Month: May 2025

  • Yeni kameralar fəaliyyətə başladı – Telefonla danışanlara cərimə yazılır – FOTO

    Artıq sürücülərə sükan arxasında əlində telefonla danışığa görə, cərimələr gəlir.

    Paytaxt və ətraf ərazilərində yeni tanıma kameraları fəaliyyətə başlayıb. Bu barədə Rusiya Nəqliyyat Nazirliyinə istinadən yerli media məlumat yayıb.

    “Yol kameraları sürücünün hər iki əlinin sükanda olub-olmadığını və ya telefonla diqqətinin yayındığını müəyyən edir. Sistem paytaxtda və Moskva vilayətində 30 nöqtədə fəaliyyətə başlayıb”, – məlumatda deyilir.


    Nazirlikdən bildirilib ki, artıq qayda pozan sürücülərə cərimələr kütləvi şəkildə gəlməyə başlayıb və qaydanı pozanlar daha çox olub. Artıq yol polisi əməkdaşları ən azı 105 sürücünü saxlayaraq onlar barəsində tədbir görülüb.

    O da qeyd edilir ki, maşın sürərkən əlində telefon tutan sürücülər 1500 rubl (33 manat) ödəməli olacaqlar.
    //avtosfer.az

  • Bakıda iki müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir

    Bakıda 30 və 32 nömrəli müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir.

    Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

    Bildirilib ki, mayın 24-ü saat 08:00-dan may 27-si saat 22:00-dək paytaxtın Nizami rayonu, Elşən Süleymanov küçəsində (Rüstəm Rüstəmov küçəsindən Cəmşid Naxçıvanski küçəsinədək olan hissəsində) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

    Nəticədə məhdudiyyət səbəbindən 30 nömrəli müntəzəm marşrut Bəhruz Nuriyev küçəsi, Qara Qarayev prospekti (“Xalqlar dostluğu” metrostansiyası) və Babək prospekti, 32 nömrəli müntəzəm marşrut isə Bəhruz Nuriyev küçəsi, Qara Qarayev prospekti və Dakar dairəsi ilə hərəkət edəcək.

  • Minifutbol-2025: Azərbaycan ilk qələbəsini qazandı

    Azərbaycanın minifutbol üzrə millisi dünya çempionatında ilk qələbəsini qazanıb.

    A qrupunda yer alan yığma Milli Gimnastika Arenasında Sloveniya yığması ilə qarşılaşıb.

    Görüş Elşad Quliyevin rəhbərlik etdiyi kollektivin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

    Millinin heyətində Elvin Əlizadə (10), Mirmehdi Rzayev (11), Xətai Bağırov (25) və Kamran Abdullazadə (40) dəqiq zərbə müəllifi olublar.

    Qeyd edək ki, Azərbaycan qrupdakı ilk matçında Bəhreynlə, Sloveniya isə Mavritaniya ilə 1:1 hesablı heç-heçəyə razılaşıb.

  • Sebastyan Burduja: “Tuzla-Podişor kəməri Azərbaycan qazının Avropaya nəqlinə imkan yaradacaq”

    Rumıniyanın Tuzla-Podişor magistral qaz kəmərinin istifadəyə verilməsi Türkiyə, Azərbaycan və Yunanıstandan qazın Avropaya nəqli üçün imkan yaradacaq.

    Bunu Rumıniyanın energetika naziri Sebastyan Burduja “LinkedIn” sosial şəbəkəsindəki səhifəsində yazıb.

    “Rumıniya və Avropa üçün Tuzla-Podişor qaz kəmərinin istifadəyə verilməsi onun keçdiyi yaşayış məntəqələrində təxminən 185 min rumın vətəndaşı ilə 523 dövlət qurumunun qaza çıxışını təmin edəcək. Bu, həmçinin növbəti iki il ərzində bu qaz kəməri vasitəsilə Türkiyə, Azərbaycan və Yunanıstandan qazın Avropaya nəqlinə imkan yaradacaq və Avropanın enerji təhlükəsizliyini gücləndirəcək”, – deyə nazir vurğulayıb.

    Qeyd edək ki, uzunluğu 308.3 km olan Tuzla-Podişor kəməri təbii qazın Qara dənizdən Qərbi Avropaya daşınması üçün nəzərdə tutulub. Bu kəmər vasitəsilə qaz “Neptun Deep” yatağından BRUA qaz kəmərinə ötürüləcək.

  • Azad edilmiş ərazilərdə yaşayanların sayı açıqlandı

    Azad olunmuş ərazilərdəki 14 yaşayış məntəqəsinə keçmiş məcburi köçkünlərin qayıdışı artıq təmin edilib.

    APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi Qərargahın bu gün Ağdam şəhərində keçirilən iclasında bildirilib.

    Qeyd edilib ki, bütövlükdə hazırda dövlət və özəl sektorlarda işləyənlər, həmçinin təhsil alanlar da daxil olmaqla, işğaldan azad edilmiş ərazilərdə 43 mindən çox insan yaşayır və fəaliyyət göstərir.

  • В Дагестане задержали еще одного боевика за нападения на населенные пункты

    Правоохранители задержали еще одного члена банды Шамиля Басаева, принимавшего участие в нападении на населенные пункты Республики Дагестан в 1999 году.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщается на сайте управления Росгвардии по республике.

    “В одном из населенных пунктов Кайтагского района Республики Дагестан сотрудниками МВД и ФСБ России при силовой поддержке СОБР “Ястреб – Каспий” территориального управления Росгвардии задержан мужчина, входивший в состав вооруженных групп под руководством Шамиля Басаева и Хаттаба”, – говорится в сообщении.

    Следствием установлено, что он принимал участие в вооруженном мятеже на территории Ботлихского района республики в августе 1999 года с целью нарушения территориальной целостности Российской Федерации. Возбуждено уголовное дело.

    7 августа 1999 года вооруженные бандформирования под командованием Шамиля Басаева и Хаттаба вторглись сначала в Цумадинский и Ботлихский районы Дагестана, затем – в Новолакский район. В период с 7 по 24 августа 1999 года в результате нападения на Ботлихский район Дагестана погибли 33 человека и 34 пострадали.

  • Dağıstanda Basayev dəstəsinin daha bir üzvü saxlanıldı

    Rusiyanın hüquq-mühafizə orqanları 1999-cu ildə Dağıstan Respublikasının yaşayış məntəqələrinə hücumlarda iştirak edən Şamil Basayev dəstəsinin daha bir üzvünü saxlayıblar.

    Bu barədə Rosqvardiyanın saytında məlumat yayılıb.

    Araşdırma müəyyən edib ki, saxlanılan şəxs 1999-cu il avqustunda respublikanın Botlix rayonu ərazisində Rusiya Federasiyasının ərazi bütövlüyünü pozmaq məqsədilə silahlı aksiyada iştirak edib. Ona qarşı cinayət işi açılıb.

    Xatırladaq ki, 7 avqust 1999-cu ildə Şamil Basayev və Xattabın komandanlığı altında silahlı dəstələr Dağıstanın bir sıra rayonlarına daxil olublar. 7-24 avqust tarixlərindəki hücum nəticəsində 33 nəfər həlak olub, 34 nəfər isə yaralanıb.

  • Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin daxili işlər nazirlərinin növbəti iclası keçirilib

    Mayın 23-də Bakı şəhərində Türk Dövlətləri Təşkilatının daxili işlər nazirlərinin ikinci Görüşü keçirilib.

    Türk Dövlətləri Təşkilatının daxili işlər nazirlərinin ikinci Görüşünün iştirakçılarından ibarət nümayəndə heyəti Fəxri xiyabana gedərək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla anıblar. Sonra Zəfər parkına gələn qonaqlar Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbəsini simvolizə edən Zəfər abidəsi önünə əklil qoyaraq şəhidlərə ehtiramlarını ifadə ediblər.

    Görüşdə Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov, Qazaxıstan Respublikasının daxili işlər naziri Erjan Sadenov, Qırğız Respublikasının daxili işlər naziri Ulan Niyazbekov, Türkiyə Respublikasının daxili işlər naziri Ali Yerlikaya, Özbəkistan Respublikasının daxili işlər naziri Aziz Taşpulatov, Şimali Kipr Türk Cümhuriyyətinin daxili işlər naziri Dursun Oğuz, Macarıstan Respublikası daxili işlər nazirinin müavini Bentse Retvari və Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev iştirak edib.

    İclası açıq elan edən Vilayət Eyvazov iştirakçıları səmimiyyətlə salamlayaraq Təşkilata üzv dövlətlərin xalqlarını sıx dostluq, qarşılıqlı inam və hörmət tellərinin bağladığını, türk dövlətləri liderlərinin müdrik uzaqgörənliyi və siyasi iradəsi sayəsində ölkələrarası dostluq və qardaşlıq münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu, strateji tərəfdaşlıq xarakteri daşıdığını, dövlət başçılarının müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq dinamik inkişaf etdiyini, bu kontekstdə Daxili İşlər nazirlikləri arasındakı əməkdaşlığın daha da dərinləşdiyini diqqətə çatdırıb.

    İclasda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi, transmilli mütəşəkkil cinayətkarlıqla birgə mübarizə, narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi sahəsində məlumat mübadiləsi, informasiya texnologiyalarından istifadə edilməklə törədilən cinayətlərin qarşısının alınması, aşkar edilməsi, açılması üzrə əlaqəli fəaliyyət və Təşkilatın daxili işlər orqanlarının rəqəmsallaşması sahəsində əməkdaşlığın perspektivləri kimi məsələlər müzakirə edilib.
    Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin daxili işlər nazirlərinin növbəti görüşünün Qazaxıstan Respublikasında keçirilməsi qərara alınıb.
    Tədbirdə tərəflər Türk Dövlətləri Təşkilatı daxili işlər nazirlərinin ikinci Görüşünə dair Birgə Kommünike sənədini imzalayıblar.

    Çıxışlarda təşkilata üzv və müşahidəçi dövlətlərin daxili işlər nazirlərinin ikinci Görüşünün türk xalqları və dövlətləri arasında həmrəyliyin möhkəmləndirilməsinə növbəti təkan olacağına əminlik ifadə olunub, habelə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tədbirə ev sahibliyi etməsinə görə təşəkkür edilib.

  • Rayonlara leysan yağacaq, dolu düşəcək, çaylardan sel keçəcək

    Azərbaycanın rayonlarında mayın 24-dən 25-i gündüzədək hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

    Gözlənilən yağıntılar ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan çaylardan qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur.

  • Араик Арутюнян назвал варварством разрушение кладбищ на ранее оккупированных территориях

    На продолжившемся судебном процессе в Бакинском военном суде представлен видеоматериал с участием Араика Арутюняна, он ответил на вопросы государственных обвинителей.

    На кадрах видно, как обвиняемый сидит вместе с Самвелом Карапетяном на танке и наблюдает за территорией через бинокль.

    Отвечая на вопросы прокуроров, поддерживающих государственное обвинение, Арутюнян назвал ложью свои высказывания в видеоматериале, заявив, что озвучивал эти мысли от имени своего брата.

    Относительно своих высказываний в видео о захвате села Гюллюджа (село Агдамского района – ред.) он заявил: “Когда я говорил, что мы вошли в Гюллюджа, я имел в виду 8-й полк”.

    На некоторых фотографиях, продемонстрированных в ходе судебного процесса, Араик Арутюнян узнал себя. На большинстве фотографий он изображен в военной форме.

    Помощник генпрокурора по особым поручениям Тугай Рагимли задал обвиняемому вопросы о том, почему не выполнялись резолюции ООН.

    Арутюнян в ответ сказал: “По этому поводу было решение. Но почему оно не выполнялось, я не знаю. Я также встречался с Левоном Тер-Петросяном. Я понял, что не было единогласия”.

    Отвечая на вопросы государственного обвинителя Вюсала Абдуллаева, обвиняемый сообщил, что участвовал в одном из двух заседаний, проведенных между Арменией и бывшим самопровозглашенным образованием в 2018-2019 годах, и добавил: “В мае 2020 года я вступил в должность “президента”. В июне я попросил премьер-министра Армении Никола Пашиняна созвать заседание. Я хотел, чтобы были переговоры с Азербайджаном, чтобы было достигнуто окончательное соглашение. В том разговоре речь шла и о четырех резолюциях ООН”.

    Отвечая на вопрос государственного обвинителя В.Алиева о разграблении ранее оккупированных территорий Азербайджана, Арутюнян назвал разрушение кладбищ варварством.