Month: May 2025

  • Арестован полковник Шахин Гулиев

    Арестован бывший начальник медицинской службы Учебно-тренировочного центра Министерства обороны полковник Шахин Гулиев.

    Как сообщает Oxu.Az, он обвиняется в получении взятки в крупном размере.

    Расследование уголовного дела в отношении бывшего начальника завершено, и дело направлено в суд для рассмотрения.

  • Polkovnik Şahin Quliyev həbs edildi

    Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzinin (TTM) Tibb Xidmətinin sabiq rəisi, polkovnik Şahin Quliyev həbs edilib.

    Median.Az oxu.az-a istinadla xəbər verir ki, Ş.Quliyev külli miqdarda rüşvət almaqda ittiham edilir.

    Sabiq rəis barədə cinayət işinin istintaqı yekunlaşıb və iş baxılması üçün məhkəməyə göndərilib.

  • Sakinlərin nəzərinə: Hacıqabul rayonunun bir hissəsində qaz olmayacaq

    Hacıqabul rayonunun bir hissəsində qaz olmayacaq.

    Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

    “Hacıqabul rayonu, Rəncbər kəndini təbii qazla təmin edən diametri 200 mm-lik PE orta təzyiqli yeraltı qaz xəttində kipliyin sınağı məqsədilə əlaqədar, 22.05.2025-ci il saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Rəncbər kəndində (612 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır”, – deyə məlumatda qeyd olunub.

  • Еще один офицер признан виновным по делу о коррупции в Минобороны на 143 млн манатов

    В Баку завершился судебный процесс над еще одним офицером, обвиняемым в причастности к масштабному хищению средств в Министерстве обороны Азербайджана на сумму 143 млн манатов.

    Как сообщает Oxu.Az, Бакинский военный суд под председательством судьи Фикрета Алиева приговорил бывшего начальника финансовой службы N-ской воинской части капитана Вахида Новрузлу к 11 годам лишения свободы.

    Напомним, В.Новрузлу был привлечен к уголовной ответственности в рамках расследования, проведенного Службой государственной безопасности (СГБ).

    На начальном этапе следственный орган предоставил капитану возможность остаться на свободе при условии возмещения ущерба, нанесенного государству, но поскольку этого не было сделано, впоследствии в его отношении была избрана мера пресечения в виде ареста.

    Уголовные дела по факту присвоения 143 млн манатов в Министерстве обороны рассматриваются в нескольких производствах в Бакинском военном суде. В начале 2022 года были арестованы 4 офицера Министерства обороны – бывший начальник Финансово-бюджетного управления генерал-майор Низами Мамедов, экс-глава Финансовой службы Военно-воздушных сил (ВВС) Джалал Кязимов, начальник Финансового управления Сухопутных войск Байрам Байрамов и бывший начальник Финансового управления Военно-морских сил Вюсал Ализаде.

    Приговором Бакинского военного суда Н.Мамедов и Б.Байрамов были лишены свободы сроком на 11 лет 6 месяцев каждый, Дж.Кязимов – на 11 лет, В.Ализаде – на 10 лет 6 месяцев. Одновременно было принято решение о конфискации имущества, на которое наложен арест у обвиняемых лиц.

    Кроме того, в результате операции, проведенной СГБ, были арестованы бывший начальник Управления закупок и снабжения Министерства обороны полковник Махир Ширванов, а также экс-глава Управления закупок и снабжения министерства Меликмамед Гурбанов, бывший начальник жилищно-эксплуатационного управления министерства полковник Фикрет Мирзоев и другие лица. Каждый из них также был осужден приговором Бакинского военного суда.

  • MN-dəki 143 milyonluq mənimsəməyə görə daha bir zabitə AĞIR CƏZA

    Müdafiə Nazirliyindəki 143 milyon manatlıq mənimsəmə faktı ilə bağlı təqsirləndirilən daha bir hərbçinin, “N” saylı hərbi hissənin maliyyə-xidmət rəisi işləmiş kapitan Vahid Novruzlunun cinayət işinin yekun məhkəmə prosesi keçirilib.

    Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunaraq, Vahid Novruzlu 11 il müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, “N” saylı hərbi hissənin maliyyə-xidmət rəisi işləmiş kapitan Vahid Novruzlu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) apardığı istintaq çərçivəsində cinayət məsuliyyətinə cəlb olunub.

    İlkin mərhələdə istintaq orqanı kapitana dövlətə vurulan ziyanı ödəmək şərti ilə azadlıqda qalmaq imkanı versə də, ziyan ödənilmədiyi üçün sonradan barəsində həbs qətimkan tədbiri seçilib.

    Müdafiə Nazirliyindəki 143 milyon manatlıq mənimsəmə faktı üzrə bir neçə icraatda cinayət işlərinə Bakı Hərbi Məhkəməsində baxılıb. 2022-ci ilin əvvəlində Müdafiə Nazirliyinin 4 zabiti – Maliyyə-Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə İdarəsinin keçmiş rəisi Vüsal Əlizadə saxlanılıblar.

    Bakı Hərbi Məhkəməsinin hökmü ilə Nizami Məmmədov və Bayram Bayramovun hər biri 11 il 6 ay, Cəlal Kazımov 11 il, Vüsal Əlizadə 10 il 6 ay müddətinə azadlıqdan mərhum ediliblər. Eyni zamanda təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş əmlaklarının müsadirə edilməsi barədə qərar qəbul olunub.

    Bundan başqa, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev və digər şəxslər də DTX-nin vəsatəti əsasında həbs ediliblər. Onların hər biri də Bakı Hərbi Məhkəməsinin hökmü ilə məhkum olunublar.
    //oxu.az

  • Meksikada bələdiyyə sədrinin katibi və müşaviri silahlı hücumda öldürülüb

    Meksikanın paytaxtı Mexiko şəhərində bələdiyyə sədri Klara Bruqadanın şəxsi katibi Ximena Quzman və müşaviri Xose Munyos silahlı hücum nəticəsində həyatını itirib.

    Yerli hakimiyyət orqanlarının məlumatına görə, Quzman və Munyos Mexikodakı Kalzada de Tlalpan və Napoleon küçələrinin kəsişməsində avtomobildə olarkən motosikletli şəxs tərəfindən atəşə tutulublar. Təcili tibbi yardımın müdaxiləsinə baxmayaraq, hər iki şəxs hadisə yerində vəfat edib.

    Meksika Prezidenti Klaudiya Şeinbaum məsələ ilə bağlı Milli Sarayda keçirdiyi mətbuat konfransında açıqlama verərək, “Təəssüf ki, Ximena Quzman və Xose Munyos silahlı hücum nəticəsində həyatlarını itirdilər”, – deyib.

    Prezident bildirib ki, cinayətkarların tapılıb məsuliyyətə cəlb olunması üçün Təhlükəsizlik və Vətəndaşları Müdafiə Katibi Omar Qarsiya Harfuça göstəriş verilib: “Bu hadisənin məsuliyyətsiz şəkildə ötüşməsinə imkan verilməyəcək. Ədalət bərqərar olunacaq. Araşdırmalar ətraflı şəkildə aparılır və hökumət bu məsələdə tam dəstək verir”.

    Meksiko şəhərinin meri Klara Bruqada da açıqlama verərək həlak olanların ailələrinə başsağlığı diləyib: “Ximena çalışqan, nəzakətli və yorulmaq bilməyən bir qadın idi. Pepe-ni isə uşaqlığımdan tanıyırdım. O, tanıdığım ən ağıllı və məsuliyyətli insanlardan biri idi”, – deyə qeyd edib.
    //Baku.ws

  • Azərbaycanda sahibkar çobanı oğurlayıb fermasında girov saxladı

    Ağstafa rayonunda sahibkar çobanı oğurlayıb fermasında qanunsuz saxlayıb.

    Hadisə rayonun Saloğlu qəsəbəsində baş verib.

    Etibar adlı şəxs Qazax rayonundan olan Yaşar adlı sahibkarı oğurlayıb fermasına gətirib və əvvəlcə ona ayda 180 manat əməkhaqqı verəcəyini deyib. Yaşar həmin məbləğlə razılaşıb və Etibar onu fermada hamam kimi istifadə olunan yarımtikilidə saxlayıb.

    Bir müddətdən sonra Etibarın iki qoyunu ölüb. O, bu hadisənin səbəbini Yaşarda görüb və bundan sonra ona əməkhaqqı verməyib. Yaşar fermadan getmək istəsə də, Etibar onun getməsinə icazə verməyib. Sahibkar Yaşarın mobil telefonunu alıb qırıb, sənədlərini isə özündə saxlayıb.

    Bu yolla Etibar Yaşarı 1 il 2 ay fermada saxlayaraq ona xüsusi əzab verib, döyüb, təhqir edib.

    Şəraitdən bezən Yaşar başqa şəxsdən telefon alaraq Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vurub, fermada girov saxlanıldığını deyib.

    Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Yaşar azad edilib, fermer isə saxlanılıb.

    Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Etibar 6 il azadlıqdan məhrum edilib.
    //oxu.az

  • Lənkəranda iki dost 33 yaşlı oğlana əzab verib, videosunu ÇƏKDİ: Polis yaxaladı

    Lənkəran rayonunda 33 yaşlı şəxsə əzab verməklə zorakı hərəkətlər edən iki nəfər saxlanılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Oxu.Az-a verilən məlumata görə, hadisə mart ayında baş verib.

    İki nəfər şəxsi münasibətlər zəminində 33 yaşlı şəxsə əzab verərək video çəkib.

    Hadisəni törətməkdə şübhəli bilinən iki dost – 34 və 39 yaşlı şəxslər müəyyən olunaraq saxlanılıblar.

    Lənkəran Şəhər Rayon Polis Şöbəsində fakta görə Cinayət Məcəlləsinin əzabvermə maddəsi ilə başlanan cinayət işi üzrə onlar şübhəli şəxs qismində tutularaq cinayət məsuliyyətinə cəlb olunublar. Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

  • Шавкат Мирзиёев: Планируется создание совместного университета тюркских государств

    Планируется создание совместного университета тюркских государств.

    Как передает Report, об этом заявил президент Узбекистана Шавкат Мирзиёев на неформальном заседании Совета глав государств Организации тюркских государств (ОТГ) в венгерской столице Будапеште.

    Лидер Узбекистана подчеркнул, что это еще больше сблизит тюркские государства в области науки.

    Он также обратил внимание на то, что Узбекистан в прошлом году присоединился к Фонду тюркской культуры и наследия. По словам Мирзиёева, это значимое событие для страны, способствующее развитию культурных связей.

  • Şavkat Mirziyoyev: “Türk dövlətlərinin birgə universitetinin yaradılması planlaşdırılır”

    “Türk dövlətlərinin birgə universitetinin yaradılması planlaşdırılır”.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında danışıb.

    Özbəkistan lideri bununla türk dövlətlərinin elm sahəsində daha da yaxınlaşacağını vurğulayıb.

    O daha sonra Özbəkistanın ötən il Türk Mədəniyyəti və İrsi Fonduna üzvlük istiqamətində atdığı addıma da diqqət çəkərək qeyd edib ki, bu, mədəni münasibətlərin inkişafı baxımından ölkə üçün önəmlidir.