Month: June 2025

  • Телеканал AzTV принес извинения

    Азербайджанское государственное телевидение (AzTV) принесло извинения зрителям.

    Об этом говорится в заявлении телеканала.

    “В выпуске AzTV Xəbər в 20.00 была передана информация о покушении на бывшего президента Исламской Республики Иран Махмуда Ахмадинежада. Приносим извинения зрителям, так как эта новость не нашла подтверждения в официальных источниках”, – говорится в сообщении.

    Отметим, что офис экс-президента Ирана также опроверг распространившиеся новости.

  • AzTV üzr istədi

    Azərbaycan Dövlət Televiziyası tamaşaçılardan üzr istəyib.

    Bu barədə telekanalın yaydığı açıqlamada deyilir:

    “AzTV Xəbər”in 20.00 buraxılışında İran İslam Respublikasının sabiq Prezidenti Mahmud Əhmədinejata qarşı sui-qəsd törədilməsi ilə bağlı məlumat verilib.

    Xəbər rəsmi mənbələrdə təsdiqini tapmadığına görə, tamaşaçılardan üzr istəyirik”.

    Qeyd edək ki, sabiq prezidentin ofisi də yayılan xəbərləri təkzib edib.

  • Xalil Rauntri: “Ən yaxşı UFC fanatları bəlkə də Bakıdadır”

    “Azərbaycanda hər şey yüksək səviyyədədir. Mən deyərdim ki, ən yaxşı UFC fanatları bəlkə də Bakıdadır”.

    Bunu iyunun 21-də Bakıda keçiriləcək “UFC Fight Night”in əsas döyüşündə iştirak edəcək Xalil Rauntri mətbuat konfransında deyib.

    Məşhur UFC döyüşçüsü bildirib ki, döyüşə iki həftə qalmış Bakıya gəlib, gördükləri onu çox təəccübləndirib:

    “Mənim ən yaxşı döyüşümü Bakıda görəcəksiniz. Mən hazırda bu döyüşü düşünürəm. Bu döyüşdə qələbə məni titula namizəd edəcək. Ona görə də sadəcə bu döyüşə fokuslanmışam”.

    Qeyd edək ki, iyunun 21-də ilk dəfə Bakıda təşkil olunacaq “UFC Fight Night”da gecənin əsas qarşılaşması yarımağır çəki çempionu Camal Hill ilə Xalil Rauntri arasında keçiriləcək.
    //oxu.az

  • İlham Əliyev Bakıda keçirilən beynəlxalq simpoziumun iştirakçılarına müraciət ünvanlayıb

    Prezident İlham Əliyev “Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumunun iştirakçılarına müraciət ünvanlayıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, müraciətdə deyilir:

    “Hörmətli simpozium iştirakçıları,

    Sizi “Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumunun açılışı münasibətilə salamlayıram.

    Bu il Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30-cu, Vətən müharibəsində şanlı zəfərimizin 5-ci ildönümüdür və bu münasibətlə 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. 18 iyun həmçinin ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Bugünkü simpoziumun belə əlamətdar tarixlərlə eyni vaxta təsadüf etməsi onun əhəmiyyətini artırmaqla yanaşı, Azərbaycanda müstəqillik və suverenlik dəyərlərinin, demokratik prinsiplərin, qanunun aliliyinin və insan hüquqlarının təbliği və təşviqi baxımından xüsusi önəm daşıyır.

    İnsan hüquqları və əsas azadlıqlarının qorunması dövlətlərin başlıca vəzifələrindən biridir. Xüsusilə son dövrdə baş verən qlobal proseslər, geosiyasi gərginlik, informasiya texnologiyalarının sürətlə inkişafı və rəqəmsallaşmaya keçid insan hüquqlarının müdafiəsi sahəsində yeni prioritetlərin müəyyən olunmasını, hüquq müdafiə mexanizmlərinin, habelə milli insan hüquqları təsisatlarının fəaliyyətinin gücləndirilməsini şərtləndirir. Bu baxımdan, ölkəmizdə aparılan hüquqi və institusional islahatlar çərçivəsində ombudsman təsisatının mandatının beynəlxalq hüquq normalarına tam uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər böyük əhəmiyyət kəsb edir və bu tədbirlər davam etdirilməkdədir.

    Simpoziumda müzakirə ediləcək mövzulardan biri qaçqınların hüquqları ilə bağlıdır. Bu sahədə diqqət yetirilməli olan məsələ keçən əsrin əvvələrindən başlayaraq Qərbi Azərbaycandan – Ermənistan ərazisindən yüz minlərlə azərbaycanlının zorla çıxarılması və etnik təmizləməyə məruz qalmasıdır. Həmin dəhşətli deportasiyalardan sonra Ermənistan ərazisində bir nəfər belə azərbaycanlı qalmamış, bu ərazilərdə xalqımızın qədim tarixi-mədəni, dini-mənəvi irsi, o cümlədən abidələr, məscidlər, qəbiristanlıqlar məhv edilmişdir. Tarixi ədalət bu insanların öz vətənlərinə dinc və təhlükəsiz qayıdışının təmin olunmasını tələb edir. Ermənistan azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmaq hüququna hörmətlə yanaşmalıdır. Bu, bölgədə sülhün, barışığın və insan hüquqlarının bərqərar olması üçün vacib şərtdir.

    Əminəm ki, bu simpoziumda aparılacaq müzakirələr və təcrübə mübadiləsi insan hüquq və azadlıqlarının müdafiəsi, hüquq mədəniyyətinin təbliği, təsisatlar arasında əməkdaşlığın gücləndirilməsi və qanunun aliliyinin təmin olunması üzrə gələcək perspektivlərin müəyyən edilməsi baxımından faydalı olacaqdır.

    Bir daha sizi salamlayır, simpoziumun işinə uğurlar arzulayıram”.

  • Azərbaycan neftinin qiyməti 80 dollara yaxınlaşıb

    Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,79 ABŞ dolları, yaxud 5 % artaraq 79,58 ABŞ dolları təşkil edib.

    Bu barədə “Report”a neft bazarındakı mənbə məlumat verib.
    Hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 77,47 ABŞ dolları təşkil edib.
    Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 3,79 ABŞ dolları və ya 5,09 % artaraq 78,25 ABŞ dolları təşkil edib.
    Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.
    Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.

  • “Təl-Əviv və Hayfanı tərk edin” – İranın Baş Qərargah rəisi

    “İndiyədək həyata keçirilən əməliyyatlar çəkindirmə üçün xəbərdarlıq olub və tezliklə cəza əməliyyatları həyata keçiriləcək”. 

    Median.Az “Unikal”a istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi açıqlayıb. 
    General qeyd edib ki, İsrail rejimi hərbi məqsədlər pərdəsi altında İran xalqına hücum edib: “Bu rejim həqiqətin səsini kəsmək üçün İran Yayım Korporasiyasını hədəfə alıb.
    Böyük İran xalqı indiyə qədər göstərdikləri kimi, heç bir təcavüzə təslim olmayıb və bu vəhşi hərəkətə müqavimət göstərməklə yanaşı, sionist rejimini cinayət əməllərinə görə cavab verməyə məcbur edəcəklər. 
    Komandirlərin, əziz həmvətənlərimizin, alimlərin şəhadəti silahlı qüvvələrin cəza əmrini yerinə yetirməkdə qətiyyətli olmasına səbəb olacaq.
    İndiyədək düşmənlə qarşıdurmada həssas və həyati vacib hədəflərə yönəlməklə düşmənə ciddi zərbələr endirilib.
    İşğal olunmuş ərazilərin sakinlərinə, xüsusən də Təl-Əviv və Hayfaya xəbərdarlıq edilir ki, canlarını xilas etmək üçün bu əraziləri tərk etsinlər və Netanyahunun heyvani istəklərinə qurban getməsinlər. Dünyanın azad xalqı əmin ola bilər ki, böyük İran xalqı şəhidlərin qanının qisasını alacaq”.

  • BDYPİ kvadrisikl sürənlərə xəbərdarlıq edib

    “Son dövrlərdə ölkəmizdə, xüsusilə turizm və istirahət zonalarında kvadrisikllərin istifadəsi hallarında artım müşahidə olunur”.

    Bu barədə Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) məlumatında bildirilib.
    “Təəssüf ki, bəzi hallarda bu nəqliyyat vasitələri yol hərəkəti qaydaları pozularaq təhlükəli formada idarə olunur. Nəticədə, konstruktiv quruluşuna görə passiv təhlükəsizlik elementləri ilə təmin olunmayan bu növ nəqliyyat vasitələri ilə törədilən qəzalar daha ağır və faciəvi nəticələrə səbəb olur.
    Qeyd edilməlidir ki, kvadrisikllər istər ümumi istifadədə olan yollarda, istərsə də mürəkkəb relyefə malik ərazilərdə idarə edilərkən tarazlığın asanlıqla itirilməsi və açıq quruluşu səbəbindən ciddi təhlükə yaradır. Mövcud faktlar göstərir ki, bu nəqliyyat vasitələri ilə baş verən qəzalar zamanı ağır bədən xəsarətləri, travmalar və ölüm halları müşahidə olunur.
    Baş Dövlət Yol Polisi İdarəsi bu növ nəqliyyat vasitələrindən istifadə edən hərəkət iştirakçılarına müraciət edərək, yol hərəkəti qaydalarına və təhlükəsizlik tələblərinə ciddi şəkildə əməl olunmasının vacibliyini xatırladır, azyaşlıların bu növ nəqliyyat vasitələri ilə hərəkət etməsinə isə heç bir halda imkan verilməməsini valideynlərin diqqətinə çatdırır.
    Unutmayaq: təhlükəsizlik hər birimizin ortaq məsuliyyətidir”, – məlumatda vurğulanıb.

  • Bakıda bu binalar söküləcək – Ünvanlar

    Ərazi Tikinti-Planlaşdırma Mərkəzi “Archico Project” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlayıb.

    Median.Az Banker.az-a istinadən xəbər verir ki, müqavilədə Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən istismar müddəti bitmiş qəzalı binaların söküntü işlərinin təşkilinin layihə-smeta sənədlərinin hazırlanması xidmətinin satın alınması nəzərdə tutulur.

    Müqavilənin ümumi məbləği isə 7 717 manatdır.

    Bakı şəhəri Binəqədi rayonu, Dəmiryol küçəsi, ev 19 ünvanında yerləşən, Ağa Nemətulla küçəsi, ev 13 ünvanında yerləşən istismar müddəti bitmiş qəzalı binanın söküntü işlərinin təşkili ilə əlaqədar layihə-smeta sənədləri hazırlanacaq.

  • Aldıqları evə sahib ola bilmirlər – Yasamalda bir ev bir neçə nəfərə satılıb (VİDEO)

    Kimisi evini ala, kimisi də aldığı evi təmir etdirə bilmir…

    Median.Az xəbər verir ki, Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsi 33 ünvanında inşa edilən, “İnşaat konstruksiyaları” MMC-yə məxsus binadan mənzil alan bəzi sakinlər deyir ki, aldıqların mənzillərin bir neçə sahibi var. Lakin bir neçə il əvvəlki qiymətlərlə ödəniş etdiklərindən indi pul yox, həmin binadan mənzil istəyirlər.

    Özünü binanı inşa edən MMC-nin rəsmisi olaraq təqdim edən Filman Cəfərov bildirdi ki, sakinə binanın 5-ci mərtəbəsindən mənzil təklif edilib və qanuni ona məxsusdur. O ki, qaldı digər sakinin müqaviləsinin ləğv edilməsinə…

    Sakinlər arasında mənzilinin təmirinə icazə verilmədiyini iddia edənlər də var.

    Filman Cəfərov təmirə icazə verilməməsinə səbəb ki, blokda işlərin yekunlaşmadığını göstərsə də, sakinlər həmin blokda artıq bir neçə mənzilin təmir edildiyini bildirdilər.

    MMC-dən o da qeyd olundu ki, müqaviədə qeyd olunanla kvadratı üst-üstə düşməyən mənzillər ya yenidən qiymətləndirilməli, ya da qeyd olunan kvadratda mənzil ilə dəyişdirilməlidir.

  • SWIFT haqqında doğru bilinən yanlışlar – Bu sistem necə işləyir?

    Artıq bir düyməyə basmaqla dünyanın istənilən nöqtəsinə pul göndərmək mümkündür. Bu prosesi mümkün edən əsas vasitələrdən biri, bəlkə də ən mühüm olanı SWIFT sistemidir. Onun adı gündəlik həyatımızda çox hallansa da, əslində bu sistemin necə işlədiyi və maliyyə dünyasında hansı rolu oynadığı çoxlarına bəlli deyil.

    Valyuta.az SWIFT sistemi haqqında məlumatları təqdim edir:

    Tam adı “Society for Worldwide Interbank Financial Telecommunication” olan SWIFT 1973-cü ildə Belçikada yaradılıb. Məqsəd sadə idi, dünyanın fərqli banklarını və maliyyə qurumlarını etibarlı və standartlaşdırılmış bir telekommunikasiya platformasında birləşdirmək. Bu gün SWIFT artıq 200-dən çox ölkədə fəaliyyət göstərən 11.000-dən çox maliyyə institutunu bir araya gətirir.

    Əksər insanlar SWIFT sistemini birbaşa “pul köçürmə xidməti” kimi qəbul edir. Halbuki bu belə deyil. SWIFT özü pul göndərmir. O, banklar arasında maliyyə əməliyyatlarına dair məlumatları (ödəniş göstərişləri, akkreditivlər, zəmanətlər və s.) şifrələnmiş və standartlaşdırılmış şəkildə ötürür. Bu, həm təhlükəsizliyi, həm də sürəti təmin edir.

    Sistemdə iştirak edən hər bir bank və ya maliyyə qurumu unikal SWIFT/BIC kodu ilə tanınır. Məhz bu kodlar vasitəsilə banklar bir-birilə “danışır” və vəsaitin haradan-haraya getdiyini müəyyənləşdirir.

    SWIFT sistemindən istifadə etmək üçün dörd əsas səbəb var.

    Bunlardan ən vacib olanı təhlükəsizliyin təmin olunmasıdır.

    SWIFT sistemində ötürülən bütün məlumatlar tam şifrələnmiş şəkildə hərəkət edir. Bu da saxtakarlıq riskini ciddi şəkildə azaldır. Beynəlxalq əməliyyatlarda bu, həyati əhəmiyyət daşıyır.

    Bu sistemdə əməliyyatlar daha sürətlidir.

    Əməliyyat məlumatları bir neçə saniyə içində dünyanın istənilən bankına çatdırılır. Bu sürət, xüsusilə təcili biznes və ya ticarət əməliyyatlarında böyük üstünlükdür.

    Sistemin qlobal əhatəsi daha genişdir.

    Bu gün SWIFT vasitəsilə dünyanın istənilən nöqtəsinə vəsait göndərmək mümkündür. İstər ABŞ, istər Yaponiya, istərsə də Azərbaycan – fərq etmir.

    Bu sistemdə standartlaşdırma qaydalarına əməl olunur.

    SWIFT mesajları beynəlxalq qəbul olunmuş formatlar əsasında ötürülür. Bu isə anlaşılmazlıqların qarşısını alır, bürokratik əngəlləri aradan qaldırır.

    Azərbaycanda da SWIFT sistemi aktivdir. Belə ki, ölkənin bir çox bankı artıq uzun illərdir SWIFT sisteminin fəal üzvüdür. İxracat-idxalat əməliyyatları, beynəlxalq ödənişlər və maliyyə axınlarının idarə olunmasında bu sistemə olan inam ildən-ilə artır. Bu da ölkənin qlobal maliyyə sisteminə inteqrasiyasını daha da gücləndirir.

    Bu gün SWIFT təkcə bir texnoloji platforma deyil, o, qlobal maliyyə sabitliyinin sütunlarından biridir. Xüsusilə beynəlxalq ticarət, korporativ maliyyə və s. xidmətlərdə SWIFT sistemi çox istifadə olunur. Yaxın gələcəkdə bu texnologiyanın daha da inkişaf edəcəyi və blokçeyn kimi sistemlərlə inteqrasiya olunacağı gözlənilir.