Month: May 2025

  • Qurban bayramı ilə bağlı fətva verildi

    Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Qurban bayramı ilə bağlı fətva verib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, fətva Qazılar Şurasının bugünkü geniş toplantısında qəbul olunub.

    Fətvada bildirilib ki, Şamaxı Astrofizika Rəsədxanasının məktubuna əsasən, Azərbaycan üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurban bayramı Zül-hiccə ayının 10-na – Miladi təqvimlə iyunun 6-na təsadüf edəcək.

    Şəriətə uyğun olaraq Qurban kəsimi iyunun 6-dan başlayaraq 3 gün davam edə bilər.

    İyunun 6-da məscidlərdə bayram namazı qılınacaq.

    Qeyd edək ki, Azərbaycanda 6-7 iyun Qurban bayramı günləri qeyri-iş günü elan edilib.

  • Qaz pedalı ilə əyləci səhv saldı – Maşını “Araz”a girdi-Video

    Bu gün Abşeron rayonu Saray qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

    “Kia Rio” markalı avtomobil idarəetmədən çıxaraq “Saray” MTK binasının 1-ci mərtəbəsində yerləşən “Araz” marketə daxil olub.

    Qəza zamanı xəsarət alan olmasa da, marketə və maşına ciddi ziyan dəyib.

    “Sumqayıt24”ün məlumatına görə, qəzaya sürücünün qaz pedalı ilə əyləci səhv salması səbəb olub.

  • Prezident bir qrup şəxsi təltif etdi – SİYAHI

    Prezident İlham Əliyev Azərbaycanda ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı Median.Az President.az-a istinadən xəbər verir.

    Sərəncama əsasən, Azərbaycanda ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətləri olan aşağıdakı şəxslər təltif ediliblər:

    “Tərəqqi” medalı ilə

    Həsənov Ərəstun Həsənağa oğlu

    Qənbərov Mirsalam Böyükağa oğlu

    Sefiyev Amil Mirdaməd oğlu

    Şiralıyev Mayıs Ağahüseyin oğlu

    Tarverdiyev Qafar Hüseyn oğlu

    “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

    Aslanov İlqar Vaqif oğlu

    İbadova Sevinc Qafar qızı.

  • Sabirabadda ata-oğul “Azəriqaz”ın əməkdaşını döydülər

    Sabirabad rayonunda “Azəriqaz”ın əməkdaşı döyülüb.

    Hadisə rayonun Güdəcühür kəndində baş verib.

    Kənd sakini, “Azəriqaz” İstehsalat Birliyinin Sabirabad rayon Qaz İstismarı İdarəsinin xidmət sahəsinin qaz təsərrüfatı nəzarətçisi İkram adlı şəxs kənd sakini Mayıl Əsgərovun evindəki qaz cihazlarını yoxlayaraq akt tərtib etmək istəyib. O, iki dəfə həmin ünvana getsə də, evdə heç kim olmayıb. İkram Mayıl Əsgərovun oğlu Ziyadı küçədə görüb və ona bildirib ki, evdə olduğu vaxtlarda ona xəbər etsin.

    Bir neçə gündən sonra Ziyadın münasibət qurduğu xanım İkramın onu narahat etdiyini bildirib. Ziyad bu məqsədlə İkrama zəng vuraraq onunla görüşmək istədiyini deyib və onu qardaşına məxsus çayxanaya çağırıb. İkram idarə etdiyi avtomobillə kafenin qarşısında Ziyadla görüşüb. Ziyad avtomobilə əyləşərək İkrama onların evi tərəfə sürməyi xahiş edib. Evin yanına çatanda Ziyad ondan sənədlər tələb edib. İkram bildirib ki, ünvana çatmasa, akt yaza bilməyəcək. Ziyad isə ona “sən kimsən ki, camaatın ünvanına gedirsən?” deyib. İkram dövlət işçisi olduğunu və qanuna uyğun olaraq ünvana getdiyini deyib. “Ziyad isə “Dövlət də bizik, qanun da” deyərək İkramın sifət və baş nahiyəsinə yumruq zərbələri endirib. O, İkramdan maşını bənd deyilən əraziyə sürməyi tələb edib.

    İkram isə maşını Ziyadın qardaşının çayxanasına sürərək, maşından düşüb Mayıl Əsgərova olanlar barədə məlumat verib. Mayıl Əsgərov isə oğlunun yaxşı etdiyini deyib və ata-oğul birləşərək onu döyməyə başlayıblar.

    Kənd sakinləri onları ayıraraq davanı sakitləşdiriblər.

    Hadisə yerinə polis əməkdaşları gəliblər, faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.

    Məhkəmənin hökmü ilə Ziyad Əsgərova 2 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
    //oxu.az

  • Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir

    Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir.

    Median.Az “Report”a istinadla xəbər verir ki, proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baş tutur.

    Xatırladaq ki, ötən prosesdə zərərçəkənlər ifadə veriblər.

    Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma Dağlıq Qarabağ respublikası və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərdə təqsirləndirilirlər.

    Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər – Arkadi Arşaviri (Arşaviroviç) Qukasyan, Arayik Vladimiri (Vladimiroviç) Arutyunyan, Bako Saaki (Saakoviç) Saakyan, Davit Rubeni (Rubenoviç) İşxanyan, Davit Klimi (Klimoviç) Babayan, Lyova Henrixi (Henrixoviç) Mnatsakanyan, Davit Azati (Azatoviç) Manukyan, Qarik Qriqori (Qriqoroviç) Martirosyan, Melikset Vladimiri (Vladimiroviç) Paşayan, Davit Nelsoni (Nelsonoviç) Allahverdiyan, Qurqen Omerosi (Omerosoviç) Stepanyan, Levon Romiki (Romikoviç) Balayan, Madat Arakeli (Arakeloviç) Babayan, Vasili İvani (İvanoviç) Beqlaryan və Erik Roberti (Robertoviç) Qazaryana qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

  • “Bitcoin”dən yeni qiymət rekordu – 111 min dolları keçdi

    Kriptovalyuta bazarında tarixi hadisə baş verib – dünyanın ən populyar rəqəmsal valyutası olan “Bitcoin” bu gün – 22 may 2025-ci il tarixində özünün tarixi maksimumuna çatıb.

    “Binance” kriptobirjasının məlumatına görə, “Bitcoin”in qiyməti 111 min 800 ABŞ dolları səviyyəsinə yüksəlib. Son bir ayda bu aktiv 22 min dollardan çox bahalaşıb, bu da bazarın rekord dinamika ilə böyüdüyünü göstərir.

    Maliyyə ekspertləri qiymətin bu qədər artmasını bir neçə amillə izah edirlər. Onların fikrincə, ABŞ dollarının zəifləməsi və “GENIUS” aktına dəstəyin artması – yəni kriptovalyutaların federal səviyyədə tənzimlənməsini nəzərdə tutan qanun layihəsi – investorların “Bitcoin”ə olan inamını artırıb. Treyderlər bu şəraitdə “Bitcoin”in uzunmüddətli artım potensialını daha yüksək qiymətləndirirlər.

    Xatırladaq ki, aprel ayında ABŞ-nin bütün idxal mallarına əlavə rüsum tətbiq etməsi və Donald Trampın inaqurasiyası ərəfəsində “Bitcoin”in dəyəri 109 min dolları keçmiş, daha sonra isə 75 min dollaradək enmişdi. Lakin son bir ayda bu itkilər tamamilə kompensasiya olunub və “Bitcoin” yeni zirvəyə çatıb.

  • Dövlət əleyhinə çağırışlara görə ittiham olunanların məhkəmə araşdırması yekunlaşdı

    Dövlət əleyhinə çağırışlarda təqsirləndirilərək saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Qaradağ rayon şöbəsinin sədri Zaur Əsgərov və Binəqədi şöbəsinin üzvü Gündüz Mirzəyevin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən iclasda sənədlər tədqiq olunub.

    Daha sonra məhkəmə istintaqının yekunlaşdığı elan edilib.

    Növbəti proses mayın 29-na təyin edilib.

    Qeyd edək ki, Zaur Əsgərov və Gündüz Mirzəyev martın 7-də saxlanılıblar. Onlara Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsiylə ittiham irəli sürülüb. Cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq İdarəsində aparılıb.
    //oxu.az

  • В США начнут реализацию программы “золотой карты” в ближайшие недели

    Соединенные Штаты в ближайшие недели начнут принимать заявки от иностранных граждан, желающих получить так называемые “золотые карты” – новый тип вида на жительство, инициированный президентом Дональдом Трампом. Программа предполагает предоставление ВНЖ в обмен на инвестиции в размере 5 млн долларов в американскую экономику.

    По информации портала Axios, ссылающегося на министра торговли США Говарда Латника, запуск программы состоится уже в мае-июне текущего года, передает Median.Az.

    “Все должно заработать в течение ближайших недель – не месяцев, а недель”, – подчеркнул Латник в своем заявлении.

    Министр торговли выразил уверенность, что новая инициатива “поможет Америке выплатить ее долги” благодаря масштабному притоку иностранных инвестиций. Стоит отметить, что государственный долг США на сегодняшний день превышает 36 трлн долларов, что составляет около 123% от ВВП страны.

    Ранее Дональд Трамп заявлял о своих амбициозных планах привлечь около 1 млн иностранных инвесторов в рамках данной программы. Официальное название нового документа – Trump card, что представляет собой игру слов: в карточных играх выражение trump card означает “козырную карту” или “козырь”.

    Несмотря на то, что инициатива была анонсирована Трампом еще в конце февраля, только сейчас программа переходит в стадию практической реализации. “Золотые карты” призваны заменить действовавшую на протяжении 35 лет программу EB-5, которая предоставляла возможность получить “зеленую карту” (green card) в обмен на создание 10 постоянных рабочих мест в США.

    По словам Латника, на первом этапе будет запущен официальный сайт trumpcard.gov, который начнет принимать предварительные заявки от потенциальных участников программы. После отладки системы планируется переход к полноценному режиму обработки заявок и выдачи “золотых карт”.

  • ABŞ əcnəbi vətəndaşlar üçün “Trump card” proqramına start verir

    ABŞ yaxın həftələrdə Prezident Donald Trampın təşəbbüsü ilə yeni daimi yaşayış hüququ verən “qızıl kart” əldə etmək istəyən xarici vətəndaşların müraciətlərini qəbul etməyə başlayacaq.

    Median.Az “Axios” portalına istinadən xəbər verir ki, bu barədə ABŞ-nin ticarət naziri Hovard Latnik məlumat verib.

    Qeyd olunur ki, kartlar bu ilin may-iyun aylarından tətbiq edilməyə başlayacaq. Proqram ABŞ iqtisadiyyatına beş milyon dollar investisiya yatırılması müqabilində yaşayış icazəsinin verilməsini nəzərdə tutur.

    “Hər şey yaxın bir neçə həftə ərzində işə düşməlidir – aylar deyil, həftələr”, – deyə Latnik öz bəyanatında vurğulayıb.

    Ticarət naziri yeni təşəbbüsün xarici investisiyaların böyük axını sayəsində ölkənin borclarını ödəməyə kömək edəcəyinə əmin olduğunu bildirib. Qeyd edək ki, hazırda ABŞ-nin dövlət borcu 36 trilyon dolları ötür ki, bu da ölkə ÜDM-nin təxminən 123%-ni təşkil edir.

    Donald Tramp daha əvvəl bu proqram çərçivəsində bir milyona yaxın xarici investor cəlb etmək üçün iddialı planlarını açıqlamışdı. Yeni sənədin rəsmi adı “Trump card”dır.

  • İlham Əliyev Nicat Quliyevi yüksək vəzifəyə TƏYİN ETDİ

    Nicat Quliyev “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədr müavini təyin edilib.

    Median.Az xəbər verir ki, bu barədə “Report”a ADY-dən məlumat verilib.

    “Azərbaycan Prezidenti İlham Əliyevin 22 may 2025 tarixli sərəncamına əsasən, Nicat Tofiq oğlu Quliyev “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini vəzifəsinə təyin edilib”, – ADY-dən bildirilib.

    Xatırladaq ki, N.Quliyev 1985-ci ildə anadan olub. 2005-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavriat və 2007-ci ildə magistratura pillələrini fərqlənmə ilə bitirib.

    O, 2009-cu ildən 2015-ci ilə qədər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və “Azəryolservis” ASC-də müxtəlif vəzifələrdə çalışıb.

    N.Quliyev 2015-ci ildə “Azərbaycan Dəmir Yolları” QSC-də fəaliyyətə başlayıb, 2016-2025-ci illərdə Hüquq departamentinin müdiri və ADY sədrinin müşaviri vəzifələrini icra edib.

    ADY-də çalışdığı müddətdə bir sıra layihələrə rəhbərlik edib. 2020-ci ildə ADY-nin “140 illik yubiley medalı” ilə təltif olunub.