Month: May 2025

  • XİN: Ermənistanın Azərbaycana qarşı mina terroru nəticəsində 397 nəfər həlak olub və yaralanıb

    Ermənistanın Azərbaycan ərazilərini mina ilə çirkləndirməsi səbəbindən 2020-ci il Vətən müharibəsindən indiyədək 397 nəfər həlak olub və ya yaralanıb.

    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

    Qeyd edilib ki, Azərbaycanda iki gün dalbadal baş verən mina partlayışları dinc sakinlərə dəyib.

    Vurğulanıb ki, yaşayış məntəqələri və qəbiristanlıqları hədəfə alan bu mənfur əməllər beynəlxalq humanitar hüququ pozur və əhalinin öz evlərinə qayıtmasına mane olur.

  • Bakıdan Laçının Bəylik kəndinə yola salınan köç çatdı

    Bakıdan Laçının Bəylik kəndinə yola salınan köç karvanı çatıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu mərhələdə Bəylik kəndinə 38 ailə – 153 nəfər köçürülüb.

    Beləliklə, bugünkü köç də nəzərə alınmaqla kəndə cəmi 89 ailə (363 nəfər) köçürülüb.

  • Abşeron rayonunda silah-sursat aşkarlanıb

    Abşeron rayonunda silah-sursat aşkarlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    “Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Keçirilən növbəti profilaktik tədbir nəticəsində 41 yaşlı kişi 1 avtomat silahı, 1 patron darağı və 15 patronu polisə könüllü təhvil verib. Araşdırma aparılır”, – məlumatda qeyd edilib.

  • “Hesabınız dondurulub, müdaxilə var” – Aldanmayın!

    Mayın 30-da bir sıra şəxslərin bank kartlarından kiber üsullarla pul vəsaitləri oğurlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Bildirilib ki, vətəndaşların bank kartlarının üzərindəki CVV/CVC və SMS vasitəsilə göndərilən OTP (birdəfəlik şifrə) kodlarını naməlum şəxslərlə paylaşması nəticəsində onların hesablarından 725, 550, 450, 447, 300, 204, 73, 72, 60, 50 manat və 49 ABŞ dolları məbləğində vəsait oğurlanıb.

    Qeyd olunan məxfi məlumatlar üçüncü şəxslərə verildiyi halda yalnız bank hesabında olan vəsait deyil, həm də kredit limitləri vasitəsilə vətəndaşa maddi ziyan vurulur.

    Daxili İşlər Nazirliyi bir daha vətəndaşlara müraciət edərək xəbərdarlıq edir:

    “Bank və ya digər qurum adı ilə edilən naməlum zənglərə, mesajlara, linklərə inanılmamalıdır. “Hesabınız dondurulub, müdaxilə var”, “Viza üçün ödənişlər”, “Qazandınız”, “Sığorta aktivləşdirilir”, “Sərfəli kredit” və bu kimi cəlbedici təkliflər kiberfırıldaqçılıq məqsədi daşıya bilər.

    Heç bir halda kartın arxa hissəsindəki CVV/CVC kodları və OTP şifrəsi paylaşılmamalıdır.

    Şübhəli hallarla rastlaşdıqda vətəndaşlar “102” Xidməti Zəng Mərkəzinə və ya ərazi polis orqanlarına müraciət etməlidirlər.

  • В Японии произошло мощное землетрясение

    Землетрясение магнитудой 6.1 было зафиксировано на острове Хоккайдо в Японии.

    Об этом сообщает Median.Az со ссылкой на Reuters.

    Согласно данным Германского исследовательского центра геологических наук, очаг землетрясения находился на глубине около 20 км под землей.

    На данный момент сообщений о пострадавших не поступало, предупреждение о цунами не объявлялось.

  • Yaponiyada güclü zəlzələ baş verib

    Yaponiyanın Hokkaido adasında 6.1 maqnitudalı zəlzələ qeydə alınıb.

    Median.Az bu barədə Almaniya Geoloji Elmlər Tədqiqat Mərkəzinə istinadla xəbər verir.

    Bildirilir ki, zəlzələ ocağı yerin təxminən 20 km dərinliyində yerləşib.

    Xəsarət alanlar barədə məlumat daxil olmayıb, sunami xəbərdarlığı elan edilməyib.

  • ВС РФ взяли под контроль два населенных пункта

    Российские войска за минувшие сутки взяли под контроль Водолаги в Сумской области и Новополь в Донецкой области.

    Как передает Median.Az, об этом сообщили в Минобороны РФ.

  • Rusiya ordusu daha iki yaşayış məntəqəsini nəzarətə götürdü

    Rusiya qoşunları son sutka ərzində daha iki yaşayış məntəqəsini nəzarətə götürüb.

    Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilir ki, Sumı vilayətində Vodolaqi və Donetsk vilayətində Novopol yaşayış məntəqələri ordunun nəzarətinə keçib.

    Xatırladaq ki, bir gün əvvəl Xarkov vilayətində bir neçə məntəqə rusiyalı hərbçilər tərəfindən nəzarətə götürülmüşdü.

  • İlon Mask “Telegram”la rəqabət aparacaq mesenceri işə saldı

    Amerikalı sahibkar İlon Maskın “X” şirkəti “XChat” adlı yeni mesencerin beta-versiyasını işə salıb.

    Median.Az Gazeta.ru-ya istinadla xəbər verir ki, yeni mesencer “Telegram”ın birbaşa analoqudur.

    “XChat” yeni nəsil mesencer kimi təqdim edilir və funksionallığına, potensialına görə “Telegram” ilə rəqabət apara bilər.

    Şirkət nümayəndələrinin bəyanatına görə, “XChat” başdan sona şifrələmə, fayl paylaşımı, mesajın oxunduğunu göstərən işarələr, bütün söhbət iştirakçıları üçün mesajların silinməsi və yoxa çıxan mesaj rejimi təklif edir.

  • Продлен срок ареста Руфата Сафарова

    В Бинагадинском районном суде рассмотрено ходатайство следственного органа о продлении срока ареста правозащитника Руфата Сафарова, арестованного по обвинению в мошенничестве.

    Как сообщает Oxu.Az, ходатайство было удовлетворено, и срок ареста Р.Сафарова продлен до 23 июня.

    Напомним, что Руфат Сафаров был задержан 3 декабря сотрудниками Бинагадинского районного управления полиции.

    Ему предъявлены обвинения по статьям 221.1 (хулиганство), 127.2.3 (умышленное причинение менее тяжкого вреда здоровью, совершенное общеопасным способом или из хулиганских побуждений) и 178.3.2 (мошенничество, совершенное с причинением крупного ущерба) Уголовного кодекса Азербайджана.