Month: June 2025

  • Pakistanda güclü musson yağışları nəticəsində 45 nəfər ölüb

    Pakistanda son bir neçə gündə güclü musson yağışları və onların törətdiyi fəsadlar nəticəsində azı 45 nəfər ölüb.

    Bu barədə Geo TV məlumat yayıb.

    Telekanalın məlumatına görə, ölənlərin çoxu – 21 nəfər Heybər-Paxtunxva əyalətində qeydə alınıb. Sind, Bəlucistan və Pəncab əyalətlərindən də ölüm xəbərləri gəlir.

    Bildirilir ki, güclü yağış və mümkün daşqın riski hələ bir həftə davam edəcək. Qeyd edilir ki, qasırğalı küləklər və tufan zəif tikililərə, elektrik xətlərinə, reklam lövhələrinə, nəqliyyat vasitələrinə və günəş panellərinə ziyan vura bilər. Dağlıq ərazilərdə baş verən sürüşmələr müvəqqəti olaraq yol əlaqəsini poza bilər.

  • Həyət evlərində qalanlar həşəratlara qarşı hansı dərmanlardan istifadə etməlidirlər? – VİDEO

    Havaların isinməsi ilə canlı aləmdə də canlanma baş verib.

    Median.Az Xəzər TV-yə istinadən məlumat verir ki, sürünənlər, həşəratlar çoxalır, bitki və evlərin həyətyanı sahələrində təhlükə artır.

    Baytarlıq aptekləri və zoo-mağazaların sahiblərinin sözlərinə görə, qış aylarında dərmanlamaya bu qədər ehtiyac duyulmur. Ən təhlükəli vaxt isə may ayından başlayır.

    Ətraflı süjetdə:

  • Qızıl bazarında vəziyyət necədir? – VİDEO

    Həm Məhərrəm ayının başlaması, həm də qiymət artımı səbəbindən qızıla tələbat azalıb.

    Median.Az ATV-yə istinadən məlumat verir ki, satıcıların sözlərinə görə, toyların olmaması alıcıların sayına təsir edib.

    Hazırda qızılın qiyməti 110 -115 manatdan başlayır.

    Alıcılar isə, qiymət artımı səbəbindən istədikləri zinət əşyasını ala bilmədiklərini bildiriblər.

    Ətraflı süjetdə:

  • В Азербайджане ужесточают наказание за ранние браки: штрафы до 13 000 манатов

    С 1 июля вступают в силу изменения в Уголовный кодекс Азербайджанской Республики.

    23 июля 2024 года Президент Ильхам Алиев подписал соответствующий закон о внесении изменений, тем самым в кодекс была добавлена новая статья.

    Согласно статье 176-2, организация раннего брака с лицом, не достигшим 16 лет, совершенная родителями гражданина или лица, вступающего в ранний брак, либо лицами, на которых возложены обязанности по воспитанию, либо совершеннолетним лицом, вступающим в ранний брак, наказывается штрафом в размере от 2 до 3 000 манатов, или ограничением свободы на срок до 2 лет, либо лишением свободы на срок до 2 лет.

    Кроме того, согласно изменениям в Кодексе об административных проступках (КоАП), помолвка или заключение иных сделок, связанных с браком, в отношении лица, не достигшего 16 лет, организованные родителями этого лица или гражданина, намеревающегося вступить в брак, либо лицами, на которых возложены обязанности по воспитанию, либо совершеннолетним лицом, намеревающимся вступить в брак, влечет наложение штрафа в размере от 1 до 2 000 манатов или административный арест на срок от одного до 2 месяцев с учетом обстоятельств дела и личности нарушителя.

    Следует отметить, что административная ответственность за деяние, предусмотренное данной статьей, в отношении совершеннолетнего лица, намеревающегося вступить в брак, наступает, если разница в возрасте между этим лицом и потерпевшим превышает 5 лет.

    Одновременно в КоАП добавлена статья 189-2.

    Согласно этой статье, за проведение лицами, управляющими объектами общественного питания, мероприятий, связанных с ранним браком несовершеннолетних (помолвка, свадьба и другие мероприятия), физические лица наказываются штрафом в размере от 1 до 1 500 манатов, должностные лица – от 3 до 4 000 манатов, юридические лица – от 6 до 9 000 манатов.

    За повторное совершение правонарушения, предусмотренного статьей 189-2.1 КоАП, лицом, подвергнутым административному взысканию, в течение одного года со дня вступления в силу постановления о наложении административного взыскания, физические лица наказываются штрафом в размере от 2 до 2 500 манатов, должностные лица – от 5 до 6 000 манатов, юридические лица – от 10 до 13 000 манатов.

    Следует отметить, что под “ранним браком” в данной статье понимается союз, созданный с целью создания семьи с несовершеннолетним лицом без официальной регистрации.

    Кроме того, в статье 189-3.1, добавленной в КоАП, указывается, что за проведение религиозного обряда бракосочетания (кябин) в отношении несовершеннолетнего лица физические лица наказываются штрафом в размере 1 000 манатов.

    За повторное совершение правонарушения, предусмотренного статьей 189-3.1 настоящего кодекса, лицом, подвергнутым административному взысканию, в течение одного года со дня вступления в силу постановления о наложении административного взыскания, физические лица наказываются штрафом в размере 2 000 манатов или административным арестом на срок от 15 дней до одного месяца с учетом обстоятельств дела и личности нарушителя.

  • Erkən evliliyə rəvac verənlər cəzalandırılacaqlar – Qərar iyulun 1-dən qüvvəyə MİNİR

    İyulun 1-dən etibarən Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik qüvvəyə minir.

    Ötən il iyulun 23-də Prezident İlham Əliyev dəyişikliklə bağlı müvafiq qanunu imzalayıb, bununla da məcəlləyə yeni maddə əlavə edilib.

    176-2-ci maddəyə əsasən, on altı yaşına çatmayan şəxsin erkən evliliyinin həmin şəxsin və ya erkən evliliyə daxil olan digər şəxsin valideynləri və ya onları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya erkən evliliyə daxil olan yetkinlik yaşına çatmış şəxs tərəfindən təşkil edilməsinə görə iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

    Bundan başqa, İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliyə əsasən, on altı yaşına çatmayan şəxs barəsində onun və ya evliliyə daxil olmaq niyyətində olan digər şəxsin valideynləri və ya onları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya evliliyə daxil olmaq niyyətində olan yetkinlik yaşına çatmış şəxs tərəfindən nişanlanmaya və ya evliliyə dair digər sövdələşməyə daxil olmağa görə min manatdan iki min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.

    Qeyd edək ki, bu maddədə nəzərdə tutulmuş əmələ görə inzibati məsuliyyət həmin əməli törətmiş evliliyə daxil olmaq niyyətində olan yetkinlik yaşına çatmış şəxsə münasibətdə bu şəxslə zərərçəkmiş şəxsin yaş fərqi beş ildən çox olduqda yaranır.

    Eyni zamanda, Məcəlləyə 189-2-ci maddə də əlavə olunub.

    Bu maddəyə əsasən, ictimai iaşə obyektlərini idarə edən şəxslər tərəfindən yetkinlik yaşına çatmayan şəxslərin erkən evliliyi ilə bağlı mərasimlərin (nişan, toy və digər mərasimlər) keçirilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan doqquz min manatadək məbləğdə cərimə edilirlər.

    Bu Məcəllənin 189-2.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan altı min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on üç min manatadək məbləğdə cərimə edilirlər.

    Qeyd edək ki, bu maddədə “erkən evlilik” dedikdə yetkinlik yaşına çatmayan şəxslə nikah bağlamadan ailə qurmaq məqsədilə yaradılan ittifaq başa düşülür.

    Bununla yanaşı, Məcəlləyə əlavə edilən 189-3.1-ci maddədə bildirilir ki, yetkinlik yaşına çatmayan şəxs barəsində dini kəbinkəsməyə görə fiziki şəxslər min manat məbləğində cərimə edilir.

    Bu Məcəllənin 189-3.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər iki min manat məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

  • Uşaqlarla bağlı sosial müavinətlərin məbləği ARTIRILIR

    2025-ci il iyulun 1-dən sosial müavinətlərin məbləğləri artırılır.

    Bu, Prezident İlham Əliyevin iyunun 12-də imzaladığı sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında Fərmanda əksini tapıb.

    Belə ki, fərmanla ailə başçısını itirməyə görə 140 manat;

    – müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına 140 manat;

    – valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) 140 manat;

    – bir yaşınadək uşağı olan aztəminatlı ailələrə hər uşaq üçün 140 manat;

    – beşdən çox uşağı olan qadınlara hər uşaq üçün 140 manat;

    – övladlığa götürülən uşağa (18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlar istisna olmaqla) görə 240 manat;

    – himayədar ailəyə verilmiş 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə: 0-6 yaş arası uşağa görə 500 manat, 7-13 yaş arası uşağa görə 600 manat, 14-18 yaş arası uşağa görə 650 manat;

    – uşağın anadan olmasına görə 600 manat aylıq müavinət müəyyən edilib.

  • Bir qrup xarici vətəndaş İrandan Azərbaycan vasitəsilə təxliyə olunub

    Bir qrup xarici vətəndaş növbəti humanitar əməliyyat çərçivəsində Azərbaycan ərazisinə təxliyə olunub.

    Median.Az “Report”a istinadən xəbər verir ki, təxliyə prosesi “Astara” dövlət sərhədindən buraxılış məntəqəsində beynəlxalq humanitar normalara uyğun şəkildə təşkil edilib. Vətəndaşlar sənədləşmə, sərhəd və tibbi yoxlamalardan keçdikdən sonra Azərbaycan ərazisinə təhlükəsiz şəkildə daxil olublar.

    Təxliyə iştirakçıları onlara göstərilən diqqət, qayğı və qonaqpərvərlik üçün Azərbaycan dövlətinə və xalqına təşəkkürlərini bildiriblər. Həmin şəxslər üçün ayrılmış nəqliyyat vasitələri ilə Bakı istiqamətində hərəkət təmin olunub. Hazırda digər ölkə vətəndaşlarının da təxliyəsi davam etdirilir.

    Qeyd edək ki, bəzi xarici ölkələr Azərbaycan hökumətinə müraciət edərək İranda olan vətəndaşlarının təxliyəsi üçün Azərbaycanın ərazisindən tranzit keçid şəraitində öz ölkələrinə qayıtmasına yardım göstərilməsini xahiş ediblər.

  • Moskva ətrafında təyyarə qəzası zamanı 4 nəfər ölüb

    Moskva vilayətinin Kolomna rayonu yaxınlığında “Yak-18T” yüngül mühərrikli təyyarəsi qəzaya uğrayıb.
     
    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi məlumat yayıb.
     
    Bildirilib ki, hadisə nəticəsində 4 nəfər ölüb.

  • “Microsoft” 40 ildən sonra mavi ekranla vidalaşır

    Təxminən 40 il ərzində “Windows” istifadəçilərinin yaddaşında qalan və “Ölümün mavi ekranı” (BSOD) kimi tanınan sistem xətası ekranı tarixə qovuşur.

    Valyuta.az xəbər verir ki, “Microsoft” rəsmi bloqunda yayımladığı məlumatda bu ekranın yenilənərək “Windows 11” sisteminə inteqrasiya ediləcəyini və artıq “Ölümün qara ekranı” adlandırılacağını açıqlayıb.

    İllər boyunca hava limanlarında, televiziya studiyalarında və milyonlarla cihazda qəfil donmalarla yadda qalan bu simvolik mavi fonlu xəta ekranı yeni dizaynda qara fonda təqdim olunacaq. Əvvəlki versiyalarda yer alan kədərli üz simvolu və QR kod da ekrandan çıxarılır. Əvəzində sistem xətaları ilə bağlı stop kodları və səhvə səbəb olan sürücünün adı birbaşa ekranda göstəriləcək. Bu dəyişiklik texniki komandalar üçün problemi daha sürətli müəyyənləşdirməyə imkan yaradacaq.

    “Microsoft”un bu qərarı sadəcə vizual dəyişikliklə kifayətlənmir. Bu addım ötən il yaşanan genişmiqyaslı “CrowdStrike” böhranından sonra başlatdığı “Windows dözümlülük təşəbbüsü” çərçivəsində atılıb. Xatırladaq ki, “CrowdStrike”ın buraxdığı nasaz yeniləmə nəticəsində 8,5 milyon “Windows” cihazı işləməz hala düşmüş, bir çox biznes, ictimai xidmət və rəqəmsal infrastruktur saatlarla fəaliyyət göstərə bilməmişdi. Sözügedən hadisə “Microsoft”u həm aparat, həm də proqram təminatı səviyyəsində təhlükəsizlik tədbirlərini yenidən nəzərdən keçirməyə vadar edib.

    Yeni sistemlə birlikdə bu yay istifadəyə veriləcək daha bir yenilik – “Quick Machine Recovery” funksiyası olacaq. Bu funksiya sayəsində qəza nəticəsində avtomatik olaraq bağlanmayan və ya yenidən başlatmayan cihazlar tez bir zamanda bərpa olunacaq. Məqsəd, qəza zamanı istifadəçilərin minimum fasilə ilə fəaliyyətlərini bərpa etməsini təmin etməkdir.

    Şirkət bu dəyişikliyi “sadələşdirilmiş istifadəçi interfeysi” kimi təqdim etsə də, BSOD texnologiya dünyasının 1985-ci ildən bəri simvolik elementlərindən biri sayılır. Bu ekran HTML-in belə mövcud olmadığı, “Facebook”un qurucusu Mark Zukerberqin uşaq yaşlarında olduğu dövrdən qalma bir texnologiya relici hesab edilir. İndi isə mavi fonlu xatirələri texnoloji inkişafın növbəti mərhələsində qara fonla əvəz edəcəyik.

  • Azərbaycanda avtomobil parkının yenilənməsinin müsbət tərəfləri

    2025-ci ilin yanvar-may ayları ərzində Azərbaycana ümumilikdə 789 milyon 751.8 min ABŞ dolları dəyərində 42 786 ədəd avtomobil idxal olunub. Dövlət Gömrük Komitəsinin yaydığı məlumata görə, 2024-cü ilin yanvar-may ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 20.3% və ya 7 216 ədəd, dəyəri isə 21.8% və ya 141 milyon 293.8 min ABŞ dollar artıb.

    Hesabat dövründə idxal olunan yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 38.6% artaraq 767 təşkil edib.

    Bu, Azərbaycanda avtomobil parkının tədricən yeniləndiyini göstərir. Bakı küçələrində son illərdə daha çox yeni, texnoloji cəhətdən inkişaf etmiş, həm də ekoloji baxımdan daha təmiz avtomobillər üstünlük təşkil edir. Əvvəllər geniş yayılmış köhnə rus istehsalı “Jiquli” (VAZ) və ya “Volqa” (QAZ) kimi modellər, eləcə də 90-cı illərin və 2000-lərin əvvəlinə aid köhnə alman, yapon avtomobilləri demək olar ki, dövriyyədən çıxarılıb. “Mercedes”in “çeşka” (C-Klasse), “yeşka” (E-Klasse) kimi klassik modellərinin sayı kəskin azalıb. “Toyota”nın “Prius” modeli də əvvəlki qədər populyar deyil.

    Bəs mütəxəssislər avtomobil parkının yenilənməsi istiqamətində hazırkı vəziyyəti necə qiymətləndirirlər?

    Median.Az “Kaspi” qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

    “Son illərdə aparılan islahatlar real nəticələr verir”

    “Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası” (AADA) İctimai Birliyinin İdarə Heyətinin sədri Eyyub Əliyev açıqlamasında bildirib ki, avtomobil sektorunda son illərdə aparılan islahatlar real nəticələr verir:

    “Ümumilikdə 2021-ci ildən başlayaraq ölkəmizdə avtomobil sektorunda ciddi dəyişikliklər və dövlət dəstəyi müşahidə olunur. Bu dövrdə qəbul edilən qərarlar, xüsusilə də ekoloji təmiz nəqliyyat vasitələrinə tətbiq olunan güzəştlər avtomobil parkının yenilənməsinə böyük töhfə verib. Utilizasiya prosesinin başlanması isə əhalidə anlayış formalaşdırıb ki, artıq köhnə avtomobillərin gələcəyi yoxdur və sağlam, təhlükəsiz nəqliyyat vasitələrinə ehtiyac var. Bu yanaşma da yenilənməni təşviq edən əsas amillərdəndir”.

    Müasir və təhlükəsiz nəqliyyat vasitələri

    E.Əliyevin qənaətincə, 2024-cü ildə müşahidə edilən digər müsbət hal ondan ibarətdir ki, artıq ikinci əl, 8-10 ildən çox yaşı olan, mühərrik həcmi böyük avtomobillərin qiymətləri ucuzlaşmaqdadır:

    “Məsələn, əvvəllər 1999-cu ilin “çeşka” modelini 13-14 min manata satırdılar. İndi bazar özü qiymətləri tənzimləyir və real dəyərlə satış baş verir. Əlbəttə, avtomobil parkını bir anda tamamilə yeniləmək mümkün deyil. Amma bu, mərhələli şəkildə baş verir. Xüsusilə taksi parkının yenilənməsi şəhər daxilində köhnə avtomobillərin dövriyyədən çıxmasına səbəb olub ki, bu da vacib nəticələrdəndir. Bütün bu addımlar onu göstərir ki, sektor düzgün istiqamətdə inkişaf edir və yaxın illərdə də bu islahatlar davam edəcəyi təqdirdə, avtomobil parkımız müasir və təhlükəsiz nəqliyyat vasitələrindən ibarət olacaq”.

    “Tam yenilənmə qısa müddətdə baş verə bilməz”

    Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev də təsdiqləyib ki, avtomobil parkının yenilənməsi istiqamətində müsbət tendensiya müşahidə olunur:

    “Parkın tam yenilənməsi qısa müddətdə baş verə bilməz. Bu, zaman tələb edən bir prosesdir. Amma bu sahədə müsbət tendensiya müşahidə olunur. Son illərdə ölkəyə gətirilən avtomobillərə yaş məhdudiyyətlərinin tətbiqi, eyni zamanda, ekoloji baxımdan üstün olan yeni nəsil elektrik və hibrid avtomobillərə marağın artması bu prosesə ciddi təkan verir. Bu amillər avtomobil parkının yenilənməsi istiqamətində atılan addımların nəticəsi olaraq qiymətləndirilə bilər”.

    “Ekoloji baxımdan da mühüm əhəmiyyət daşıyır”

    Nəqliyyat eksperti vurğulayır ki, avtomobil parkının yenilənməsi ekologiya baxımından da mühüm əhəmiyyət daşıyır: “Yeni avtomobillər havaya buraxılan zərərli qazların miqdarını azaldır, daha təhlükəsiz və komfortludur. Köhnə avtomobillər adətən yüksək yanacaq sərfiyyatına və zəhərli tullantıların əhəmiyyətli dərəcədə emissiyasına səbəb olur. Bu da şəhər havasının keyfiyyətinin aşağı düşməsi, ekoloji tarazlığın pozulması kimi problemlərə yol açır”.

    Yenilənmənin göstəricisi

    Nəqliyyat eksperti Adil Nəbiyev deyib ki, şəhər küçələrində köhnə modellərin azalması yenilənmənin göstəricisidir:

    “Şəhərdə avtomobil parkının yenilənməsi artıq ciddi şəkildə nəzərə çarpır. Bu, çox müsbət haldır. Son dövrlərdə Çin istehsalı avtomobillər, elektromobillər və hibrid modellər daha çox yayılıb. Xüsusilə lizinq imkanları bu prosesi daha da sürətləndirir”.

    “Şəhər nəqliyyatını daha təhlükəsiz edir”

    Mütəxəssis bildirib ki, yeni avtomobillərin təhlükəsizlik sistemləri – əyləc, təkər və elektron sabitlik kimi elementləri daha təkmildir:

    “Bu, yollarda baş verən qəzaların sayının azalmasına da şərait yaradır. Köhnə avtomobillərin uzun əyləc məsafəsi və texniki nasazlıqları daha çox risk yaradır. Avtoparkın tədricən yenilənməsi bu riskləri azaldır və şəhər nəqliyyatını daha təhlükəsiz edir”.

    “Bazarda durğunluq müşahidə edilir”

    A.Nəbiyevin sözlərinə görə, hazırda avtomobil bazarında durğunluq müşahidə edilir:

    “İkinci əl avtomobillərə maraq azalıb, insanlar daha çox avtomobil salonlarına və lizinq imkanlarına üstünlük verirlər. Ümumilikdə, avtomobil parkının yenilənməsi həm ekologiyaya, həm də yol təhlükəsizliyinə müsbət təsir göstərir”.