Month: June 2025

  • Rusiyadan idxal olunan dondurulmuş toyuq dərisi məhsulunda uyğunsuzluq aşkarlanıb

    Rusiyadan idxal olunan dondurulmuş toyuq dərisi məhsulunda uyğunsuzluq aşkarlanıb.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

    Bildirilib ki, “Frozen Products” MMC-nin Rusiyadan idxal etdiyi “Куриное Царство” müəssisəsinin istehsalı olan (30.03.2025 – 26.09.2025 istehsal və son istifadə tarixli) 1.3 ton dondurulmuş toyuq dərisi məhsulu partiyalarında parazitoloji müayinələr nəticəsində nümunələrdə uyğunsuzluq (sarkosporidiumlar) aşkarlanıb.

    Aşkarlanmış uyğunsuzluqla əlaqədar müvafiq tədbirlər görülüb, Rusiyanın müvafiq qurumuna ixracın dayandırılmasına dair müraciət ünvanlanıb.

  • В Лерик и Гедабей назначены новые прокуроры

    В Лерикский и Гедабекский районы Азербайджана назначены новые прокуроры.

    Об этом в ответ на запрос Report сообщили в пресс-службе Генпрокуратуры.

    Соответствующим приказом Генерального прокурора Кямрана Алиева на должность прокурора Лерикского района назначен прокурор отдела по обеспечению производства вне уголовного преследования Генпрокуратуры Шахин Шукюров.

    Принятый в прокуратуру по конкурсу в 2007 году Шахин Шукюров ранее работал следователем и старшим следователем в Агджабединской, Шамкирской и Сураханской районных прокуратурах, а также прокурором управления и отдела в различных управлениях Генпрокуратуры.

    Кроме того, другим приказом Генерального прокурора на должность прокурора Гедабекского района назначен Камал Ахмедов.

  • Lerik və Gədəbəyə yeni prokurorlar təyin edilib – FOTO

    Lerikə yeni prokurorlar təyin edilib.

    Bu barədə “Report”un sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

    Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Şahin Şükürov Lerik rayon prokuroru vəzifəsinə təyin edilib.

    Qeyd edək ki, 2007-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan Şahin Şükürov əvvəllər Ağcabədi, Şəmkir və Suraxanı rayon prokurorluqlarında müstəntiq və böyük müstəntiq, habelə Baş Prokurorluğun müxtəlif idarələrində idarə və şöbə prokuroru vəzifələrində işləyib.

    Bundan başqa Baş Prokuror Kamran Əliyevin digər əmri ilə Kamal Əhmədov Gədəbəy rayon prokuroru vəzifəsinə təyin edilib.

  • Qaraçuxurda narkokuryerlikdə şübhəli bilinən şəxs saxlanılıb

    Qaraçuxur qəsəbəsində narkokuryerlikdə şübhəli bilinən şəxsdən 3 kq marixuana aşkarlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı keçirilən tədbir zamanı 38 yaşlı Tural Ələkbərov Qaraçuxur qəsəbəsi ərazisində saxlanılıb. Ondan 3 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanaraq götürülüb.

    T.Ələkbərov narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiyini və maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.

    Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  • Gələn il Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu ölkəyə nə verəcək?

    Gələn ilin may ayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu (WUF13) Azərbaycanın beynəlxalq arenada şəhər planlaması və dayanıqlı inkişaf sahəsində aparıcı ölkələr sırasında yer almasına kömək edəcək.

    Bunu “Report”a açıqlamasında deputat Tahir Mirkişili bildirib.

    Onun sözlərinə görə, forum Azərbaycana uzunmüddətli faydalar gətirəcək: “WUF13 həm dünya, həm də Azərbaycan üçün böyük əhəmiyyət daşıyır. Tədbirin qlobal əhəmiyyəti ondan ibarətdir ki, WUF 2002-ci ildən bəri BMT-nin İnsan Məskənləri Proqramının (UN-Habitat) təşkil etdiyi, adekvat mənzil və davamlı şəhərsalma üzrə bilik, fikir və təcrübə mübadiləsi üçün aparıcı beynəlxalq platformadır. Forum, dünyanın ən aktual problemlərindən biri olan sürətli şəhərləşmə və onun icmalar, şəhərlər, iqtisadiyyat, iqlim dəyişikliyi və siyasət üzərindəki təsirini araşdırmaq üçün yaradılıb”.

    T.Mirkişili əlavə edib ki, müasir dövrdə forumun xüsusi əhəmiyyəti var, çünki bu gün dünyada 4 milyarddan çox insan-qlobal əhalinin yarısından çoxu şəhərlərdə yaşayır və 2050-ci ilə qədər dünya əhalisinin 70 %-i şəhərlərdə yaşayacaq.

    “Azərbaycan üçün forumun bir çox istiqamətlərdə əhəmiyyəti vardır. Belə ki, Bakının WUF 2026-ya ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq arenada mövqeyini gücləndirəcək. Bu, ölkənin qlobal şəhər inkişafı məsələsində aparıcı rol oynamaq qabiliyyətini nümayiş etdirir. Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevin rəhbərlik etdiyi Təşkilat Komitəsinin yaradılması ölkənin bu tədbiri uğurla təşkil etmək üçün ciddi hazırlıq apardığını göstərir. Forum Azərbaycana dünya şəhərsalma təcrübəsindən faydalanmaq imkanı verəcək. Eyni zamanda, Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə ən müasit şəhərsalma standartlarının tətbiq etməsi təcrübəsinin də paylaşılması maraqlı olacaq”,- deyə T. Mirkişili qeyd edib.

    O əlavə edib ki, forum 182-dən çox ölkədən çoxsaylı iştirakçıları Bakıya cəlb edəcək: “Bu isə turizm sektoruna böyük töhfə verəcək, Bakının beynəlxalq turizm xəritəsindəki mövqeyini daha da gücləndirəcək, öz növbəsində qeyri-neft sektorunun inkişafına mühüm töhfə olacaq. Bakıda uzun müddətdir ki, qlobal çağırışlar – siyasi, iqtisadi, humanitar və iqlim məsələləri müzakirə edilir. Bu cür forum Azərbaycanın regional lider kimi rolunu daha da möhkəmləndirəcək. Forum Azərbaycana öz şəhər inkişafı strategiyalarını beynəlxalq standartlara uyğunlaşdırmaq və dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün yeni yollar kəşf etmək imkanı verəcək”.

  • Ален Симонян: Пашинян посетит Турцию по приглашению Эрдогана

    Премьер-министр Армении Никол Пашинян посетит Турцию 20 июня по приглашению турецкого лидера Реджепа Тайипа Эрдогана.

    Как передает Median.Az со ссылкой на армянские СМИ, об этом заявил спикер армянского парламента Ален Симонян.

    “Премьер-министр Армении посетит Турцию. Будут обсуждены все региональные вопросы. Это исторический визит, поскольку это первый визит главы правительства Армении на подобном уровне”, – сказал он.

  • Alen Simonyan: Paşinyan Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər edəcək

    Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə iyunun 20-də Türkiyəyə səfər edəcək.

    Bunu Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib.

    “Ermənistanın baş naziri Türkiyəyə səfər edəcək. Bütün regional məsələlər müzakirə olunacaq. Bu tarixi səfərdir, çünki bu, Ermənistan rəhbərinin bu səviyyədə ilk səfəridir”, -o qeyd edib.

  • Tramp İranı Xamenei ilə hədələdi – “Qeyd-şərtsiz təslim”

    ABŞ Prezidenti Donald Tramp İranı qeyd-şərtsiz təslim olmağa çağırıb.

    Tramp bu haqda “Truth Social”da yazıb:

    “Qeyd-şərtsiz təslim! Biz Ali liderin (red.- Seyid Əli Xamenei) harada gizləndiyini dəqiq bilirik. O, asan hədəfdir, amma orada təhlükəsizdir. Çünki onu öldürmək fikrində deyilik. Ən azından hələlik. Ancaq biz raketlərin mülki şəxslərə və ya Amerika əsgərlərinə atılmasını da istəmirik. Səbrimiz tükənir. Diqqətinizə görə təşəkkür edirik!”

  • Əhmədinejadın öldürülməsi xəbəri yalan çıxdı – İsrailin hədəfində başqa şəxs olub

    Keçmiş İran prezidenti Mahmud Əhmədinejadın öldürülməsi ilə bağlı yayılan xəbərlər yalan çıxıb. Son günlər sosial şəbəkələrdə və bəzi İran yönümlü səhifələrdə onun İsrailin hədəfli zərbələri nəticəsində öldürüldüyünə dair məlumatlar yayılıb. Lakin bu iddialar nə rəsmi mənbələr, nə də beynəlxalq informasiya agentlikləri tərəfindən təsdiqlənib.

    Musavat.com-un əldə etdiyi məlumata görə, İsrailin İran ərazisində həyata keçirdiyi əməliyyatlar çərçivəsində Əhmədinejadın hədəf seçildiyi, lakin onun sağ-salamat olduğu bildirilir.

    İran mediası və beynəlxalq nəşrlər bu xəbəri təkzib edərək onunla bağlı yayılan “öldürülüb” tipli məlumatların dezinformasiya xarakteri daşıdığını qeyd edir. Məlumata görə, Əhmədinejadın avtomobili və ya olduğu məkan izlənilib və ola bilsin ki, hücuma məruz qalıb, lakin sabiq prezidentin həyatda olduğu dəqiqliklə bildirilir. Eyni zamanda qeyd olunur ki, son beş gün ərzində İsrailin İrana qarşı endirdiyi zərbələr nəticəsində bir sıra tanınmış şəxslər, xüsusilə də İslam Respublikasının hərbi və nüvə strukturlarında mühüm vəzifələr daşımış fiqurlar hədəf alınıb və onlardan bəziləri öldürülüb.

    Həqiqi itkilərdən biri İran Atom Energetika Təşkilatının sabiq rəhbəri Fəraydun Abbasidir. O, İsfahanda baş vermiş hava zərbəsində həlak olub. Onun adı 2010-cu ildən bəri İranın nüvə proqramında mühüm rol oynamış şəxslər siyahısında yer alırdı. Məhz bu səbəbdən onun İsrailin prioritet hədəflərindən biri olduğu ehtimal edilir. Əhmədinejadın ölümü ilə bağlı yayılan xəbərlərin isə əsasən qeyri-rəsmi, yoxlanılmamış sosial media kanallarında ortaya çıxdığı və qısa müddət ərzində regionda informasiya çaşqınlığı yaratdığı müşahidə olunub.

    Ekspertlər bu tip xəbərlərin yayılmasını psixoloji-informasiya müharibəsinin bir hissəsi kimi qiymətləndirirlər. Onların fikrincə, həm İsrailin hərbi əməliyyatları, həm də paralel şəkildə sosial mediada yayılan bu cür yalan xəbərlər İran daxilində siyasi atmosferi gərginləşdirmək və ictimai rəyə təsir göstərmək məqsədi daşıyır. Mahmud Əhmədinejadın hədəf seçilməsi iddialarının doğru olub-olmadığı isə gələcəkdə ortaya çıxacaq əlavə sübutlardan sonra dəqiqləşə bilər. Hazırda sabiq prezidentin təhlükəsizliyi ilə bağlı hər hansı rəsmi narahatlıq və ya açıqlama verilməyib.

  • Названа дата открытия Азербайджанского квартала в Кахраманмараше

    19 июня в Кахраманмараше состоится открытие Азербайджанского квартала.

    Об этом турецкому бюро Report сказал руководитель Межпарламентской группы дружбы Турция-Азербайджан Шамиль Айрым.

    Он напомнил, что после разрушительного землетрясения, произошедшего в турецком городе Кахраманмараш в феврале 2023 года, по поручению президента Азербайджана Ильхама Алиева были мобилизованы все силы для оказания помощи братской Турции:

    “Азербайджан взял на себя строительство квартала на территории, подвергшейся сильным разрушениям, и этот квартал стал символом все более укрепляющейся дружбы и солидарности между двумя братскими странами”, – сказал он.

    Ш.Айрым подчеркнул, что в открытии квартала ожидается участие президентов Азербайджана и Турции.