Month: June 2025

  • Marketlərdə bu pulların qəbulu DAYANDIRILDI

    Gündəlik alış-veriş zamanı bir çox vətəndaşın qarşılaşdığı problemlərdən biri də zədələnmiş və ya köhnəlmiş əskinaslarla bağlıdır. Kağız pulların sürətlə cırılması, əzilməsi və ya digər fiziki zədələrə məruz qalması həm alıcıları, həm də satıcıları çətin vəziyyətdə qoyur. Xüsusilə kiçik nominallı əskinasların tez bir zamanda dövriyyədən çıxması onların istifadəsini çətinləşdirir. Lakin məsələnin daha ciddi tərəfi – 50 manat və ya daha yüksək dəyərli zədələnmiş əskinasların aqibətidir. Bu hallarda vətəndaşlar həmin pulların dəyişdirilməsi və ya qəbul edilməsi ilə bağlı aydın mexanizmlərə ehtiyac duyurlar.

    Bəs belə hallarda nə etmək lazımdır?

    Median.Az xəbər verir ki, məsələ ilə bağlı danışan iqtisadçı Xalid Kərimli “News24.az”a bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə görə, Mərkəzi Bank bəzi şərtlərlə zədələnmiş əskinasların dəyişdirilməsini təmin edir:

    “Market və ya bank zədələnmiş pulu qəbul etməyə bilər, lakin AMB bu vəzifəni üzərinə götürür. Market də, bank da pulu götürməyə bilər, amma Mərkəzi Bank götürür. AMB-nın nəğd pul ofisi var. Əgər pulun bir tərəfi tam olaraq saxlanılıbsa, pulun 60 faizi qalırsa və seriya nömrəsi varsa, pul dəyişdirilir. Yox əgər pul müxtəlif hissələrə bölünübsə, hər iki seriya nömrəsinin olması vacibdir”.

    İqtisadçı qeyd edib ki, zədələnmiş əskinasın dəyişdirilməsi üçün bir neçə əsas şərt mövcuddur:

    “Bunlardan bəziləri, əskinasın ən azı 60 faizi qorunub saxlanmalıdır, seriya nömrəsi görünən vəziyyətdə olmalıdır, pul bütöv olmasa, hissələrdə hər iki seriya nömrəsi olmalıdır.Mərkəzi Bankın rəsmi məlumatlarına görə, vətəndaşlar belə əskinaslarla AMB-nın nəğd pul ofisinə müraciət edərək onların dəyişdirilməsini tələb edə bilərlər. Bu xidmət ödənişsiz şəkildə həyata keçirilir”.

    Qeyd edək ki, bu qaydalar həm milli valyuta olan manatlara, həm də bəzi hallarda Mərkəzi Bankın qəbul etdiyi xarici valyutalara şamil oluna bilər. Əlavə məlumat və dəqiq təlimatlar üçün vətəndaşlara Azərbaycan Mərkəzi Bankının rəsmi internet səhifəsinə və ya müvafiq nəğd pul ofislərinə müraciət etmələri tövsiyə olunur.

  • Эрдоган и Шахбаз Шариф обсудили напряженность между Израилем и Ираном

    Состоялся телефонный разговор между президентом Турции Реджепом Тайипом Эрдоганом и премьер-министром Пакистана Шахбазом Шарифом.

    Об этом пакистанский премьер написал на своей странице в соцсети X.

    Отмечается, что стороны обсудили ситуацию в регионе после нападения Израиля на Иран: “Мы согласились, что такие действия являются явным нарушением международного права и угрозой региональному миру”.

    Премьер-министр во время телефонного разговора еще раз подтвердил свою приверженность миру, многосторонней дипломатии, в том числе в рамках ООН и Организации исламского сотрудничества.

  • Ərdoğan və Şahbaz Şərif İsrail-İran gərginliyini müzakirə ediblər

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Pakistanın Baş naziri Şahbaz Şərif arasında telefon danışığı olub.

    Bu barədə Ş.Şərif “X”dəki hesabında yazıb.

    Qeyd olunub ki, tərəflər İsrailin İrana hücumundan sonra regiondakı durumu müzakirə ediblər: “Biz razılaşdıq ki, bu cür hərəkətlər beynəlxalq hüququn açıq şəkildə pozulması və regional sülhə təhdiddir”.

    Baş nazir telefon danışığı zamanı BMT və İslam Əməkdaşlıq Təşkilatı da daxil olmaqla sülhə, çoxtərəfli diplomatiyaya sadiqliyini bir daha təsdiqləyib.

  • Avtobus zolaqlarının statusu dəyişir? – Tıxaclara təsiri

    Avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri mindirib-düşürməsi üçün xüsusi yerlər yaradılır. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, bu yerlər əsas cəlbetmə məntəqələri, nəqliyyat vasitələrinin rahat manevr etməsi və sərnişinlərin təhlükəsizliyi nəzərə alınmaqla təşkil edilir. Qeyd olunub ki, məqsəd avtobus zolaqlarında ictimai nəqliyyatın hərəkətinə mane olmadan sərnişinlərin minib-düşməsinə imkan yaratmaqdır.

    Nəqliyyat sahəsi üzrə ekspert Adil Nəbiyev “Yeni Müsavat”a şərhində bildirib ki, Avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri mindirib-düşürməsi üçün xüsusi yerlərin ayrılması müsbət haldır. A.Nəbiyev vurğulayıb ki, bu qərar çoxdan verilməli idi:

    “Çox yerdə qırıq-qırıq xətt çəkilməyib, bu cür xətləmə döngəyə çatmamış edilir. İkinci zolaqda dönmə həm təhlükəlidir, həm də qayda pozuntusudur. Çox yerdə bu nişanlanma edilməyib. Bu isə yolverilməz haldır. Hələ ki, bu istiqamətdə iş görülmür. Digər tərəfdən minik avtomobilləri avtobus zolağına girə bilmirlər, dərhal cərimələnirlər, avtobuslar isə minik avtomobillərinin zolağına rahat şəkildə daxil ola bilirlər, amma cərimə olunmurlar. Dayanma-durma nişanları ilə bağlı vəziyyət də ürəkaçan deyil, hər yerdə quraşdırılıb, amma məhəl qoyan yoxdur. Əslində bayram günlərində dayanmağa icazə var, lakin reallıqda yoxdur. Həftənin tək və cüt günləri üçün dayanma-durma nişanlarını tətbiq etmək lazımdır ki, dayanma-durma problemi həllini tapsın. Bir məsələyə də diqqət çəkmək istəyirəm ki, şəhərin bəzi hissələrində saatlar qoyulmayıb. Bəzi prospektlərdə tıxac olmur, odur ki, avtobus zolağının çəkilməsi, minik avtomobillərinə məhdudiyyət qoyulmasının əhəmiyyəti yoxdur. Düşünürəm ki, şəhərin hər yerində yalnız pik saatlarda-səhər saat 07:00-dan-10:00-a qədər, axşamlar isə 17:00-dan 20:00-a qədər olan müddətdə məhdudiyyət tətbiq olunmalıdır. Pik saatlarda monitorinq aparılmasına ehtiyac var. Axının tənzimlənməsi üçün bu məqsədəuyğun olar. Eyni zamanda tıxacların qarşısını almaq üçün reversiv işıqforlara ehtiyac var. Qanunvericilikdə nəzərdə tutulsa da, tələb olsa da, təəssüf ki, reallıqda tətbiq olunmur. Avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri mindirib-düşürməsi üçün xüsusi yerlər yaradılmasının tıxaca heç bir xeyri olmayacaq. Sərnişinləri mindirib-düşürənə qədər avtobuslar gözləməyə məcbur olacaqlar. Ümid edək ki, qəzalar olmayacaq. Məsələn, yolda 3 zolaq varsa, avtomobillər tıxacda dayanan zaman avtobuslar sürətlə keçib gedir. Halbuki, belə olmamalıdır. Bu, piyadalar üçün risk yaradır”.

    Nəqliyyat eksperti Elməddin Muradlı isə bildirib ki, avtobus zolaqlarının olduğu, nəqliyyat baxımından konflikt yaşanan bütün ərazilərdə bu tip həll yolları tətbiq olunmalıdır:

    “Axşam saatlarında daha bir belə məntəqənin yaradıldığının şahidi olduq. Bu məntəqə Yusif Səfərov küçəsində, Neftçilər xəstəxanasının qarşısında yerləşir. Həmin ərazidə yalnız taksilərə deyil, digər minik avtomobillərinə də sərnişin mindirib-düşürməyə icazə verilir. Qeyd edim ki, orada dayanma və durma tam qadağandır. Sadəcə sərnişin mindirib-düşürmək məqsədilə qısa müddətli, təxminən 3 dəqiqəyə qədər dayanmağa icazə verilir. Belə məntəqələrə şəhərin digər hissələrində də ehtiyac var – xüsusilə 20 Yanvar dairəsi ətrafında, Ziya Bünyadov prospektində və digər əsas yollarda. Eyni zamanda avtobus zolaqlarının problem yaratdığı əsas küçələrdən biri də Neftçilər prospektidir. Bu ərazilərdə də oxşar məntəqələrin yaradılması vacibdir”.

    Ekspert qeyd edib ki, demək olar ki, Bakıda avtobus zolağı olan bütün ərazilərdə taksi sürücüləri və digər minik avtomobili sahibləri çətinlik çəkirlər:

    “Taksi sürücüləri zolağa daxil olub sərnişin götürməyə tərəddüd edirlər. Bəziləri ikinci zolaqda dayanaraq sərnişin mindirir və ya düşürür ki, bu da ciddi təhlükə yaradır. Çünki avtobus zolağına daxil olduqda sürücülər 100 manat cərimə və 2 cərimə balı ilə üzləşirlər. Digər zolaqda dayananda isə bu, 80 manat və yenə 2 bal ilə cəzalandırılır. Bu vəziyyət nə sərnişinlər, nə də sürücülər üçün uyğun deyil. Biz bu mövzuya dəfələrlə toxunduq, aidiyyəti qurumlara təkliflərimizi verdik. Nəhayət, AYNA bu məsələni nəzərə aldı və icrasına başladı. Sevindirici haldır ki, bu proses artıq başlayıb”.

  • Kreditlə telefon ala bilmədi, araq içib “İrşad” mağazasını qarət etdi

    Tovuz şəhərində yerləşən “İrşad” elektronika mağazasından oğurluq edən şəxsə hökm oxunub. Hadisəyə səbəb mağaza tərəfindən ona kreditlə telefon verilməməsi olub.

    Qaynarinfo-nun məlumatına görə, 1969-cu il təvəllüdlü Tovuz rayon sakini Tərlan Məmmədov (şərti ad) saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 177.2.3 (gecə vaxtı oğurluq) və 177.2.4 (yaşayış yerindən, habelə digər bina və tikililərdən oğurluq) maddələri ilə cinayət işi açılıb. İşı məhkəmədə baxılıb.

    Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, “İrşad” mağazasına gedərək bir telefon bəyənib və onu kreditlə almaq istəyib. Lakin kredit verilmədiyi üçün narazı qalıb. Şəhid qardaşı olduğunu deyən Tərlan buna əsəbiləşib və evə gedərək içki qəbul edib. Daha sonra – gecə saat 03:15 radələrində mağazaya qayıdıb və giriş qapısındakı asma qıfılı əlindəki metal armatur parçası ilə sındıraraq içəri daxil olub.

    O, ümumi dəyəri 5699,96 manat olan müxtəlif markalara məxsus dörd mobil telefonu oğurlayaraq evində gizlədib. Hadisədən sonra polis tərəfindən saxlanılıb və cinayətini etiraf edib.

    Məhkəmənin hökmü ilə Tərlan Məmmədov 2 il 3 ay 4 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. Eyni zamanda onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək məhkəmə zalından azadlığa buraxılıb.

  • İcra başçısının qalmaqallı nümayəndəsi həbs edilib (SƏBƏB)

    Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadənin Yuxarı Seyidlər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İntizam Məmmədov inzibati qaydada həbs olunub.

    Qaynarinfo-nun əldə etdiyi məlumata görə, dövlət məmuru “3 yol” adlanan ərazidə səs-küy salaraq nalayiq ifadələr işlətməsi və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması səbəbilə saxlanılıb.

    İntizam Məmmədov Zərdab şəhərinin “Bayraq Meydanı” adlanan hissəsində “Renault Megane” markalı avtomobili idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə DYP əməkdaşları tərəfindən saxlanılıb. Lakin o, bu haldan əsəbiləşərək yol polislərindən birinə “gəl sənə hörmət edim, çıxım gedim” deyib və nəqliyyat vasitəsi ilə ərazidən uzaqlaşıb.

    Daha sonra o, “3 yol” adlanan ərazidə yenidən saxlanılıb və bu zaman yüksək səslə nalayiq ifadələr işlədərək ictimai asayişi pozub. Hətta polis əməkdaşlarını hədələyib.

    1961-ci il təvəllüdlü İntizam Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddələri ilə protokol tərtib olunub və iş baxılması üçün məhkəməyə göndərilib.

    Məhkəmədə ifadə verən İntizam Məmmədov həmin gün əsəbi olduğunu, bank kartının bloklanması səbəbindən gərginlik yaşadığını və bu səbəbdən özünü itirərək hadisəni törətdiyini etiraf edib. O, səhvini başa düşdüyünü bildirib və yaşını, səhhətini və dövlət məmuru statusunu nəzərə alaraq cəzanın yüngülləşdirilməsini xahiş edib.

    Lakin məhkəmə onun barəsində 8 sutka inzibati həbs qərarı çıxarıb. Qeyd edək ki, İntizam Məmmədovun həbs müddəti artıq başa çatıb və o, azadlığa buraxılıb.

    Əlavə olaraq bildirək ki, İntizam Məmmədov 2018–2021-ci illərdə nümayəndəliyin baş mühasibi Bənövşə Əhmədova ilə qabaqcadan əlbir olaraq vəzifə səlahiyyətlərini aşmaqda və dövlət əmlakını mənimsəməkdə şübhəli bilinib. 2024-cü ilin mart ayında barəsində Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən mənimsəmə) və 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi açılıb.

  • Qorxunc araşdırma: Ətirlər sağlamlığımız üçün zərərli ola bilərmi?

    Alimlər ətir və losyonların insan bədənini əhatə edən kimyəvi müdafiə zonasına necə təsir etdiyini araşdırırlar. Əldə edilən məlumatlar göstərir ki, qoxularla birlikdə yayılan kimyəvi maddələr bu şəxsi qoruyucu hava təbəqəsində dəyişiklik yarada bilər.

    Gündəlik həyatda ətir vurmaq və ya losyon istifadə etmək insanın özünü daha yaxşı hiss etməsinə səbəb ola bilər. Ancaq bu vərdişlərin bədənin təbii müdafiə mexanizmləri ilə toqquşduğunu heç düşünmüsünüzmü? Yeni elmi araşdırmalar göstərir ki, şəxsi qulluq məhsulları insan bədəninin ətrafındakı görünməz kimyəvi müdafiə sahəsinə təsir edə bilər.

    Alimlərin “oksidləşmə zonası” adlandırdığı bu sahə bədəni əhatə edir və şəxsi hava filtri kimi fəaliyyət göstərir. Dərinin səthindəki yağlar havadakı ozonla reaksiyaya girdikdə hidroksil radikalları (OH) adlanan molekullar yaranır. Bu molekullar ətrafdakı zərərli maddələrlə qarşılıqlı təsirə girərək onları zərərsizləşdirməyə kömək edir.

    Lakin ətir və losyon kimi məhsullar bu təbii prosesə müdaxilə edə bilər. Aparılan bir tədqiqatda, nəzarətli qapalı məkanda olan iştirakçılar ətir istifadə etdikdə, onların dərisindən etanol və fenoksietanol kimi uçucu maddələrin havaya yayıldığı müşahidə olunub. Bu maddələr xüsusilə baş və üz bölgəsində toplanaraq normal hava səviyyələrini aşır.

    Araşdırmanın növbəti mərhələsində otağa ozon buraxılaraq təbii kimyəvi reaksiyanın necə dəyişdiyi izlənilib. Kokulu məhsullar istifadə olunduqda, hidroksil radikallarının miqdarında 30%-dən çox azalma qeydə alınıb. Bu isə o deməkdir ki, belə məhsullar yalnız qoxu deyil, həm də ətrafımızdakı havanın kimyəvi tərkibinə təsir göstərə bilər.

    Araşdırma bu təsirlərin uzunmüddətli sağlamlıq nəticələrini öyrənmir, lakin əldə edilən nəticələr göstərir ki, xüsusilə qapalı mühitlərdə bu kimyəvi qarşılıqlı təsirlərin tənəffüs sağlamlığı baxımından nə məna daşıdığı yenidən düşünülməlidir. Onsuz da çirklənmiş şəhər havası fonunda, bədənin özünün yaratdığı bu kimyəvi müdafiə sahəsinin qorunması bəlkə də düşündüyümüzdən daha önəmlidir.
    //qaynar.az

  • İnsanlar hansı yaşda valideynlərinə oxşamağa başlayır?

    Böyük Britaniyada aparılan yeni bir sorğuya görə, insanlar müəyyən bir yaşda daha ciddi və düşüncəli davranmağa başlayaraq, gənclikdəki qayğısız münasibətlərini tərk edir və tədricən valideynlərinə bənzəyirlər.

    Qaynarinfo xəbər verir ki, “YourTango” nəşrinin yazdığına görə, bu dəyişimin baş verdiyi orta yaş artıq dəqiq müəyyən olunub.

    “M&S Credit Card” şirkətinin apardığı sorğunun nəticələrinə əsasən, insanların valideynlərinə bənzəməyə başladığı orta yaş 43-dür. “The Times” üçün bu araşdırmanı işıqlandıran Corciya Lambertin sözlərinə görə, qadınlarda bu proses 42 yaşda başlayır, kişilər isə əsasən 45 yaşa çatdıqda valideynlərinə oxşamağa başlayırlar.

    Qeyd edək ki, valideynlərə bənzəmək mütləq mənfi hal deyil. Sorğuda iştirak edənlərin 27%-i bu dəyişiklikləri “əyləncəli” hesab etdiklərini bildiriblər. Respondentlərin 58%-i isə bu cür davranışları öz partnyorlarında açıq şəkildə müşahidə etdiklərini qeyd ediblər. Üstəlik, 95%-i bu meylin yaş artdıqca daha da gücləndiyini etiraf edib.

    Sorğuda iştirak edənlər bu bənzəmənin bir neçə əsas əlamətini qeyd ediblər. Bunlar arasında ilk yeri hava şəraitindən şikayətlənmək tutur – 36%. İkinci sırada divanda tez yuxuya getmək – 33%, üçüncü yerdə isə rahat geyimlərə üstünlük vermək – 31% göstərilib. Dördüncü və beşinci yerdə isə saat 22:00-dan əvvəl yatmaq və ətrafdakıların insanı valideynlərinə bənzətdiklərini deməsi (hər ikisi 27%) qərarlaşıb.

    Bununla belə, qeyd olunmalıdır ki, bu sorğu yumoristik xarakter daşıyır və hava haqqında şikayətlərin valideynə bənzəmənin yeganə göstəricisi olması ciddi elmi nəticə kimi qəbul edilməməlidir.

  • Stiv Cobsun xoşbəxtlik və uğur üçün əsas tövsiyəsi – Alimlər onunla razıdır

    “Apple” şirkətinin həmtəsisçisi, milyarder Stiv Cobsun fikrincə, uğura aparan yol dar ixtisaslaşmadan deyil, müxtəlif təcrübələrdən keçir. Maraqlıdır ki, müasir elmi araşdırmalar da bu yanaşmanı təsdiqləyir.

    Ənənəvi yanaşmaya görə, insan nə qədər tez müəyyən bir sahəyə fokuslansa, bir o qədər uğura çata bilər. Lakin Inc.com-un yazdığına əsasən, Cobs bu fikirlə razı deyil və hesab edir ki, dar baxış tərzi insanı məhdud qərarlar verməyə vadar edir.

    Vərdişin və bacarıqların formalaşmasında müxtəliflik önəmlidir

    2020-ci ildə “Journal of Sports Sciences” jurnalında dərc olunmuş araşdırma göstərib ki, müxtəlif idman sahələrində təcrübəsi olan idmançılar, eyni məşq müddəti ərzində, daha sürətlə bacarıq qazanırlar. Eyni prinsip karyera inkişafı üçün də keçərlidir.

    Məsələn, bir araşdırmada müəyyən olunub ki, karyerasına erkən başlayanlar qısa müddətdə daha çox qazansalar da, daha gec ixtisaslaşan şəxslər öz bacarıq və şəxsiyyətlərinə daha uyğun iş tapmaqla bu fərqi qapatmağı bacarırlar.

    Stiv Cobs bu barədə belə deyirdi: “Sənayemizdə bir çox insanın təcrübəsi kifayət qədər müxtəlif deyil. Bu da onların məsələlərə dar çərçivədən yanaşmasına və xətti həll yolları təklif etməsinə səbəb olur”.

    Uğur hər yaşda mümkündür

    Yaxın keçmişdə aparılmış digər bir araşdırmada 2,7 milyon startap analiz olunub və müəyyən olunub ki, ən uğurlu texnoloji startapların təsisçilərinin orta yaşı 45-dir. 50 yaşlı təsisçilərin 25 yaşlılardan təqribən 3 dəfə daha uğurlu startap yaratdığı məlum olub. 60 yaşlılar isə 30 yaşlılara nisbətən ən azı 3 dəfə daha uğurlu layihələr qururlar və 0,1% ən uğurlu şirkətlər siyahısına düşmək ehtimalları da ikiqat yüksəkdir.

    Müxtəliflik xoşbəxtliyi də artırır

    “Nature Neuroscience” jurnalında dərc olunmuş araşdırmaya görə, yeni və müxtəlif təcrübələr insanın xoşbəxtliyini artırır. “Journal of Consumer Research” jurnalının məlumatına əsasən isə, uzun zaman dilimlərini fərqli fəaliyyətlərlə doldurmaq zamanı daha mənalı və stimullaşdırıcı edir ki, bu da ümumi xoşbəxtlik səviyyəsini yüksəldir. Əksinə, qısa zamanları müxtəlif fəaliyyətlərlə doldurmaq zamanı daha az məhsuldar hiss etdirir və nəticədə insan özünü daha az xoşbəxt hiss edir.

    Xatırladaq ki, daha əvvəl milyarder Vorren Baffet də uğur üçün mühüm tövsiyə vermişdi. Onun sözlərinə görə, insan özündən daha bacarıqlı şəxslərlə ünsiyyətdə olmalıdır ki, inkişaf üçün stimullaşsın və bu insanlara bənzəməyə çalışsın.

  • 241 nəfərin öldüyü qəza ilə bağlı iddia: Köməkçi pilot səhvən yanlış qolu qaldırıb?

    Hindistanın Qucarat ştatının Əhmədabad şəhərində havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayan “Air India” təyyarəsinin faciəvi sonluğuna çox sadə bir səhv səbəb ola bilər. Qəza ilə bağlı gündəmə damğa vuran iddia isə beynəlxalq medianın diqqət mərkəzinə çevrilib.

    Əhmədabad şəhərində yerləşən Sardar Vallabhbhai Patel beynəlxalq hava limanından Londondakı “Gatwick” hava limanına yollanan “Air India”ya məxsus sərnişin təyyarəsi iki gün əvvəl havaya qalxdıqdan dərhal sonra qəzaya uğrayıb. “Air India” hava yolları şirkəti “Air India 171” reysində 242 sərnişin və heyət üzvünün olduğunu, onlardan 169 nəfərinin Hindistan, 53 nəfərinin Böyük Britaniya, 1 nəfərinin Kanada, 7 nəfərinin isə Portuqaliya vətəndaşı olduğunu açıqlayıb.

    Şirkət qəzada 241 nəfərin həlak olduğunu, yalnız bir nəfərin sağ qaldığını və müalicə aldığını təsdiqləyib. Hadisənin səbəbləri ilə bağlı rəsmi açıqlama verilməsə də, Hindistanın mülki aviasiya naziri Ram Moxan Naidu məsələ ilə bağlı araşdırma başladıldığını bəyan edib.

    Təyyarədən sağ çıxan yeganə sərnişin, 40 yaşlı Rameş Vışvaşkumar baş verənləri belə təsvir edib: “Havaya qalxdıqdan təxminən 30 saniyə sonra güclü bir gurultu eşidildi və təyyarə yerə çırpıldı. Hər şey çox sürətlə baş verdi”.

    Çox sadə bir səhv ola bilər

    Londona yola düşən “787 Dreamliner” tipli təyyarə havaya qalxdıqdan az sonra hündürlük itirməyə başlayıb və Qucarat ştatının Əhmədabad şəhərindəki yaşayış sahəsinin üzərinə düşərək alova bürünüb.

    Qəzanın səbəbi hələ də məlum olmasa da, kommersiya təyyarələrinin qəzalarını təhlil edən və “YouTube” platformasında fəaliyyət göstərən pilot, Kapitan Stiv hadisə ilə bağlı diqqətçəkən bir ehtimal irəli sürüb. “Daily Mail” nəşrində yer alan xəbərə görə, 200-dən çox insanın həyatını itirdiyi qəzanın səbəbi son dərəcə sadə bir səhv ola bilər.

    Kapitan Stiv baş verənləri belə izah edir: “Düşünürəm ki, təyyarəni idarə edən pilot köməkçi pilota vaxtında eniş təkərlərini toplamasını tapşırıb. Amma köməkçi pilot səhvən flap (qanadın istiqamətləndirici hissəsi) qolunu çəkərək flapları yığıb, yəni qanadları qaldırmaq əvəzinə, flapları yığaraq qaldırma qüvvəsini azaldıb. Əgər bu, doğrudursa, təyyarənin niyə havada qala bilmədiyini böyük ölçüdə izah edir”.

    Stiv qeyd edib ki, flapların yığılması nəticəsində təyyarə sürətlə hava müqavimətini və hündürlüyü itirər və pilot bu vəziyyəti idarə etməkdə çətinlik çəkərdi. O, nəzəriyyəsini belə izah edib:

    “787 model təyyarənin kompozit qanadları adətən qalxış zamanı yuxarı doğru əyilir; bu, havaya qalxmağı təmin edən qaldırma qüvvəsinin nəticəsidir. Amma “Air India” təyyarəsinin qalxışı zamanı belə bir əyilmə müşahidə olunmayıb. Bu da, təyyarənin qalxışını təmin edən flapların səhvən yığıldığına dair iddiaları gücləndirir”.

    Cəmi 10 dəqiqə gecikdi, möcüzəvi şəkildə sağ qaldı

    Digər tərəfdən, “Air India” təyyarəsini cəmi 10 dəqiqə fərqlə qaçıran bir sərnişin qəzanın dəhşətindən möcüzəvi şəkildə xilas olub.

    BBC-yə danışan Bxumi Çauhan adlı sərnişin bildirib ki, Əhmədabad hava limanına yola çıxıblar, lakin tıxac səbəbindən uçağa gecikiblər.

    Böyük Britaniyanın Bristol şəhərində yaşayan və həyat yoldaşı ilə birlikdə Hindistana səfər edən Çauhan baş verənləri belə izah edib: “Saat 12:20-də hava limanına çatdıq. Qalxışa təxminən bir saat qalmış orada idik, amma biniş prosesi artıq başlamışdı. Onlayn qeydiyyatdan keçmişdim, amma personal məni təyyarəyə buraxmadı. Çox əsəbiləşdik, sürücüyə hirsləndik və hava limanından ayrıldıq”.

    Hava limanının yaxınlığında çay içmək üçün dayandıqları zaman, səyahət agentliyi ilə biletin geri qaytarılması haqqında danışarkən təyyarənin qəza etdiyini öyrəndiyini bildirən Çauhan əlavə edib: “Bu, tamamilə bir möcüzədir. Hələ də inana bilmirəm. Əgər bir az daha tez çıxmış olsaydım, bu gün həyatda olmayacaqdım”.
    //qaynar.az