Month: May 2025

  • Bakı-Quba avtomagistralında ağır qəza, 1 nəfər ölüb 2 nəfər yaralanıb

    Bakı-Quba avtomagistralında Qubaya gedən istiqamətdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Apa xəbər verir ki, bu gün Quba yolunda “Mercedes” markalı minik avtomobili yük maşını ilə toqquşub .

    İlkin məlumatlara görə, qəza nəticəsində sərnişin 1986-cı il təvəllüdlü Rzayev Ruslan İsmayıl oğlu dünyasını dəyişib. Hadisə zamanı iki nəfərin də xəsarət alaraq xəstəxanaya yerləşdirildiyi bildirilir.

    Faktla bağlı araşdırma aparılır.


  • Bayden bu tarixədək ölə bilər – Həkim AÇIQLADI

    Prostat xərçəngi diaqnozu qoyulan ABŞ-nin keçmiş prezidenti Co Baydenin tezliklə ölə biləcəyi bildirilib.

    Median.Az xarici mətbuata istinadən xəbər verir ki, onun ömrünün sonuna 12-18 ay qala biləcəyi iddia olunub.

    Bu barədə Ağ Evin keçmiş həkimi, respublikaçı konqresmen Ronni Cekson “The Washington Free Beacon”a müsahibəsində danışıb.

    “Baydenin gözlənildiyindən daha uzun yaşayacağına ümid edirəm. İxtisasım olmasa da, bu haqda uroloqlarla danışmışam. Sağ qalması 12-18 ay çəkə bilər. Prostat vəzi xərçəngi kimyaterapiya ilə bağlı kənar simptomlar olmadan müalicə edilə bilər”.

  • Bayden bu tarixədək ölə bilər – Həkim AÇIQLADI

    Prostat xərçəngi diaqnozu qoyulan ABŞ-nin keçmiş prezidenti Co Baydenin tezliklə ölə biləcəyi bildirilib.

    Median.Az xarici mətbuata istinadən xəbər verir ki, onun ömrünün sonuna 12-18 ay qala biləcəyi iddia olunub.

    Bu barədə Ağ Evin keçmiş həkimi, respublikaçı konqresmen Ronni Cekson “The Washington Free Beacon”a müsahibəsində danışıb.

    “Baydenin gözlənildiyindən daha uzun yaşayacağına ümid edirəm. İxtisasım olmasa da, bu haqda uroloqlarla danışmışam. Sağ qalması 12-18 ay çəkə bilər. Prostat vəzi xərçəngi kimyaterapiya ilə bağlı kənar simptomlar olmadan müalicə edilə bilər”.

  • Şirvan sakini ehtiyatsızlıqdan 2 yaşlı övladını avtomobillə vurub öldürüb – YENİLƏNİB

    Şirvan sakininin ehtiyatsızlıqdan vurduğu 2 yaşlı övladı dünyasını dəyişib.

    Bu haqda apa-nın Mil-Muğan bürosu məlumat verib.

  • 16 yaşlı Nuranəni öldürüb Kürə atan əri həbs edildi

    Sabirabadda 16 yaşlı gəlini qətlə yetirməkdə təqsirləndirilən 21 yaşlı həyat yoldaşı Seyidrəsul Talıbzadə barədə həbs qətimkan tədbiri seçilib.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, bu gün Sabirabad rayon məhkəməsi S.Talıbzadə barədə həbs qətimkan tədbirinin seçilməsi barədə istintaq orqanının təqdimatına baxıb. Təqdimat təmin edilib və S.Talıbzadə barədə 4 aylıq həbs qətimkan tədbiri seçilib.
    Xatırladaq ki, mayın 20-də Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində 2009-cu il təvəllüdlü Nuranə Ələkbərovanın meyiti tapılıb.

    İlkin araşdırmalarla 2004-cü il təvəllüdlü Seyidrəsul Talıbzadənin mayın 18-də rayonun Güdəcühür kəndində aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı Nuranə Ələkbərovanı qəsdən öldürməsi və meyitini suya atmasına əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.

    Seyidrəsul Talıbzadə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

  • Şahbaz Şərif Azərbaycana gələcək

    Pakistanın Baş naziri Şahbaz Şərif gələn həftə Türkiyə, İran və Azərbaycana səfər edəcək.
    Median.Az xəbər verir ki, bu barədə Pakistanın hökumət mənbələri məlumat yayıb.

    Məlumata görə, səfər çərçivəsində regional təhlükəsizlik, qlobal siyasi iqlim və uzunmüddətli əməkdaşlıq strategiyaları ilə bağlı ətraflı müzakirələr aparılacaq.

    Qeyd edilib ki, Şahbaz Şərif İran, Azərbaycan və Türkiyə liderləri ilə görüşəcək. O, Hindistanla artan gərginlikdə göstərdikləri dəstəyə görə onlara təşəkkür edəcək.

  • Siyəzəndə avtomobil aşıb, bir ailənin 4 üzvü xəsarət alıb

    Bakı-Quba magistral yolunun Siyəzən rayonunun Zarat kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Apa-nın Şimal bürosu xəbər verir ki, Siyəzən rayon sakini, 39 yaşlı Samir Əkbərovun idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili yolun ortasındakı dəmir arakəsmələrə çırpılıb və aşıb.

    Qəza nəticəsində sürücü və onun ailə üzvləri – 35 yaşlı həyat yoldaşı Rəvanə Əkbərova, 16 yaşlı qızı Aysu və 10 yaşlı oğlu İlkin Əkbərov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdirilib.
    Hadisə ilə bağlı DYP tərəfindən araşdırma aparılır.

  • Azərbaycanda “Kərimə” dövləti qurmaq istəyən dəstə üzvlərinə hökm oxundu

    “Kərimə” dövləti qurmaq niyyəti ilə hakimiyyəti zorla ələ keçirməyə çalışmaqda təqsirləndirilən Xəqani Məmmədov, Sənan Məmmədov, İqbal Axundov, Arif Cümşüdov, Tərzan Qaraşov və Anar İsayevin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

    Median.Az trend-ə istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, Arif Cümşüdov 17 il, Anar İsayev 17 il, Sənan Məmmədov 8 il, İqbal Axundov 8 il, Xəqani Məmmədov 8 il, Tərzan Qaraşov 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

    Onlar cəzalarını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkəcəklər.

    Qeyd edək ki, Rufulla Axundzadə və Bəxtiyar Bayramov Tərtər rayon sakini Arif Cümşüdovu şirnikləndirici vədlər müqabilində ələ alaraq ona ölkə ərazisində silahlı iğtişaşlar törətməklə hakimiyyətin ələ keçirilməsi və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsi yolu ilə şəriət qanunları ilə idarə olunan “Kərimə” dövlətinin qurulması məqsədilə “müqavimətçi dəstə” yaratması barədə tapşırıqlar veriblər.

    Arif Cümşüdov verilmiş tapşırıqlar əsasında ətrafında olan dini radikalizmi təbliğ edən tanışları – Tərzan Qaraşov, Sənan Məmmədov, Xəqani Məmmədov və İqbal Axundovu bu işə cəlb edib. O, yaşadığı evdə mütəmadi olaraq təşkil etdiyi gizli yığıncaqlarda Rufulla Axundzadə və Bəxtiyar Bayramovun göstərişlərini həmin şəxslərə çatdırıb. Dəstə üzvləri əlavə şəxslərin də cəlb edilmələri istiqamətində fəaliyyətlər göstərərək bu barədə Rufulla Axundzadəyə məlumat veriblər.
    Bundan başqa, Rufulla Axundzadə Bakı şəhər sakini Anar İsayevi də əməkdaşlığa cəlb edərək ona da ölkə ərazisində iğtişaşların törədilməsi yolu ilə “Kərimə” dövlətinin qurulması üçün “müqavimətçi dəstə” təşkil etməyi tapşırıb. Rufulla Axundzadə yüksək maddi gəlir, silah və digər bütün lazımi dəstəyin veriləcəyini vəd edərək təşkilatlanmaları və birgə fəaliyyət göstərmələri məqsədilə Anar İsayevi Arif Cümşüdovla tanış edib.
    Saxlanılan şəxslər özlərini cəmiyyətdə “dindar” kimi qələmə verərək sosial şəbəkələr üzərindən, eləcə də insanların toplaşdığı mərasimlərdə İran və dini radikalizm lehinə təbliğat apararaq Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək üçün xaricdən aldıqları tapşırıqları yerinə yetiriblər.
    Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən onlara Cinayət Məcəlləsinin 234.1-1-ci (qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama və daşıma, külli miqdarda törədildikdə) və 278.2-ci (Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına, yaxud hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədilməsi) maddələri ilə ittiham irəli sürülüb.

  • ICESCO-nun baş direktoru İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib

    ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    Məktubda deyilir:

    “İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – ICESCO adından və öz adımdan Zati-alinizə, hökumətinizə və qardaş Azərbaycan xalqına 28 May – Müstəqillik Günü münasibətilə səmimi təbriklərimizi çatdırmaqdan şərəf duyuram.

    Bu əlamətdar bayram Azərbaycan xalqının sarsılmaz qətiyyətinin, suverenliyə, birliyə və tərəqqiyə möhkəm sadiqliyinin rəmzidir.

    Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası həm regional, həm də qlobal miqyasda sülhü və əməkdaşlığı təşviq etməklə yanaşı, davamlı tərəqqi, mədəniyyətin qorunub saxlanılması, təhsilin və elmin inkişafı istiqamətində mühüm nailiyyətlər əldə etmişdir.

    Biz ICESCO ilə Azərbaycan Respublikası arasında sıx və səmərəli əməkdaşlıqdan qürur duyuruq, bütün İslam dünyasında təhsili, elmi və mədəniyyəti dəstəkləmək üçün tərəfdaşlığımızı gücləndirməyə sadiq qalırıq. Azərbaycanın təşkilatımızdakı fəal və konstruktiv rolunu, eləcə də ICESCO-nun missiyasına və təşəbbüslərinə davamlı dəstəyinizi yüksək qiymətləndiririk.

    Zati-aliləri, Sizə ən yüksək ehtiramımı bildirir, möhkəm cansağlığı və uğurlar arzulayıram”.

  • Qazaxda yük maşını qatarla TOQQUŞDU: Xəsarət alanlar var

    Qazaxda yük maşını qatarla toqquşub.

    Hadisə rayonun Çaylı kəndində qeydə alınıb.

    Hərəkətdə olan “Ford” markalı yük maşını qatara çırpılıb.

    Nəticədə, “Ford”un sürücüsü, 1978-ci il təvəllüdlü Tovuz rayon sakini Ə.Şirinov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

    Onun vəziyyətinin ağır olduğu bildirilir.

    Həmçinin xəsarət alan daha 2 nəfər (kişi cinsli) Qazax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

    Hər birinə ilkin zəruri tibbi xidmət göstərilib.

    Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslərin müalicəsi xəstəxananın Cərrahiyyə və Təcili tibbi yardım şöbələrində davam etdirilir.

    Xəsarət alanlardan 1 nəfərin vəziyyəti ağır, 1 nəfərin vəziyyəti orta ağır, 1 nəfərin isə vəziyyəti stabil qiymətləndirilir.