Month: June 2025

  • Завтра ожидается 34 градуса тепла

    19 июня в Азербайджане осадков не ожидается.

    Report передает, что об этом сообщает Национальная служба гидрометеорологии.

    Отмечается, что завтра в Баку и на Абшеронском полуострове ожидается переменная облачность, временами пасмурно, преимущественно без осадков. Однако днем в некоторых местах возможен дождь. Юго-западный ветер утром сменится северо-западным.

    Температура воздуха ночью составит 19-21°, днем 25-28° тепла. Атмосферное давление ожидается в пределах нормы – 760 мм ртутного столба. Относительная влажность ночью составит 70-75%, днем 50-55%.

    В районах Азербайджана прогнозируется преимущественно сухая погода, однако днем в некоторых горных районах возможен кратковременный дождь, грозы. В отдельных местах возможен град. В некоторых горных районах временами ожидается туман. Будет преобладать умеренный восточный ветер.

    Температура воздуха ночью составит 17-21°, днем 29-34° тепла, в горах ночью 5-10°, днем 15-20° тепла.

  • Sabah 34 dərəcə isti olacaq – PROQNOZ

    Azərbaycanda iyunun 19-da havanın yağmursuz keçəcəyi gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Qeyd edilib ki, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 19-21° isti, gündüz 25-28° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi ehtimalı var. Bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 17-21° isti, gündüz 29-34° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacaq.

  • Генпрокуратура: В I квартале не осталось нераскрытых умышленных убийств прошлых лет

    Генеральная прокуратура Азербайджана по состоянию на конец первого квартала раскрыла все закрытые или нераскрытые преступления прошлых лет, связанные с умышленным убийством.

    Об этом заявил начальник управления по надзору за следствием генпрокуратуры Фазиль Гасаналиев.

    По его словам, число умышленных убийств в стране в целом сократилось по сравнению с предыдущими годами.

    “Например, в 2024 году зафиксировано 144 умышленных убийства, тогда как в предыдущие годы этот показатель составлял от160 до 200 случаев за год. В первом квартале этого года не осталось нераскрытых, закрытых преступлений с прошлых лет”, – сказал Гасаналиев.

  • Bu ilin birinci rübündə əvvəlki illərdən qalma açılmamış cinayət yoxdur

    Bu ilin birinci rübündə əvvəlki illərdən qalmış açılmamış, qapalı cinayət işi olmayıb.

    Bunu Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Fazil Həsənəliyev deyib.

    Onun sözlərinə görə, qəsdən adam öldürmə cinayətlərində ötən illərlə müqayisədə azalma müşahidə olunur:

    “2024-cü ildə 144, əvvəlki illərdə isə 160-200 arası belə hal aşkarlanıb”.

  • Генпрокуратура: В последнее время участились случаи киберкраж с банковских карт

    В последнее время отмечается рост случаев краж с банковских карт с применением кибертехнологий.

    Как сообщает Report, об этом заявил начальник управления Генеральной прокуратуры по надзору за исполнением законов в деятельности органов внутренних дел Натиг Абдуллаев.

    По его словам, важную роль в совершении подобных преступлений играет неосторожное поведение самих граждан:

    “Мы постоянно призываем граждан не отвечать на звонки и сообщения с неизвестных номеров. Потому что эти преступления в основном совершаются посредством звонков и SMS с неизвестных номеров, фейковых сайтов и подозрительных платформ. Рекомендуется не переходить по сомнительным ссылкам в SMS, электронной почте и мессенджерах. Ни в коем случае нельзя передавать данные своей банковской карты – номер, PIN-код, CVV или одноразовый пароль (OTP). Также нельзя сообщать личную информацию незнакомцам, в том числе лицам, представляющимся сотрудниками банков или госструктур”.

  • İdarə rəisi: Bank kartlarından kiber üsulla oğurluq halları artıb

    Son dövrlərdə bank kartlarından kiber üsulla oğurluq hallarında artım müşahidə olunur.

    Bunu Baş Prokurorluğun Prokurorluqda Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Natiq Abdullayev deyib.

    Onun sözlərinə görə, bu tip oğurluqlarda vətəndaşların ehtiyatsız davranması böyük rol oynayır:

    “Daim çağırış edirik ki, vətəndaşlar naməlum nömrələrdən gələn zənglərə və mesajlara cavab verməsin. Çünki bu cinayətlər, əsasən, naməlum nömrələrdən gələn zəng və SMS-lər, saxta saytlar və şübhəli platformalar vasitəsilə törədilir. Tövsiyə edilir ki, SMS, e-poçt və messencerlərdəki şübhəli linklərə daxil olmasınlar. Bank kartınızın nömrəsini, PIN kodunu, CVV kodunu, OTP (birdəfəlik şifrə) kimi məlumatları heç bir halda paylaşmasınlar. Eyni zamanda tanımadıqları şəxslərə, həmçinin özünü bank və ya dövlət qurumu əməkdaşı kimi təqdim edənlərə inanaraq məlumatları ötürməsinlər”.
    //report

  • Terroru maliyyələşdirməkdə təqsirləndirilən şəxslərin növbəti məhkəmə prosesi keçirilib

    Terroru maliyyələşdirməkdə təqsirləndirilən Xəqani Ömərov, Anar Salamzadə və Elçin Əzizovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslər ifadə veriblər.

    Təqsirləndirlən Elçin Əzizov deyib ki, Xəqani Ömərovu birincə dəfə məhkəmə iclasında görüb:

    “Silahlı qruplaşmalar üçün pulu Türkiyədən göndərilən hesaba atmışam. Bəzi silahlı qruplaşmalarla da əlaqəm olub. Mənə əvvəl Suriyada digər silahlı qruplaşmanı maliyyələşdirməkdə ittiham edirdilər. Sonra ittihama İŞİD əlavə olundu”.

    Növbəti proses şahidlərin dindirilməsi üçün avqustun 12-nə təyin olunub.

    Qeyd edək ki, adıçəkilən şəxslər DTX-nin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.

    İttihama görə, təqsirləndirilən şəxslər terrorçuluğa dəstək məqsədilə xarici ölkədə fəaliyyət göstərən müəyyən şəxslərə maliyyə vəsaitləri köçürüblər.

    Onlara qarşı Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğun maliyyələşdirilməsi) maddəsi ilə ittiham irəli sürülüb.
    //report

  • Baş Prokurorluq: Restoranlarda artan qida zəhərlənmələrinin qarşısının alınması üçün tədbirlər görülür

    Son dövrlərdə restoranlarda artan qida zəhərlənmələrinin qarşısının alınması üçün tədbirlər davam etdirilir.

    Bunu Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Fazil Həsənəliyev deyib.

    Onun sözlərinə görə, restoranlarda artan qida zəhərlənmələrini hansısa cinayət faktı, yaxud təşəbbüsü ilə əlaqələndirmək doğru deyil:

    “Ötən il Sumqayıtda, bu il isə Gəncədə belə hadisələr baş verib. Qida istehsal edən müəssisələr və iaşə obyektlərində yol verilən boşluqlar buna səbəb ola bilər. Dərhal hansısa cinayət faktının olduğunu düşünmək düzgün deyil. Belə hallar baş verdikdə həm Baş Prokurorluq, həm də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tədbirlər görür”.

  • Доклад: Стратегическое партнерство Азербайджана и Казахстана укрепляет региональную стабильность

    Азербайджану и Казахстану необходимо продолжать наращивать инвестиции в инфраструктуру, активно использовать возможности цифровых технологий и задействовать финансовую экосистему для дальнейшего укрепления экономического сотрудничества.

    Такая рекомендация указана в аналитическом докладе о перспективах углубления экономического сотрудничества между Азербайджаном и Казахстаном, подготовленного Международным финансовым центром “Астана” (МФЦА) и Институтом развития и дипломатии (IDD) при Университете ADA.

    В докладе отмечается, что развитие Среднего коридора и прокладка подводной оптоволоконной линии через Каспийское море (инвестиции в проект оцениваются в $50 млн – ред.) укрепляют позиции двух стран как ключевых транзитных хабов между Азией и Европой.

    “Рост экспорта нефти, реализация проектов в сфере «зеленой» энергетики, активизация торговли и финансовое сотрудничество формируют устойчивую экономическую модель. Стратегическое партнерство Казахстана и Азербайджана способствует привлечению инвестиций, укреплению региональной стабильности и расширению связей с внешними партнерами”, — подчеркивается в документе.

    Авторы доклада считают, что, придерживаясь стратегического и ориентированного в будущее подхода, Азербайджан и Казахстан смогут реализовать свой геоэкономический потенциал, привлечь больше иностранных инвестиций и упрочить лидирующие позиции в регионе Шелкового пути. Совместная работа, по мнению аналитиков, принесет выгоды не только экономикам Азербайджана и Казахстана, но и будет способствовать региональному процветанию, стабильности и расширению международного сотрудничества.
    //report

  • Hesabat: Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlığı regional sabitliyi gücləndirir

    Azərbaycan və Qazaxıstan infrastruktura investisiyaları artırmağa, rəqəmsal texnologiyaların imkanlarından fəal istifadə etməyə və iqtisadi əməkdaşlığın daha da gücləndirilməsi üçün maliyyə ekosistemini cəlb etməyə davam etməlidir.

    Bu, “Astana” Beynəlxalq Maliyyə Mərkəzi və ADA Universitetinin nəzdində fəaliyyət göstərən İnkişaf və Diplomatiya İnstitutunun (IDD) hazırladığı iki ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi perspektivləri haqqında analitik hesabatda öz əksini tapıb.

    Sənəddə qeyd olunub ki, Orta Dəhlizin inkişafı və Xəzər dənizinin dibi ilə sualtı fiber-optik xəttin çəkilişi (layihəyə investisiya qoyuluşu 50 milyon ABŞ dollar məbləğində qiymətləndirilir – red.) iki ölkənin Asiya və Avropa arasında mühüm tranzit qovşaqları kimi mövqelərini gücləndirir.

    “Neft ixracının artması, “yaşıl enerji” sahəsində layihələrin həyata keçirilməsi, ticarətin aktivləşdirilməsi və maliyyə əməkdaşlığı dayanıqlı iqtisadi model formalaşdırır, Qazaxıstan-Azərbaycan strateji tərəfdaşlığı investisiyaların cəlb edilməsinə, regional sabitliyin gücləndirilməsinə və xarici tərəfdaşlarla əlaqələrin genişləndirilməsinə kömək edir”, – sənəddə vurğulanıb.

    Hesabat müəllifləri hesab edirlər ki, Azərbaycan və Qazaxıstan strateji və gələcəyə yönəlmiş yanaşmaya sadiq qalmaqla öz geoiqtisadi potensialını reallaşdıra, daha çox xarici investisiya cəlb edə və İpək Yolu regionunda lider mövqelərini möhkəmləndirə bilər. Analitiklərin fikrincə, birgə fəaliyyət Azərbaycan və Qazaxıstan iqtisadiyyatlarına fayda gətirməklə yanaşı, həm də regional rifaha, sabitliyə və beynəlxalq əməkdaşlığın genişlənməsinə töhfə verəcək.
    //report