Month: June 2025

  • “Аякс” близок к подписанию вратаря “Ливерпуля” на правах аренды

    Нидерландский “Аякс” готовится взять в аренду третьего вратаря английского “Ливерпуля” Витезслава Яроша.

    Об этом в соцсети Х заявил журналист Тим ван Дёйен, близкий к амстердамскому клубу.

    “Приход Яроша в “Аякс” – вопрос времени”, – написал он. По словам инсайдера, соглашение не будет включать возможность последующего выкупа.

    Ранее чешское издание Infotbal сообщало, что Ярош продлит контракт и отправится в аренду в одну из топ-5 лиг Европы.

  • “Ayaks” “Liverpul”un qapıçısını icarəyə götürməyə yaxındır

    Niderlandın “Ayaks” klubu İngiltərənin “Liverpul” komandasının üçüncü qapıçısı Vitezslav Yaroşu icarəyə götürməyə hazırlaşır.

    Bu barədə Amsterdam təmsilçisinə yaxın jurnalist Tim van Döyen sosial şəbəkədə bildirib.

    “Yaroşun “Ayaks”a gəlişi zaman məsələsidir”, – o yazıb. İnsayderin sözlərinə görə, razılaşma sonrakı satınalma imkanını ehtiva etməyəcək.

    Xatırladaq ki, daha əvvəl Çexiyanın “Infotbal” nəşri Yaroşun müqaviləsinin müddətini uzadaraq Avropanın top-5 liqalarından birinə icarəyə yollanacağını bildirmişdi.

  • На южных границах Азербайджана радиационное загрязнение не выявлено

    Мобильные группы специалистов Государственного агентства по регулированию ядерной и радиологической деятельности, специального комбината “Изотоп” и Радиационно-химической лаборатории войск Гражданской обороны Министерства по чрезвычайным ситуациям Азербайджана измерили радиационный фон вдоль южных границ страны (по 30 пунктам), в том числе на территории Нахчыванской АР.

    Об этом говорится в совместной информации МЧС и Министерства экологии и природных ресурсов.

    “В ходе обследований не было обнаружено какого-либо загрязнения радиационного фона в окружающей среде. Обследования продолжаются на регулярной основе”, – говорится в сообщении.

    Также отмечается, что с целью непрерывного контроля радиационного фона на территории страны, в том числе в трансграничных регионах, в Астаре, Бейлагане, Зангилане, Садараке и других приграничных районах функционируют автоматические станции Центра мониторинга окружающей среды Минэкологии, посредством которых проводятся ежедневные наблюдения за радиационным фоном.

    “В настоящее время какого-либо загрязнения воздуха не наблюдается”, – указывается в заявлении.

  • Cənub sərhədlərində radiasiya fonunda çirklənmə aşkar edilməyib

    Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi, “İzotop” xüsusi kombinatı və Mülki müdafiə qoşunlarının Radiasiya və kimya laboratoriyasının mütəxəssislərindən ibarət mobil qruplar tərəfindən ölkənin cənub sərhədləri boyunca (30 məntəqə üzrə), o cümlədən Naxçıvan Muxtar Respublikası ərazisində xüsusi cihazlarla radiasiya fonunun ölçülməsi məqsədilə müayinələr aparılıb.

    Bu barədə Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirlikləri Mətbuat xidmətlərinin birgə məlumatında bildirilib.

    Müayinələr zamanı ətraf mühitdə radiasiya fonunda hər hansı çirklənmə aşkar edilməyib. Müayinələr mütəmadi olaraq davam etdirilir.

    Həmçinin, ölkə ərazisində, o cümlədən transsərhəd bölgələrdə radiasiya şəraitinə fasiləsiz nəzarət məqsədilə Astara, Beyləqan, Zəngilan, Sədərək və digər sərhədyanı rayonlarında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin Monitorinqi Mərkəzinin avtomatik stansiyaları fəaliyyət göstərir və bu stansiyalar vasitəsilə radiasiya fonu üzrə gündəlik müşahidələr aparılır.

    Hazırda havada hər hansı bir çirklənmə müşahidə edilməyib.

  • AZAL bəzi istiqamətlər üzrə uçuşların sayını artırır

    Sərnişin axınının artması ilə əlaqədar Azərbaycanın milli aviadaşıyıcısı AZAL iyun ayı ərzində bəzi daxili və beynəlxalq istiqamətlər üzrə uçuşların tezliyini artırır.

    Bu barədə AZAL-dan bildiriblər.

    Qeyd olunub ki, Bakı-Naxçıvan-Bakı marşrutu üzrə artan sərnişin tələbatını nəzərə alaraq, artıq əlavə reyslər planlaşdırılıb. İyun ayında bayram günləri ilə əlaqədar uzunmüddətli istirahət dövründə bu marşrut üzrə uçuşların sayı daha da artırılacaq: bəzi günlərdə reyslərin sayı 12-yə çatacaq. Tələbatın artacağı halda əlavə reyslərin təyin olunması da mümkündür. Ümumilikdə, iyun ayı ərzində Naxçıvan istiqamətində müntəzəm və əlavə reyslər daxil olmaqla 430-dan çox uçuşun yerinə yetirilməsi nəzərdə tutulur.

    Bakı-İstanbul-Bakı marşrutu üzrə əlavə reyslər iyunun 26-sı və 29-da yerinə yetiriləcək ki, bu da həmin günlərdə uçuşların sayını gündəlik 3-ə çatdıracaq.

    Bundan əlavə, AZAL iyulun 2-dən etibarən Mərkəzi Asiya ölkələrinə uçuş proqramını genişləndirir. Daşkənd istiqamətinə əlavə reyslər çərşənbə axşamları, Almatıya çərşənbə günləri, Astanaya isə cümə axşamları yerinə yetiriləcək. Hər bir istiqamət üzrə həftədə 6 reys planlaşdırılıb.

    AZAL sərnişinlərə səfərlərini əvvəlcədən planlaşdırmağı tövsiyə edib. Uçuş cədvəli ilə tanış olmaq və aviabiletləri əldə etmək üçün www.azal.az rəsmi saytına, aviaşirkətin mobil tətbiqinə və akkreditə olunmuş agentliklərə müraciət etmək olar.

  • Bakıda 7 yaşlı uşaq faciəli şəkildə ÖLDÜ

    Bakıda azyaşlı binadan yıxılıb.

    Oxu.az-ın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu Balaəmi Dadaşov küçəsində yerləşən yaşayış kompleksində baş verib.

    Həmin binada yaşayan 2018-ci il təvəllüdlü azyaşlı binanın 8-ci mərtəbəsindəki mənzilin mətbəxinin pəncərəsindən yıxılıb.

    Azyaşlı xəsarətlərlə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

  • İmişlidə 47 yaşlı kişi ov tüfəngi ilə öldürüldü

    İmişlidə güllələnmə hadisəsi baş verib.

    Rayonunun Şəmmədli kəndi ərazisində qeydə alınıb.

    Kənd sakini, 1978-ci il təvəllüdlü Səxavət Qəhrəmanov ov tüfəngi ilə öldürülməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

    Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qətldə şübhəli bilinən 1992-ci il təvəllüdlü Elşən Hüseynov saxlanılıb.

    İlkin ehtimala görə, hadisə şəxsi münaqişə zəminində baş verib.
    //oxu.az

  • В Астаринском районе обнаружено более 207 кг наркотических средств

    В результате мероприятий, проведенных сотрудниками Астаринского таможенного управления, было обнаружено значительное количество наркотических средств.

    Об этом сообщили в Государственном таможенном комитете.

    В Астаринском таможенном управлении был проведен таможенный досмотр транспортного средства, перевозившего “свежие арбузы” из Исламской Республики Иран в Российскую Федерацию транзитом через территорию Азербайджанской Республики. При проверке на стационарной рентгеновской установке в грузе были замечены подозрительные очертания.

    Во время тщательной проверки служебная собака кинологической службы отреагировала на 16 поддонов, и под грузом арбузов были обнаружены скрытые от таможенного контроля 64 упаковки марихуаны общим весом 207 кг 620 г.

  • Astarada 207 kiloqramdan artıq narkotik vasitə aşkar edildi

    Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilib.

    Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

    Bildirilib ki, Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “təzə qarpız” yükü aparan nəqliyyat vasitəsinə Astara Gömrük İdarəsində gömrük baxışı keçirilib. Stasionar rentgen qurğusunda aparılan yoxlama zamanı yükdə şübhəli cizgilər müşahidə edilib.

    Əsaslı yoxlama zamanı kinoloji xidmət iti 16 paletə reaksiya verib və həmin paletlərdəki qarpız yükünün altından gömrük nəzarətindən gizlədilmiş 64 ədəd bağlamada, qablaşdırma ilə birlikdə ümumi çəkisi 207 kiloqram 620 qram narkotik vasitə – marixuana aşkar edilib.

  • “Əfi” ləqəbli tiktoker Əflatun Rüstəmov HƏBS EDİLDİ (EKSKLÜZİV)

    “Əfi” ləqəbli tiktoker Əflatun Rüstəmov polis əməkdaşları tərəfindən saxlanılıb.

    Median.Az-ın əldə etdiyi məlumata görə, onun xırda xuliqanlıq maddəsi ilə həbs edildiyi bildirilir.

    Əflatun Rüstəmovun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) maddəsinə əsasən protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib və inzibati qaydada 13 gün həbs edilib.

    Qeyd edək ki, Əflatun Rüstəmov uzun zamandır “TikTok” sosial şəbəkəsində əxlaqsızlığın təbliği ilə məşguldur. Çəkdiyi videoları qeyri-etik ifadələrlə müşayiət edən tiktoker hətta cinsi azlıqlarla münasibətlərini də lentə alırdı.

    Orxan Rasifoğlu