Month: May 2025

  • Ərinin boğub Kürə atdığı Nuranənin 16 yaşı var imiş – TƏFƏRRÜAT

    Sabirabadda qadını öldürərək Kürə atan şəxs barədə cinayət işi başlanıb.

    Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, mayın 20-də Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində qadın cinsli şəxsin meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.

    İlkin araşdırmalarla 2004-cü il təvəllüdlü Seyidrəsul Talıbzadənin mayın 18-də rayonun Güdəcühür kəndi yaxınlığında yerləşən meşəlik ərazisində aralarında yaranmış mübahisə zamanı tanışı, 2009-cu il təvəllüdlü Nuranə Ələkbərovanı qəsdən öldürməsi və meyitini suya atmasına əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin üzrə 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

    Seyidrəsul Talıbzadə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

    Hazırda istintaq davam edir.

    * * * * *

    Sabirabad rayonunda baş verən dəhşətli qətl hadisəsinin bəzi təfərrüatı məlum olub.

    Hadisəyə səbəb ər və arvad arasında yaranan münaqişə olub.

    Məlumata görə, 2004-cü il təvəllüdlü Seyidrəsul Talıbzadə bir il əvvəl evlənib. Lakin onların arasında rəsmi nikah olmayıb. Cütlük S.Talıbzadənin ailə üzvləri tərəfindən təşkil edilən dini kəbinlə yaşayırmış.

    Bir neçə gün əvvəl qadın rəsmi nikaha daxil olmaq istəyib və bu barədə həyat yoldaşına deyib. Amma S.Talıbzadə rəsmi nikaha razı olmayıb. Ər-arvadın mübahisəsi bir neçə gün davam edib və bu gün baş verən münaqişə nəticəsində S.Talıbzadə həyat yoldaşını döyərək boğub. Nəticədə, qadın hadisə yerində ölüb.

    Onun öldüyünü görən əri izi itirmək üçün meyiti Kür çayına atıb və qadının intihar etdiyi barədə məlumat yaymaq istəyib. S.Talıbzadə bu barədə hüquq-mühafizə orqanlarına məlumat verib.

    Lakin qadının ailə üzvləri onun qətlə yetirildiyini bildirərək, S.Talıbzadənin əməllərini ifşa ediblər.

    Bundan sonra S.Talıbzadə saxlanılıb və törətdiyi cinayəti etiraf edib.

    * * * * *

    Sabirabad rayonunda qətl hadisəsi baş verib.

    Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Gədəcühür kəndində baş verib.

    Kənd sakini 2004-cü il təvəllüdlü Seyidrəsul Talıbzadə 2006-cı il təvəllüdlü həyat yoldaşını qətlə yetirib. O, arvadını öldürəndən sonra Kür çayına atıb.

    Keçirilən axtarışlar nəticəsində qadının meyiti tapılaraq sudan çıxarılıb.

    Faktla bağlı cinayət işi başlanıb və S.Talıbzadə şübhəli şəxs qismində saxlanılıb.

  • Bakı-Quba avtomagistralında ağır qəza, 1 nəfər ölüb 2 nəfər yaralanıb

    Bakı-Quba avtomagistralında Qubaya gedən istiqamətdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Apa xəbər verir ki, bu gün Quba yolunda “Mercedes” markalı minik avtomobili yük maşını ilə toqquşub .

    İlkin məlumatlara görə, qəza nəticəsində sərnişin 1986-cı il təvəllüdlü Rzayev Ruslan İsmayıl oğlu dünyasını dəyişib. Hadisə zamanı iki nəfərin də xəsarət alaraq xəstəxanaya yerləşdirildiyi bildirilir.

    Faktla bağlı araşdırma aparılır.


  • Bu şəxslər diplomatik pasport əldə edə BİLƏCƏK

    Azərbaycan Respublikası Prezident Administrasiyasının şöbə və ya ona bərabər tutulan digər struktur bölmə rəhbərinin müavinləri diplomatik pasport əldə edə biləcək.

    Median.Az xəbər verir ki, bu, Milli Məclisin 23 mayda keçiriləcək iclasının gündəliyinə daxil edilən “Pasportlar haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

  • Azərbaycanda kütləvi zəhərlənmə: Dönərxana bağlandı – FOTO

    Naxçıvan şəhəri, Ə.Əliyev küçəsi, 20 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Cəbrayıl Natiq oğlu Məmmədova məxsus, 9 nəfərin qida zəhərlənməsinə səbəb olan “Tac dönər” adlı dönərxanada plandankənar yoxlama keçirilib.
    Milli.Az xəbər verir ki, bu barədə Naxçıvan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
    Bildirilib ki, yoxlama zamanı dönərxanada normativ tələblərin pozulduğu məlum olub.

  • Samir Piriyevin qızına irad bildirən məktəb direktoru işdən çıxarıldı – yenilənib

    Bakıda 42 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Firəngiz Həmidova işdən çıxarılıb.

    Median.Az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
    Bildirilib ki, may ayında aparılan monitorinqlər nəticəsində Bakı şəhərindəki Məktəb-Lisey Kompleksinin və İlqar Əbilhəsənov adına 42 nömrəli tam orta ümumtəhsil məktəbinin direktorlarının fəaliyyətində aşkar olunmuş ciddi nöqsanlar əsas götürülməklə müvafiq qərarlar verilib.

    Belə ki, Məktəb-Lisey Kompleksinin direktoru Esmira Quliyeva ilə bağlanmış əmək müqaviləsinə 16 may 2025-ci il tarixdən xitam verilib.

    Bununla yanaşı, İlqar Əbilhəsənov adına 42 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Firəngiz Həmidova ilə də bağlanmış əmək müqaviləsi 19 may 2025-ci il tarixdən ləğv edilib.

    Ümumi təhsil müəssisəsinin normal fəaliyyətinin təmin olunması, idarəetmənin və tədrisin keyfiyyətinin təşkili məqsədilə hər iki müəssisənin fəaliyyəti nəzarətə götürülməklə, direktor vəzifəsinin müvəqqəti icrası Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşına həvalə olunub.
    “Bir neçə gün öncə 207 nömrəli tam orta məktəbin direktorunun da yayılan səs yazısından sonra dərhal tərəfimizdən müəssisədə yoxlama aparılıb, həmin direktorla olan əmək münasibətlərimizə son verilib.
    Nəzarət tədbirləri nəticəsində qanunvericiliyin tələblərinə əməl etməyənlərlə bağlı ölçü götürülür”, – məlumatda bildirilib.

    Qeyd edək ki, Firəngiz Həmidova direktor olduğu məktəbdə təhsil alan müğənni Samir Piriyevin qızına geyimi ilə bağlı irad bildirmişdi.

    Xatırladaq ki, Esmira Quliyeva Cəbrayıl Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahmud Quliyevin qızıdır.

  • Sabah təhlükəli hava olacaq – XƏBƏRDARLIQ

    Mayın 21-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə,  Abşeron yarımadasında gün ərzində güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

  • Sabirabadda 21 yaşlı oğlan 16 yaşlı qızı öldürərək Kürə atıb – YENİLƏNİB

    Sabirabadda baş vermiş qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb.

    Baş Prokurorluğun Mətbuat xidmətindən apa-ya verilən məlumata görə mayın 20-də Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində qadın cinsli şəxsin meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.

    İlkin araşdırmalarla 2004-cü il təvəllüdlü Seyidrəsul Talıbzadənin mayın 18-də rayonun Güdəcühür kəndi yaxınlığında yerləşən meşəlik ərazisində aralarında yaranmış mübahisə zamanı tanışı 2009-cu il təvəllüdlü Nuranə Ələkbərovanı qəsdən öldürməsi və meyitini suya atmasına əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin üzrə 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

    Seyidrəsul Talıbzadə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

    Hazırda istintaq davam edir.

  • Bakıda GlobE Network-un Altıncı Plenar İclası keçirilir – YENİLƏNİB-1

    2025-ci il 19–23 may tarixlərində Bakı şəhəri Birləşmiş Millətlər Təşkilatının Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi – GlobE Network – çərçivəsində Altıncı Plenar İclasa ev sahibliyi edir.

    Apa xəbər verir ki, bu mötəbər tədbirdə 92 ölkəni təmsil edən 120-dən artıq dövlət qurumunun nümayəndələri, o cümlədən prokurorluqlar, müstəqil antikorrupsiya təşkilatları və beynəlxalq institutlar iştirak edir.
    Ümumilikdə 300-dən çox nümayəndə tədbirə fiziki olaraq qatılıb, 60-dan artıq iştirakçı isə onlayn formatda tədbiri izləyir.

    Tədbirin açılış mərasimində Prezident İlham Əliyev Bakıda keçirilən bu mötəbər beynəlxalq tədbirin iştirakçılarına müraciət ünvanlayıb.
    Müraciəti Azərbaycanın Baş prokuroru Kamran Əliyev səsləndirib.

    Tədbirin açılış mərasimindən sonra isə GlobE şəbəkəsinin Katibliyi tərəfindən qurumun fəaliyyəti ilə bağlı geniş hesabat təqdim olunub.
    Hesabatda yeni üzv qurumlarla bağlı məlumat, şəbəkənin işçi qruplarının fəaliyyəti, regional ofislərin rolu, qarşılıqlı hüquqi yardım alətləri və texnoloji kommunikasiya mexanizmlərinin istifadəsi ətraflı şəkildə iclas iştirakçılarının diqqətinə çatdırılıb.

    Həmçinin, GlobE şəbəkəsinin İcraçı Katibi Neil Walsh-ın iştirakçılara ünvanladığı videomüraciət nümayiş etdirilib.
    Daha sonra Çin Xalq Respublikasının Milli Nəzarət Komissiyasının təşəbbüsü ilə “Korrupsiyaya qarşı hüquq mühafizə orqanlarının əməkdaşlığı” mövzusunda sessiya baş tutub. Sessiya Pekin Konsensusunun icrasına həsr olunub və burada Azərbaycanla yanaşı Çin, Malayziya, Rusiya və İndoneziyanın müvafiq qurumlarının nümayəndələri çıxış edərək öz ölkələrinin təcrübələrini bölüşüblər. Azərbaycanı bu sessiyada təmsil edən Natiq Eyvazov cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım sahəsində əldə olunmuş təcrübə və qarşıya çıxan çətinliklər barədə danışıb.
    Tədbirin davamında “Korrupsiya cinayətlərinin istintaqında texnoloji alətlərin praktiki tətbiqi” mövzusunda sessiya keçirilib. Burada çıxış edən nümayəndəmiz Elşən Orucov süni intellekt və rəqəmsal texnologiyaların istintaq prosesində istifadəsinin üstün və zəif cəhətləri barədə fikirlərini bölüşüb. Sessiyada Qətər, Çili, Sinqapur, Rusiya və Birləşmiş Ərəb Əmirliklərinin nümayəndələri də öz ölkələrinin təcrübələri ilə çıxış ediblər.

    GlobE Network-un Bakı Plenar İclası beynəlxalq əməkdaşlığın gücləndirilməsi, qabaqcıl təcrübə mübadiləsi və korrupsiyaya qarşı mübarizədə effektiv yanaşmaların formalaşdırılması baxımından əhəmiyyətli platforma kimi dəyərləndirilir.

  • Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

    Babək rayonunun bir sıra kəndlərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq

    Bu barədə Naxçıvan Qaz İstismar Xidməti məlumat yayıb.

    Bildirilib ki, 76 mm və 89 mm-lik boruların korroziyaya uğraması səbəbindən yeraltı xətlər yerüstü xətlərlə əvəz olunacaq. Bu səbəbdən qaz təchizatı mayın 21-də saat 09:00-dan etibarən Babək rayonunun Qahab, Naxışnərgiz, Nəcəfəlidizə, Nəhəcir və Göynük kəndlərində müvəqqəti olaraq dayandırılacaq.

    Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.

  • İİB-nin illik toplantısında 13-cü Özəl Sektor forumu başlayıb

    İslam İnkişaf Bankının Əlcəzairdə keçirilən ənənəvi illik toplantısı çərçivəsində 13-cü Özəl Sektor forumu başlayıb.

    APA-nın Əlcəzairə ezam olunmuş əməkdaşı xəbər verir ki, tədbirdə İslam İnkişaf Bankının əsas fəaliyyət istiqamətləri və təşəbbüsləri barədə məlumat verilib.

    Eyni zamanda iştirakçılar İslam İnkişaf Bankına üzv dövlətlərdə özəl sektorun qarşılaşdığı problemlər, habelə onlar üçün yaradılan imkanlar barədə fikir mübadiləsi aparıblar.

    İslam İnkişaf Bankı Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Cassir bu tədbirin rəhbərlik etdiyi bankın bu quruma üzv ölkələrdə ticarət, sığorta, investisiyaların cəlbi və ixrac kreditləşməsi də daxil olmaqla müxtəlif sektorlardakı investisiya layihələrinə dəstəyindən danışıb:

    “Biz hər zaman banklar qrupumuza üzv ölkələrdə müxtəlif investisiya layihələrinə dəstək göstəririk. Düşünürəm ki, budəfəki sessiya investorlar və iş adamları, eləcə müxtəlif ölkələrin iqtisadiyyat sahəsinə rəhbərlik edən şəxslər üçün tərəfdaşlıq münasibətlərinin qurulmasına geniş imkanlar açacaq”.

    İslam İnkişaf Bankının nəzdindəki İnvestisiyaların Sığortalanması Korporasiyasının baş direktoru Xalid Yusif Xələfullah rəhbərlik etdiyi qurumun 2024-cü ildə sahibkarların 121 milyard dollar həcmindəki maliyyə zərərinin kompensasiya edildiyini açıqlayıb:

    “Dayanıqlılıq və inkişaf fəaliyyətimizin əsas istiqamətini təşkil edir. Həm özəl sektordakı, həm də digər sahələrdəki tərəfdaşlarımızın göstərdiyi səylər nəticəsində 2024-cü ildə 121 milyard dollar həcmində sığorta ödənişləri həyata keçirilib. Onların 96 milyardı ticarət axınının dəstəklənməsi, 25 milyardı isə xarici investisiyaların etibarlılığının təmin edilməsinə yönəlib. Etibarlı qlobal təkrar sığorta alətlərindən istifadə edərək biz bu bazarda 69 milyard dollarlıq paya sahib olmuşuq. Eyni zamanda kənd təsərrüfatı, eləcə də bərpa olunan enerji mənbələrindən istifadənin təşviqi sektorlarında 65 mindən çox tranzaksiya həyata keçirilib”.

    Beynəlxalq İslam Ticarəti Korporasiyasının baş direktoru Ədib əl-Aama bu qurumun fəaliyyətə başladığı 2008′-vi ildən bu yana İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə müxtəlif layihələrin maliyyələşdirilməsinə 83 milyard dollar vəsait yatırılıb:

    “Onların 19 milyardı həmin ölkələrdə kiçik və orta sahibkarlıq subyektlərinin rəqabət qabiliyyətinin artırılmasına yönəlib. Əsas məqsəd isə bu qəbildən olan şirkətlərin regional və beynəlxalq bazarlara çıxışının təmin olunması məqsədilə onlara maliyyə və texniki dəstəyin göstərilməsidir”.

    Tədbir digər çıxışlarla davam etdirilib.