Month: June 2025

  • Xaçmazda yanğın-taktiki təlim keçirilib – VİDEO

    Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı və Şimal Regional Mərkəzinin iştirakı ilə Xaçmaz rayonu, Xudat şəhərində yerləşən “FoodCity Aqrokompleks” ərazisində “Anbarlarda baş verən yanğınların söndürülməsi və insanların təxliyəsinin təşkili” mövzusunda yanğın-taktiki təlim keçirilib.

    Bu barədə nazirlikdən məlumat verilib.

    Bildirilib ki, təlimin keçirilməsində əsas məqsəd anbar tipli obyektlərdə yanğın baş verdikdə əraziyə cəlb olunan yanğın-xilasetmə qüvvələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi, mümkün yanğınların söndürülməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.

    Təlim zamanı baş vermiş şərti yanğın yerinə operativ çatan Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Şimal Regional Mərkəzinin qüvvələri tərəfindən işçilərin “təhlükəli ərazidən” təxliyə edilməsi və “yaralıların xilas edilməsi”, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatları yerinə yetirilib.

    Təlimə ümumilikdə 6 ədəd texnika və 47 nəfərdən ibarət şəxsi heyət cəlb olunub.

    Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələrin təhlili aparılıb, müvafiq tapşırıqlar verilib.

  • “Real”ın hücumçusu “Arsenal”a keçməkdən imtina edib

    İspaniya təmsilçisi “Real”ın (Madrid) hücumçusu Rodriqo İngiltərənin “Arsenal” klubuna keçməyəcək.

    Braziliyalı futbolçu “Kral klubu”nun heyətində qalmağa üstünük verir.

    Bir müddət əvvəl London kollektivi 24 yaşlı forvardı sıralarına cəlb etmək istəsə də, keçid baş tutmayacaq.

    Ötən mövsüm kifayət qədər meydana çıxa bilməyən Rodriqo yeni baş məşqçi Xabi Alonsonun gəlişindən sonra forma geyinmək şansının artacağına ümid edir.

    Qeyd edək ki, ötən mövsüm bütün turnirlərdə 51 oyuna çıxan Rodriqo 14 qola imza atıb.

  • Более 113 тыс. детей зарегистрированы в 1-е классы на 2025/26 учебный год

    Согласно последним данным, в 2025/26 учебном году в первый класс зарегистрированы около 113 тыс. детей.

    Об этом заявил директор Государственного агентства по дошкольному и общему образованию Эшги Багиров.

    Он отметил, что прием детей в первый класс продолжается до 12 сентября.

  • Yeni tədris ili üzrə 113 minə yaxın uşaq 1-ci sinfə qəbul olunub

    2025-2026-cı tədris ili üzrə bu günə qədər 113 min nəfərə yaxın uşağın birinci sinfə qəbulu tamamlanıb.

    Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.

    O bildirib ki, proses sentyabrın 12-nə qədər davam edəcək.

  • Полиция за сутки нашла 16 пропавших без вести граждан

    В Азербайджане минувшим днем найдены 16 человек, числившиеся пропавшими без вести.

    Об этом сообщили в Министерстве внутренних дел.

    13 июня в результате мероприятий, проведенных сотрудниками полиции, были найдены и переданы соответствующим органам 16 человек, покинувших место жительства, не уведомив членов семьи.

  • Ötən gün itkin düşən 16 nəfər tapılıb

    Ötən gün itkin düşən 16 nəfər tapılıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, iyunun 13-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 16 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

  • Вьетнам присоединился к БРИКС в статусе страны-партнера

    Правительство Бразилии объявило об официальном присоединении Вьетнама в качестве страны-партнера БРИКС.

    Об этом сообщают российские СМИ со ссылкой на МИД Бразилии.

    “Вьетнам становится десятой страной-партнером БРИКС наряду с Беларусью, Боливией, Казахстаном, Кубой, Малайзией, Нигерией, Таиландом, Угандой и Узбекистаном”, – говорится в сообщении.

    Членами БРИКС являются Бразилия, России, Индия, КНР, ЮАР, ОАЭ, Иран, Египет, Эфиопия и Индонезия. Категория стран-партнеров была учреждена на XVI саммите БРИКС в Казани в октябре 2024 года.

  • Vyetnam BRICS-ə tərəfdaş ölkə statusu ilə qoşulub

    Braziliya hökuməti Vyetnamın tərəfdaş ölkə kimi BRICS-ə rəsmən qoşulduğunu elan edib.

    Bu barədə Rusiya mətbuatı Braziliya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

    “Belarus, Boliviya, Qazaxıstan, Kuba, Malayziya, Nigeriya, Tailand, Uqanda və Özbəkistandan sonra Vyetnam da BRICS-in tərəfdaş ölkəsinə çevrilir”, – bəyanatda deyilir.

    Qeyd edək ki, BRICS üzvləri Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, BƏƏ, İran, Misir, Efiopiya və İndoneziyadır. Tərəfdaş ölkələr kateqoriyası 2024-cü ilin oktyabrında Kazanda keçirilən XVI BRICS sammitində təsis edilib.

  • МВД: Минувшим днем задержаны 50 подозреваемых в различных преступлениях

    Минувшим днем были задержаны 50 человек, подозреваемых в совершении различных преступлений.

    Об этом сообщили в МВД.

    Согласно информации, 13 июня сотрудники полиции по горячим следам раскрыли 41 преступление, а также 9 ранее совершенных преступлений.

    В общей сложности были задержаны 75 человек, находившихся в розыске, в том числе 59 человек, разыскиваемых в качестве должников.

    Было выявлено 19 фактов, связанных с наркотиками, и 15 фактов, связанных с изъятием и обнаружением незаконно хранящегося оружия и боеприпасов.

    Задержаны 50 человек, подозреваемых в совершении преступлений.

  • Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

    Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

    Bildirilib ki, iyunun 13-də ölkə ərazisində qeydə alınan 41, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

    Axtarışda olduğuna görə ümumilikdə 75, o cümlədən borclu şəxs qismində axtarışda olan 59 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib.

    Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.