Month: May 2025

  • Полузащитник “Байера” Флориан Вирц подписал контракт с “Ливерпулем”

    Атакующий полузащитник “Байера” Флориан Вирц подписал контракт с английским “Ливерпулем”.

    Об этом сообщает известный инсайдер Фабрицио Романо в соцсетях.

    По сведениям источника, сторона игрока согласовала все личные детали нового контракта с английским клубом, после чего было заключено письменное соглашение. Теперь ведутся прямые переговоры между клубами о переходе футболиста.

    Источник сообщает, что “Байер” также настроен на скорое завершение трансфера, которое должно быть официально анонсировано на предстоящей неделе. Клуб не хочет затягивать переход, так как Вирц изъявил чёткое желание перейти в стан “мерсисайдцев”.

    В нынешнем сезоне Вирц принял участие в 45 матчах во всех турнирах, в которых отметился 16 голами и 15 результативными передачами. По информации, представленной на портале Transfermarkt, рыночная стоимость футболиста составляет 140 млн евро.

  • Florian Virts “Liverpul”da

    “Bayer Leverkuzen”in hücumameyilli yarımmüdafiəçisi Florian Virts “Liverpul” klubu ilə müqavilə imzalayıb.

    Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.

    F.Romano iddia edir ki, 22 yaşlı futbolçu İngiltərə klubu ilə yeni müqavilənin bütün şəxsi detallarını razılaşdırıb, bundan sonra yazılı razılıq əldə olunub.

    Qeyd olunur ki, artıq “Bayer Leverkuzen” də transferi tez bir zamanda yekunlaşdırmağa hazırdır və gələn həftə rəsmi açıqlamanın veriləcəyi gözlənilir.

  • Фактическая погода: на ряд регионов Азербайджана обрушились ливни

    По состоянию на 11:00 24 мая в ряде регионов Азербайджана наблюдаются ливни.

    Как сообщает Median.Az со ссылкой на данные Национальной службы гидрометеорологии, количество выпавших осадков в Алибее (Загатала), Дашкесане, Шамкире, Товузе, Гёйгёле, Балакене, Шеки, Мингячевире, Зардабе, Гахе, Барде, Кельбаджаре, Лачыне, Губадлы, Шуше, Ханкенди, Ходжалы, Физули, Шахдаге и Билясуваре составило 4 мм.

    В Джульфе дует северо-западный ветер, максимальная скорость которого достигает 16 м/с.

    В Дашкесане, Шамкире и Лерике наблюдается туман, ограничивающий видимость до 500 метров.

    Максимальная температура воздуха в Баку и на Абшеронском полуострове составила 27, в Нахчыванской Автономной Республике – 30, в равнинных районах – 29, а в горных – до 15 градусов тепла.

  • Bəzi rayonlarda leysan yağır – FAKTİKİ HAVA

    Mayın 24-də saat 11:00-a olan faktiki hava açıqlanıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində leysan xarakterli yağıntılar müşahidə olunur.

    Düşən yağıntının miqdarı Zaqatala, Daşkəsən, Şəmkir, Tovuz, Göygöl, Balakən, Şəki, Mingəçevir, Zərdab, Qax, Bərdə, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Şahdağ və Biləsuvarda 4 mm-dir.

    Culfada şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti 16 m/s-dək güclənir.

    Daşkəsən, Şəmkir, Lerikdə duman müşahidə olunur, dumanda görünüş 500 m-dək məhdudlaşır.

    Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR-da 30, Aran rayonlarında 29, dağlıq rayonlarda isə 15 dərəcəyədək isti qeydə alınıb.

  • Xocalı aeroportunun yenidən fəaliyyətə başlaması təklif olunub

    Milli Məclisdə Xocalı hava limanının yenidən istismara verilməsi təklif edilib.

    Bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Hikmət Babaoğlu çıxış edib.

    Deputat bildirib ki, Xocalı hava limanın hər bir azərbaycanlı üçün simvolik əhəmiyyəti var:

    “Düşünürəm ki, önümüzdəki mərhələdə hava limanlarının sırasına Xocalı hava limanın yenidən istismara verilməsi də daxil olacaq. Füzulidə, Laçında hava limanlarının açılması, onların göstərdikləri xidmət çox əhəmiyyətlidir”.

  • Ermənistanda Serj Sarqsyana qarşı daha bir CİNAYƏT İŞİ

    Ermənistanın sabiq prezidenti Serj Sarqsyana qarşı daha bir cinayət işi məhkəməyə göndərilib.

    Median.Az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi təsdiqləyib.

    Məlumata görə, 2008-ci ilin fevralında Sarqsyan baş nazir postunu tutarkən baş köməkçisi (qeyri-rəsmi məlumatlara görə, bu, eks-prezidentin kürəkəni Mikael Minasyandır) ilə birlikdə 2.9 milyon dollar məbləğində rüşvət alıb. Bunun müqabilində Ermənistanda qeydiyyatdan keçmiş şirkətlərdən birinin səhmlərinin 100 faizinin xarici investora satılmasına mane olmamaq barədə razılığa gəlinib.

    İş yekunlaşaraq ittiham aktı ilə məhkəməyə göndərilib.

    Xatırladaq ki, Serj Sarqsyan daha iki cinayət işi üzrə müttəhimdir. Onlardan biri neft məhsulları idxal edən “Flash” şirkətinin mühafizəsi, ikincisi İrəvandakı “Yerablur” hərbi panteonu yaxınlığındakı torpaq sahələrinin özəlləşdirilməsi ilə bağlıdır.

  • Tiktoker qardaşlardan biri ev dustaqlığına buraxıldı

    Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və internet üzərindən onlayn qumar oyunları təşkil etmə ittihamı ilə həbs olunan tiktoker Rəşad və Emin Abdullayev qardaşlarından biri – Emin Abdullayev ev dustaqlığına buraxılıb.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi belə qərar qəbul edib.

    Məhkəmə vəkil Orxan Zeynalov və İbrahim Qurbanovun verdiyi vəsatəti əsaslı hesab edib.

    Qərara əsasən Emin Abdullayev barəsində həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib və o məhkəmə zalından azadlığa buraxılıb.

    Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.

    Qeyd edək ki, Abdullayev qardaşları polis əməliyyatı nəticəsində saxlanılmışdılar.

  • Xaçmazda evə sərxoş gələn qayınata gəlinini döydü

    Xaçmazda evə sərxoş gələn qayınata gəlinini döyüb.

    Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, hadisə rayonun Yeni-Sudur kəndində baş verib.

    Kənd sakini, 1962-ci il təvəllüdlü Cəfər Məmmədov axşam saatlarında spirtli içki qəbul edərək evinə gəlib. O, evdə yenidən spirtli içki qəbul edib və gəlininə paltarlarını təmizləməyi əmr edib. Gəlin isə onun içkili vəziyyətdə evə gəlməməsini tapşırıb və onu evdən çıxarmaq istəyib. Nəticədə aralarında yaranmış münaqişə nəticəsində C.Məmmədov gəlinini döyərək ona xəsarətlər yetirib.

    Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.

  • IX sinif buraxılış imtahanlarının nəticələri elan olundu

    Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2025-ci il aprelin 20-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.

    Median.Az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, imtahanda iştirak edən 9-cu sinif şagirdləri verilmiş keçidə (//eservices.dim.gov.az/2025/netorta) daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri ilə tanış ola bilərlər. İmtahan iştirakçıları iş nömrələrini buradan öyrənə bilərlər.

    Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı) mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

    Yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesi onlayn şəkildə həyata keçirilib. Belə ki, hər marker yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə təsadüfi göndərdiyi işləri yoxlayıb. Qeyd edək ki, onlayn (evdən) yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilib və yoxlama prosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi, işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində “seeding” (markerlərə sayıqlığı itirməmək üçün əvvəlcədən hazırlanan və kalibrə edilən sualların mütəmadi olaraq göndərilməsi) prosesinin tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl olunub.

    Yazı işlərinin onlayn yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.

    Bu imtahanda iştirakı nəzərdə tutulan 53649 nəfərdən 447 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 6 nəfərin nəticəsi ləğv olunub.

    İmtahan iştirakçıları arasında 17 nəfər (siyahı) maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

    İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 3 iyun saat 10:00-dan 5 iyun saat 17:00-dək tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

    Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;

    Şagirdlərin müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;

    Şagirdlərin apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.

    Bundan sonra şagirdlər apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.

    Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.

    Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Şagirdlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

  • Bakıda parkda manyak peyda olub, polis araşdırır – VİDEO

    Bakıda parkda qadınlara əxlaqsız hərəkətlər edən manyak peyda olub.

    Hadisə Xətai rayonu ərazisində yerləşən Gənclik parkında qeydə alınıb.

    Oğlanın hərəkətlərinə dair videonu xanımlardan biri çəkərək, paylaşıb.

    Görüntülərdən məlum olur ki, gənc oğlan qızlara qarşı qeyri-etik hərəkətlər edir.

    Məlumata görə, yayılan görüntülərlə polis əməkdaşları araşdırmalara başlayıb.