Month: May 2025

  • Arayik Arutyunyan işğal edilmiş ərazilərdə qəbiristanlıqların dağıdılmasını barbarlıq adlandırdı

    Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Arayik Arutyunyanın yer aldığı videomaterial nümayiş etdirilib və o, dövlət ittihamçılarının suallarını cavablandırıb.

    Videokadrlarda təqsirləndirilən şəxsin Samvel Karapetyanla birgə tankın üzərində oturub durbinlə ərazini müşahidə etdiyi görünür.

    Dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandıran A.Arutyunyan videomaterialda danışdıqlarını yalan adlandırıb, bu fikirləri qardaşının adından səsləndirdiyini deyib.

    O, Güllücə kəndinin (Ağdam rayonunun kəndidir – red.) tutulması barədə videoda səsləndirdiyi fikirlərlə bağlı isə bildirib: “Biz Güllücəyə girdik deyəndə 8-ci alayı nəzərdə tuturdum”.

    Məhkəmə prosesində nümayiş olunan fotoşəkillərin bəzilərində Arayik Arutyunyan özünü tanıyıb. Şəkillərin əksəriyyətində o, hərbi formada görünür.

    Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli təqsirləndirilən şəxsə BMT-nin qətnamələrinin niyə icra olunmaması barədə suallar verib.

    O, suallara cavabında deyib: “Bu barədə qərar var idi. Amma niyə yerinə yetirilməməsini bilmirəm. Mən Levon Ter-Petrosyanla da görüşmüşdüm. Başa düşdüm ki, yekdillik olmayıb”.

    Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıran təqsirləndirilən şəxs 2018-2019-cu illərdə Ermənistanla keçmiş qondarma qurum arasında keçirilən iki iclasın birində iştirak etdiyini bildirib və deyib: “2020-ci ilin may ayında “prezident” vəzifəsini qəbul etdim. İyun ayında Ermənistanın baş naziri Nikol Paşinyandan xahiş etmişəm ki, iclas çağırsın. İstəyirdim ki, Azərbaycanla danışıqlar olsun, yekun razılığa gəlinsin. Həmin söhbətin içində BMT-nin dörd qətnaməsi də var idi”.

    Dövlət ittihamçısı Vüsal Əliyevin Azərbaycanın vaxtilə işğal edilmiş ərazilərinin talanması barədə sualına cavab verən A.Arutyunyan qəbiristanlıqların dağıdılmasını barbarlıq adlandırıb.

    Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi mayın 26-da davam etdiriləcək.

  • Ceyhun Bayramov Koreyanın yeni səfirini qəbul edib

    Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Koreyanın Azərbaycana yeni təyin olunmuş səfiri Kimqu Kanqı qəbul edib.

    Görüş zamanı səfir etimadnaməsinin surətini C.Bayramova təqdim edib. Nazir səfiri təyinat münasibətilə təbrik edib, ona fəaliyyəti müddətində uğurlar arzulayıb. Səfir iki ölkə arasında münasibətlərin daha da inkişafı üçün bütün səylərini səfərbər edəcəyini diqqətə çatdırıb.

    Görüş zamanı, Azərbaycan-Koreya ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi müzakirə olunub.

    İki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən illər ərzində iqtisadiyyat, investisiyalar, humanitar, təhsil, turizm və s. istiqamətlər üzrə əməkdaşlığın vəziyyətinin müzakirə edildiyi görüş zamanı həmçinin kənd təsərrüfatı, yüksək texnologiyalar, səhiyyə və digər potensial istiqamətlərin mövcudluğu vurğulanıb. Ölkələrimiz arasında beynəlxalq platformalar, xüsusilə də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə(AQEM) ölkəmizin sədrliyi dönəmində əməkdaşlığın vacib olduğu diqqətə çatdırılıb. Azərbaycanda keçirilən beynəlxalq sərgilərdə Koreya tərəfinin yaxından iştirakı barədə qarşı tərəfdən məlumat verilib.

    Bununla yanaşı, ali təhsil və peşə istiqamətləri üzrə birgə əməkdaşlıq çərçivəsində Koreya Respublikasının İNHA Universiteti ilə Bakı Mühəndislik Universitetinin ikili diplom proqramlarının, eləcə də Sənayə və İnnovasiyalar Bakı Dövlət Peşə Təhsil Mərkəzinin əldə olunan vacib nailiyyətlər sırasında olduğu qeyd edilib.

    Tərəflər ölkəmizin iqlim diplomatiyası səyləri, Azərbaycanda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi, sessiya çərçivəsində əldə olunan nailiyyətlərdən danışıblar.

    Görüş zamanı həmçinin, keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin tarixçəsi, eləcə də post-münaqişə dövründə vəziyyət barədə qarşı tərəfə ətraflı məlumat verilib. Azərbaycan tərəfinin təşəbbüsü ilə aparılan sülh prosesində Ermənistan konstitusiyasında ölkəmizə qarşı ərazi iddiaları və Minsk Qrupunun ləğvi məsələsi kimi maneələr qeyd olunub. Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-yenidənqurma işləri və minasızlaşdırma fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.

    Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər nəzərdən keçirilib.

  • Премьер Пакистана 25-30 мая посетит 4 страны, в том числе Азербайджан

    Премьер-министр Пакистана Шахбаз Шариф 25-30 мая 2025 года посетит Турцию, Иран, Азербайджан и Таджикистан.

    Об этом сообщает Median.Az со ссылкой на МИД Пакистана.

    В ведомстве отметили, что в ходе турне он проведет дискуссии с лидерами этих стран по многим вопросам двусторонних отношений, а также по региональным и международным процессам.

    “У него также будет возможность выразить признательность за поддержку, оказанную Пакистану дружественными странами во время недавнего кризиса в отношениях с Индией. Премьер-министр примет участие в Международной конференции по ледникам в Душанбе (Таджикистан) 29-30 мая 2025 года”, – говорится в сообщении.

  • Pakistanın Baş naziri mayın 25-30-da Azərbaycan da daxil olmaqla dörd ölkəyə səfər edəcək

    Pakistanın Baş naziri Şahbaz Şərif mayın 25-30-da Türkiyə, İran, Azərbaycan və Tacikistana səfər edəcək.

    Bu barədə Median.Az Pakistan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

    Məlumata görə, o, səfər zamanı bu ölkələrin liderləri ilə ikitərəfli münasibətlərə dair bir çox məsələlər, həmçinin regional və beynəlxalq proseslər barədə müzakirələr aparacaq.

    “Onun həmçinin bu yaxınlarda Hindistanla münasibətlərdə yaranmış böhran zamanı dost ölkələr tərəfindən Pakistana göstərilən dəstəyə görə minnətdarlığını bildirmək imkanı olacaq. Baş nazir mayın 29-30-da Duşənbədə (Tacikistan) keçiriləcək buzlaqlarla bağlı beynəlxalq konfransda iştirak edəcək”, – məlumatda qeyd olunub.

  • Naxçıvanda daha iki dönərxananın fəaliyyəti məhdudlaşdırılıb

    Naxçıvanda daha iki dönərxananın fəaliyyəti məhdudlaşdırılıb.

    Naxçıvan Muxtar Respublikası (MR) Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Naxçıvan şəhəri, Şərur və Kəngərli rayonlarında fəaliyyət göstərən 48 dönərxanada dövlət nəzarəti tədbirləri həyata keçirilib.

    Aparılan nəzarət tədbirləri zamanı bir sıra nöqsanlar aşkarlanıb. Belə ki, dönərxanalardan bəzilərinin qeydiyyatının olmadığı, işçilərin ilkin və dövri tibbi müayinələrə cəlb olunmadığı, gigiyenik qaydalara əməl edilmədiyi, temperatur rejiminə, mal qonşuluğu prinsipinə riayət olunmadığı, alət və avadanlıqların təmiz saxlanılmadığı müəyyən edilib.

    Şübhəli məhsullar hesab edilən bişmiş dönər, mayonez və digər souslardan nümunələr götürülərək Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

    Nöqsanların daha çox müşahidə olunduğu Naxçıvan şəhəri Ə.Əliyev küçəsində fəaliyyət göstərən İsmayılov Məhəmməd İsmayıl oğluna məxsus “Alov” dönərxanasının və Naxçıvan Avtovağzal Kompleksinin ərazisində yerləşən Əhmədov Gülçin Eldar oğluna məxsus dönərxananın fəaliyyəti çatışmazlıqlar aradan qaldırılanadək dayandırılıb.

  • Azərbaycanda növbəti avtomobil hərracı elan edilib

    İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) iyulun 10-da növbəti dəfə avtomobil hərracı keçirəcək.

    Median.Az bu barədə quruma istinadən xəbər verir.

    Məlumata görə, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca 27 nəqliyyat vasitəsi çıxarılacaq.

    Bunlar, Dövlət Ehtiyatları Agentliyinə məxsus “Nissan Maxima”, “BMW 525I”, “Chevrolet Niva” (4 ədəd), “Mercedes Benz E240” və “Hyundai Sonata”, Mərkəzi Seçki Komissiyasına məxsus “Nissan Sunny”, “Volkswagen Jetta”, “Toyota Camry” və “Chrysler”, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məxsus “Chevrolet Niva” (13 ədəd), “VAZ 2106” və “QAZ-31105-801” markalı minik avtomobilləridir.

    Avtomobillərin buraxılış illəri 2000-2013-cü illər, start qiyməti 1 200 – 14 500 manatdır. Bunun 10 %-i beh kimi ödənilməlidir.

    Sifarişlər hərracın keçirilməsinə ən gec 3 bank günü qalana qədər qəbul olunacaq. Nəqliyyat vasitələri barədə ətraflı məlumatı auksion.gov.az saytından almaq olar. Hərracda iştirak etmək istəyən şəxslərə satışa çıxarılan əmlakla qabaqcadan tanış olmaq imkanı yaradılır.

  • В Азербайджане выплачены пенсии за май

    Государственный фонд социальной защиты населения завершил выплату пенсий по Азербайджану.

    Об этом Median.Az сообщили в Министерстве труда и социальной защиты населения.

    Согласно информации, 8 мая в городах Баку и Сумгайыт, Абшеронском районе, а сегодня в регионах страны были выплачены пенсии за май, включая пенсии на льготных условиях.

  • May ayının pensiyaları ödənilib

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu respublika üzrə pensiya ödənişini yekunlaşdırıb.

    Bu barədə ƏƏSMN-dən məlumat verilib.

    Bildirilib ki, mayın 8-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, bu gün isə ölkəmizin bölgələri üzrə may ayının pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

  • 28 мая поезда Баку-Сумгайыт будут курсировать по графику выходного дня

    В связи с нерабочим днем 28 мая – Днем независимости, движение поездов по маршруту Баку-Сумгайыт-Баку будет организовано по расписанию субботы.

    Об этом сообщает Median.Az со ссылкой на ОАО “Азербайджанские железные дороги”.

    Ознакомиться с графиком движения можно на официальном сайте www.ady.az или в мобильном приложении “ADY Mobile”.

  • Bakı-Sumqayıt sərnişin qatarlarının Müstəqillik Günündəki qrafiki açıqlanıb

    Qeyri-iş günü elan edilmiş 28 May – Müstəqillik Günü ilə əlaqədar Bakı–Sumqayıt–Bakı marşrutu üzrə sərnişin qatarlarının hərəkətinin şənbə gününə uyğun qrafiklə təşkil olunacaq.

    Bu barədə Median.Az “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir.

    Sərnişinlər qatarların hərəkət cədvəli ilə www.ady.az rəsmi internet saytında və ya “ADY Mobile” mobil tətbiqi vasitəsilə tanış ola bilərlər.