Month: May 2025

  • Рафаэль Гулиев назначен министром

    В руководстве аграрного сектора Нахчыванской Автономной Республики произошли кадровые изменения.

    Как сообщает Median.Az со ссылкой на Manşet, Рафаэль Гулиев назначен на должность министра сельского хозяйства Нахчыванской АР.

    Соответствующий приказ подписал первый заместитель председателя Верховного Меджлиса Нахчыванской АР, исполняющий обязанности председателя Бахтияр Мамедов.

    До нового назначения Рафаэль Гулиев занимал пост заместителя председателя Агентства аграрных услуг при Министерстве сельского хозяйства Азербайджана.

    Стоит отметить, что ранее обязанности министра сельского хозяйства Нахчыванской АР исполняла заместитель министра Хаяля Дадашова. Согласно информации, она продолжит работу в должности заместителя министра.

  • Rafael Quliyev nazir təyin edildi

    Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə yeni rəhbər təyin edilib.

    Median.Az “Manşet”ə istinadən xəbər verir ki, Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavini, sədr vəzifəsini icra edən Bəxtiyar Məmmədovun müvafiq əmri ilə Rafael Quliyev Naxçıvan MR kənd təsərrüfatı naziri vəzifəsinə təyin edilib.

    R.Quliyev bu təyinata qədər Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin sədr müavini vəzifəsində çalışıb.

    Xatırladaq ki, Naxçıvan MR-in kənd təsərrüfatı nazirinin vəzifəsini icra edən şəxs nazir müavini Xəyalə Dadaşova idi. O, nazir müavini vəzifəsinin icrasına davam edəcək.

  • В Баку похищена 44-летняя женщина – Видео

    Сотрудники полиции провели расследование в связи с распространившимися в социальных сетях кадрами, на которых запечатлено, как 19 мая в поселке Шувелан Хазарского района Баку женщину насильно усаживают в машину и похищают.

    Правоохранители установили личность похитителя.

    По данному факту в Хазарском районном управлении полиции по соответствующей статье Уголовного кодекса Азербайджанской Республики было возбуждено уголовное дело, по которому задержан в качестве подозреваемого и привлечен к следствию ранее судимый 39-летний Азер Гулиев.

    Расследование продолжается.
    //oxu.az

  • Bakıda 44 yaşlı qadını qaçırdılar – SAXLANILAN VAR (VİDEO)

    Mayın 19-da Xəzər rayonu Şüvəlan qəsəbəsində bir qadının zorla avtomobilə otuzdurularaq qaçırılması barədə sosial şəbəkədə yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.

    Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 44 yaşlı qadına zor tətbiq edərək qaçıran şəxs müəyyən olunub.

    Faktla bağlı Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanan cinayət işi üzrə əvvəllər məhkum olunmuş 39 yaşlı Azər Quliyev şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib.

    Faktla bağlı araşdırmalar davam etdirilir.
    //oxu.az

  • Sumqayıtın bəzi ərazilərində qaz təchizatı dayandırılıb – SƏBƏB

    Sumqayıtın bəzi hissələrində qaz təchizatı dayandırılıb.

    Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

    Bildirilib ki, Sumqayıt şəhəri Qurd dərəsi qəsəbəsində balans ölçü qovşağında aparılan təmir işləri ilə əlaqədar saat 10:20-dən etibarən qaz təchizatı dayandırılıb.

    Qurd dərəsi, Təzə Corat qəsəbəsi, Köhnə Coratın bir hissəsi, 13 və 16-cı mikrorayonlarda qaz təchizatında müvəqqəti fasilə yaranıb.

  • Azərbaycan Prezidenti ölkəmizdə keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb

    Prezident İlham Əliyev “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, müraciətdə deyilir:

    “Hörmətli konfrans iştirakçıları!

    Sizi – “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda Ankara şəhərində keçirilən beynəlxalq konfransın iştirakçılarını səmimi-qəlbdən salamlayır, bu mühüm tədbirə ev sahibliyi edən dost və qardaş Türkiyə Respublikasına böyük təşəkkürümü bildirirəm. Azərbaycan və Türkiyə nümayəndələrinin bir araya gəldiyi bu konfrans regionumuzda sülhün, ədalətin və insan hüquqlarının bərqərar olması yolunda çox əlamətdar hadisədir. Azərbaycan və Türkiyə arasında müttəfiqlik və qardaşlıq münasibətləri, hər iki ölkənin beynəlxalq hüquq prinsiplərinə sadiqliyi bölgədə sabitliyin təmin olunması üçün möhkəm zəmin yaradır.

    Çox təəssüf ki, silahlı münaqişələr və irqi ayrı-seçkilik nəticəsində milyonlarla insan öz doğma yurdlarından didərgin düşərək qaçqınlıq həyatı yaşayır. Xüsusilə, Birinci Dünya müharibəsi dövründə və ondan sonra erməni radikalizmi və ekstremizmi Azərbaycan xalqını misli görünməmiş müsibətlərə düçar etmiş, nəticədə yüz minlərlə soydaşımız öz dədə-baba torpaqlarından zorla çıxarılmış, kütləvi qətl və qırğınlara məruz qalmışdır.

    Qərbi Azərbaycanda – Ermənistan ərazisində 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə sistemli və total şəkildə etnik təmizləmə həyata keçirilmiş və beləliklə, Ermənistanda bir nəfər belə azərbaycanlı qalmamışdır. Bu etnik təmizləmə böyük humanitar faciə olmaqla yanaşı, 1920-ci ildə Qərbi Zəngəzurun Azərbaycandan alınaraq Ermənistana verilməsi ilə Azərbaycanın əsas hissəsinin onun ayrılmaz hissəsi olan Naxçıvanla quru əlaqəsini kəsmək kimi mənfur geosiyasi məqsədə də xidmət etmişdir.

    Ermənistan minilliklər boyu Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların zəngin mədəni irsini, qədim yaşayış məskənlərini, məscidlərini, ziyarətgahlarını və qəbiristanlıqlarını məhv etmişdir. Ermənistanın bu destruktiv addımları həmin ərazilərdən Azərbaycan xalqının izini silmək və regionun tarixini yenidən yazmaq məqsədi daşımışdır.

    2020-ci il Vətən müharibəsində qazanılmış şanlı Zəfər, 2023-cü ildə suverenliyimizin tam bərpası, hazırda Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, keçmiş məcburi köçkünlərin öz evlərinə qayıdışı Qərbi azərbaycanlılarda da böyük ruh yüksəkliyi yaratmış və onların daha mütəşəkkil qaydada fəaliyyət göstərməsinə imkan vermişdir. Qərbi Azərbaycan məsələsi artıq beynəlxalq gündəliyə daxil edilmişdir.

    Qərbi Azərbaycan İcmasının beynəlxalq hüquqa uyğun dinc təşəbbüsləri təqdirəlayiqdir və dünya ictimaiyyəti tərəfindən dəstəklənir. Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə Ermənistandakı dədə-baba torpaqlarına qayıdışının təmin edilməsi regionda sülhün, insan hüquqlarının və barışığın bərqərar olması üçün vacib şərtdir.

    Təəssüf ki, Ermənistan cəmiyyətində türk xalqlarına qarşı dərin kök salmış nifrət, “böyük Ermənistan” xülyası, həmin ölkənin konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının yer alması, Qərbi azərbaycanlıların qayıdışına imkan verilməməsi sülhə mane olur. Ermənistan qonşu dövlətlərə qarşı ərazi iddialarına son qoymalı, azərbaycanlılara məxsus mədəni irsin bərpası və qorunması üçün addımlar atmalı, bu məqsədlə UNESCO-nun monitorinq missiyasına icazə verməli, qayıdış mövzusunda İcma ilə dialoqa başlamalıdır. Ermənistan Qərbi azərbaycanlıların nə vaxt və hansı şərtlərlə öz dədə-baba yurdlarına dönə bilmələri ilə bağlı aydın mövqe ifadə etməlidir. Bu məsələ ilə əlaqədar Ermənistan rəhbərliyinin İcmanın nümayəndələrini qəbul etməsini gözləyirik.

    Xüsusi olaraq vurğulamaq istərdim ki, Qərbi azərbaycanlıların qayıdış istəyi Ermənistana qarşı ərazi iddiası demək deyildir və Ermənistan həmin istəyi bu formada təqdim etmək cəhdlərindən əl çəkməlidir. Qayıdış reallaşana qədər bu məsələ Azərbaycanın gündəliyindən çıxmayacaqdır. Təbii ki, öz yurdlarına dönəcək Qərbi azərbaycanlılara təhlükəsizlik zəmanəti də verilməlidir.

    Hesab edirik ki, Qərbi Azərbaycanla bağlı dünya ictimaiyyətinin məlumatlılığının artmasına xidmət edən bu beynəlxalq konfrans soydaşlarımızın öz doğma torpaqlarına qayıdışına önəmli töhfə verəcəkdir.

    İnanırıq ki, Qərbi azərbaycanlılar təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına qayıdacaq və bölgədə davamlı sülh bərqərar olacaqdır.

    Sizə ən xoş diləklərimi çatdırır və konfransın işinə uğurlar arzulayıram”.

  • Sabirabadda 20 yaşlı qadın ölü uşaq dünyaya gətirdi

    Sabirabadda 20 yaşlı qadın ölü uşaq dünyaya gətirib.

    Zərdab rayonunun Dəkkəoba kənd sakini Lalə Rüstəm qızı Şikalə Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Regional Perinatal Mərkəzinə aparılıb.

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bildirilib ki, zəruri tibbi xidmətlər göstərilən pasiyent üzərində qeysəriyyə kəsiyi əməliyyatı icra olunub və ölü döl xaric edilib:

    “2005-ci il təvəllüdlü Lalə Rüstəm qızı Şikalə mayın 19-u saat 17:00-da Ucar Rayon Mərkəzi Xəstəxanasından 32 həftəlik hamiləlik, uşaqlıqda çapıq, ölü döl diaqnozları ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Regional Perinatal Mərkəzə təxliyə olunub.

    Zəruri tibbi xidmətlər göstərilən pasiyent üzərində qeysəriyyə kəsiyi əməliyyatı icra olunub və ölü döl xaric edilib. Ölü döl təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib.

    Pasiyent hamiləlik müddətində virus infeksiyasına yoluxmasını və 10 gün ərzində bətnində körpənin hərəkətini hiss etmədiyini bildirib.

    Hazırda pasiyentin tibb müəssisəsinin Reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır”.
    //oxu.az

  • Sakinlərin NƏZƏRİNƏ: Sabah Bakının bəzi ərazilərində İŞIQ OLMAYACAQ

    Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində həyata keçirilən yenidənqurma işləri ilə əlaqədar olaraq 21 may tarixində Şüvəlan qəsəbəsinin bir sıra hissəsində elektrik xətləri sifarişə əsasən açılacaq.

    Bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.

    Bununla əlaqədar olaraq saat 10:00-dan saat 16:00-dək qəsəbənin Mayak adlanan yaşayış ərazisində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

  • Bakıda avtobus şüşəsini sındıran sərxoş sərnişin SAXLANILDI

    Mayın 17-də paytaxtın Yasamal rayonunda 65 saylı marşrut avtobusunun şüşəsini sındırmaqla əmlaka zərər vuran şəxs müəyyən olunub.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 38 yaşlı Ruslan Qurbanov saxlanılaraq məsuliyyətə cəlb edilib.

    Onun əməlinə hüquqi qiymət verilməsi üçün araşdırmalar davam etdirilir.

  • Lavrov Ermənistanda səfərdədir

    Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanda səfərdədir.

    “Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

    Səfər çərçivəsində S.Lavrov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla danışıqlar aparacaq.

    Onun ölkənin baş naziri Nikol Paşinyan və prezident Vaaqn Xaçaturyanla da görüşəcəyi bildirilir.

    Qeyd edək ki, S.Lavrov bundan əvvəl İrəvana 2022-ci ilin iyun ayında səfər etmişdi.