Month: June 2025

  • Mütəxəssis yay günlərində uşaqların günvurmadan qorunması üçün valideynlərə müraciət edib

    Yay günlərində uşaqları günvurma riskindən qorumaq üçün valideynlər diqqətli olmalıdırlar.

    Bunu Səhiyyə Nazirliyinin mütəxəssis – eksperti, terapevt Zakir Quliyev deyib.

    Onun sözlərinə görə, hamilə qadınların, yaşlı insanların və uşaqlarının orqanizmi temperatur dəyişikliklərinə qarşı adaptasiya olmaqda daha çox çətinlik çəkir:

    “Yayda saat 11:00-dan 17:00-dək uşaqların birbaşa günəş şüalarına məruz qalması təhlükəlidir. Buna görə açıq havada oynamaq üçün səhər tezdən və ya axşamüstü saatları seçilməlidir. Uşaqlara yüngül, açıq rəngli və hava keçirən paltarlar geyindirilməli, başlarına papaq qoyulmalı və bədənlərinin mümkün qədər örtülü olmasına diqqət edilməlidir. Dəri üçün günəşdən qoruyucu kremlərin istifadəsi də mütləqdir”.

    Mütəxəssiz eyni zamanda qeyd edib ki, xroniki xəstəliyi olan bəzi insanlar da isti havalarda diqqətli olmalıdır^

    “Ürək-damar sistemi xəstəlikləri olan şəxslərdə yüksək temperatur qan damarlarının genişlənməsinə və təzyiqin düşməsinə səbəb ola bilər. Bu isə ürək döyüntülərinin artmasına, ürəyin yükünün çoxalmasına və infarkt riskinin yüksəlməsinə gətirib çıxara bilər”.

  • Транскаспийский энергокоридор повысит конкурентоспособность энергетической архитектуры региона Шелкового пути

    Кабель зеленой энергии, который соединит Казахстан и Узбекистан с Азербайджаном, существенно повысит устойчивость и конкурентоспособность энергетической архитектуры региона Шёлкового пути.

    Как сообщает Report, об этом говорится в аналитическом докладе о перспективах углубления экономического сотрудничества между Азербайджаном и Казахстаном, подготовленном Международным финансовым центром “Астана” (МФЦА) и Институтом развития и дипломатии (IDD) при Университете ADA.

    Отмечается, что этот подводный высоковольтный кабель предназначен для соединения энергосистем Казахстана и Азербайджана и станет частью более широкой инициативы – проекта подводного кабеля зеленой энергии через Черное море, связывающего Южный Кавказ с Европой.

    Согласно документу, данная инфраструктура после ввода в эксплуатацию позволит экспортировать чистую электроэнергию (в первую очередь, солнечную и ветровую), произведенную в Центральной Азии, в Европейский союз, способствуя диверсификации источников энергии в регионе и достижению целей ЕС по декарбонизации.

    “Прокладка транскаспийского кабеля обеспечит стабильный внешний канал сбыта и улучшит инвестиционную привлекательность крупномасштабных проектов в сфере ВИЭ”, – говорится в докладе.

    По мнению его авторов, учитывая соответствие проекта целям ЕС в области энергетической безопасности и климатической повестки, инициатива Global Gateway может стать важным механизмом стратегического финансирования.

    “В макроэкономическом контексте проект отражает переход в сотрудничестве между Казахстаном и Азербайджаном от углеводородов к электроэнергии как торговому ресурсу, что предоставляет обеим странам возможность позиционировать себя как экспортеров низкоуглеродной энергии, одновременно стимулируя модернизацию региональных электросетей и экономическую диверсификацию. В случае реализации, данный энергетический коридор существенно повысит устойчивость и конкурентоспособность энергетической архитектуры региона Шёлкового пути”, – отмечается в документе.

    Авторы доклада считают, что для создания Транскаспийского и Черноморского коридоров зеленой энергии необходима комбинация льготного финансирования, государственных гарантий и смешанных структур финансирования. “Ключевую роль в обеспечении финансирования могут сыграть такие институты, как Европейский инвестиционный банк, ЕБРР и специализированные климатические фонды. Кроме того, партнерства государственно-частного сектора и выпуск зеленых облигаций государственными энергетическими компаниями могут дополнительно мобилизовать капитал”. – говорится в докладе.

  • Transxəzər enerji dəhlizi İpək Yolu regionunun enerji arxitekturasının rəqabət qabiliyyətini artıracaq

    Qazaxıstan və Özbəkistanı Azərbaycanla birləşdirəcək “yaşıl enerji kabeli” İpək Yolu regionunun enerji arxitekturasının dayanıqlılığını və rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq.

    Bu, “Astana” Beynəlxalq Maliyyə Mərkəzi və ADA Universitetinin nəzdində fəaliyyət göstərən İnkişaf və Diplomatiya İnstitutunun (IDD) hazırladığı iki ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi perspektivləri haqqında analitik hesabatda öz əksini tapıb.

    Qeyd olunur ki, bu sualtı yüksək gərginlikli kabel Qazaxıstan və Azərbaycanın enerji sistemlərini birləşdirmək üçün nəzərdə tutulub və daha geniş təşəbbüsün – Cənubi Qafqazı Avropa ilə əlaqələndirən Qara dəniz üzərindən “yaşıl enerji sualtı kabel” layihəsinin bir hissəsi olacaq.

    Sənədə əsasən, bu infrastrukturun istismara verilməsi Mərkəzi Asiyada istehsal olunan təmiz elektrik enerjisinin (ilk növbədə, günəş və külək) Avropa İttifaqına ixracına şərait yaradacq, regionda enerji mənbələrinin şaxələndirilməsinə və Aİ-nin dekarbonizasiya hədəflərinə nail olunmasına töhfə verəcək.

    “Transxəzər kabelinin çəkilməsi sabit xarici satış kanalını təmin edəcək və bərpa olunan enerji mənbələri sahəsində irimiqyaslı layihələrin investisiya cəlbediciliyini artıracaq”, – hesabatda deyilir.

    Müəlliflərin fikrincə, layihənin Aİ-nin enerji təhlükəsizliyi və iqlim gündəliyi sahəsindəki məqsədlərinə uyğunluğunu nəzərə alaraq, “Global Gateway” təşəbbüsü mühüm strateji maliyyələşdirmə mexanizmi ola bilər.

    “Makroiqtisadi kontekstdə layihə Qazaxıstan və Azərbaycan arasında əməkdaşlıqda karbohidrogenlərdən elektrik enerjisinə keçidi əks etdirir ki, bu da hər iki ölkənin aşağı karbonlu enerji ixracatçıları mövqeyindən çıxış etməsinə imkan verir, eyni zamanda regional elektrik şəbəkələrinin modernləşdirilməsini və iqtisadi şaxələndirməni stimullaşdırır. Bu enerji dəhlizi reallaşdırılacağı təqdirdə, İpək Yolu regionunun enerji arxitekturasının dayanıqlılığını və rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq”, – sənəddə qeyd olunur.

    Hesabatın müəllifləri hesab edirlər ki, Transxəzər və Qara dəniz “yaşıl enerji dəhlizləri”nin yaradılması üçün güzəştli maliyyələşdirmə, dövlət zəmanətləri və qarışıq maliyyələşdirmə strukturlarının kombinasiyası lazımdır. “Avropa İnvestisiya Bankı, Avrasiya Yenidənqurma və İnkişaf Bankı və ixtisaslaşmış iqlim fondları maliyyələşdirmənin təmin edilməsində mühüm rol oynaya bilər. Bundan başqa, dövlət-özəl sektor tərəfdaşlıqları və dövlət enerji şirkətləri tərəfindən “yaşıl istiqrazları”n buraxılması əlavə kapital səfərbər etməyə imkan verə bilər”, – hesabatda vurğulanır.

  • В аптеках Zeytun не исполняются решения Тарифного совета

    Государственное агентство по антимонопольному контролю и надзору за потребительским рынком при Президенте Азербайджана составило протокол об административном правонарушении в отношении аптечной сети ООО Zeytun Pharmaceuticals в соответствии с Законом “О защите прав потребителей”.

    Как сообщили Report в Госагентстве, в аптеках компании реализуются лекарственные средства по цене, превышающей верхний предел розничной цены, утвержденной Тарифным (ценовым) советом.

    Тем самым совершено правонарушение, предусмотренное пунктом 221.3 КоАП (Продажа лекарственных средств, прошедших государственную регистрацию, по ценам, отличающимся от цен, урегулированных в порядке, установленном соответствующим органом исполнительной власти).

  • “Zeytun” apteklərində Tarif Şurasının qərarlarına əməl edilmədiyi üzə çıxıb

    Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən apteklər şəbəkəsi olan “Zeytun Pharmaceuticals” MMC haqqında inzibati xəta protokolu tərtib edib.

    Bu barədə “Report”a Agentlikdən məlumat verilib.

    Bildirilib ki, şirkətin apteklərində dərman vasitəsi Tarif (qiymət) Şurasının təsdiq etdiyi pərakəndə satış qiymətinin yuxarı həddindən baha satılıb. Bununla da, İnzibati Xətalar Məcəlləsinin 221.3-cü bəndinə əsasən (Dövlət qeydiyyatından keçmiş dərman vasitəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tənzimlənən qiymətdən yuxarı qiymətlə satılması) xəta törədilib.

  • “Araz-Naxçıvan” dörd futbolçu ilə yolları ayırıb

    “Araz-Naxçıvan” dörd futbolçu ilə yolları ayırıb.

    Median.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Sezar Meza Kolli, Karlos Jatoba, Bernardo Dias (Benny) və Miço Kuzmanoviçlə müddəti başa çatan müqavilə yenilənməyib.

    Qeyd edək ki, buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssuf Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Slavik Alxasov, Qara Qarayev, Bəxtiyar Həsənalızadə, Ülvü İsgəndərov, Vanderson Melo, Ramon Maçado və Nuno Rodrigeslə müqaviləni yeniləyən, Bar Koen, Çance Simakala Ba-Muakanı transfer edən “Araz-Naxçıvan” Vadim Abdullayevlə yollarını ayırıb.

  • Пашинян не стал раскрывать детали предстоящих переговоров с Эрдоганом

    Премьер-министр Армении Никол Пашинян не стал раскрывать повестку переговоров с президентом Турции Реджепом Тайипом Эрдоганом.

    Об этом сообщают армянские СМИ.

    “Планируется совместное заявление для общественности о повестке визита. Согласно договоренностям, нельзя преждевременно разглашать пункты заявления”, – сказал он в ходе брифинга, подтвердив свой визит в Турцию.

    Отметим, что вчера спикер парламента Армении Ален Симонян заявил о том, что 20 июня Пашинян отправится в Турцию, где проведет переговоры с руководством страны.

  • Paşinyan Ərdoğanla gözlənilən danışıqların detallarını açıqlamayıb

    Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqların gündəliyini açıqlamayıb.

    Bu barədə Ermənistan KİV-i məlumat yayıb.

    “Səfərin gündəliyi ilə bağlı ictimaiyyət üçün birgə bəyanat planlaşdırılır. Razılaşmalara əsasən, bəyanatın bəndlərini vaxtından əvvəl açıqlamaq olmaz”, – o bildirib.

    Qeyd edək ki, ötən gün Ermənistan parlamentinin sədri Alen Simonyan Paşinyanın iyunun 20-də Türkiyəyə gedəcəyini və ölkə rəhbərliyi ilə danışıqlar aparacağını bəyan edib.

  • Азербайджанские военнослужащие участвуют в международных учениях в Сербии

    Группа военнослужащих азербайджанской армии принимает участие в многонациональных учениях по поддержанию мира Platinum Wolf – 2025, проходящих в Сербии.

    Об этом сообщает Report со ссылкой на Министерство обороны Азербайджана.

    В рамках международных учений будут отработаны стрельбы, патрулирование пешим порядком и с использованием техники, операции в населённых пунктах, организация контрольно-пропускных пунктов, меры по предотвращению массовых скоплений людей и беспорядков, обращение с пленными, оказание первой медицинской помощи раненым в бою, защита от оружия массового поражения и другие задачи.

    Учения, в которых примут участие военнослужащие Азербайджана, США, Великобритании, Болгарии, Боснии и Герцеговины, Италии, Венгрии, Черногории, Румынии, Северной Македонии и Греции, продлятся до 28 июня.

  • Azərbaycanın hərbi qulluqçuları Serbiyada keçirilən beynəlxalq təlimdə iştirak edirlər

    Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Serbiyada keçirilən “Platinum Wolf – 2025” çoxmillətli sülhü dəstəkləmə əməliyyatları təlimində iştirak edir.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, beynəlxalq təlimdə atış, piyada və texnika ilə patrulluq, yaşayış məntələrində əməliyyatlar, yoxlama məntəqələrinin qurulması, izdiham və iğtişaşların qarşısının alınması, əsirlərlə davranış, döyüş zamanı yaralılara ilkin tibbi yardımın göstərilməsi, kütləvi qırğın silahlarından mühafizə və digər mərhələlər üzrə tapşırıqlar yerinə yetiriləcək.

    Azərbaycan, ABŞ, Böyük Britaniya, Bolqarıstan, Bosniya və Hersoqovina, İtaliya, Macarıstan, Monteneqro, Rumıniya, Şimali Makedoniya və Yunanıstan hərbçilərinin iştirak etdiyi təlim iyunun 28-dək davam edəcək.