Month: May 2025

  • “United Airlines” iyunun 5-dən Təl-Əvivə uçuşları bərpa edəcək

    ABŞ-nin “United Airlines” aviaşirkəti iyunun 5-dən Nyu-Yorkdan Təl-Əvivə uçuşları bərpa edəcək.

    Bu barədə aviaşirkətin məlumatında bildirilib.

    Qeyd olunub ki, bu qərar vəziyyətin ətraflı qiymətləndirilməsi, həmçinin bort bələdçiləri və pilotların maraqlarını təmsil edən həmkarlar ittifaqları ilə sıx əməkdaşlıqdan sonra qəbul edilib.

    “United Airlines” Nyu-Yorkun Nyuark hava limanı ilə Təl-Əvivin Ben-Qurion hava limanı arasında uçuşları mayın 4-də dayandırmışdı. Buna səbəb Yəməndən atılan ballistik raketin İsrailin əsas hava limanı ərazisinə düşməsi olub.

  • В Баку пройдет волейбольный фестиваль

    1 июня на территории Приморского национального парка пройдет волейбольный фестиваль.

    Как сообщает Report, мероприятие, организованное Федерацией волейбола Азербайджана, начнется в 10:00.

    В фестивале, проводимом по случаю Международного дня защиты детей – 1 июня, примут участие команды мальчиков и девочек-волейболистов до 12 лет.

    Среди них будут организованы символические соревнования и различные игры.

    Цель мероприятия – повысить интерес детей к спорту, пропагандировать здоровый образ жизни и продвигать такие ценности, как дружба и командный дух.

  • Bakıda voleybol festivalı keçiriləcək

    İyunun 1-də Dənizkənarı Milli Park ərazisində voleybol festivalı keçiriləcək.

    Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə baş tutacaq tədbir saat 10:00-da start götürəcək.

    1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirilən festivalda 12 yaşadək voleybolçu qız və oğlanlardan ibarət komandalar iştirak edəcəklər.

    Onlar arasında simvolik yarışlar və müxtəlif oyunlar təşkil olunacaq.

    Tədbirin keçirilməsində məqsəd uşaqların idmana marağını artırmaq, sağlam həyat tərzini təbliğ etmək və dostluq, komanda ruhu kimi dəyərləri təşviq etməkdir.
    //report

  • В Закатале мотоциклист погиб при столкновении с автомобилем

    В результате столкновения мотоцикла с легковым автомобилем в Закатале погиб водитель двухколесного транспорта.

    Авария произошла на территории села Учюнджу Тала.

    При столкновении автомобиля марки “ВАЗ-2106” и мотоцикла на месте происшествия скончался 27-летний мотоциклист Шюкюр Ахмедов.

    По факту в Закатальском районном отделе полиции возбуждено уголовное дело, ведется следствие.

  • Zaqatalada avtomobillə motosiklet toqquşub, sürücü ölüb

    Zaqatalada avtomobillə toqquşan motosikletin sürücüsü ölüb.

    Hadisə rayonun Üçüncü Tala kəndi ərazisində qeydə alınıb

    Belə ki, “VAZ-2106” və motosiklet toqquşub. Qəza zamanı motosikletin sürücüsü, 27 yaşlı Şükür Əhmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

  • Уровень воды в Куре повысился на 23 см, в Аразе на 37 см

    В реке Эйричай, протекающей по территории Большого Кавказа, уровень воды повысился на 3 см, в Гудиялчае на 2 см, в нижнем течении реки Кура в Кюр-Сурре на 3 см, в Кюр-Банке на 2 см, а в верхнем течении реки Араз на 37 см.

    Как сообщает Report, это следует из данных автоматических гидрологических станций по состоянию на 10:00 31 мая.

    Отмечается, что в пункте Кюр-Гырагкясямян на трансграничной реке Куре уровень воды повысился на 23 см, расход воды составляет 505 м3/сек, что составляет 73% от нормы.

  • Kürdə suyun səviyyəsi 23 sm, Arazda 37 sm artıb

    Böyük Qafqaz ərazisindən axan Əyriçayda 3 sm, Qudiyalçayda 2 sm, Kür çayının aşağı axınında Kür-Surrada 3 sm, Kür-Bankədə 2 sm, Araz çayının yuxarı axınında isə 37 sm artım qeydə alınıb.

    Bu barədə Milli Hidrometeologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Transsərhəd çay olan Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 23 sm artıb, su sərfi 505 m3/san olmaqla normanın 73%-ni təşkil edir.

  • Финляндия завершила расследование в отношении нефтяного танкера Eagle S

    Национальная уголовная полиция Финляндии завершила предварительное расследование в отношении нефтяного танкера Eagle S, который подозревают в повреждении подводных кабелей в Балтийском море.

    Об этом пишет газета Yle.

    Трое членов экипажа подозреваются во вмешательстве в работу телекоммуникационных систем. Правоохранительные органы передали все материалы предварительного расследования зампрокурора Юкке Раппелле.

    Напомним, что в начале января этого года полиция Финляндии задержала Eagle S под флагом Островов Кука. Финский оператор электросетей Fingrid, владеющий кабелем EstLink 2, обратился в суд с требованием наложить арест на нефтяной танкер. Судно подозревали в причастности к повреждению электрического кабеля. Однако через два месяца танкер освободили из-за отсутствия оснований для его задержания.

  • Finlandiya “Eagle S” neft tankeri ilə bağlı araşdırmanı başa çatdırıb

    Finlandiya Milli Cinayət Polisi Baltik dənizində sualtı kabelləri zədələməkdə şübhəli bilinən “Eagle S” neft tankeri ilə bağlı ilkin araşdırmanı başa çatdırıb.

    Bu barədə “Yle” qəzeti yazıb.

    Ekipajın üç üzvü telekommunikasiya sistemlərinin işinə müdaxilədə şübhəli bilinir. Hüquq-mühafizə orqanları ilkin araşdırmanın bütün materiallarını prokuror müavini Yukka Rappellaya təhvil verib.

    Xatırladaq ki, bu ilin yanvar ayının əvvəlində Finlandiya polisi Kuk adaları bayrağı altında üzən “Eagle S” tankerini saxlayıb. “EstLink 2” kabelinin sahibi olan “Fingrid” elektrik şəbəkəsi operatoru neft tankerinə həbs qoyulması tələbi ilə məhkəməyə müraciət edib. Gəmi elektrik kabelinin zədələnməsində şübhəli bilinirdi. Lakin tankerin saxlanılması üçün əsaslar olmadığına görə o, iki ay sonra sərbəst buraxılıb.

  • Kevin De Bruyne növbəti ay İtaliya klubu ilə müqavilə imzalayacaq

    Belçikalı futbolçu Kevin De Bruyne iyunun əvvəlində İtaliyanın “Napoli” klubuna keçəcək.

    Bu barədə insayder Nikolo Skira sosial şəbəkə hesabında məlumat yayıb.

    Onun sözlərinə görə, tərəflər razılıq əldə etməyə çox yaxındırlar və müqavilənin iyunun əvvəlində imzalanması gözlənilir.

    Qeyd edək ki, 33 yaşlı yarımmüdafiəçinin İngiltərənin “Mançester Siti” klubu ilə sözləşməsinin müddəti başa çatır. O, “şəhərlilər”in heyətində 422 oyun keçirib, 108 qol və 177 məhsuldar ötürmə ilə yadda qalıb.