Month: June 2025

  • Vahid pasport sistemi yaradıldı

    Ölkə ərazisində qeydiyyatda olan tarix mədəniyyət abidələrinin vahid pasportu olacaq.

    Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülən abidələrlə bağlı elmi və faktiki məlumatları özündə əks etdirən sənəd – pasport vahid forma və qaydada deyil, hər bir qurum (Mədəniyyət Nazirliyi, Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi) tərəfindən fərdi qaydalarda hazırlanırdı. Bu baxımdan, daşınmaz mədəni irs nümunələrinin qorunması və pasportlaşdırılmasını həyata keçirən bütün dövlət orqanları üçün ümumi, vahid qaydaların və vahid pasport formasının təsdiq edilməsi zərurəti yaranmışdı.

    Bu məqsədlə Mədəniyyət Nazirliyi tərəfindən “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik təklif edilib. Həmin təkliflər əsasında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən daşınmaz mədəni irs nümunələrinin qorunması və pasportlaşdırılmasını həyata keçirən bütün dövlət orqanları üçün ümumi, vahid qaydalar və pasport forması təsdiq olunub.

    Qeyd edək ki, qanunvericiliyə edilən yeni dəyişiklik mədəni sərvətə vahid qaydalar əsasında pasportun verilməsi, abidə pasportunun nümunəvi formasının müəyyən olunması, eləcə də ölkə üzrə pasportlaşma ilə bağlı elektron məlumat bazasının yaradılması üçün hüquqi əsas yaradır.

  • Maliyyə Nazirliyində yeni təyinat

    Maliyyə Nazirliyinin “Məlumat Hesablama Mərkəzi” MMC-nin rəhbəri dəyişib.

    “Report” xəbər verir ki, bu vəzifə Elçin Məmmədova həvalə edilib.

    Məlumata görə, o, bu vəzifədə Elnur İbrahimovu əvəzləyib.

    Xatırladaq ki, “Məlumat Hesablama Mərkəzi” 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 6 min manatdır.

  • Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır? – FOTO

    2025-ci ilin yanvar–mart aylarında Azərbaycana fermentləşdirilməmiş, 3 kiloqramdan çox çəkisi olmayan ilkin bağlamalarda ümumilikdə 30,21 ton yaşıl çay idxal olunub.

    Valyuta.az statistik mənbələrə istinadən xəbər verir ki, bu dövrdə yaşıl çayın ümumi idxal dəyəri 306,97 min ABŞ dolları təşkil edib. İdxal 13 ölkədən həyata keçirilsə də, əsas həcmi Rusiya, Şri-Lanka, Çin və BƏƏ olmaqla 4 ölkənin payına düşüb.

    Ən çox yaşıl çay Rusiyadan gətirilib – 19,41 ton. Bu partiyanın ümumi dəyəri 146,3 min dollar olub. Beləliklə, 1 kiloqram çayın idxal qiyməti təxminən 7,5 dollar və ya 12,81 manat təşkil edib.

    İkinci yerdə Şri-Lanka qərarlaşıb – bu ölkədən 5,04 ton yaşıl çay idxal edilib. 46,97 min dollar dəyərində olan məhsulun 1 kiloqramı 9,3 dollar və ya 15,8 manata başa gəlib.

    Üçüncü yerdə olan Çindən 1,72 ton yaşıl çay alınıb. İdxal dəyəri 16,52 min dollar, 1 kiloqramın qiyməti isə 9,6 dollar və ya təxminən 16,32 manat olub.

    Sonuncu əsas tədarükçü BƏƏ olub. Bu ölkədən 1,67 ton yaşıl çay gətirilib. Dəyəri 19,67 min dollar olan çayın 1 kiloqramı 11,78 dollar və ya 20,3 manat təşkil edib. Bu, dörd ölkə arasında ən yüksək qiymətə başa gələn idxaldır.

  • Bu məhsullar bahalaşacaq – SİYAHI

    Pensiyalar və sosial müavinətlər artan kimi ərzaq qiymətlərinin də bahalaşması Azərbaycanda tez-tez müşahidə olunan bir haldır. Bir tərəfdən artıma sevinən insanları ilk narahat edən məsələ ərzaq qiymətlərində görünən bahalaşma olur.

    Ekspertlər hesab edirlər ki, insanların ən çox pul xərclədiyi sahə qida sektoru olduğu üçün tələb artdıqca təklif də ona uyğunlaşır. Başqa sözlə, marketinq fürsətcilliyi daim ayıqdır, pusquda gözləyir. İstehsalçılar və marketlər çox zaman pensiya və ya maaş artımını əlverişli fürsət kimi dəyərləndirirlər. Yəni, düşünürlər ki, insanlar daha artıq pul aldıqları üçün qiymət artımına qıcıqlanmayacaqlar.

    Qeyd edək ki, iyunun 12-də imzalanmış fərmana əsasən sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin iyulun 1-dən etibarən artırılması nəzərdə tutulur.

    Bəs görəsən artımla daban-dabana yarışan bahalaşma “ənənə”si bu dəfə də gözlənilirmi?

    İqtisadçı ekspert Xalid Kərimli Bizim Media-ya açıqlamasında bildirib ki, bu dəfə narahat olmağa dəyməz. Çünki 10-15% artımın maliyyə yükü inflyasiyanı artıracaq həcmdə deyil:

    “Orta aylıq əməkhaqqı artsaydı bu, qiymətlərə təsir edə bilərdi. Çünki orta aylıq əməkhaqqı artımı əhəmiyyətli artımdır, bütün işləyən şəxsləri əhatə edir. Amma müavinətlərin artımı o gücdə deyil ki, tələb inflyasiyası yaratsın, camaat pul xərcləməyə yer tapmasın, qiymət bahalaşsın. Sosial müavinətləri alan şəxslərin sayı, spektri və artımın məbləği böyük inflyasiya təzyiqi yaratmır”.

    X.Kərimli diqqətə çatdırıb ki, hazırda ölkədəki 6,3% bahalaşmanın daha fərqli səbəbləri var.

    Bunlardan ən əsası keçən il benzinin (A 92) və dizelin qiymətinin qalxmasıdır. Bunun nəticəsində daşınma xərcləri artıb. Bundan başqa bu ilin yanvarında işıq-qaz qiymətlərində də artım oldu ki, bu da sahibkarların xərclərinin artmasına səbəb olub.

    Mərkəzi Bankın bu günlərdə yaydığı bəyanatında deyilir ki, daxili faktorlar əsasında inlyasiyanın tətiklənəcəyi gözlənilmir.

    Burada maraqlı bir fakt da var ki, adətən pensiya və müavinətlərin artımından sonra ilk hədəf kərə yağları olur. Belə düşünülür ki, kərə yağına tələb daim yüksəkdir, yəni Azərbaycan ailəsinin gündəlik istifadə etdiyi əsas məhsullardandır. İstər səhər yeməyində, istərsə də digər yeməklərin və şirniyyatların hazırlanmasında istifadə olunur. Ona görə də hər nə qədər bahalaşsa da, insanlar onu almağa davam edəcəklər. Təkcə kərə yağının qalxması ilə demək olar ki, ərrzaq səbətinə daxil olan əksər məhsulların qiyməti qalxır. Çünki yağ bahalaşsa, şirniyyat məmulatları, restoran və kafelərin menyusundakı yeməklərin qiyməti də qalxacaq.

    X. Kərimlinin sözlərinə görə, son 15 ay ərzində kərə yağının qiymətlərində artım olub. Bunun səbəbi isə daxili faktorlarla əlaqədar deyil:

    “Ümumiyyətlə həm duru, həm kərə yağının idxal qiyməti 30-35% artıb. Qeyd etdiyim kimi daşınma xərclərinin də artmasının yağın qiymətinin qalxmasına təsiri var”.

    İqtisadçı vurğulayıb ki, aprellə müqayisədə may ayında Ümumdünya Ərzaq Təşkilatının ərzaq qiymətləri indeksi stabil qalıb. Buna görə də ciddi ərzaq qiymətləri təzyiqi gözlənilmir.

  • Aviabiletləri daha ucuz necə əldə etmək olar – 7 effektiv yolu

    Əksər insanlar səyahət etməyi sevsə də, təyyarə biletlərinin baha olması bu arzunu reallaşdırmağı çətinləşdirir. Xüsusilə də bayram və yay mövsümündə qiymətlər sürətlə artdığı üçün öncədən planlama vacib olur. Bəzi üsul və vərdişlərlə aviabiletləri daha sərfəli qiymətlərlə əldə etmək mümkündür. Bu, nəinki büdcəyə qənaət etməyə, həm də daha çox istiqamətə səyahət etməyə imkan yaradır. 

    Valyuta.az səyahət sevərlər üçün aviabiletibiletini daha sərfəli qiymətə almağın 7 praktik yolunu təqdim edir.

    Meta-axtarış sistemlərindən istifadə edin

    Bu platformalar müxtəlif aviaşirkətlərin və səyahət saytlarının təkliflərini bir araya gətirərək sizə ən uyğun və sərfəli bilet variantlarını göstərir. Belə sistemlər birbaşa bilet satmasa da, sizi həmin təklifi təqdim edən sayta yönləndirir. Skyscanner, Google Flights və Momondo kimi platformalar bu məqsədlə ən çox istifadə olunan meta-axtarış sistemləridir. Onların köməyi ilə vaxt itirmədən və fərqli saytlara daxil olmadan rahat şəkildə bilet müqayisəsi və sifarişi edə bilərsiniz.

    Bileti əvvəlcədən alın

    Uçuş tarixindən ən azı 1–2 ay əvvəl alınan biletlər, adətən, daha ucuz olur. Eyni zamanda, bəzi hallarda hava yolları reysdə boş qalan yerləri doldurmaq üçün son anda endirim kampaniyaları keçirə bilər. Ancaq bu fürsətlərə arxalanmaq risklidir. Ən yaxşı yol, erkən rezervasiyadır.
    Əlavə tövsiyə: çərşənbə axşamı, çərşənbə və cümə axşamı günləri, həmçinin səhər və axşam saatlarında uçuşlar daha sərfəlidir.

    Gediş-dönüş bileti alın

    Bəzi hallarda yalnız “gediş” bileti almaqdansa, gediş-dönüş bileti daha ucuz başa gəlir. Xüsusilə beynəlxalq uçuşlarda bu üsul daha sərfəlidir. 

    Tarix və istiqamətlərdə çevik olun

    Səyahət tarixində və hava limanında çeviklik ucuz bilet tapmaq şansınızı artırır. Məsələn, əsas şəhərin hava limanı əvəzinə qonşu şəhərə uçmaq daha sərfəli ola bilər. Həmçinin, səyahətinizi iki hissəyə bölmək – əvvəl ölkəyə ucuz uçuşla getmək, sonra isə daxili nəqliyyatla davam etmək də qənaətlidir.

    Hava yollarının bülletenlərinə abunə olun

    Hətta yaxın vaxtlarda səyahət etməyi planlamırsınızsa belə, hava yollarının və səyahət saytlarının e-poçt bülletenlərinə abunə olun. Beləliklə, endirim kampaniyaları, promo kodlar və “last minute” təkliflər haqqında ilk siz xəbər tutacaqsınız. Lakin diqqətli olun, bəzən adi qiymətlər endirim adı ilə təqdim olunur. Qiyməti bir neçə mənbədə yoxlayın.

    İnkoqnito rejimindən istifadə edin

    İnkoqnito rejiminin nə olduğuna nəzər salaq. İnkoqnito rejimi brauzerin internetdə gəzişmə zamanı axtarış tarixçəsi və kukilər kimi məlumatları yadda saxlamadığı gizli rejimdir. Aviaşirkətlər bilet axtarışlarını təkrar gördükdə qiymətləri süni şəkildə artıra bilər, lakin inkoqnito rejimində bu məlumatlar izlənilmədiyi üçün qiymətlər daha dəyişməz qalır.

    Aşağı büdcəli və icarə reyslərini izləyin

    Low-cost (aşağı büdcəli) aviaşirkətlərdə əsas xidmətlər (məsələn, baqaj, yemək və s.) bilet qiymətinə daxil olmasa da, uçuşlar adətən daha ucuz olur. Digər tərəfdən, icarə reyslər (müəyyən bir qrup və ya təşkilat tərəfindən sifariş olunmuş, müntəzəm cədvələ daxil olmayan xüsusi uçuşlar) də sərfəli seçim ola bilər. 

    Turoperatorlar tərəfindən rezerv edilmiş, lakin satılmayan yerlər uçuşdan 48 saat əvvəl daha aşağı qiymətlərlə satışa çıxarılır. Bu reyslər, əsasən, məşhur turistik istiqamətlərə olur.

    Ucuz bilet tapmaq şans işi deyil, araşdırma, planlama və düzgün alətlərin istifadəsi ilə mümkündür. Yuxarıdakı 7 tövsiyəni tətbiq etməklə həm xərclərinizə qənaət edə, həm də daha çox səyahət edə bilərsiniz.

  • Bu 13 avtomobili 2025-ci ildə almağa dəyər

    Krossoverlər dünyanın bir çox ölkəsində ən populyar minik avtomobili növü olaraq qalır. Bu səbəbdən hansı modeli alacağınıza qərar vermək çətin ola bilər.

    Car and Driver 2025-ci ilin ən yaxşı krossoverlərini açıqlayıb. Ekspertlər bu modellərin bütün rəqiblərindən üstün olduğunu bildiriblər.

    2025-ci ilin 13 ən yaxşı krossoverləri:

    1. Honda CR-V

    2. Genesis GV70

    3. Chevrolet Trax

    4. Porsche Macan

    5. Hyundai Ioniq 5

    6. Kia EV6

    7. Mazda CX-50

    8. Volvo XC40

    9. BMW iX

    10. Mazda CX-3

    11. Ford Mustang Mach-E

    12. BMW X1

    13. Buick Envista

    Honda CR-V 2025-ci ilin ən yaxşı krossoveri kimi tanınıb. Ekspertlər bu modeli xoş idarəçiliyə, yüksək quruluş keyfiyyətinə və zəngin avadanlıqlara görə yüksək qiymətləndiriblər.

    Həmçinin vurğulanıb ki, Honda CR-V rahat oturacaqlar və aşağı yanacaq sərfiyyatı təklif edir. Ekspertlərin fikrincə, bu, bir çox gündəlik işlərin öhdəsindən gələ bilən çox praktik avtomobildir.
    //lent.az

  • “Tesla” üçün vəziyyət ürəkaçan deyil – ABŞ-də də qeydiyyatı azalır

    ABŞ-də elektrik avtomobillərinin qeydiyyatına dair yeni məlumatlar göstərir ki, “Tesla”nın satışları aprel ayında 16% azalaraq 39 913 ədəd olub.

    Bu, şirkətin Avropadakı satış azalmalarından sonra ABŞ bazarında da zəifləməyə başladığını göstərir.

    “S&P Global Mobility”nin məlumatına görə, aprel ayında ümumi elektrikli avtomobil qeydiyyatları illik müqayisədə 4,4% azalaraq 2024-cü ilin fevralından bəri ilk dəfə geriləyib. “Tesla”nın bütün modellərində satışlar azalıb, yalnız “Model 3” istisnadır. Şirkət bu durumu “Model Y”nin yeni versiyasına keçidlə əlaqədar istehsalın müvəqqəti dayandırılması ilə izah edib.

    Məlumata görə, “General Motors”un “Chevrolet” markası 215% artımla ikinci yerə yüksəlib, “Ford” isə 33% azalma ilə üçüncü olub.

    Avropada isə vəziyyət daha kəskindir. Apreldə “Tesla”nın Avropadakı qeydiyyatları 49% azalaraq 14 228 ədəd təşkil edib. Fransada may ayında 67%, İsveçdə isə 53,7% azalma qeydə alınıb.

    Satışların azalması, İlon Maskın siyasi fəaliyyətləri və Donald Trampa açıq dəstəyi ilə əlaqələndirilir. Bu, ABŞ və Avropada bəzi alıcıların şirkətə olan münasibətini dəyişib. Eyni zamanda, “GM” və “Cadillac” kimi rəqiblər də bazar payını artıraraq “Tesla” üçün əlavə təzyiq yaradır.
    //valyuta.az

  • Тяжелая авария в Баку: пешеход оказался под колесами автобуса – ВИДЕО

    На улице Гасан бека Зардаби в Ясамальском районе Баку произошло дорожно-транспортное происшествие с участием пассажирского автобуса, следовавшего по маршруту №18.

    Об этом сообщили в компании-перевозчике.

    Отмечается, что в 07:45 два человека, пытавшиеся перейти дорогу в не предназначенном для пешеходов месте, внезапно выбежали на проезжую часть. В этот момент автобус, двигавшийся со скоростью 30-35 км/час, сбил одного из них.

    Пострадавший был немедленно доставлен в больницу, но спасти его жизнь не удалось.

    По данному факту проводится расследование.

  • Bakıda dəhşətli qəza: Piyada avtobusun altında qaldı – ANBAAN GÖRÜNTÜLƏR

    Bu gün səhər saatlarında Bakının Həsən bəy Zərdabi küçəsində yol-nəqliyyat hadisəsi baş verib. Qəza 18 saylı marşrut xətti üzrə hərəkətdə olan avtobusun iştirakı ilə qeydə alınıb.

    Bu barədə daşıyıcı şirkət məlumat verib.

    Bildirilir ki, saat 07:45də piyadalar üçün nəzərdə tutulmayan ərazidən qaçaraq yolu keçmək istəyən iki nəfər qəflətən yolun hərəkət hissəsinə çıxıb. Bu zaman 30-35 km/saat sürətlə hərəkət edən avtobus onlardan birini vurub.

    Yaralı dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Президент Ильхам Алиев поздравил короля Великобритании

    Президент Азербайджана Ильхам Алиев направил королю Великобритании и Северной Ирландии Чарльзу III поздравительное письмо.

    Как сообщает Median.Az со ссылкой на АЗЕРТАДЖ, в послании говорится:

    “Ваше Величество,

    От своего имени и от имени народа Азербайджана рад передать Вам и в Вашем лице всему Вашему народу самые искренние поздравления и наилучшие пожелания по случаю национального праздника Соединенного Королевства Великобритании и Северной Ирландии – Дня Вашего рождения.

    Мы придаем особое значение развитию основанных на добрых традициях связей между Азербайджаном и Соединенным Королевством. Нас радует расширение день ото дня дружественных отношений между нашими странами, взаимовыгодного сотрудничества, охватывающего различные сферы. Компании Вашей страны, являющейся одним из наших важных экономических партнеров, активно участвуют в экономической жизни Азербайджана.

    Продолжающееся на протяжении долгих лет традиционное сотрудничество в энергетической сфере носит стратегический характер. В то же время хотел бы с удовлетворением отметить, что сегодня ведущее место в двусторонней повестке Азербайджана и Соединенного Королевства занимают вопросы развития возобновляемых источников энергии, перехода на зеленую энергию и декарбонизации.

    Уверен, что, используя большой потенциал нашего взаимодействия, мы и впредь будем прилагать совместные усилия для дальнейшего углубления дружественных отношений и сотрудничества между нашими странами.

    Ваше Величество, в этот праздничный день еще раз сердечно поздравляю Вас, желаю Вам крепкого здоровья, долгих лет жизни, счастья, успехов в деятельности на высшем посту, дружественному народу Соединенного Королевства – постоянного благополучия и процветания”.