Month: June 2025

  • Bu ölkədən 2 manat 55 qəpiyə donuz əti almışıq

    2025-ci ilin yanvar-aprel aylarında Azərbaycana 489,61 ton dondurulmuş donuz əti və onun hissələri idxal olunub.

    Bu məhsulların idxalı üçün 1 milyon 242,23 min ABŞ dolları xərclənib.

    İdxal əsasən Rusiya, Belarus və Almaniya kimi ölkələrdən həyata keçirilib.

    Belə ki, ümumi idxalın böyük hissəsi Rusiyanın payına düşüb. Bu ölkədən 487,45 ton donuz əti gətirilib ki, bu da 1 milyon 234,13 min ABŞ dolları dəyərində olub. Beləliklə, Rusiyadan gətirilən 1 kiloqram donuz ətinin orta qiyməti təxminən 2,53 ABŞ dolları və ya 4,35 manat təşkil edib.

  • Azərbaycan millisi Belarusda 3 qol buraxdı

    Azərbaycanın qadın futbolçulardan ibarət yığması Belarusda təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama matçını keçirib.

    Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma meydan sahibləri ilə üz-üzə gəlib.

    Görüş Belarus millisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

    Qeyd edək ki, komandalar arasında ikinci yoldaşlıq oyunu iyulun 1-də Minskdə yerləşən “Traktor” stadionunda təşkil olunacaq.

  • Kişilər arasında işsizlər qadınlardan çoxdur? – Statistik müəmma

    2025-ci il iyun ayının 1-i vəziyyətinə görə, Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 229,9 min nəfər olub. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, işsiz şəxslərin 48,9 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 435 manat olub.

    Statistik rəqəmlərdən göründüyü kimi, işsiz şəxslərin çox faizini kişilər təşkil edir. Bəs kişilərin iş tapmamasına səbəb nədir?

    Mövzu barədə Bizim.Media-ya danışan iqtisadçı ekspert Akif Nəsirli deyib ki, qeyri-rəsmi mənzərə fərqlidir:

    “Ölkədə, əslində, işsiz əhalinin əksəriyyətini xanımlar təşkil edir. Statistik məlumatların bu gün əks göstərici sərgiləməsi onunla bağlıdır ki, kişilərin böyük əksəriyyəti ailə başçısıdır və bu ailəni dolandırmaqdan ötrü normal pul qazanmalıdır. Rəsmi iş yerlərində də normal əməkhaqqı vermirlər. Ona görə də həmin kişilər qeyri-rəsmi işlərdə işləyirlər. Qadınlar rəsmi işlərdə daha çox çalışırlar. Onlar ailədə ikinci dərəcəli gəlir gətirən üzv sayılırlar. Ona görə də qadınlar az maaş verilən rəsmi işlə qane olurlar”.

    Onun sözlərinə görə, qadınların statsitikada məşğulluğu daha çoxdur:

    “Kişilər daha çox əməkhaqqı verilən qeyri-rəsmi işlərdə işləyirlər. Bunlar qeyri-leqal məşğulluq seqmentinə aiddirlər. Ona görə də realda kişilərin böyük əksəriyyətinin məşğul olmasına baxmayaraq statsitikada görünür ki, guya qadınların çoxu məşğuldur, kişilər daha az məşğuldr. Yəni rəsmən belədir, qeyri-rəsmi mənzərə tamamilə fərqlidir”.

  • Alimlər Yerin ən qədim hissələrinin yerləşdiyi dəqiq nöqtəni müəyyən etdi

    Yer səthində adətən daha gənc, çökmə süxurlar üstünlük təşkil edir. Lakin elə bölgələr var ki, orada milyardlarla il yaşı olan, demək olar toxunulmamış süxurlar yer üzündə açıq şəkildə görünür. Son elmi araşdırmalar göstərib ki, planetimizin ən qədim qayalıqları Kanadadakı Hudson körfəzinin sahilində yerləşir.

    Bu nəticələr nüfuzlu “Science” jurnalında dərc edilmiş yeni bir tədqiqatla təsdiqlənib.

    Tədqiqatçılar Kvebek vilayətinin şimalında, Hudson körfəzi sahilində yer səthinə çıxan süxurları araşdırıblar. Bu bölgə Nuvvuagittuq yaşılqayalı zolağı kimi tanınır – qədim vulkanik mənşəli geoloji quruluşdur və uzun illərdir geoloqların maraq dairəsindədir. Yeni ölçmələr göstərib ki, bu ərazidəki bəzi süxurların yaşı 4,16 milyard ildir. Bu isə Yer kürəsinin formalaşmasının ən ilkin dövrlərinə işıq salır.

    Bu süxurlar Hadey dövründə – planetin isti, ərimiş vəziyyətdən soyumağa başladığı geoloji mərhələdə yaranıb. İndiyədək bu süxurların yaşı ilə bağlı dəqiq razılaşma olmayıb: bəzi tədqiqatlar 4,3 milyard il, bəziləri isə cəmi 3,3–3,8 milyard il olduğunu iddia edirdi.

    Alimlər bu qeyri-müəyyənliyə son qoymaq üçün maqmanın yer qabığına daxil olaraq soyuyub bərkidiyi vaxt yaranan intruziya tipli süxurları analiz ediblər.

    Geoloqlar süxurların yaşını təyin etmək üçün samarium və neodim elementlərinin radioaktiv dağılması əsasında iki müxtəlif metoddan istifadə ediblər. Hər iki üsul eyni nəticə verib: 4,16 milyard il. Bu isə bu süxurların həqiqətən də Yer tarixinin başlanğıcında formalaşdığını sübut edir.

    Tədqiqatın rəhbəri, Ottava Universitetindən Conatan O’Nilin fikrincə, bu nəticə əvvəlki təxminlərlə uyğun gəlir. Belə ki, intruziya süxurları ətrafdakı vulkanik süxurlardan bir qədər sonra – təxminən 4,3 milyard il əvvəl – əmələ gəlmiş ola bilər.

    Nuvvuagittuq bölgəsindəki süxurlar əsasən metamorfozlaşmış bazaltdan ibarətdir. Onların kimyəvi tərkibi ilk Yer qabığının formalaşdığı dövr haqqında mühüm məlumatlar verir. Tədqiqatçılar hesab edirlər ki, bu süxurların tərkibinə qədim okean suyundan çökmüş minerallar da daxildir. Bu da öz növbəsində Yer üzündə həyatın yaranma şəraitini öyrənmək üçün yeni imkanlar açır.

    Əvvəllər ən qədim süxurlar Kanadanın Şimal-Qərb ərazilərində tapılmış və onların yaşı 4,03 milyard il olaraq qiymətləndirilmişdi. Ondan əvvəl isə ən qədim geoloji tapıntılar kimi Avstraliyadan çıxarılmış 4,4 milyard illik sirkon kristalları göstərilirdi. Lakin onlar yalnız mikroskopik minerallar idi. Qvebekdə isə bütöv süxur massivlərindən söhbət gedir. Bu isə Yer tarixinin ən qədim dövrünə nadir “pəncərə” açır.
    //qaynar.az

  • NASA-nı narahat edən böyük anomaliya ABŞ-a yaxınlaşır

    ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) Yer kürəsinin maqnit sahəsində baş verən qeyri-adi dəyişiklik səbəbilə yüksək hazırlıq vəziyyətinə keçib. Söhbət Cənubi Atlantik maqnit anomaliyasından (CAMA) gedir. NASA alimlərinə görə, bu anomaliya təkcə güclənmir, həm də Şimali Amerikaya doğru irəliləyir.

    Hazırda CAMA əsasən Cənubi Amerika (Braziliya, Paraqvay, Argentina) və Cənub-qərbi Afrika üzərində müşahidə olunur. Lakin alimlər onun Karib hövzəsi, Meksika körfəzi və ABŞ-ın cənub-şərq sahillərinə doğru irəlilədiyini bildirirlər.

    Nədir bu maqnit anomaliyası?

    Yer kürəsinin maqnit sahəsi, Günəşdən gələn yüksək enerjili hissəciklərə qarşı təbii qalxan rolunu oynayır. Lakin Cənubi Atlantik üzərində bu sahə zəifləyib və nəticədə həmin ərazilərdə fəzada dövr edən süni peyklər, o cümlədən Beynəlxalq Kosmik Stansiya (ISS) üçün radiasiya riski artıb.

    NASA-nın Qoddard Kosmik Uçuşlar Mərkəzinin geofiziki Terri Sabakanın sözlərinə görə, “Yer maqnit sahəsi bir neçə axım mənbəyindən gələn sahələrin üst-üstə düşməsi nəticəsində yaranır” və bu sahə sabit deyil — zamanla forması, intensivliyi və mövqeyi dəyişir.

    Təhlükə kimə və nəyədir?

    NASA bildirir ki, bu anomaliya Yer səthində yaşayan insanlar üçün birbaşa təhlükə yaratmır, lakin orbitdəki texniki avadanlıqlar üçün ciddi problem yarada bilər. Maqnit sahəsinin zəif olduğu bölgədən keçən peyklər daha yüksək radiasiyaya məruz qalır və bu da texniki nasazlıqlar, məlumat itkisi və cihaz zədələnmələri ilə nəticələnə bilər.

    Xüsusilə, CAMA-nın qərbə doğru hərəkəti, ABŞ ərazisi üzərində dövr edən peyklərin də risk zonasına daxil olmasına səbəb ola bilər.

    Nəticə və tədbirlər

    Alimlər bu prosesin təbii və çox yavaş getdiyini qeyd etsələr də, artan süni peyk sayı və texnologiyadan asılılıq fonunda belə anomaliyalar kosmik rabitə və müşahidə sistemləri üçün təhlükəli hesab olunur.

    NASA və digər kosmik agentliklər bu cür fenomenləri daimi müşahidə altında saxlayır və riskləri minimuma endirmək üçün avadanlıqların qorunması, ehtiyat rejimləri və sistem yeniləmələri kimi tədbirlər görür.
    //qaynar.az

  • İş adamları və əhali “Ziraat Bank Azərbaycan”dan pullarını geri götürür

    İlin birinci rübündə “Ziraat Bank Azərbaycan”nın cəmi kapitalı 4398,69 min manat azalaraq 137934,50 min manatdan 133535,81 min manata düşüb.

    Teleqraf xəbər verir ki, 2025-ci ilin birinci rübünün göstəriciləri belə deməyə əsas verir ki, il “Ziraat Bank Azərbaycan” üçün xoş başlamayıb.Bankın faiz gəlirləri, aktivləri, eləcə də öhdəlikləri azalıb.Əvəzində faiz xərcləri artıb, vaxtı keçmiş kreditlərin portfeldə xüsusi çəkisi artıb.

    Aprelin 1-nə “Ziraat Bank Azərbaycan” banklardakı depozitlərdən 1 milyon 317min manat faiz gəlirləri əldə edib. Ötən ilin birinci rübündə bu rəqəm 2 milyon 379 min manat olub.

    İlin birinci rübündə bankın xalis faiz gəlirləri 7 milyon 519 min manat olub. Hansı ki, ötən ilin eyni dövründə bu rəqəm 7 milyon 942 min manat idi. Beləliklə bankın əməliyyat mənfəəti azalaraq ötən ilin eyni dpvründəki 6 milyon 371 min manatdan 6 milyon 80min manata düşüb.

    Diqqət çəkən, bankın mənfəətinin ilin birinci rübünündə aşağı düşməsi olub. Ötən ilin birinci rübündə 4 milyon 349 min manat mənfəət əldə edən “Ziraat Bank Azərbaycan” bu ilin eyni dövründə cəmi 3 milyon 572 min manat qazanıb.

    Kreditlərdən asılıb qalan aktivlər

    Bankın cəmi aktivləri bu ilin yanvarın 1-nə olan 921 milyon 125 min manatdan aprelin birinə 909 milyon 242 min manata düşüb. Aktivlərin azalmasına maliyyə qurumunun başqa banklardakı müxbir hesablarının, banklar da daxil olmaqla, maliyyə institutlarındakı depozitlərinin, eləcə də qiymətli kağızlara yatırımlarının, Mərkəzi Bankdakı müxbir hesabının, nağd vəsaitlərinin (banknotlar və sikkələr, yolda, bankomatlarda və mübadilə şöbələrində olan nağd vəsaitlər daxil olmaqla) azalması səbəb olub. Bank hesabat dövründə aktiv portfelini müştərilərə verilən kreditlərlə qoruyub saxlayıb.

    İş adamları və əhali bankdan pulunu geri çəkib

    “Ziraat Bank Azərbaycan”nın öhdəlikləri də azalıb. Öhdəliklər 2025-ci ilin yanvarın 1-nə 787 milyon 589 min manatdan 771 milyon 307 min manata düşüb. Bunda əsasən əhalinin banka yatırdığı vəsaitlər mühüm rol oynayıb. Belə ki, bankda fiziki və hüquqi şəxslərin tələbli depozitləri kəskin azalıb. Fiziki şəxslərin bankdakı tələbli depozitləri ilin əvvəlində olan 32 milyon 480 min manatdan 30 milyon 16 min manata düşüb. Hüquqi şəxslərin tələbli depozitləri isə (qeyri-bank maliyyə institutlarının cari hesabları da daxil olmaqla) ilin əvvəlinə olan 255 milyon 494 min manatdan aprelin birinə 179 milyon 386 min manata düşüb. Fiziki və hüquqi şəxslərin müddətli depozitləri isə 277 milyon 679 min manatdan 262 milyon 756 min manata enib. Beləliklə, 2024-cü ilin sonunda 565 milyon 654 min manat depozit portfeli olan bankın hesabındakı əhalinin pulları 472 milyon 158 min manata düşüb.

    Özəl təsərrüfatlara verilən borcların yaratdığı maliyyə problemləri

    Məlum olduğu “Ziraat Bank Azərbaycan” əsasən biznes kreditləri ilə, daha dəqiq ifadə etsək özəl təsərüffat cəmiyyətlərinə verdiyi borclarla məşhurdur. Son 1 ildə Bankın kredit portfeli 54,8 % böyüyüb. Bankın 574 milyon 720 min manatlıq kredit portfelinin 532 milyon 107 min manatını biznes kreditləri təşkil edir. Həmin kreditlərin 52 milyon 854 min manatının vaxtı keçib. Bu da kredit portfelinin 9,93 faizinə bərabərdir. Yeri gəlmişkən, bankda vaxtı keçmiş kreditlərin ümumi həcmi 54 milyon 344 min manatdır. Bunun 52 milyon manatını biznes sektoruna verilən vəsaitlərin payına düşməsi maliyyə qurumu üçün əhəmiyyətli itki deməkdir. Müqayisə üçün bildirək ki, 2024-cü ilin birinci rübündə biznes kreditləri üzrə vaxtı keçmiş kreditlərin həcmi 24 milyon 166 min manat olub. Portfelin 6,78 faizi həcmində.

    Onu da bildirək bankın 532 milyon 107 min manatlıq biznes kreditləri portfelinin cəmi 274 milyon 408 min manatı təminatsızdır. İş adamlarına verilən kreditlərin əsas təminatçısı kimi onların əmlakları çıxış edir. Məlumatlara görə, “Ziraat Bank Azərbaycan”nın sərəncamında biznes subyektlərindən müsadirə etdiyi, sata bilmədiyi əmlakların sayı-hesabı yoxdur.

    Gecikmələr sayəsində proqnozlaşdırdığı gəlirlərdən məhrum olan, depozit portfeli kiçilən “Ziraat Bank Azərbaycan” biznes subyektlərindən müsadirə etdiyi bu əmlakları mütəmadi olaraq dəyərindən iki dəfə ucuz satışa çıxarır.

    Maliyyə hesabatları göstərir ki, hazırda bankda 3 milyon 527 min manat təhlükəli kredit, 10 milyon 741 min manat ümidsiz kredit var. Onu da bildirək ki, “Ziraat Bank Azərbaycan” minimal kredit faizi ən yüksək müəyyən edən banklardan biridir. Bankda kredit faizləri minimum 17 %-dən başlayır. 1 %-lik komissiya haqqı da əlavə olunsa, bu müştərilərin minimal kredit xərci 18 % təşkil edir. Bank 36 aya 25 min manatadək kredit təklif edir.

    Xatırladaq ki, “Ziraat Bank Azərbaycan” 2014-cü ildə yaradılıb, onun nizamnamə kapitalı 65,5 milyon manatdır. Bankın səhmlərinin 99,98 %-i “Ziraat Bank”a (Türkiyə), 0,01 % – “Ziraat Texnoloji Şirkəti”nə, 0,01 %-i isə Ziraat Yatırım Menkul Değerler Şirkətinə (Türkiyə) məxsusdur.

  • Глава Следственного комитета РФ потребовал доклад о деле с участием уроженцев Азербайджана

    Следственный комитет РФ взял под особый контроль расследование уголовного дела о преступлении прошлых лет в Свердловской области, где были задержаны уроженцы Азербайджана. Двое из задержанных скончались.

    Как передает Median.Az, об этом сообщает vesti.ru

    Председатель СК России Александр Бастрыкин поручил исполняющему обязанности руководителя СУ СК РФ по Свердловской области Андрею Набитову подготовить подробный доклад о ситуации.

    Решение о контроле было принято после того, как информация о задержаниях и смертях получила широкий резонанс.

    Ранее СМИ сообщали о массовом задержании азербайджанцев в Екатеринбурге. По подозрению в совершении ряда преступлений задержаны несколько человек. По местам их проживания проведены обыски.

  • Rusiya İstintaq Komitəsinin rəhbəri azərbaycanlılarla bağlı iş üzrə hesabat tələb edib

    Rusiya İstintaq Komitəsi Azərbaycan vətəndaşlarının saxlandığı Sverdlovsk vilayətində keçmişdə törədilmiş cinayətlə bağlı cinayət işinin istintaqını xüsusi nəzarətə götürüb. Saxlanılanlardan ikisi öldürülüb.

    Bu barədə vesti.ru məlumat yayıb

    Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Rusiya İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə rəhbəri vəzifəsini icra edən Andrey Nabitova vəziyyətlə bağlı ətraflı məruzə hazırlamağı tapşırıb.

    Nəzarətin həyata keçirilməsi ilə bağlı qərar həbslər və ölümlərlə bağlı geniş rezonans doğurandan sonra qəbul edilib.

  • МИД Азербайджана выразил соболезнования Пакистану

    Министерство иностранных дел Азербайджана (МИД) выразило соболезнования Пакистану в связи с террористическим актом, произошедшим в стране.

    Соответствующая публикация размещена на странице ведомства в соцсети Х (ранее Twitter).

    “Мы выражаем глубочайшие соболезнования братскому правительству и народу Пакистана, а также семьям погибших после ужасного террористического акта в регионе Северный Вазиристан 28 июня, в результате которого погибли по меньшей мере 13 солдат и было ранено множество людей, включая мирных жителей. Мы решительно осуждаем этот террористический акт и подтверждаем нашу непоколебимую позицию в отношении всех форм терроризма, которые представляют серьезную угрозу миру и безопасности”, – говорится в сообщении.

  • Azərbaycan XİN Pakistana başsağlığı verib

    Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistanda baş verən terror aktı ilə bağlı başsağlığı verib.

    Bununla bağlı XİN sosial şəbəkə hesablarında paylaşım edib.

    “İyunun 28-də Şimali Vəziristan bölgəsində azı 13 hərbçinin həyatına son qoyan, mülki şəxslər də daxil olmaqla çoxlu sayda insanın yaralanmasına səbəb olan dəhşətli terror aktından sonra qardaş Pakistan hökumətinə və xalqına, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Biz bu qorxaq terror aktını qətiyyətlə pisləyir, sülh və təhlükəsizliyə ciddi təhdid yaradan terrorizmin bütün formalarına qarşı sarsılmaz mövqeyimizi bir daha bəyan edirik”, – paylaşımda deyilir.