Month: May 2025

  • Qurbağa əti Bakıda süfrəyə gəldi: Halaldır, yoxsa haram?

    Son vaxtlar Azərbaycanda qurbağa ətinə maraq artmaqdadır. Bakıda dəniz məhsulları satışı ilə məşğul olan mağazaların satıcılarının sözlərinə görə, delikates hesab olunan bu məhsul, əsasən, Asiya ölkələrindən idxal olunur. Qurbağalar dondurulmuş şəkildə ölkəyə gətirilir və biri 3-5 manat aralığında satışa çıxarılır. Dad baxımından toyuq ətinə bənzədilsə də, daha yumşaq teksturaya və nisbətən şirin dada malik olduğu deyilir. Xarici mətbəxlərə olan marağın artması və yeni dadlara açıq istehlakçı qruplarının formalaşması qurbağa ətinə tələbatın yüksəlməsinə səbəb olub.

    Bəs qurbağa əti dini baxımdan halal hesab olunur, yoxsa haramdır?

    Bu barədə Oxu.Az-ın sualını cavablandıran ilahiyyatçı Ağa Hacıbəyli deyib ki, Məhəmməd peyğəmbərin dövründə qurbağanın öldürülməsi qadağan edilib, yeyilməsi isə caiz görülməyib.

    “İslam fiqh məktəbləri qurbağanın ətinin yeyilməsini icazəli saymır”, – deyə o qeyd edib.

  • ЦАХАЛ призывает жителей северной части сектора Газа эвакуироваться

    Армия обороны Израиля призвала жителей северной части сектора Газа эвакуироваться на юг, передает Median.Az.

    “Армия обороны Израиля ведёт активные действия в районах вашего присутствия, поскольку террористические организации продолжают свою деятельность в них”, – написал официальный представитель ЦАХАЛ Авихай Адраи в соцсети X.

    Адраи уточнил, что районы Шейх-Зайда, Салатина, Бейт-Лахии, Джабалии и близлежащих городов теперь считаются опасными зонами боевых действий, и призвал жителей немедленно эвакуироваться на юг.

  • İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimal hissəsinin sakinlərini təxliyə etməyə çağırır

    İsrail Müdafiə Ordusu (SAXAL) cümə günü Qəzza zolağının şimal hissəsinin sakinlərini cənuba təxliyə etməyə çağırıb.

    Bu barədə SAXAL-ın rəsmi nümayəndəsi Avixay Adrai “X” sosial şəbəkəsində yazıb.

    “İsrail Müdafiə Qüvvələri sizin olduğunuz ərazilərdə aktiv əməliyyatlar aparır, çünki terror təşkilatları burada fəaliyyətlərini davam etdirirlər”, – deyə o bildirib.

    Adrai Şeyx Zaid, Salatin, Beyt Lahiya, Cabaliya və yaxınlıqdakı şəhərlərin ərazilərinin indi təhlükəli döyüş zonaları hesab edildiyini dəqiqləşdirib və sakinləri dərhal cənuba təxliyə olunmağa çağırıb.

  • В Азербайджане утвердили порядок определения минимальных цен на алкоголь

    Кабинет Министров Азербайджана утвердил новый порядок определения минимальных цен на розничную продажу алкогольных напитков. Данное решение направлено на регулирование рынка и защиту потребителей от некачественной продукции.

    Согласно постановлению, минимальная цена на розничную продажу алкогольной продукции будет устанавливаться в соответствии с объемами упаковки. Для определения минимальной розничной цены производители алкогольной продукции с годовым объемом производства более 60 тысяч декалитров и численностью работников свыше 30 человек должны заполнить “Форму калькуляции розничной цены продукции” и представить ее в Министерство экономики в течение 15 рабочих дней после соответствующего запроса.

    Минимальная розничная цена будет рассчитываться как среднее арифметическое цен, предложенных производителями в установленный срок. Решение о минимальной розничной цене утверждается Министерством экономики в течение месяца после представления формы и вступает в силу через месяц после утверждения.

    В случае изменения себестоимости продукции более чем на 5%, минимальная розничная цена может быть пересмотрена на основании обращения не менее 50% производителей.

    Информация о принятом решении по установлению минимальной розничной цены должна быть опубликована Министерством экономики в соответствии с требованиями закона “О доступе к информации” не менее чем за 30 дней до вступления цены в силу.

    Для водки как вида алкогольного напитка годовой объем производства на 2030-2031 годы установлен в размере 80 тысяч декалитров, а с 1 января 2032 года этот показатель увеличится до 100 тысяч декалитров.

  • Arağın minimum qiymətinin müəyyənləşdirilməsinə dair ŞƏRTLƏR AÇIQLANDI

    Alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi Qaydası təsdiq edilib.

    Nazirlər Kabineti bu barədə qərar verib.

    Qərara əsasən, məhsulun pərakəndə satışına dair minimum qiymət qablaşdırma həcmlərinə uyğun olaraq müəyyən edilir. Pərakəndə satışa dair minimum qiymətin müəyyənləşdirilməsi üçün İqtisadiyyat Nazirliyinin müraciəti əsasında illik istehsal həcmi 60 min dekalitrdən və işçi sayı 30 nəfərdən çox olan məhsul istehsalçıları tərəfindən “Məhsulun pərakəndə qiymətinin kalkulyasiyası Forması” doldurularaq 15 (on beş) iş günü müddətində Nazirliyə təqdim olunur. Məhsulun pərakəndə satışına dair minimum qiymət istehsalçıların nəzərdə tutulmuş müddətdə müvafiq məhsul üzrə təqdim etdiyi pərakəndə satış qiymətlərinin ədədi ortası kimi müəyyən edilir. Məhsulun pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi barədə qərar Forma təqdim edildikdən sonra Nazirlik tərəfindən bir ay müddətində təsdiq edilir və təsdiq edildiyi gündən bir ay sonra qüvvəyə minir.

    Məhsulun maya dəyəri 5 faizdən çox dəyişdiyi istehsalçıların minimum 50 faizinin müraciəti əsasında məhsulun pərakəndə satışına dair müəyyən olunmuş minimum qiymətə bu Qaydaya uyğun olaraq yenidən baxılır.

    Məhsulun pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi barədə qəbul edilmiş qərar haqqında məlumat Nazirlik tərəfindən “İnformasiya əldə etmək haqqında” qnunun tələblərinə uyğun olaraq qiymətin qüvvəyə mindiyi tarixdən ən azı 30 (otuz) gün əvvəl verilir.

    Bu tələb üzrə alkoqollu içki növü olan arağın illik istehsal həcmi 2030-2031-ci illər üzrə 80 min dekalitr, 2032-ci il yanvarın 1-dən 100 min dekalitr tətbiq edilir.

  • Sakinlərin NƏZƏRİNƏ: Sabah Neftçalada qaz olmayacaq

    Neftçala rayonunun bir hissəsində qaz təchizatında fasilələr yaranacaq.

    Bu barədə “Azəriqaz” İB məlumat yayıb.

    Bildirilib ki, Neftçala rayonu Xolqarabucaq kəndində vətəndaşın müraciətinə əsasən d-108 mm-lik yerüstü qaz kəməri üzərində darvaza keçidinin quraşdırılması ilə əlaqədar, 23.05.2025-ci il saat 15:00-dan etibarən işlər başa çatanadək yaşayış məntəqəsində (448 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

  • Azərbaycanda vəzifəli şəxs vəfat etdi

    “62 saylı Kürdəmir seçki dairəsinin dairə seçki komissiya sədri Əbülfət Mikayılov vəfat edib”.

    Bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov qurumun bugünkü iclasında deyib.

    Komissiya üzvləri onun ölümü ilə bağlı başsağlığı veriblər.
    //oxu.az

  • Azərbaycanda tikinti layihələrinin ekspertizadan keçirilməsi üzrə bəzi hərəkətlər elektronlaşdırıldı

    “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunun icrası ilə əlaqədar bəzi fərmanlarda dəyişiklik edilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni fərman imzalayıb.

    Fərmanla “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.11.5-ci yarımbəndinin 1-5-ci abzasları aşağıdakı redaksiyada verilir:

    “3.11.5.1. ərazi planlaşdırılması sənədlərinin tələblərinə əməl olunmamasını;

    3.11.5.2. özbaşına tikinti işlərinin qarşısının alınmamasını:

    3.11.5.2.1. tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyektinin belə icazə alınmadan tikildiyini;

    3.11.5.2.2. barəsində məlumatlandırma icraatı tətbiq edilən, lakin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinə uyğun olaraq tikinti işlərinə başlanılmasına əsas olmadan tikinti obyektinin tikildiyini;

    3.11.5.2.3. tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində tikinti fəaliyyətinin həyata keçirildiyini”.

    Eyni zamanda, “Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları” yenilənib. Belə ki, bundan sonra tikintiyə icazə icraatı çərçivəsində tikinti layihələrinin ekspertizadan keçirilməsi üzrə bəzi hərəkətlər şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçiriləcək.

    Fərmanla, həmçinin, “Tikinti obyektlərinin sökülməsi Qaydaları”nda dəyişiklik edilib.

    Dəyişikliyə əsasən, “Tikinti obyektlərinin sökülməsi Qaydaları”nın 4.2.8-ci yarımbəndi aşağıdakı redaksiyada verilib:

    “4.2.8. tikintiyə icazə verən orqanın (qurumun) tikinti obyektinin tikintisinə icazə verilməsindən imtina edilməsi barədə qərarının və ya tikintiyə icazənin tələb olunduğu hallarda tikinti obyektinin belə icazə alınmadan özbaşına tikilməsi barədə məktubunun rekvizitləri”.

  • Президент Азербайджана отметил заслуги Талята Меджидова высшей государственной наградой

    Президент Ильхам Алиев подписал распоряжение о награждении Талята Тахир оглу Меджидова орденом “За службу Отечеству” 1-й степени за многолетнюю плодотворную деятельность на государственной службе в Азербайджанской Республике.

    Текст документа опубликован АЗЕРТАДЖ.

  • İlham Əliyev Tələt Məcidovla bağlı SƏRƏNCAM imzaladı

    Prezident İlham Əliyev Tələt Tahir oğlu Məcidovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı Median.Az President.az-a istinadən xəbər verir.

    Sərəncama əsasən, T.Məcidov Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.