Month: June 2025

  • Хуситы заявили, что вмешаются в конфликт Израиля и Ирана

    Йеменские хуситы из “Ансар Аллах” вмешаются в конфликт между Ираном и Израилем, чтобы поддержать действия исламской республики.

    Об этом заявил член политбюро йеменского движения Мухаммед аль-Бухейти телеканалу Al Jazeera.

    “Сионистское образование (Израиль – ред.) перешло все красные линии, нацелившись на иранские ядерные объекты. Мы вмешаемся, чтобы поддержать Иран в отражении сионистских атак, так же как поддержали наших братьев в Газе”, – сказал представитель хуситов.

  • Husilər İsrail-İran münaqişəsinə qoşulur

    Yəmənin “Ənsar Allah” üsyançı hərəkatının üzvləri (husilər) İrana dəstək vermək üçün İslam Respublikası və İsrail arasındakı münaqişəyə qoşulacaqlar.

    Bunu Yəmən hərəkatının Siyasi Bürosunun üzvü Məhəmməd əl-Buheyti “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.

    “İsrail İranın nüvə obyektlərini hədəfə alaraq bütün qırmızı xətləri keçib. Biz Qəzzadakı qardaşlarımızı dəstəklədiyimiz kimi, İsrailin hücumlarını dəf etməkdə də İrana dəstək vermək üçün münaqişəyə müdaxilə edəcəyik”, – husilərin nümayəndəsi bildirib.

  • В Азербайджане скончалась 27-летняя студентка

    В Азербайджане скончалась 27-летняя девушка.

    Как передает Median.Az со ссылкой на Unikal, Гюлер Исмайылова на протяжении некоторого времени боролась с лейкемией.

    Согласно информации, после недавно перенесенной операции ее состояние резко ухудшилось, что привело к смерти.

    Отмечается, что Г.Исмайылова была студенткой университета “Одлар Юрду”. Она активно участвовала в различных проектах и тренингах.

  • Azərbaycanda tələbə vəfat etdi

    Azərbaycanda gənc qız həyatını itirib.

    Median.Az “Unikal”a istinadla xəbər verir ki, 27 yaşlı Gülər İsmayılova bir müddətdir qan xərçəngindən əziyyət çəkirmiş.

    Son günlərdə əməliyyat olunan Gülər səhhətinin qəfil pisləşməsi səbəbindən vəfat edib.

    G.İsmayılova Odlar Yurdu Universitetinin tələbəsi olub, bir sıra layihə və təlimlərdə iştirak edib.

  • Скончался известный азербайджанский художник

    В возрасте 52 лет скончался известный художник Фархад Ялгузаг.

    Об этом сообщили его близкие в социальных сетях.

    Причина его смерти не называется.

    Напомним, что основу творчества мастера кисти составлял авангардный стиль.

    В 2022 году Фархад Ялгузаг принял участие в симпозиуме XAZART, где поделился с молодежью своими техниками и творческими принципами.

    На выставках в Музейного центре были представлены его работы “Африканский шаман” (2009), “Мастер бильярда” (2010) и др.

  • Azərbaycanın tanınmış rəssamı vəfat etdi

    Azərbaycanın tanınmış rəssamı Fərhad Yalquzaq vəfat edib.

    Bu barədə onun yaxınları sosial şəbəkələrdə yazıblar.

    Xatırladaq ki, sənətkarın yaradıcılığının əsasını avanqard üslub təşkil edib.

    O, 2022-ci ildə “XAZART” simpoziumunda iştirak edərək texnika və yaradıcılıq prinsiplərini gənclərlə paylaşıb. “Muzey Mərkəzi”nin sərgilərində isə “Afrikalı şaman” (2009), “Bilyard ustası” (2010) və s. əsərləri yer alıb.

  • Кровавый конец семейного торжества в Газахе: совершено разбойное нападение на частный дом – Видео

    В Газахском районе совершено разбойное нападение.

    Как сообщает Median.Az со ссылкой на Xəzər TV, случай зафиксирован в селе Газахбейли.

    Так, семья Аллахвердиевых организовала в своем доме торжественное мероприятие по случаю обрезания внука. После празднования, в ночные часы, в дом проник незваный гость, который нанес ранения колюще-режущим предметом членам семьи, пытаясь похитить подаренные на мероприятии деньги.

    Подозреваемый сначала напал на 40-летнюю хозяйку дома Кямалю Аллахвердиеву, а затем нанес ранение ее супругу, 46-летнему Эмину Аллахвердиеву. Пострадавшие были госпитализированы.

    Согласно информации, в совершении преступления подозревается житель села Орта Салахлы Газахского района 64-летний Аладдин Назаров.

    Родители хозяина дома утверждают, что подозреваемый живет по соседству с родителями невестки. Отец Эмина, Юсиф Аллахвердиев, ранее работал вместе с нападавшим в одном из местных учреждений. Отмечается, что преступление было спланировано заранее.

    Подробнее – в сюжете:

  • Qazaxda kiçik toy məclisinin gecəsi QANLA BİTDİ – VİDEO

    Qonaqlar çağırıb övladına kiçik toy məclisi keçirib. Gecə saatlarında isə çağırılmayan bir qonaq evlərinə daxil olub, bir neçə nəfərə xəsarət yetirib, toyda yığılan nəməri aparmaq istəyib.

    Median.Az Xəzər TV-yə istinadən məlumat verir ki, Allahverdiyevlər ailəsinin başına gələn qarət Qazax rayonunun Qazaxbəyli kəndində baş verib.

    Hadisəni törətməkdə şübhəli bilinən şəxs əvvəlcə evin xanımı 40 yaşlı Kəmalə Allahverdiyeva, daha sonra ev sahibi 46 yaşlı Emin Allahverdiyevə xəsarətlər yetirib. Onlar xəstəxanaya yerləşdiriliblər.

    Məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən Qazax rayonunun Orta Salahlı kənd sakini 64 yaşlı Ələddin Nazarovdur.

    Ev sahibinin valideynləri iddia edirlər ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs gəlininin atası evi ilə qonşuluqda yaşayır. Eminin atası Yusif Allahverdiyevlə idarələrdən birində bir yerdə çalışıblar. Hadisəni də məhz əvvəlcədən planlaşdıraraq həyata keçirib.

    Ətraflı süjetdə:

  • 15 лет без Мубариза Ибрагимова…

    Исполняется 15 лет со дня гибели Национального героя, славного и бесстрашного сына азербайджанского народа Мубариза Ибрагимова.

    Он родился 7 февраля 1988 года в селе Алиабад Билясуварского района.

    В 2005 году с отличием окончил в родном селе среднюю школу имени шехида Малика Пириева.

    В марте 2006 года Мубариз был призван Военным комиссариатом Билясуварского района на срочную военную службу во Внутренние войска. 20 ноября 2007 года он был уволен в запас с должности командира подгруппы.

    Однако 18 сентября 2009 года Мубариз вернулся на военную службу, окончил курсы прапорщиков в Учебно-образовательном центре Вооруженных сил Азербайджана. Затем достойно и мужественно исполнял служебный долг на линии фронта в качестве заместителя командира роты мотострелкового батальона.

    В ночь на 19 июня 2010 года Мубариз Ибрагимов в неравном бою около села Чайлы уничтожил много врагов, нескольких ранил, но сам при этом героически погиб.

    За исключительные заслуги и храбрость, проявленные при защите независимости и территориальной целостности Азербайджана, Президент Ильхам Алиев своим распоряжением присвоил прапорщику Мубаризу Агакерим оглу Ибрагимову звание “Национальный герой Азербайджана” (посмертно).

  • Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 15 il ötür

    Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun torpaqlarımızın müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksəlməsinin növbəti ildönümüdür.

    Onun şəhidlik zirvəsinə yüksəlməsindən 15 il ötür.

    Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 2005-ci ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbində orta təhsilini başa vurmuş Mübariz həmin il həqiqi hərbi xidmətə çağırılıb. Həqiqi hərbi xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub. Bir müddət mülki işlərdə çalışdıqdan sonra 2009-cu ilin avqustunda yenidən gizir rütbəsində hərbi xidmətə başlayıb. Daha sonra könüllü olaraq cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmətini davam etdirib.

    M.İbrahimov 2010-cu ilin iyunun 18-dən 19-na keçən gecə Tərtərin Çaylı istiqamətində gedən qeyri-bərabər döyüşdə düşmənin xeyli canlı qüvvəsini məhv edib, bir neçəsini isə yaralayıb. O, bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilmədən birinci həmlədə məhv edib. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək beş saat onlarla təkbətək döyüşüb. Düşməni ağır itkilərə məruz qoyub, onların zəif cinahlarını üzə çıxarıb. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə şəhid olub.

    Hərbçimizin meyitini qaytarmaqdan Ermənistan tərəfi uzun müddət boyun qaçırıb və 141 gün saxlayıb. Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Həştərxan görüşündən sonra Ermənistan noyabrın 6-da gizir Mübariz İbrahimovun, həmçinin şəhid baş leytenant Fərid Əhmədovun meyitlərini Azərbaycana təhvil verib.

    2010-cu ilin noyabrın 7-də Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində M.İbrahimovla vida mərasimi keçirilib. M.İbrahimov 7 noyabr 2010-cu ildə II Fəxri xiyabanda dəfn olunub.

    İgidimizin göstərdiyi rəşadət dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib.

    Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsində müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə “Azərbaycanın Milli Qəhrəmanı” adının (ölümündən sonra) verilməsi və xatirəsinin əbədiləşdirilməsi barədə sərəncamlar imzalayıb.