Month: June 2025

  • Azərbaycanda magistral kəmərdə QƏZA – Bakı və Abşeronda DÖRD GÜN su fasilə ilə veriləcək

    “Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə əlaqədar Bakı şəhəri və Abşeron yarımadasının əksər ərazilərinə su təchizatında müvəqqəti fasilə yaranacaq”.

    Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı məlumat yayıb.

    Bildirilib ki, işlər yekunlaşdıqdan sonra suyun 20 iyun tarixindən əvvəlki rejimlə verilməsi bərpa olunacaq.

  • Высота волны в море достигает 3 м – ФАКТИЧЕСКАЯ ПОГОДА

    По состоянию на утро 16 июня в некоторых районах страны сохраняются осадки и ветер.

    Об этом сообщает Median.Az со ссылкой на Национальную службу гидрометеорологии Министерства экологии и природных ресурсов.

    Количество выпавших осадков в Загатале составляет 45 мм, Гахе – 38 мм, Балакене – 15 мм, Лянкяране – 12 мм, Лерике – 7 мм, Ярдымлы и Товузе – 4 мм, Джейранчёле, Шеки, Гусаре, Агстафе – 3 мм, Астаре, Дашкесане, Мингячевире – 2 мм, Кельбаджаре, Лачыне, Губадлы, Шуше, Ханкенди, Ходжалы, Физули, Гёйгёле, Шамкире, Шамахы, Нафталане, Гёранбое, Гедабее, Гяндже, Шамкире, Бейлагане, Огузе, Шахдаге, Губе – 1 мм.

    В настоящее время дует западный ветер, максимальная скорость которого в Баку и на Абшеронском полуострове, а также в Нафталане составляет – 18 м/с, Мингячевире 15 м/с.

    Высота волны в открытом море достигает 3 м.

    15 июня примерно с 17:35 до 17:41 на территории Асрикчай-Асрикджирдахан Товузского района выпал град диаметром 12 мм.

    В Алтыагадже, Дашкесане, Гахе (Сарыбаш), Шеки, Грызе, Гусаре, Лерике наблюдается туман, видимость ограничена до 200 м.

    Наблюдаемая на территории страны нестабильная погода продлится до дня 18 июня.

  • Dənizdə dalğanın hündürlüyü üç metrə çatır – FAKTİKİ HAVA

    İyunun 16-sı saat 09:00-a olan faktiki hava haqqında məlumat açıqlanıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.

    Düşən yağıntının miqdarı Zaqatalada 45, Qaxda 38, Balakəndə 15, Lənkəranda 12, Lerikdə 7, Yardımlı, Tovuzda 4, Ceyrançöl, Şəki, Qusar, Ağstafada 3, Astara, Daşkəsən, Mingəçevirdə 2, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Göygöl, Şəmkir, Şamaxı, Naftalan, Goranboy, Gədəbəy, Gəncə, Şəmkir, Beyləqan, Oğuz, Şahdağ, Qubada 1 mm-dir.

    Hazırda qərb küləyi əsir, küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naftalanda 18, Mingəçevirdə 15 m/s-yə çatır.

    Dənizdə dalğanın hündürlüyü 3 metrdir.

    İyunun 15-i saat 17:35-17:41 radələrində Tovuz rayonunun Əsrikçay-Əsrikcırdaxan ərazisinə diametri 12 mm olan dolu düşüb.

    Altıağac, Daşkəsən, Qax (Sarıbaş), Şəki, Qrız, Qusar, Lerik duman müşahidə olunur, görünüş məsafəsi 200 m-dək məhdudlaşır.

    Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin iyunun 18-i gündüzədək davam edəcəyi gözlənilir.

  • Иран продлил закрытие воздушного пространства

    Воздушное пространство Ирана будет закрыто до 14:30 (по Баку – ред.) 16 июня.

    Об этом сообщила Организация гражданской авиации исламской республики.

    Ранее власти исламской республики продлевали отмену всех внутренних и международных авиарейсов до 02:00 по местному времени (02:30 по Баку) 16 июня.

  • İran hava məkanının bağlı qalması müddətini uzatdı

    İranın hava məkanı iyunun 16-sı saat 14:30-a qədər (Bakı vaxtı ilə – red.) bağlı olacaq.

    Median.Az bu barədə İranın Mülki Aviasiya Təşkilatına istinadla xəbər verir.

    Daha əvvəl ölkə ərazisində bütün daxili və beynəlxalq uçuşların ləğvinin müddəti iyunun 16-ı saat 02:30-a (Bakı vaxtı ilə – red.) qədər uzadılmışdı.

  • СМИ: Иран отказывается от переговоров о прекращении огня

    Иран сообщил Катару и Оману, посредничающим в его контактах с США и Израилем, что “не открыт для переговоров о прекращении огня, пока находится под израильскими ударами”.

    Об этом сообщило агентство Reuters, сославшись на анонимное официальное лицо.

    В этом сообщении из Дубая агентство не уточняет даже гражданство своего собеседника, но утверждает, что он осведомлен о контактах Ирана с Оманом и Катаром.

    “Иранцы проинформировали катарских и оманских посредников, что они будут готовы вести серьезные переговоры только после того, как Иран закончит отвечать на упреждающие удары Израиля , – цитирует агентство своего собеседника, – Иран дал ясно понять, что не будет вести переговоры, пока его атакуют”.

    По словам этого официального лица, сообщения прессы о том, что Иран будто бы попросил Оман и Катар привлечь США в качестве посредника в переговорах о перемирии, а также выразил готовность возобновить переговоры о ядерной программе, были неточны.

    Официально Иран, Оман или Катар ничего по этому поводу пока не заявляли.

    Оман в последние месяцы посредничал в переговорах США и Ирана о ядерной программе. Последний раунд должен был состояться в субботу, но был отменен из-за израильских ударов.

    Катар, как напоминает Reuters, ранее посредничал в контактах между Ираном и Израилем.

    И Оман, и Катар имеют хорошие отношения и с Тегераном, и с Вашингтоном, а также напрямую контактируют с Израилем.

  • KİV: “İran atəşkəs danışıqlarından imtina edib”

    İran, ABŞ və İsraillə təmaslarında vasitəçilik edən Qətər və Omana bildirib ki, İsrailin hücumları davam etdiyi müddətdə atəşkəslə bağlı danışıqlara açıq deyil.

    Bu barədə “Reuters” agentliyi Dubaydan anonim rəsmi mənbəyə istinadla xəbər yayıb.

    Agentlik həmin şəxsin vətəndaşlığını açıqlamasa da, onun İranın Qətər və Omanla apardığı təmaslar barədə məlumatlı olduğunu iddia edir.

    “İranlılar qətərli və omanlı vasitəçiləri məlumatlandırıblar ki, İsrailin qabaqlayıcı zərbələrinə cavablarını başa vurduqdan sonra ciddi danışıqlara hazır ola bilərlər. İran açıq şəkildə bildirib ki, hücumlara məruz qaldığı müddətdə danışıqlara başlamayacaq”, – deyə mənbədən bildirilib.

    Rəsminin sözlərinə görə, İranın guya Qətər və Oman vasitəsilə ABŞ-ni danışıqlara qoşulmağa çağırması və nüvə proqramı ilə bağlı müzakirələri bərpa etməyə hazır olduğunu bildirməsi barədə yayılan xəbərlər dəqiq deyil.

    İndiyədək nə İran, nə Oman, nə də Qətər bu məsələyə dair rəsmi açıqlama verməyiblər.

    Məlumat üçün qeyd olunur ki, son aylar Oman İranla ABŞ arasında nüvə proqramı üzrə danışıqlarda vasitəçilik edib. Sonuncu raund şənbə günü baş tutmalı idi, lakin İsrailin hava zərbələri səbəbilə ləğv olunub.

    Qətər isə daha əvvəl İran və İsrail arasında təmaslarda vasitəçi kimi çıxış edib.

    Həm Oman, həm də Qətər Tehran və Vaşinqtonla yaxşı münasibətlərə malikdirlər, eyni zamanda İsraillə də birbaşa əlaqələrə sahibdirlər.

  • Velosiped sürmək demensiya riskini azaltmağa kömək edə bilər

    Yeni araşdırmaya görə, orta yaşda müntəzəm olaraq velosiped sürmək demensiya riskini azalda və beyin sağlamlığını qoruya bilər.

    Median.Az xarici mətbuata istinadla xəbər verir ki, tədqiqat insanların necə hərəkət etməsi ilə demensiya və beyin strukturunun inkişaf riski arasındakı əlaqəni araşdırmaq məqsədi daşıyıb. Müəyyən edilib ki, avtomobil və ya ictimai nəqliyyatı idarə etmək kimi qeyri-aktiv hərəkət növləri ilə müqayisədə velosiped sürmək və piyada gəzmək kimi aktiv hərəkət növləri daha aşağı korrektə edilmiş demensiya inkişafı riskinə bağlıdır.

    Çin və Avstraliya alimləri 13 il ərzində 479 min 723 iştirakçıdan əldə edilmiş məlumatları qiymətləndiriblər. Məlumatlar “UK Biobank” deidentifikasiya edilmiş genetik, həyat tərzi və sağlamlıq məlumatlarını ehtiva edən genişmiqyaslı biotibbi məlumat bazasından əldə edilib.

    Tədqiqat iştirakçılarının ilkin orta yaşı 56,5 il idi. Onlar demensiyadan əziyyət çəkmirdilər və yeriyə bilirdilər.

    İştirakçılardan son dörd həftə ərzində işə gediş-gəliş istisna olmaqla, səyahət üçün ən çox hansı nəqliyyat növlərindən istifadə etdikləri soruşulub. Cavablar dörd qrupa bölünmüşdü: qeyri-aktiv, gəzinti, qarışıq gəzinti, velosiped sürmə və qarışıq velosiped sürmə.

    İştirakçıların təxminən yarısı qeyri-aktiv idi, 6,8 faizi piyada, 37 faizi qarışıq gəzinti qrupuna, 7 faizi isə velosiped sürmə və qarışıq gəzinti qrupuna daxil idi.

    On üç illik müşahidə zamanı 8845 demensiya və 3956 Altsheymer xəstəliyi halı qeydə alınıb. Araşdırma göstərib ki, velosiped sürmək və qarışıq velosiped sürmək demensiyanın üç formasının inkişaf riskini azaldır: Altsheymer xəstəliyi, gənc yaşda başlayan demensiya və gec başlayan demensiya.

  • Yüz yaşlı avtomobili sintetik yanacaqla işlətdilər

    1970-ci ilədək iustehsal olunmuş avtomobillərin saxlanması və istismarında çətinliklər çoxdur.

    Əgər 50 yaşlı maşının istismarı üçün yanacaq tapmaq çətinlik yaratmırsa, daha köhnə maşınlarla bağlı vəziyyət fərqlidir.

    Mütəxəssislər 1926-cı ildə istehsal edilmiş Bugatti Royale Coupe modeli üçün sitetik yanacaq hazırlayıblar. Yeni yanacaq Fransanın Müluz şəhərindəki avtomobil muzeyində sınaqdan çıxarılıb.

    Cəmi 6 ədəd istehsal olunmuş model 13 litrlik 300 at gücündə 8 silindrli mühərriklə təchiz edilib. əvvəllər aviasiya üçün nəzərdə tutulmuş mühərrikin iştahı da böyükdür: hər 100 kilometrə 50 litr.

    Yeni yanacaq hazırlayanların məqsədi mühərrikin konstrruksiyasına dəyişiklik etmədən işlənmiş qazların həcmini azaltmaq olub.

    Muzeyin həyətində bir neçə dövrə vurduqdan sonra avtomobil yenidən qapalı sahəyə qaytarılıb. Sınaq yoxlaması zamanı mühərrikə edilən yeganə dəyişiklik alışdırma bucağının bir qədər geri çəkilməsi olub. Bu proseduru 20-25 il əvvələdək bütün sürücülər bacarırdı.
    //avtosfer.az

  • Bu institut “Toyota” aldı – 200 minə yaxın pul ödədi

    S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu tərəfindən elan olunmuş xidməti nəqliyyat vasitələrinin satınalması üzrə tenderə yekun vurulub.

    Median.Az “FED.az”a istinadən xəbər verir ki, keçirilmiş satınalma nəticəsində qalib adını “Toyota-Bakı Mərkəzi” MMC qazanıb. Şirkət xidməti avtomobili 185.300 AZN məbləğində təqdim edəcək.

    Qeyd edək ki, satın alınacaq avtomobilin markası “Toyota”, istehsal ili 2025, rəngi qara, komplektasiyası isə 5 oturacaqlıdır.