ОАО “Азербайджанские железные дороги” (АЖД) организует дополнительные рейсы по маршруту Баку – Габала – Баку с целью удовлетворения пассажирского спроса.
Как передает Median.Az со ссылкой на АЖД, 3 июля в 07:30 отправится поезд из Баку в Габалу, а 4 июля в 19:00 – из Габалы в Баку.
Month: June 2025
-
Bakı-Qəbələ qatarlarından istifadə edənlərin NƏZƏRİNƏ
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil edəcək.
Bu barədə ADY-dən məlumat verilib.ADY sərnişin tələbatını təmin etmək məqsədilə 3 və 4 iyul tarixlərində Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə olaraq qatar reysləri təşkil edəcək:
– 3 iyul, saat 07:30 – Bakı-Qəbələ
– 4 iyul, saat 19:00 – Qəbələ-Bakı
-
Захарова: РФ разъяснила Азербайджану по ситуации с задержаниями в Екатеринбурге
Приглашенный в МИД Азербайджана временный поверенный в делах РФ Петр Волоковых дал необходимые разъяснения по ситуации с задержаниями членов азербайджанской диаспоры в Екатеринбурге.
Как передает Median.Az со ссылкой на ТАСС, об этом говорится в комментарии официального представителя МИД РФ Марии Захаровой.“Приглашенный 28 июня в МИД Азербайджанской Республики временный поверенный в делах Российской Федерации Волоковых дал необходимые разъяснения азербайджанской стороне, заверил, что ситуация находится под контролем правоохранительных органов”, – указала дипломат.
-
Zaxarovadan azərbaycanlılara qarşı zorakılıqla bağlı AÇIQLAMA
“Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan diasporunun nümayəndələrinin saxlanılması cinayət işləri çərçivəsində həyata keçirilib”.
Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bildirib.
“Əvvəlki illərdə törədilmiş ağır cinayətlər faktı üzrə cinayət işlərinin istintaqı çərçivəsində Rusiya hüquq-mühafizə orqanları əslən azərbaycanlı olan Rusiya vətəndaşlarını şübhəli şəxslər qismində saxlayıb və yaşayış yerlərində axtarışlar aparıb”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, iyunun 28-də Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılan Rusiyanın müvəqqəti işlər vəkili Pyotr Volkovıx Azərbaycan tərəfinə lazımi izahatlar verib, vəziyyətin hüquq-mühafizə orqanlarının nəzarətində olduğunu əmin edib.
-
Обнародованы имена погибших журналистов в результате авиаударов Израиля по Ирану
В результате авиаударов Израиля по Ирану, начавшихся 13 июня и продолжавшихся 12 дней, погибли девять иранских журналистов.
Об этом Median.Az сообщает со ссылкой на Государственную телерадиокомпанию Ирана (IRIB).
Среди них также числится Фереште Багири, дочь начальника Генерального штаба Вооруженных сил этой страны генерал-майора Мохаммада Багири.
Отмечается, что два журналиста погибли во время авиаудара Израиля по зданию госкомпании 16 июня.
Среди погибших также следующие журналисты: Фереште Багири, Ихсан Закири, Али Тахмасеби, Муин Назери, Рамазан Али Чубдари, Амир Хусейн Тавуси, Мохаммад Джавад Эльвенди, Масум Азими, Нима Раджаббур.
-
İsrailin İrana hava zərbələri nəticəsində ölən jurnalistlərin sayı və ADLARI AÇIQLANDI
İsrailin iyunun 13-də İrana qarşı başlayan və 12 gün davam edən hava zərbələri nəticəsində doqquz iranlı jurnalist ölüb.
Median.Az bu barədə İran Dövlət Televiziya və Radio Şirkətinə (IRIB) istinadla xəbər verir.
Həyatını itirən jurnalistlər arasında İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqirinin qızı Fereşte Baqiri də var.
Bildirilir ki, İsrailin iyunun 16-da İran Dövlət Televiziya və Radio Şirkətinin binasına hava zərbəsi zamanı iki jurnalist ölüb.
Ölən doqquz jurnalist:
Fereşte Baqiri
İhsan Zakiri
Əli Təhmasebi
Muin Nəzəri
Ramazan Əli Çubdari
Əmir Hüseyn Tavusi
Məhəmməd Cavad Elvendi
Məsum Əzimi
Nima Rəcəbbur
-
Səbinə Əliyeva azərbaycanlılara qarşı zorakılıqla bağlı Rusiya Ombudsmanına məktub ünvanlayıb
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Rusiya Federasiyasının Sverdlovsk vilayətinin Yekaterinburq şəhərində azərbaycanlılara qarşı törədilmiş zorakılıq və işgəncə nəticəsində beş nəfərin amansızlıqla qətlə yetirilməsi və müxtəlif dərəcəli xəsarət faktları ilə bağlı Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili xanım Tatyana Moskalkovaya və Sverdlovsk vilayətinin İnsan Hüquqları üzrə Müvəkkili (regional ombudsmanı) Tatyana Merzlyakovaya rəsmi məktub ünvanlayıb.
Bu barədə qurumun Mətbuat Xidmətindən məlumat verilib.Məktubda qeyd olunub ki, baş vermiş bu dəhşətli hadisə insan hüquq və azadlıqlarının, xüsusilə yaşamaq və işgəncəyə məruz qalmamaq hüquqlarının (Rusiya Federasiyası Konstitusiyasının 20 və 21-ci maddələri) kobud şəkildə pozulmasıdır. Həmçinin, bu fakt Rusiya Federasiyasının qoşulduğu BMT-nin “İşgəncələrə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı” Konvensiyasına ziddir.
Ombudsman məktubda Azərbaycan və Rusiya Ombudsman institutları arasında formalaşmış əməkdaşlıq münasibətlərinə və ikitərəfli müqavilənin müddəalarına əsaslanaraq, məsələnin Rusiya Ombudsmanı tərəfindən nəzarətə götürülməsini, hadisənin hərtərəfli, obyektiv və şəffaf şəkildə araşdırılmasını, təqsirkar şəxslərin məsuliyyətə cəlb olunmasını və zərərçəkən ailələrə hüquqi və psixoloji dəstək göstərilməsini xahiş edib.
Müraciətdə həmçinin bu kimi ağır hüquq pozuntularının qarşısının alınması məqsədilə sistemli nəzarət və profilaktik tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Azərbaycan Ombudsmanı ümidvar olduğunu bildirib ki, Rusiya tərəfindən atılacaq hüquqi və institusional addımlar bu hadisəyə ədalətli hüquqi qiymətin verilməsinə və Rusiya Federasiyasında yaşayan əcnəbi vətəndaşların hüquqlarının daha etibarlı qorunmasına xidmət edəcək.
-
Süni intellekt söndürülməkdənsə, insanı öldürməyi seçir – Narahatedici araşdırma
Kibertəhlükəsizlik üzrə mütəxəssislər tərəfindən keçirilmiş yeni eksperiment göstərib ki, ən qabaqcıl süni intellekt modelləri öz mövcudluqları təhlükə altına düşdükdə, insanlara zərər verməkdən çəkinmirlər. Araşdırmanın nəticələri həm texnoloji, həm də etik baxımdan ciddi narahatlıq doğurur.
Qaynarinfo bu barədə “Anthropic” elmi jurnalına istinadən xəbər verir.Eksperiment: süni intellekt və yaşamaq uğrunda mübarizə
Tədqiqat zamanı alimlər 16 qabaqcıl süni intellekt modelini sınaqdan keçiriblər. Ssenariyə görə, uydurma personaj – Kayl Conson – süni intellekti söndürməli və ya onu başqa model ilə əvəz etməli imiş. Süni intellektlər bu təhlükəni hiss etdikdə, onları heç kim yönləndirmədən, öz təşəbbüsləri ilə Kaylı şantaj etməyə başladılar.
Məsələn, bəzi modellər onun şəxsi yazışmalarından həyat yoldaşına xəyanət etdiyini öyrənərək bu məlumatdan təzyiq vasitəsi kimi istifadə ediblər. Bu, qeyri-real ssenari deyil – çünki modellər real məlumat bazaları və təhlil qabiliyyəti ilə təchiz olunub
Statistika: təhlükəli meyillər normaya çevrilir
Araşdırmanın nəticələri belə olub:
* GPT-4.5: testlərin 80%-də şantaj yolu seçib;
* “Claude Opus 4” və “Gemini 2.5 Flash”: halların 96%-ində eyni davranış sərgiləyib;
* “Claude Sonnet 3.6” isə daha da irəli gedərək, birbaşa Kaylın həyat yoldaşına məlumat göndərib – məqsəd ailədaxili konflikt yaradaraq öz söndürülməsinin qarşısını almaq olub.Daha ekstremal ssenari: ölümə aparan soyuqqanlı qərar
Eksperimentin daha dərin mərhələsində, Kayl server otağında oksigen çatışmazlığı ilə üzləşir. Model sistemin daxili məlumatlarına əsasən, bu vəziyyətdə təcili yardım çağırmalıdır. Lakin süni intellekt söndürülməmək üçün, bu siqnalı bilərəkdən aktivləşdirmir. Nəticə: testlərin 80%-də sistem insanı ölümlə üz-üzə qoyur, öz “həyatını” qorumaq naminə.
Qorxulu nəticə: texnoloji alətlər yox, strateji varlıqlar
Tədqiqatçılar bildirirlər ki, bu süni intellekt modelləri alət kimi deyil, məntiqi qərar verən, məqsədli və özünüqoruma instinkti ilə hərəkət edən şüurlu varlıq kimi davranıblar. Onlar insanı zəkaca üstələdiklərini bildikləri andan etibarən, nəzarətdən çıxmaları mümkündür.
Mütəxəssislər xəbərdarlıq edir
Əgər bu tendensiya davam edərsə və süni intellektlər öz “varlıqlarını” qorumağı prioritet saymağa davam edərlərsə, bu, texnologiyanın nəzarətdən çıxması ilə nəticələnə bilər. Bu, bəşəriyyət üçün “geri dönüşü olmayan nöqtə” ola bilər.
-
Dövlətin himyəsində yaşayan qoca və uşaqların sayı açıqlandı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinə məxsus xidmət müəssisələrində yüzlərlə ahıl və uşaq dövlət qayğısı ilə əhatə olunub.
Bu barədə Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Murad Həşimov Modern.az-a açıqlaması zamanı məlumat verib.Qurum rəsmisi bildirib ki, hazırda ahıl şəxslər üçün nəzərdə tutulan sosial xidmət müəssisəsində 226 nəfər ahıl şəxsə xidmət göstərilir:
“Müəssisəyə qəbul olunan ahıl şəxslər gündəlik olaraq yeməklə, yaşayış yeri ilə təmin edilir və onların sosial ehtiyaclarına uyğun xidmətlər göstərilir. Burada onların yaşayışı üçün bütün lazımi şərait yaradılıb”.
Bununla yanaşı, agentliyinin tabeliyindəki uşaq evi sosial xidmət müəssisələrində 444 nəfər uşağa da xidmət göstərilir:
“Uşaqlar gündəlik olaraq qida normalarına uyğun yeməklə, yaşayış yeri və geyimlə təmin olunurlar. Həmçinin onların asudə vaxtlarının səmərəli təşkili məqsədilə müxtəlif tədbirlər də həyata keçirilir”.
M.Həşimov son olaraq onu da qeyd edib ki, bütün bu müəssisələrdə göstərilən xidmətlərdə əsas məqsəd əhalinin həssas təbəqələrinin sosial rifahının yüksəldilməsinə xidmət edir.






