Month: May 2025

  • Во Владивостоке группу врачей обвинили в торговле детьми

    Прокуратура Приморского края утвердила обвинение в отношении восьми медработников, которых подозревали в торговле несовершеннолетними.

    Об этом сообщается в Telegram-канале прокуратуры.

    “Прокурор Приморского края утвердил обвинительное заключение в отношении восьми медицинских работников частной клиники. Они обвиняются по п “в” ч. 3 ст. 127.1 УК РФ (торговля несовершеннолетними с их незаконным вывозом за границу)”, – говорится в сообщении.

    По версии следствия, с 2018 по 2020 год группа врачей незаконно оформляли документы, в которых содержалась ложная информация о бесплодии генетических родителей и покупателей.

    Подозреваемые совершили сделки по продаже 13 новорожденных, за это фигуранты получили вознаграждение свыше 53 млн рублей. Под видом лечения бесплодия врачи использовали вспомогательные репродуктивные методы и технологии. После рождения детей осуществлялась продажа их за границу.

    Уголовное дело направят во Фрунзенский районный суд Владивостока. Фигурантам грозит лишение свободы на срок до 15 лет.

  • Rusiyada həkimlər uşaq alverində ittiham olunub, 13 körpəni 687 min dollara satıblar

    Rusiyanın Primorsk diyarı prokurorluğu yetkinlik yaşına çatmayanların alverində şübhəli bilinən səkkiz tibb işçisinə qarşı ittihamları təsdiqləyib.

    Bu barədə prokurorluğun telegram kanalında məlumat verilib.

    Qeyd olunub ki, Primorsk diyarının prokuroru özəl klinikanın 8 tibb işçisinə qarşı ittiham aktını təsdiqləyib: “Onlar Rusiya Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin 3-cü hissəsinin “c” bəndi (yetkinlik yaşına çatmayanların qanunsuz olaraq xaricə çıxarılması ilə alveri) ilə ittiham olunurlar”.

    Müstəntiqlərin fikrincə, 2018-ci ildən 2020-ci ilə qədər bir qrup həkim qeyri-qanuni olaraq alıcıların və genetik valideynlərin sonsuzluğu ilə bağlı bilərəkdən yalan məlumatlar olan tibbi sənədlər verib.

    Şübhəlilər 13 yeni doğulmuş uşağı satmaq üçün əməliyyatlar həyata keçirib, nəticədə 53 milyon rubldan (687 min ABŞ dolları – Qeyd) çox vəsait əldə ediblər. Cinayəti törətmək üçün həkimlər sonsuzluğun müalicəsi adı altında köməkçi reproduktiv texnologiyalardan istifadə ediblər. Embrionları yetişdirib uşaq dünyaya gətirdikdən sonra xaricə satıblar.

    Cinayət işi Vladivostokun Frunzenski Rayon Məhkəməsinə göndəriləcək. Təqsirləndirilən şəxsləri 15 ilə qədər həbs gözləyir.

  • Трамп посоветовал Макрону и его жене выяснять отношения за закрытыми дверями

    Президент США Дональд Трамп рекомендовал своему французскому коллеге Эмманюэлю Макрону и его жене Брижит избегать выяснения отношений на публике.

    Об этом американский лидер заявил на пресс-конференции в Белом доме, отвечая на вопрос о том, какой “семейный совет” он бы дал Макрону после появления видеозаписи, на которой французскому лидеру фактически дает пощечину жена.

    “Убедитесь в том, что двери закрыты”, – ответил Трамп под смех присутствующих.

    “Я говорил с ним, с ним все в порядке. Они хорошие люди. Я его знаю очень хорошо”, – заявил далее Трамп. “Не в курсе, что там стряслось. Но я его знаю очень хорошо. С ними все в порядке”, – добавил хозяин Белого дома.

    Ранее агентство Associated Press распространило видео прилета президента Франции во Вьетнам. На кадрах был виден силуэт Макрона, все еще находящегося внутри самолета, в этот момент появилась рука его жены, хотя ее самой полностью не было видно, она быстро подняла руку к лицу мужа, дав пощечину.

  • Tramp Makrona arvadı ilə bağlı tövsiyə verib

    ABŞ prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makrona və xanımı Bricitə ictimai qarşıdurmalardan çəkinməyi tövsiyə edib.

    Bunu Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında deyib.

    “Qapıların bağlı olduğundan əmin olun”, deyə Tramp iştirak edənlərin gülüşünə cavab verib.

    “Onunla danışdım, yaxşıdır. Onlar yaxşı insanlardır. Mən onu çox yaxşı tanıyıram və orada nə baş verdiyini bilmirəm”, – Ağ Evin sahibi əlavə edib.

    Qeyd edək ki, Fransanın birinci xanımı Bricit Makron Vyetnama rəsmi səfər zamanı əri – Prezident Emmanuel Makrona gözlənilməz şəkildə şillə vurub. Hadisə dövlət başçısının təyyarəsində baş verib. Bricit Makron ərinə sillə vurduqdan sonra Makronun təklif etdiyi kömək əlini də nümayişkaranə şəkildə rədd edib.

  • Yevlaxda 13 yaşlı qızla ər-arvad kimi yaşayan şəxs həbs edildi

    Yevlaxda 13 yaşlı qızla ər-arvad kimi yaşayan, onunla münasibətdə olan 19 yaşlı şəxs həbs edilib.

    Median.Az Musavat.com-a istinadən xəbər verir ki, Gülər (ad şərtidir) 8-ci sinifdə təhsil aldığı zaman 19 yaşlı Orxanla (ad şərtidir) tanış olub.

    Onlar bir-birlərini sevərək ər-arvad kimi yaşamaq istəyiblər. Ailələr razı olsa da, qızın 13 yaşı olmasına görə toy edə bilməyiblər.

    Gülər Orxanın evinə gedərək onunla yaşamaq istədiyini deyib. Həmin gündən onlar ər-arvad münasibətində yaşamağa başlayıblar.

    Orxanın dediyinə görə, Gülərin 13 yaşı olmasını bilməyib və onun şəxsiyyət vəsiqəsini görməyib. Gülər də Orxanı günahkar bilməyərək yaşını gizlətdiyini etiraf edib. Əlavə edib ki, şəxsiyyət vəsiqəsi anasında olduğu üçün Orxana göstərməyib.

    Hər iki şəxsin valideynləri məhkəmədə şahid qismində dindiriliblər. Onlar bir-birlərindən şikayətçi olmayıb və Orxanla Gülərin birlikdə yaşamasından xəbərdar olduqlarını deyiblər.

    Məhkəmə Orxanı 14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaq və seksual xarakterli digər hərəkətlər etməkdə təqsirli bilib. Hökmə əsasən, Orxan 6 ay müddətinə azadlıqdan məhrum edilib.

  • “Şamaxinka”dakı kəsişmədə xaosun səbəbləri – Günahkar sürücülərdir? (Video)

    Baku TV-də “Necə olmalıdır?” rubrikasının yeni buraxılışı yayımlanıb.

    Bu dəfə paytaxtın “Şamaxinka” kimi tanınan ərazisindəki yol kəsişməsində yaşanan xaotik vəziyyətin səbəbindən danışılıb.

    Bildirilib ki, bu vəziyyətə həm sürücülərin yol hərəkəti qaydalarına əməl etməməsi, həm də yol infrastrukturundakı çatışmazlıqlar səbəb olur.

    Vurğulanıb ki, ərazidəki sıxlıq avtobus zolağından sonra daha kəskin hal alır. Belə ki, sürücülərin döngədə gözləməli olduqları halda buna əməl etməmələri və “20 Yanvar” metro stansiyası istiqamətindən gələn nəqliyyat axınının ardı-arasının kəsilməməsi nəticəsində mütəmadi şəkildə toqquşma riski yaranır.

    Qeyd edilib ki, problemin aradan qaldırılması yalnız yolun genişləndirilməsi ilə mümkün ola bilər.

    Ətraflı süjetdə:

  • Mayamidə faciəli şəkildə ölən Ceyhunun cənazəsi Azərbaycana gətirildi

    ABŞ-nin Florida ştatının Mayami şəhərində faciəli şəkildə ölən azərbaycanlı gənc Ceyhun Sadibəylinin cənazəsi Azərbaycana gətirilib.

    Oxu.az-ın məlumatına görə, C.Sadıqbəyli dünən Suraxanı rayonu, Dədə Qorqud qəsəbə qəbiristanlığında dəfn edilib.

    Xatırladaq ki, hadisə Mayamidəki “South Beach” adlanan çimərlikdə baş verib. Orada istirahət edərkən Ceyhunun həyat yoldaşı suda boğulmaq təhlükəsi ilə üz-üzə qalıb. Xanımını ölümdən qurtaran Ceyhun özü boğularaq həlak olub.

    Yenicə ailə həyatı quran Ceyhun Bostondakı şirkətlərin birində satış meneceri işləyirmiş.

    Qeyd edək ki, Ceyhun 2000-ci ildə Yardımlı rayonunun Bozayran kəndində doğulmuşdu. O, 665 balla ADA Universitetinin Biznesin idarə edilməsi ixtisasının ingiliscə bölməsinə daxil olaraq bakalavr pilləsini bitirmişdi.

  • Ələtdə qəza – Qadın öldü

    Mayın 31-i saat 09:15 radələrində Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisindən keçən 64-cü kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az xəbər verir ki, bu barədə “Unikal”ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib.

    Qeyd olunub ki, 90-SO-616 dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü Qazax rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun sol hissəsindəki dəmir arakəsməyə çırpılıb.

    Hadisə nəticəsində sərnişin, 1992-ci il Sənəm Axundova aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücü Südabə Əmirullayeva isə xəsarət alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Magistratura üzrə keçid balları artacaq?

    “Keçən illə bu il balların paylanması diaqramına baxdıqda, nəticələrin təxminən eyni səviyyədə olduğunu görürük”.

    Bu sözləri Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə “Asan TV”yə açıqlamasında deyib.

    “Biz bilmirik, hansı plan yerləri magistratura ilə əlaqədar təqdim olunacaq. Çünki Nazirlər Kabinetindən gələn yerlər hələ ki, bakalavriat və orta ixtisas məktəblərinə aiddir.

    Mən gözləyirəm ki, müsabiqə şərtləri ötənilki ilə eyni səviyyədə olacaq”, – deyə o qeyd edib.

  • Flippo İnzaqinin yeni klubu bəlli oldu

    İtaliya A Seriyasına yüksəldikdən sonra klubu tərk etmək qərarına gələn “Piza”nın baş məşqçisi Filippo İnzaqi B Seriyasında çalışmağa qərar verib.

    Bu barədə tanınmış insayder Nikolo Skira məlumat yayıb.

    Mənbənin məlumatına görə, mütəxəssis B Seriyasını səkkizinci pillədə başa vuran “Palermo”ya rəhbərlik edəcək. Müqavilə üç il müddətinə olacaq.

    “Piza”nın artıq yeni məşqçi axtarışına çıxdığı, Alberto Cilardino və Andrea Pirlonun, həmçinin “Verona”nın baş məşqçisi Paolo Zanettinin namizəd olduğu bildirilir.

    Filippo İnzaqi məşqçilik karyerasında “Piza” ilə yanaşı, “Venesiya”, “Bolonya”, “Benevento”, Breşiya”, “Reccina” və “Salernitana”da da çalışıb.