против России.

    Об этом сообщает Bloomberg.

    Отмечается, что европейское объединение, помимо отключения банков, рассматривает возможность снижения предельной цены на российскую нефть и запрета на строительство газопровода “Северный поток” в рамках нового пакета санкций.

    По данным источников агентства, Еврокомиссия консультируется с государствами-членами по поводу этих планов, однако решение о сроках потенциальных ограничений еще не принято.

    Кроме того, ЕС также хочет ввести дополнительные запреты на транзакции примерно 20 банков и новых торговых ограничений на сумму около 2.5 млрд евро.

  • Avropa İttifaqından qərar: Rusiyanın 20 bankını SWIFT-dən ayıra bilər

    Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni sanksiyalar paketinin tətbiqini nəzərdən keçirir.

    Bu barədə “Bloomberg” nəşri məlumat verib.

    Məlumata görə, yeni sanksiyalar Rusiyanın 20-dən çox bankının SWIFT beynəlxalq ödəniş sistemindən çıxarılmasını, Rusiya neftinin maksimal qiymətinin aşağı salınmasını və “Şimal axını” qaz kəmərinin tikintisinin qadağan edilməsini nəzərdə tutur. Bu tədbirlər Ukraynaya qarşı hərbi əməliyyatları dayandırması üçün Moskvaya təzyiqləri artırmaq məqsədi daşıyır.

    “Aİ Rusiyaya qarşı yeni sanksiyalar çərçivəsində 20 bankın SWIFT-dən çıxarılmasını nəzərdən keçirir”, – deyə nəşr bildirib.

    Nəşrin vəziyyətlə tanış olan mənbələrinin məlumatına görə, hazırda Avropa Komissiyası bu məsələlərlə bağlı üzv dövlətlərlə məsləhətləşmələr aparır. Potensial məhdudiyyətlərin tətbiqinin dəqiq vaxtı hələ müəyyən edilməyib, yekun qərar isə Aİ-nin bütün üzv dövlətləri ilə razılaşdırıldıqdan sonra veriləcək.

    Bundan əlavə, müzakirə olunan tədbirlər çərçivəsində Aİ Rusiyanın gəlirlərinin və hərbi istehsal üçün lazım olan texnologiyaları əldə etmək imkanlarının məhdudlaşdırılması məqsədilə təxminən 2.5 milyard avro dəyərində yeni ticarət məhdudiyyətləri tətbiq etməyi planlaşdırır. Həmçinin “Böyük yeddilik” ölkələri üçün Rusiya neftinin bir barel üçün maksimal qiymətinin təxminən 45 dollara endirilməsi təklif edilir.

  • Министр уволил начальника и возложил его обязанности на генерала

    Начальник Медицинского центра Медицинской службы Министерства по чрезвычайным ситуациям (МЧС) Ульви Мирзоев освобожден от занимаемой должности.

    Как сообщает Median.Az со ссылкой на Qaynarinfo, его сменил генерал-майор Рафаил Мехдиев.

    Соответствующие приказы подписал министр по чрезвычайным ситуациям генерал-полковник Кямаледдин Гейдаров.

    Отметим, что Ульви Мирзоев был назначен начальником Медицинского центра МЧС в июне прошлого года, после увольнения с должности полковника Ханым Софиевой.

    Напомним, в марте текущего года после отставки полковника-лейтенанта Вафы Дадашовой исполняющим обязанности начальника Медицинской службы МЧС был назначен генерал-майор юстиции Рафаил Мехдиев.

  • Rəis işdən çıxarıldı – Nazir onun vəzifəsini də generala tapşırdı

    Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin Tibb Mərkəzinin rəisi Ülvi Əhəd oğlu Mirzoyev vəzifəsindən azad edilib.

    Median.Az “Qaynarinfo”ya istinadla xəbər verir ki, FHN-in Tibb Mərkəzinin rəisi vəzifəsinin icrası general-mayor Rəfail Mehdiyevə tapşırılıb.

    Bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.

    Qeyd edək ki, polkovnik Xanım Sofiyeva vəzifəsindən azad edildikdən sonra ötən ilin iyun ayında Ülvi Mirzoyev FHN-in Tibb Mərkəzinin rəisi təyin edilmişdi.

    Xatırladaq ki, bu ilin mart ayında polkovnik-leytenant Vəfa Dadaşovanın istefasından sonra ədliyyə general-mayoru Rəfail Mehdiyev FHN-in Tibb Xidmətinə rəis əvəzi təyin edilmişdi.

  • Röya Ayxan: “O gün olsun ingilis dilində oxuyum, ağladım sizi”

    Xalq artisti Röya Ayxan Kann Film Festivalı haqda təəssüratlarını bölüşüb.

    Röya Ayxan bu uğurunun arxasında onun böyük cəsarətinin və özünəinamının olduğunu söyləyib.

    Müğənni bildirib ki, bu tədbirə dəvət aldıqda tərəddüd etmədən razılaşıb:

    “Düşünürəm ki, məni zirvələrə ucaldan əsas məqam olduğum mövqeyimlə heç zaman kifayətlənməməyimdir. Burada qəti həyəcan keçirmədim, özümü Azərbaycanda olduğum kimi hiss etdim. Qırmızı xalıdan keçəndə ətrafımdakı hər kəsin-fotoqrafların, videoqrafların belə özümüzünkülər olduğu kimi davrandım. Bu festival mənə yüksək enerji bəxş etdi. Və sizə söz verirəm hər il canımız sağ olsun, ölkəmizdə sülh əmin amanlıq olsun bu cür böyük, beynəlxalq tədbirlərdə tez-tez görüşəcəyik. O gün olsun sizin üçün ingilis dilində oxuyum, ağladım sizi”.

    Onu da bildirək ki, Röya Ayxan ilk azərbaycanlı müğənni olaraq sözügedən nüfuzlu tədbirdə yer alıb.

    Özünə tərəf müqabili Anar Ağakişiyevi seçib və iki dəfə qırmızı xalıdan keçib.
    //Baku.ws

  • Ən çox balı onlar topladılar

    Ötən gün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2025-ci il aprelin 13-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.

    Median.Az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, imtahanlarda 8 nəfər maksimal – 300 bal toplayıb.

    Həmin şagirdlərin siyahısını təqdim edirik:

    Ə.Zeynallı adına Bakı şəhər 302 saylı tam orta məktəbin şagirdi Hüseynzadə Dəniz Elşən qızı,

    Bakı Türk Liseyinin (Türkiyə Dəyanət Vəqfi) şagirdi Cəfərli Ləman Üzeyir qızı,

    Bakı şəhər 154 saylı tam orta məktəbin şagirdi Allahverdili Günay Mehman qızı,

    Bakı Türk Liseyinin (Türkiyə Dəyanət Vəqfi) şagirdi Zeynallı Toğrul Sultan oğlu,

    Bakı şəhər 165 saylı tam orta məktəbin şagirdi Quluzadə Amin Məhərrəm oğlu,

    Bakı şəhər 263 saylı tam orta məktəbin şagirdi Bayramova Tamilla Aydın qızı,

    S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın şagirdi Tahirov Ayxan İmran oğlu,

    Bakı Avropa Liseyinin şagirdi Heydərli Zəhra Tofiq qızı.