Month: June 2025

  • Məşhur tikinti şirkətinin milyonlarla borcu var

    Qalmaqallı tikinti şirkəti olan “ALFA LTD” şirkətinin rəhbəri İxtiyar Həsənovun dövlətə milyonlarla vergi borcu yaranıb.

    Qaynarinfo-nun məlumatına görə, şirkətin Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə 3.784.124,21 AZN vergi borcu var.

    Nizamnamə kapitalı 40 manat olan şirkətin qanuni təmsilçisi İxtiyar Həsənov Zakir oğludur.

    Qeyd edək ki, “ALFA LTD” şirkətinin rəhbəri İxtiyar Həsənovun adı Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Əziz Əbdüləziz ilə hallanırdı. Həmin cinayət işində 2022-ci ildə vəfat edən Azərbaycan televiziya rejissoru, ssenari müəllifi Arif Qazıyevin də adı şahid qismində keçib. A. Qazıyev iş adamı ilə Əziz Əbdüləzizi tanış edib. Təqsirləndirilən şəxs tender udmaq, xaricdən plastik borularıb alıb gətirmək adı ilə İxtiyar Həsənovdan 300 min manat məbləğində pul alaraq mənimsəmişdi.

  • Məktəbəhazırlıq qruplarına qəbul başlayır

    2025–2026-cı tədris ili üçün məktəbəhazırlıq qruplarına qəbul 21 iyun 2025-ci ildən başlayır.

    Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatında bildirilib.

    Qeydiyyat “mektebeqebul.edu.az” elektron sistemi vasitəsilə aparılacaq.

    Azərbaycan bölməsi üzrə məktəb seçimi Bakı şəhəri istisna olmaqla, digər rayon və şəhərlərdə iyulun 8-dən, Bakı şəhərində isə iyulun 9-dan etibarən mümkün olacaq. Tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi iyulun 10-dan başlayacaq.

    Qəbul prosesi 12 sentyabradək davam edəcək. Ümumi təhsil müəssisələrinə sənədlərin təqdim olunması isə 1–30 sentyabr 2025-ci il tarixləri arasında həyata keçiriləcək.

    Xatırladaq ki, məktəbəhazırlıq qruplarına 2020-ci il təvəllüdlü, yəni bu il 5 yaşı tamam olan uşaqlar qəbul olunur.

  • Azərbaycandan Çinə fındıq və badam ixracı üçün tədbirlər görülür

    Azərbaycandan Çin Xalq Respublikasına fındıq və badam məhsullarının ixracı üçün intensiv tədbirlər həyata keçirilir.

    Bu çərçivədə AQTA ilə Çinin Baş Gömrük Administrasiyası arasında müvafiq işlər aparılır.

    Eyni zamanda, Çinə fındıq və badam məhsullarının ixracını həyata keçirmək istəyən sahibkarlarla görüşlər keçirilib və idxal tələbləri barədə ətraflı məlumatlar verilib.

  • Naxçıvanda nöqsanlar aşkar edilmiş ictimai obyektlərin fəaliyyəti məhdudlaşdırılıb

    Naxçıvanda nöqsanlar aşkar edilmiş ictimai obyektlərin fəaliyyəti məhdudlaşdırılıb.

    Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan dövlət nəzarəti tədbirləri zamanı Naxçıvan şəhəri Ə.Əliyev küçəsində fəaliyyət göstərən Hüseynov Qadir Səfər oğluna məxsus “Restopub”da, Azərbaycan məhəlləsi 59 ünvanında fəaliyyət göstərən Həsənov Murad Eldəniz oğluna məxsus “Uğurlu məkan” kafesində və İsmayılov Məhərrəm Sabir oğluna məxsus “Uğurlu məkan” çayxanasında gigiyenik qaydalara əməl olunmadığı, dezinfeksiya işlərinin aparılmadığı, işçilərin tibbi müayinələrdən keçmədiyi və obyektin qeydiyyatının olmadığı aşkarlanıb.

    Aşkarlanan nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib və çatışmazlıqlar aradan qaldırılanadək sözügedən obyektlərin fəalliyyəti məhdudlaşdırıllb.

  • 23 il əvvəl azyaşlı qızını qətlə yetirməkdə və ona qarşı zorakılıqda təqsirləndirilənlərin məhkəməsi başlayıb

    2002-ci ildə azyaşlıya qarşı zorakılıq etməkdə təqsirləndirilən İsmayıl Quliyev və azyaşlı qızını boğaraq qətlə yetirməkdə ittiham olunan Alidə Dadaşovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən İsmayıl Quliyevin vəkili məhkəməyə vəsatət verib.

    Vəkil vəsatətində cinayət işinin prokurorluğa qaytarılmasını və hər iki təqsirləndirilən şəxsin barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsini xahiş edib.

    Məhkəmə vəsatəti təmin etməyib.

    Daha sonra cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul olunub.

    İttihama görə, İsmayıl Quliyev Alidə Dadaşovanın azyaşlı qızına qarşı zorakılıq edib. A.Dadaşova isə azyaşlı qızını boğaraq qətlə yetirməkdə təqsirləndirilib.

    Belə ki, təqsirləndirilən şəxslər 2024-ci ildə cinayət işi yenidən araşdırılarkən onların yaxın qohumlarının ifadələri əsasında məsuliyyətə cəlb olunublar.

    Onlar Cinayət Məcəlləsinin 120.2.1-ci (Qəsdən adam öldürmə – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 120.2.4-cü (Qəsdən adam öldürmə – xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla törədildikdə), 120.2.9-cu (Qəsdən adam öldürmə – təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsi öldürməklə törədildikdə), 29,120.2.1-ci (Qəsdən adam öldürməyə cəhd – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən), 29,120.2.4-cü (Qəsdən adam öldürməyə cəhd – xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla), 29,120.2.9-cu (Qəsdən adam öldürməyə cəhd – köməksiz vəziyyətdə olan şəxsə qarşı) 150.3.3-cü (Cinsi zorakılıq – təqsirkar üçün aşkar köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddələri ilə ittiham olunurlar.

  • Завтра в трех районах Баку возникнут перебои в подаче газа

    Завтра в Бинагадинском, Хатаинском и Сабунчинском районах Баку возникнут перебои в подаче газа.

    Об этом сообщили в Производственном объединении “Азеригаз” SOCAR.

    В связи с ремонтно-монтажными работами 18 июня с 10:00 подача газа будет прекращена на улицах А.Раджабли, С.Ахундова, а также 31/26-м квартале Бинагадинского района, на проспекте Гянджа в Хатаинском районе и жилом массиве “Маштага-Гюльчюлюк” в Сабунчинском районе.

  • Sabah paytaxtın üç rayonunda qaz olmayacaq

    Sabah Bakının Binəqədi, Xətai və Sabunçu rayonlarının bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

    Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

    Bildirilib ki, Binəqədi rayonu ərazisində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması, Xətai rayonunda qaz xəttinin təmir olunması, Sabunçu rayonunda isə qaz kəməri üzərində siyirtmənin quraşdırılması məqsədi ilə iyunun 18-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

    Qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonu üzrə Ə.Rəcəbli, S.S.Axundov küçələrinin, 31/26-cı məhəllənin, Xətai rayonu üzrə Gəncə prospektinin bir hissəsinin, Sabunçu rayonu üzrə isə “Maştağa-Gülçülük” yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • В Баку частично ограничат движение транспорта на пересечении двух дорог

    С 08:00 18 июня и до 20:00 19 июня в связи с ремонтными работами на пересечении дорог Бинагади-Горадил и Бинагади-Балаханы будет частично ограничено движение транспорта.

    Об этом сообщили в Государственном агентстве автомобильных дорог Азербайджана.

    В связи с ремонтными работами водителей просят быть внимательными при движении на указанном участке дороги, соблюдать правила дорожного движения и требования временных дорожных знаков.

  • Sabahdan Bakıda iki yolun kəsişməsində hərəkət qismən məhdudlaşdırılacaq

    İyunun 18-də saat 08:00-dan 19 iyun saat 20:00-dək Bakı şəhəri, Binəqədi-Görədil avtomobil yolu ilə Binəqədi-Balaxanı avtomobil yolunun kəsişməsində aparılacaq təmir işləri ilə əlaqədar, avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

    Bildirilib ki. aparılacaq cari təmir işləri ilə əlaqədar olaraq, sürücülərdən qeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

  • В импортированной из России куриной коже обнаружены опасные паразиты

    Агентство продовольственной безопасности Азербайджана (АПБА) выявило серьезное нарушение санитарных норм в импортированной из России куриной продукции.

    Как сообщили в АПБА, в партии замороженной куриной кожи весом 1,3 тонны из Российской Федерации лабораторные анализы выявили наличие опасных паразитов.

    Продукция, произведенная на предприятии “Куриное царство” (с датами производства и окончания срока годности 30.03.2025 – 26.09.2025), содержала саркоспоридии – паразитические простейшие, способные вызывать саркоцистоз у человека.

    В связи с выявленным нарушением АПБА приняло соответствующие меры по изъятию опасной продукции из оборота. Кроме того, в компетентные органы Российской Федерации направлено официальное обращение о приостановке экспорта данной продукции до выяснения причин заражения и устранения нарушений на производстве.