Month: May 2025

  • “Arabian Ghost” haker qruplaşması dövlət saytlarına qarşı kiberhücumlar həyata keçirdiyini açıqlayıb

    “Arabian Ghost” adlı haker qruplaşması ölkəmizin bir sıra informasiya ehtiyatlarına, o cümlədən dövlət saytlarına qarşı kiberhücumlar həyata keçirdiyini açıqlayıb.

    Median.Az bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə istinadən xəbər verir.

    Məlumata görə, dövlət qurumlarına qarşı həyata keçirilən kiberhücümlar 24/7 rejimində monitorinq olunur və bu hücumların qarşısı alınır. Kiberhücümların hazırda da davam etməsinə baxmayaraq, dövlət qurumlarının informasiya ehtiyatlarında heç bir dayanma və yaxud müdaxilə halı qeydə alınmayıb.

    “Vətəndaşları və dövlət qurumlarını kibertəhlükəsizlik sahəsində diqqətli olmağa, şübhəli fəaliyyətlər barədə dərhal məlumat verməyə və təhlükəsizlik tədbirlərini gücləndirməyə çağırırıq. Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin rəsmi saytında (https://www.cert.gov.az) kibertəhlükəsizliklə bağlı məlumatlar və tövsiyələr mövcuddur”, – deyə qurum bəyan edib.

  • FHN və AZAL hava limanlarında birgə təlimlər keçirib – VİDEO

    Heydər Əliyev Beynəlxalq Aeroportunda və ölkənin regional hava limanlarında fövqəladə halların idarə olunması üzrə hazırlıq səviyyəsinin artırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin müvafiq strukturları ilə birgə genişmiqyaslı xüsusi taktiki təlimlər keçirilib.

    Bu barədə FHN-dən məlumat verilib.

    Bildirilib ki, təlimlər hava limanlarının strateji obyektlərini — naviqasiya qüllələrini, sərnişin terminallarını, yanacaq təminatı çənlər parkını və qəza enişi zamanı istifadə edilən uçuş-enmə zolaqlarını əhatə edib. Təlimin əsas məqsədi — yanğınlar və aviasiya qəzası kimi potensial ssenarilərə qarşı operativ reaksiya imkanlarının sınaqdan keçirilməsi, insan həyatının xilas edilməsi üzrə əməliyyatların effektiv təşkili və hadisə yerində qurumlararası koordinasiyanın gücləndirilməsidir.

    Praktik mərhələlərdə yanğından mühafizə bölmələrinin hazırlıq vəziyyəti, irimiqyaslı fövqəladə hadisələr zamanı manevr qabiliyyəti, böhran anında çevik qərarvermə bacarığı və resursların idarə olunması simulyasiya olunmuş ssenarilər əsasında sınaqdan keçirilib. Eyni zamanda, müxtəlif qurumlar arasında real vaxt rejimində informasiya mübadiləsi və əməliyyat qərarlarının qəbulunda koordinasiya imkanlarının effektivliyi qiymətləndirilib.

    Təlimlər, həmçinin hava limanlarında operativ təhlükəsizlik idarəetməsinin, risklərin proqnozlaşdırılması və qarşısının alınması mexanizmlərinin, eləcə də institusional davamlılığın gücləndirilməsinə xidmət edir. Bu cür tədbirlər, Azərbaycanın beynəlxalq hava limanlarında təhlükəsizlik mədəniyyətinin inkişafı və sərnişin rifahının təmin olunması istiqamətində atılan ardıcıl və strateji addımların tərkib hissəsidir.

    Qeyd edək ki, 2025-ci il üzrə təhlükəsizlik tədbirləri planına əsasən, ilin sonunadək ölkənin bütün beynəlxalq hava limanlarında müxtəlif tematik fövqəladə hal ssenariləri üzrə əlavə təlimlərin keçirilməsi nəzərdə tutulur. Bu təlimlər, risklərin idarə olunması sahəsində institusional dayanıqlığın artırılmasına və aerodrom infrastrukturunun çevikliyinin daha da təkmilləşdirilməsinə yönəlib.

  • Ötən il məişət zorakılığına məruz qalan 21 kişiyə mühafizə orderi verilib

    2024-cü ildə məişət zorakılığına məruz qalma ilə bağlı 325-i qısamüddətli, 34-ü uzunmüddətli olmaqla, ümumilikdə, 359 mühafizə orderi icraatda olub.

    Bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatında qeyd edilib.

    Sənəd Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

    İllik məlumatda bildirilib ki, onlardan 338-і (2023-cü ildə 187-si) qadınlar, 21-i (2023-cü ildə 9-u) kişilər barədə verilib.

    Vurğulanıb ki, 2023-cü ildə qısamüddətli müzafizə orderlərinin sayı 180, uzunmüddətlinin sayı 16 olub.

    Hesabatda qeyd edilib ki, 190 (2023-cü ildə 139) mühafizə orderinin icrası təmin olunaraq icraatlarına xitam verilib, 12 (2023-cü ildə 3) mühafizə orderinin icraatına digər əsaslarla xitam verilib, 28 (2023-cü ildə 14) mühafizə orderi “İcra haqqında” qanunun 7 və 9-cu maddələri ilə geri qaytarılıb, 18-i ərazi aidiyyəti üzrə göndərilib, 111 (2023-cü ildə 29) mühafizə orderi növbəti hesabat dövrünə qalıq keçib.

  • В Пакистане в результате взрыва школьного автобуса погибли пять человек, включая детей

    В результате взрыва школьного автобуса в районе Худзар в Белуджистане (Пакистан) погибли пять человек, среди них трое детей.

    Об этом сообщила пакистанская газета Dawn со ссылкой на межведомственное управление по связям с общественностью (ISPR).

    Сообщается, что несколько человек получили ранения.

    Раненые госпитализированы, на месте происшествия работают сотрудники правоохранительных органов.

    Местные власти заявили, что во взрыве виновны “ставленники Индии в Белуджистане”.

  • Pakistanda məktəb avtobusu partladılıb, beş nəfər ölüb

    Pakistanın Bəlucistan əyalətinin Xudzar rayonunda məktəb avtobusunun partladılması nəticəsində beş nəfər, o cümlədən üç uşaq həlak olub.

    Bu barədə Pakistanın “Dawn” qəzeti məlumat yayıb.

    Partlayış nəticəsində bir neçə nəfərin yaralandığı bildirilir.

    Yaralılar xəstəxanaya yerləşdirilib, hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyirlər.

    Yerli hakimiyyət orqanları partlayışda “Hindistanın Bəlucistandakı əlaltılarını” günahlandırıblar.

  • Azərbaycanda vergi ödəyicilərinin əmlakları hərraca çıxarılacaq

    İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) iyunun 12-də vergi ödəyicilərinin siyahıya alınmış əmlaklarının satışı üzrə hərrac keçirəcək.

    Median.Az bu barədə quruma istinadən xəbər verir.

    Məlumata görə, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca 10 daşınar və daşınmaz əmlak çıxarılacaq. Bunlar, 2 torpaq sahəsi, 4 avadanlıq, 3 nəqliyyat vasitəsi və 1 əmlak kompleksidir.

    Əmlakların start qiyməti 1 100 – 350 min manatdır. Bunun 10 %-i beh kimi ödənilməlidir.

    Sifarişlər iyunun 5-nə qədər qəbul olunacaq.

  • Azərbaycana idxalına qadağa qoyulmuş dərmanla bağlı iddialara aydınlıq gətirilib – RƏSMİ

    Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin “Varfarin” dərman vasitəsinin ölkəyə idxalının qadağan edilməsi ilə bağlı iddialara aydınlıq gətirib.

    Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, son zamanlar mediada və sosial şəbəkələrdə “Varfarin STADA” (kardioloji xəstəliklər üzrə həyati əhəmiyyət daşıyan preparat) idxalında çətinliklər yarandığı və bunun Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən qaynaqlandığı, guya AEM-in bu dərman vasitəsinin idxalına qadağa qoyması barədə iddialar səsləndirilib.

    “Səhiyyə Nazirliyi və onun qurumları dərman idxalı ilə məşğul deyillər. Ölkəyə dərman vasitələrini özəl şirkətlər idxal edir. Konkret Varfarinə gəldikdə isə, bildiririk ki, bu iddialar əsassızdır. “Stada Azerbaycan” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən Analitik Ekspertiza Mərkəzinə fevralın 11-də göndərilən müraciətə baxılmış və onlara yararlılıq müddəti 5 il olan varfarin dərman vasitəsinin idxalına icazə verilməməsinin səbəbi mart ayında verilən cavabda geniş izah edilib”, – məlumatda qeyd olunub.

    Bildirilib ki, “Dərman vasitələri haqqında” qanunun 9-1.16.2. bəndinə əsasən idxal olunan dərman vasitələri (dövlət qeydiyyatı məqsədilə idxal edilən, sərgidə nümayiş etdirilmək üçün nəzərdə tutulan, nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri istisna olmaqla) dövlət reyestrinə daxil edilmədikdə və ya dərman vasitələrinin idxalına icazə verilənədək dövlət qeydiyyatının qüvvədə olma müddəti bitdikdə dərman vasitələrinin idxalına icazənin verilməsindən imtina edilir.

    Hazırda adı qeyd edilən dərman vasitəsinin (“Varfarin Stada” 2,5 mq N250) öncəki qeydiyyat vəsiqəsinin qüvvədə olma müddətinin 01.10.2024-cü il tarixdə bitdiyini, eləcə da davam etməkdə olan yenidən qeydiyyat prosesi üzrə verilmiş 03.03.2025-ci il tarixli 27561/24 nömrəli Ekspertiza rəyində sözügedən dərman vasitəsinin yararlılıq müddətinin 3 il olaraq qiymətləndirildiyini nəzərə alaraq, onun əvvəlki qeydiyyat vəsiqəsinə uyğun olaraq istehsal edilmiş partiyalarının idxalı məqsədəuyğun hesab edilmir. Yəni söhbət yararlılıq müddəti 5 il olan dərman vasitəsinin idxalına icazə verilməməsindən gedir.

    Artıq bu dərman vasitəsi aprelin 7-də yeni qeydiyyat vəsiqəsi alıb və yararlılıq müddəti 3 il olan “Varfarin” dərman vasitəsi istənilən qədər idxal edilə bilər.

    “Varfarin Stada” dərman vasitəsi 07.04.2025-ci ildə DV №25-00442 nömrəli yeni qeydiyyat vəsiqəsi alıb, hansı ki, burada onun yararlılıq müddəti ekspertiza rəyinə əsasən 3 il olaraq qeyd edilib.

  • Узбекистан упростит въезд для граждан Азербайджана

    Узбекистан планирует разрешить гражданам Азербайджана, России и Казахстана въезд в страну по внутреннему паспорту или ID-карте.

    Об этом говорится в указе президента страны Шавката Мирзиёева “О мерах по повышению роли и значения туризма в экономике путем кардинального увеличения потока туристов и ускоренного расширения объема туристских услуг в 2025-2026 год”.

    Согласно документу, инициатива направлена на упрощение поездок, развитие туризма, деловых и гуманитарных контактов.

    Для увеличения потока туристов в регионы страны, МИД Узбекистана поручено в трехмесячный срок начать переговоры [с соответствующими ведомствами этих трех стран] и по их итогам внести свои предложения (в правительство). Предложения касаются введения режима въезда на территорию республики на срок до 30 дней для граждан РФ, Казахстана и Азербайджана по внутреннему документу либо ID-карте, в том числе для граждан в возрасте до 16 лет – по “киндер паспорту”.

    Сейчас между странами уже действует безвизовый режим сроком до 60 дней, но при въезде требуется загранпаспорт.
    //report

  • Azərbaycan vətəndaşları üçün Özbəkistana giriş sadələşdiriləcək

    Özbəkistan Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşlarına ölkəyə daxili pasport və yaxud ID-kartla (şəxsiyyət vəsiqəsi) girişə icazə verməyi planlaşdırır.

    Bu, ölkə Prezidenti Şavkat Mirziyoyevin “2025-2026-cı illərdə turist axınının kəskin artırılması və turizm xidmətlərinin sürətlə genişləndirilməsi yolu ilə iqtisadiyyatda turizmin rolu və əhəmiyyətinin artırılması tədbirləri haqqında” fərmanında öz əksini tapıb.

    Sənədə əsasən, təşəbbüs səyahətlərin sadələşdirilməsinə, turizmin, işgüzar və humanitar əlaqələrin inkişafına yönəlib.

    Özbəkistan Xarici İşlər Nazirliyinə (XİN) ölkənin regionlarına turist axınını artırmaq üçün üç ay ərzində bu üç ölkənin müvafiq qurumları ilə danışıqlara başlamaq və nəticələrə əsasən öz təkliflərini hökumətə təqdim etmək tapşırılıb.

    Təkliflər Rusiya, Qazaxıstan və Azərbaycan vətəndaşları üçün daxili sənəd və ya ID-kart ilə respublika ərazisinə 30 günədək giriş rejiminin tətbiqinə, o cümlədən 16 yaşadək vətəndaşlar üçün “uşaq pasportu” ilə girişə aiddir.

    Hazırda ölkələr arasında 60 günədək vizasız rejim mövcuddur, lakin giriş üçün xarici pasport tələb olunur.
    //report

  • США намерены выделить на систему ПРО Golden Dome порядка $175 млрд

    Администрация Соединенных Штатов намерена ассигновать на систему противоракетной обороны (ПРО) Golden Dome (“Золотой купол”) в целом порядка $175 млрд.

    Об этом сообщил президент США Дональд Трамп, выступая в Белом доме вместе с главой Пентагона Питом Хегсетом с объявлением о выделении средств на создание новой системы ПРО.

    “И, по всей видимости, общая стоимость системы, когда она будет завершена, составит $175 млрд”, – сказал американский лидер.

    “Этот проект Golden Dome будет интегрирован с нашими существующим военным потенциалом и должен быть полностью готов к эксплуатации до конца моего президентского срока”, – добавил он.

    Трамп отметил, что Канада заинтересована в сотрудничестве с США по включению ее территории в новую систему.