Month: May 2025

  • Politico: Tramp “Qızıl günbəz” layihəsinin həyata keçirilməsi üçün 25 milyard dollar ayıracaq

    ABŞ Prezidenti Donald Tramp “Qızıl günbəz” milli raketəleyhinə müdafiə sistemi layihəsinin həyata keçirilməsi üçün 25 milyard dollar ayıracaq.

    Bu barədə “Politico” Ağ evdəki mənbəyə istinadən məlumat yayıb.

    Qeyd olunub ki, Amerika lideri bu barədə mayın 20-də elan edəcək. Məbləğ ABŞ administrasiyasının hələ Amerika Konqresi tərəfindən təsdiqlənməmiş dövlət büdcəsi haqqında qanun layihəsinə daxil edilmiş sorğuya uyğundur.

    Eyni zamanda, nəşr aydınlaşdırıb ki, “Qızıl günbəz”in həyata keçirilməsinin ümumi dəyəri 20 il ərzində 500 milyard dolları keçə bilər. Mənbənin məlumatına görə, proqramın başına ABŞ Kosmik Qüvvələrinin generalı Maykl Getlayn təyin edilə bilər.

    Daha əvvəl “Bloomberg” agentliyi bildirmişdi ki, ABŞ Müdafiə Nazirliyi “Qızıl günbəz” sisteminin arxitekturasının və tətbiq planının hazırlanmasını başa çatdırıb. Bu, peyklərin və etirazçıların istifadəsini əhatə edən dövlətin müdafiəsi üçün çoxqatlı sistem yaratmağa imkan verəcək.

  • Bölgələrdə utilizasiya məntəqəsi nə vaxt açılacaq?

    Nəqliyyat vasitələrinin utilizasiyası üzrə operator “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti tərəfindən növbəti utilizator – “Semsan” şirkəti reyestrdə qeydiyyata alınıb. Utilizator fəaliyyəti üzrə nəzərdə tutulan tələblərə cavab verən şirkət yaxın zamanda Gəncə şəhərində fəaliyyətə başlayacaq.

    Bu barədə “Təmiz Şəhər” ASC məlumat yayıb.

    Bildirilib ki, nəqliyyat vasitələrinin utilizasiyaya təqdim olunmasını asanlaşdırmaq və vətəndaşların rahatlığını təmin etmək məqsədilə artıq Bakı ilə yanaşı Gəncə şəhərində də nəqliyyat vasitələri utilizasiyaya qəbul olunacaq.

    “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına uyğun olaraq, həyata keçirilən prosesdə ötən ilin oktyabr ayından indiyə qədər 4 600-ə yaxın nəqliyyat vasitəsi utilizasiya verilib və proqram çərşivəsində indiyə qədər 227 ədəd yerli istehsal yeni nəqliyyat vasitəsinin güzəştlə satışı həyata keçirilib.

    Qeyd edək ki, nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi könüllülük prinsipi əsasında aprılır və məcburi xarakter daşımır.

  • Şimali Koreya lideri Azərbaycan Prezidentinə təbrik məktubu göndərib

    Koreya Xalq Demokratik Respublikasının Dövlət İşlərinin Sədri Kim Çen In Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    Mətndə deyilir:

    “Zati-aliləri.

    Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və Sizin şəxsinizdə ölkənizin hökumətinə və xalqına təbriklərimi çatdırıram.

    Ümidvar olduğumu bildirirəm ki, ölkələrimiz arasında dostluq münasibətləri gələcəkdə də genişlənəcək və inkişaf edəcəkdir”.

  • Quş qripi virusu insana keçə bilər – Mütəxəssisdən qorxulu xəbərdarlıq

    “Avropa ölkələri və ABŞ-da pişiklər arasında kütləvi şəkildə yayılan quş qripi (H5N1) virusu böyük ehtimalla insana keçə bilər”.

    Bu barədə Rusiyanın Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Araşdırma Mərkəzinin direktoru Aleksandr Qinsburq “İzvestiya” qəzetinə müsahibəsində xəbərdarlıq edib.

    Onun sözlərinə görə, patogenin yüksək yoluxuculuğa malik olması və ağır simptomlar yaratması, bu virusun səbəb ola biləcəyi potensial epidemiyanı təbii çiçək xəstəliyi ilə müqayisə etməyə əsas verir.

    “Bizə bu virus üçün vaksin prototipi lazımdır… Bu infeksiyanın ölüm göstəricisi 50-70% təşkil edir və əgər hava-damcı yolu ilə ötürülməyə başlasa, təbii çiçək onun yanında sadəcə bir oyuncaq kimi qalar”, – deyə Qinsburq xəbərdarlıq edib.

  • “Aston Villa” dünya çempionu üçün 40 milyon avro tələb edir

    “Aston Villa” cari mövsümün sonunda komandadan ayrılacağı gözlənilən Emiliano Martinesin dəyərini müəyyənləşdirib.

    Median.Az “talkSPORT”a istinadən xəbər verir ki, Birmingem təmsilçisi argentinalı qapıçı üçün 40 milyon avro tələb edir.

    E.Martines 2020-ci ildən “Aston Villa”da çıxış edir. O, klubda ümumilikdə 211 oyuna çıxıb.

    32 yaşlı qapıçı ilə “Mançester Yunayted” və “Atletiko Madrid” maraqlanır.

  • Bəzi yerlərdə küləkli hava şəraiti davam edir – FAKTİKİ HAVA

    Milli Hidrometeorologiya Xidmətinin mayın 21-i saat 17:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti davam edir.

    Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında 25-28 m/s, Gəncədə 18 m/s, Sabirabadda 17 m/s, Kəlbəcərdə 16 m/s, Bərdə, Biləsuvarda 15 m/s-dək güclənir.

    Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 20, Aran rayonlarında 27, Naxçıvan MR-da 28, dağlıq rayonlarda isə 19 dərəcəyədək isti qeydə alınıb.

    Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin mayın 22-dək davam edəcəyi gözlənilir.

  • Türkmənistanın Prezidenti İlham Əliyevi təbrik edib

    Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

    Məktubda deyilir:

    “Hörmətli İlham Heydər oğlu.

    Türkmənistan xalqı və hökuməti adından, həmçinin şəxsən öz adımdan Sizi və qardaş Azərbaycan xalqını ölkənizin Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

    Əminik ki, Türkmənistan ilə Azərbaycan Respublikası arasında mehriban qonşuluq, səmimi dostluq və qarşılıqlı anlaşma prinsiplərinə əsaslanan qardaşlıq münasibətləri xalqlarımızın işıqlı gələcəyi naminə bundan sonra da dinamik inkişaf edəcəkdir.

    Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, səadət və ali dövləti fəaliyyətinizdə yeni-yeni nailiyyətlər, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və firavanlıq arzulayıram”.

  • Azərbaycanda qadınları şantaj edən şəxs saxlanıldı

    Azərbaycanda qadınları şantaj edən şəxs tutulub.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Oxu.Az-a bildirilib ki, naməlum şəxs Lənkəran rayon sakini olan qadının fotosunun üzərinə rüsvayedici sözlər yazaraq sosial şəbəkədə paylaşıb və fotonun silinməsi üçün qadından dəfələrlə pul tələb edib.

    Qadının müraciətindən sonra polis araşdırmalara başlayıb.

    Lənkəran Şəhər Rayon Polis Şöbəsinin keçirdiyi əməliyyat tədbirləri ilə hədə-qorxuda şübhəli bilinən Bakı sakini 25 yaşlı Əli Müslümov saxlanılıb.

    Araşdırmalarla Ə.Müslümovun sosial şəbəkədə işlətdiyi səhifələrdə ayrı-ayrı qadınların fotoşəkillərini paylaşıb müxtəlif məbləğlərdə pul tələb edərək alması müəyyən olunub.

    Hazırda həmin şəxsin digər analoji əməllərinin olub-olmaması araşdırılır.

  • В Будапеште дан официальный ланч в честь глав государств и правительств ОТГ – ФОТО

    21 мая в Будапеште от имени премьер-министра Венгрии Виктора Орбана дан официальный ланч в честь глав государств и правительств Организации тюркских государств (ОТГ).

    Как сообщает АЗЕРТАДЖ, в мероприятии принял участие Президент Азербайджанской Республики Ильхам Алиев.


  • Budapeştdə TDT dövlət və hökumət başçılarının şərəfinə rəsmi lanç verilib – FOTO

    Mayın 21-də Budapeştdə Macarıstanın Baş naziri Viktor Orbanın adından Türk Dövlətləri Təşkilatının dövlət və hökumət başçılarının şərəfinə rəsmi lanç verilib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.