Month: June 2025

  • Son beş ayda əlilliyi olan şəxslərə 57 min reabilitasiya vasitəsi verilib

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən cari ilin 5 ayı ərzində əlilliyi olan şəxslərə 57 min reabilitasiya vasitəsi verilib.

    Bu barədə Nazirlik məlumat yayıb.

    Bildirilib ki, onlardan 4,2 mindən çoxu təkərli oturacaq (o cümlədən 41-i mühərrikli təkərli oturacaq), 1,1 mini aşağı və yuxarı ətraf protezi, 2,7 mini əsa, qoltuqaltı və dirsəkaltı ağac olub.

    Həmçinin əlilliyi olan şəxslərə 4,1 min cüt protez və ortopedik ayaqqabı, 560-dan çox eşitmə aparatı, korset və s. reabilitasiya vasitələri təqdim olunub.

    Yanvar-may aylarında əlilliyi olan 7,6 min şəxs reabilitasiya vasitələri ilə təmin edilib.

  • Bakıda idman yarışlarında qaliblərə ayrılan pullar verilməyib, nazirliyə 871 min manatdan çox zərər dəyib – MƏHKƏMƏ

    Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və eyni idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri olmuş Eldəniz Qulamovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə cinayət işi üzrə zərərçəkən qismində tanınmış Gənclər və İdman Nazirliyinin hüquqi nümayəndəsi ifadə verib.

    Nümayəndə bildirib ki, təqsirləndirilən şəxslər müxtəlif vaxtlarda keçirilmiş idman tədbirləri zamanı xərclər smetasını göstərmədən mükafatların verilməsi ilə bağlı arayışlar təqdim ediblər:

    “Həmin arayışlarda məbləğlər göstərilməyib. Audit yoxlaması zamanı Maliyyə Nazirliyinin baş məsləhətçisi deyib ki, 52 yarış üzrə xərclər smetasında məlumat verilməyib. Bu yarışları keçirən zaman dövlət büdcəsindən kənar xərcləmələr olub. Ümumilikdə, Gənclər və İdman Nazirliyinə 871 min 255 manatdan çox zərər dəyib. Maliyyə yoxlaması zamanı məlum olub ki, təqsirləndirilən şəxslər ayrılan pulları yarışın qaliblərinə verməyib, özlərinə götürüblər”.

    Prosesdə zərərçəkən kimi tanınan Gənclər və İdman Nazirliyinin nümayəndəsi təqsirləndirilən şəxslərə qarşı mülki iddia qaldırdığını bildirib.

    Məhkəmədə şahid Samir Kazımov ifadə verib. Onun sözlərinə görə, 2004-cü ildən sözügedən idarədə baş məsləhətçi işləyib:

    “Hər il tədbirlər planı olurdu. O planlar əsasında tədbirlər keçirmişik. Müəyyən qədər vəsait götürüb tədbirlərə xərcləmişik. Tədbirlərimiz çox olurdu. Tədbirlərdən sonra bankdan götürülən pulların təyinatı üzrə xərclənməsinə dair hesabat verirdim. Elə olurdu ki, planda nəzərdə tutulmayan tədbirlərimiz də olurdu.Bunlar məktub əsasında keçirilirdi. Bu tədbirlərə pullar ayrılmış vəsaitdən xərclənirdi. Biz digər qurumlarla da tədbirlər təşkil edirdik”.

    Şahidin ibtidai istintaqa verdiyi ifadəsi ilə məhkəmədəki ifadəsində ziddiyyətlər olduğu üçün onun ibtidai istintaqa verdiyi ifadəsi elan olunub. Belə ki, şahid ibtidai istintaq zamanı deyib ki, bəzən tədbirlər planında nəzərdə tutulan tədbirlərin bir neçəsi keçirilməyib. Şahid sözügedən ifadələr arasındakı ziddiyyətə münasibət bildirməyib.

    Növbəti proses iyulun 9-na təyin olunub.

    Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan cinayət işi istintaqı zamanı təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 179.4-cü ( mənimsəmə-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.

    İş üzrə dəymiş ziyandan 100 min manat ödənilib.
    //report

  • Вчера с банковских карт граждан было похищено более 14 тыс. манатов

    Вчера с банковских карт граждан было похищено более 14 тыс. манатов.

    Об этом сообщили в Министерстве внутренних дел.

    Было отмечено, что 17 июня с банковских счетов ряда лиц были похищены суммы в размере 6970, 3823, 840, 830, 590, 300, 153, 120, 61 и 31 манат.

    В сообщении отмечается, что подобные преступления происходят в результате передачи гражданами третьим лицам конфиденциальной информации, такой как CVV/CVC-коды, срок действия карт и одноразовые OTP-коды.

    В МВД напомнили, что не следует передавать данные банковских карт, даже если звонящий представляется сотрудником банка. В случае подозрительной активности необходимо немедленно прекратить контакт, заблокировать номер и обратиться в полицию по номеру 102 или в ближайшее отделение полиции.

  • Ötən gün vətəndaşların bank kartlarından 14 minə yaxın vəsait kiber üsulla oğurlanıb

    Bir sıra şəxslərin bank hesablarından iyunun 17-də 6970, 3823, 840, 830, 590, 300, 153, 120, 61 və 31 manat kiber üsulla oğurlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    DİN xatırladıb ki, bu cür cinayətlər, əsasən, naməlum nömrələrdən gələn zəng və SMS-lər, saxta saytlar və şübhəli platformalar vasitəsilə törədilir.

    Nazirlik bir daha diqqətə çatdırıb ki, naməlum nömrələrdən gələn zənglərə və mesajlara cavab verilməməlidir:

    “Tövsiyə edilir ki, SMS, e-poçt və messencerlərdəki şübhəli linklərə daxil olmayın, bank kartınızın nömrəsini, PIN kodunu, CVV kodunu, OTP (birdəfəlik şifrə) kimi məlumatları heç bir halda paylaşmayın. Tanımadığınız şəxslərə, həmçinin özünü bank və ya dövlət qurumu əməkdaşı kimi təqdim edənlərə inanaraq məlumatlarınızı verməyin”.

  • Азербайджан частично ограничил импорт мяса и мясных продуктов из Албании, Канады и Андорры

    Азербайджан ограничил импорт мяса и мясных продуктов из некоторых регионов Албании, Канады и Андорры в связи со вспышками опасных заболеваний животных.

    Об этом Report сообщили в Агентстве продовольственной безопасности Азербайджана (АПБА).

    Согласно официальной информации Всемирной организации здравоохранения животных (ВОЗЖ), в административно-территориальной единице Сант-Жулия-де-Лория Андорры зарегистрирована эпизоотическая геморрагическая болезнь крупного рогатого скота, в регионе Берат Албании выявлена чума мелкого рогатого скота, а в канадской провинции Британская Колумбия обнаружена болезнь Ньюкасла у птиц.

    В заявлении отмечается, что для защиты территории республики от этих инфекционных заболеваний АПБА ввело временные ограничения на импорт и транзит всех видов живых жвачных животных и их генетического материала, живых домашних и диких мелких жвачных животных и продуктов из них, живой птицы и продуктов птицеводства из указанных территорий.

    Одновременно Агентство обратилось в Государственный таможенный комитет для принятия соответствующих мер.

  • Albaniya, Kanada və Andorranın bəzi bölgələrindən Azərbaycana ət və ət məhsullarının idxalı məhdudlaşdırılıb

    Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Andorra Knyazlığının Sant Julia de Loria inzibati ərazi vahidində iribuynuzlu heyvanlarda epizootik hemorragiya xəstəliyi, Albaniya Respublikasının Berat bölgəsində xırdabuynuzlu heyvanların taunu, Kanadanın Britaniya Kolumbiyası əyalətində isə quşlarda Nyukasl xəstəliyi qeydə alınıb.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

    Bildirilib ki, respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, bütün növ diri gövşəyən heyvanların və onlara aid genetik materialların, diri ev və vəhşi xırdabuynuzlu heyvanların və onlara aid məhsulların, diri quş və quşçuluq məhsullarının idxalı, həmçinin tranziti ilə bağlı ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub.

    Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
    //report

  • В Иране задержали пять человек за сотрудничество с “Моссадом”

    Силовики задержали пять человек за сотрудничество с израильской разведкой “Моссад” на юго-западе Ирана.

    Об этом сообщило агентство Fars со ссылкой на местное управление Корпусом стражей исламской революции (КСИР, часть вооруженных сил Иран).

    “Разведке КСИР провинции Лурестан удалось обнаружить и задержать пять человек из числа предателей, которые планировали выполнить поручения службы “Моссад”, – сообщило агентство.

    В свою очередь, официальный представитель сил правопорядка Ирана Монтазер аль-Махди сообщил агентству ILNA об обнаружении в провинциях Альборз, Тегеран и ряде других районов Ирана мастерских по сборке беспилотников, а также задержании нескольких автомобилей, перевозивших взрывчатку и дроны.

  • İranda “Mossad”la əməkdaşlıq edən beş nəfər saxlanılıb

    İranın hüquq-mühafizə orqanları ölkənin cənub-qərbində İsrailin “Mossad” kəşfiyyat xidməti ilə əməkdaşlıq edən beş nəfəri saxlayıb.

    Bu barədə “Fars” agentliyi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yerli idarəsinə istinadən məlumat yayıb.

    “Luristan vilayətinin SEPAH kəşfiyyatı “Mossad”ın tapşırıqlarını yerinə yetirməyi planlaşdıran satqınlardan beş nəfərini aşkarlayaraq saxlayıb”, – agentlik bildirib.

    Öz növbəsində, İran hüquq-mühafizə orqanlarının rəsmi nümayəndəsi Müntəzir əl-Mehdi ILNA agentliyinə Əlborz, Tehran vilayətlərində və İranın bir sıra digər ərazilərində pilotsuz uçuş aparatlarının yığıldığı emalatxanaların aşkar edildiyi, həmçinin partlayıcı maddələr və dronlar daşıyan bir neçə avtomobilin saxlanıldığı barədə məlumat verib.

  • В Сумгайыте обнаружены автомат Калашникова и охотничье ружье

    В городе Сумгайыте обнаружены автомат Калашникова и охотничье ружье.

    Оружие обнаружено на территории жилого массива “Хазар баглары”.

    На территории был найден 1 автомат Калашникова калибра 7,62 и охотничье ружье марки “ТОЗ-63” 16 калибра.

    Найденное оружие передано по назначению.

  • Sumqayıtda “Kalaşnikov” avtomatı və ov tüfəngi aşkarlanıb

    Sumqayıt şəhərində silah-sursat aşkar olunub.

    Hadisə “Xəzər bağları” ərazisində qeydə alınıb.

    Ərazidən 1 ədəd 7,62 kalibrli “AKS” markalı “Kalaşnikov” avtomatı və 16 kalibrli, “TOZ-63” markalı ov tüfəngi tapılıb.

    Tapılan silahlar aidiyyatı üzrə təhvil verilib.