Month: June 2025

  • Kahramanmaraşda “Azərbaycan məhəlləsi”nin açılacağı tarix məlum olub

    Türkiyənin Kahramanmaraş şəhərində iyunun 19-da “Azərbaycan məhəlləsi”nin açılışı olacaq.

    Bu barədə “Report”un Türkiyə bürosuna açıqlamasında Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım məlumat verib.

    Millət vəkili xatırladıb ki, 2023-cü il fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində baş verən dağıdıcı zəlzələdən sonra Prezident İlham Əliyevin tapşırığı ilə dərhal qardaş ölkəyə kömək üçün bütün imkanlar səfərbər olunub:

    “Eyni zamanda, dağıntıya məruz qalan ərazidə “Azərbaycan məhəlləsi”nin inşasını da Azərbaycan öz üzərinə götürüb. Ona görə də “Azərbaycan məhəlləsi” iki qardaş ölkə arasında dostluq və həmrəyliyi daha da gücləndirən bir simvola çevrilib”.

    Ş.Ayrım yüksək səviyyəli açılış mərasimində Azərbaycan və Türkiyə prezidentlərinin iştirak edəcəklərinin gözlənildiyini də vurğulayıb.

  • В Азербайджане за четыре месяца зарегистрировано 20 535 случаев смерти

    В январе-апреле этого года в Азербайджане зарегистрировано 20 535 случаев смерти.

    Об этом сообщает Median.Az со ссылкой на Госкомстат Азербайджана.

    По сравнению с соответствующим периодом 2024 года этот показатель на каждые тысячи человек снизился с 6,2 до 6,1.

  • Azərbaycanda 20 min 535 ölüm halı qeydə alınıb

    Bu ilin yanvar-aprel aylarında ölkədə 20 min 535 ölüm halı qeydə alınıb.

    Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

    Bildirilib ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə bu göstərici azalaraq 6,2-dən 6,1-ə düşüb.

  • Завтра на пляжах Абшерона вода прогреется до 22°

    18 июня в Азербайджане северо-западный ветер во второй половине дня сменится юго-восточным.

    Об этом сообщает Median.Az со ссылкой на Национальную службу гидрометеорологии.

    Температура воды на северных пляжах (Сумгайыт, Новханы, Пиршаги, Нардаран, Бильгя, Загульба) составит 20-21°, на южных пляжах (Тюркан, Говсан, Сахиль, Шых) ожидается 21-22° тепла.

  • Sabah üçün çimərliklərdə suyun hərarəti açıqlanıb

    Dəniz suyunun temperaturu iyunun 18-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 20-21° isti olacaq.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 21-22° isti olacağı gözlənilir.

    Bildirilib ki, Azərbaycanda şimal-qərb küləyi günün ikinci yarısında cənub-şərq küləyi ilə əvəz olunacaq.

  • Госкомстат обнародовал численность населения Азербайджана на 1 мая

    Численность населения страны с начала года увеличилась на 11,338 тыс. человек или на 0,1%, достигнув по состоянию на 1 мая 2025 года 10 млн 236,227 тыс. человек.

    Об этом сообщает Госкомстат.

    54,4% населения страны составляют городские жители, 45,6% – сельские жители, 49,8% – мужчины, а 50,2% – женщины.

  • Azərbaycan əhalisinin sayı açıqlanıb

    Ölkə əhalisinin sayı ilin əvvəlindən 11338 nəfər və ya 0,1 faiz artaraq 2025-ci il may ayının 1-i vəziyyətinə 10 milyon 236 min 227 nəfərə çatıb.

    Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

    Ölkə əhalisinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

  • Bakıda 33,5 mindən çox şagirdə attestatlar verilir

    2024-2025-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin XI siniflərinə attestatlar verilir.

    Bu barədə “Report”a BŞTİ-dən məlumat verilib.

    Attestatlara illik qiymətlər və buraxılış imtahanından tədris dili, riyaziyyat, xarici dil və Azərbaycan dili (dövlət dili kimi) fənlərindən toplanmış ballar yazılır. Tam orta təhsil haqqında attestatda şagirdin bitirdiyi sinfin təmayül istiqaməti də qeyd olunur.

    2024-2025-ci tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI siniflərini 33 517 şagird bitirib.

    Qeyd edilib ki, IX sinfi bitirən şagirdlərə isə attestatlar iyunun 23-28-də veriləcək.

  • Расширен перечень услуг и юридических действий в сфере гражданской авиации, облагаемых госпошлиной

    Президент Азербайджана Ильхам Алиев утвердил закон о внесении изменений в закон “О государственной пошлине”, принятый Милли Меджлисом 1 мая в связи с исполнением закона “Об авиации”.

    Согласно закону, расширен перечень услуг и юридических действий в сфере гражданской авиации, облагаемых государственной пошлиной.

    Предусмотрена пошлина в размере 15 манатов за выдачу сертификата эксплуатанта операторам беспилотных летательных аппаратов, 15 манатов за выдачу свидетельств, удостоверений или сертификатов авиационному персоналу.

    Государственная пошлина будет взиматься в размере 10 манатов за выдачу регистрационного сертификата беспилотным летательным аппаратам, 10 манатов за выдачу разрешения на эксплуатацию операторам беспилотных летательных аппаратов, 10 манатов за выдачу свидетельств дистанционным пилотам (операторам), 10 манатов за выдачу разрешений клубам или ассоциациям моделей беспилотных летательных аппаратов.

  • Mülki aviasiya üzrə dövlət rüsumu tutulan xidmət və hüquqi hərəkətlərin siyahısı genişləndirilib

    Prezident İlham Əliyev Milli Məclisin mayın 1-də “Aviasiya haqqında” qanunun icrası ilə əlaqədar qəbul etdiyi “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi haqqında qanunu təsdiq edib.

    Yenilənmiş qanuna əsasən, mülki aviasiya sahəsində dövlət rüsumu tutulan xidmət və hüquqi hərəkətlərin siyahısı genişləndirilib.

    Pilotsuz uçuş aparatları istismarçılarına istismarçı sertifikatının verilməsi üçün 15 manat, aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi üçün 15 manat rüsum nəzərdə tutulub.

    Pilotsuz uçuş aparatlarına qeydiyyat sertifikatının verilməsi üçün 10 manat, pilotsuz uçuş aparatları istismarçılarına əməliyyat icazəsinin verilməsi üçün 10 manat, məsafədən idarə edən pilotlara (operatorlara) şəhadətnamələrin verilməsi üçün 10 manat, model pilotsuz uçuş aparatı klubları və ya assosiasiyalarına icazələrin verilməsi üçün 10 manat dövlət rüsumu ödəniləcək.