Month: June 2025

  • DSX-nin hərbçisi Biləsuvarda dəfn olunub

    Dövlət Sərhəd Xidmətinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Həsənli Rasim Raməddin oğlu dəfn olunub.

    19 yaşlı hərbçi doğulduğu Biləsuvar rayonunun Xırmandalı kəndində torpağa tapşırılıb.

    Qeyd edək ki, Rasim Həsənli bu ilin yanvar ayında həqiqi hərbi xidmətə çağırılıb.

    Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Həsənli Rasim Raməddin oğlu dünən xəstəliyi ilə əlaqədar müalicə olunduğu tibb müəssisəsində vəfat edib.

  • Саммит “Центральная Азия – Китай” пройдет 16-17 июня в Астане

    Саммит “Центральная Азия – Китай” пройдет 16-17 июня в Астане (Казахстане).

    Об этом передает казахстанское бюро Report со ссылкой на пресс-службу Минэнерго Казахстана.

    В рамках саммита возможно подписание документов между Казахстаном и китайскими компаниями на реализацию инвестиционных проектов.

  • “Mərkəzi Asiya – Çin” sammiti iyunun 16-17-də Astanada keçiriləcək

    İyunun 16-17-də Astanada (Qazaxıstan) “Mərkəzi Asiya – Çin” sammiti keçiriləcək.

    Bu barədə “Report”un Qazaxıstan bürosu ölkənin Energetika Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

    Sammit çərçivəsində Qazaxıstan ilə Çin şirkətləri arasında investisiya layihələrinin həyata keçirilməsinə dair sənədlərin imzalanması mümkündür.

  • Azərbaycan millisinin sabiq futbolçusu: “Uğursuzluq tilsimini Macarıstanla oyunda qırmaq çətin olar”

    Azərbaycan millisinin sabiq futbolçusu Rauf Əliyev yığmanın Macarıstanla keçiriləcək yoldaşlıq matçında uğursuzluq tilsiminə son qoymasının çətin olacağını düşünür.

    Bu barədə “Report”a açıqlama verən 36 yaşlı mütəxəssis millini bu matçda çətin sınaq gözlədiyini söyləyib.

    “Macarıstan Latviyadan qat-qat güclüdür və heyətlərində adlı-sanlı futbolçular yer alır. Onların son olaraq UEFA Millətlər Liqasında Türkiyəyə qarşı keçirdikləri oyunu izləmişdim. Heyətlərində keyfiyyətli futbolçular çoxdur. Təəssüf ki, Azərbaycan millisi baş məşqçi Fernandu Santuşun gəlişindən sonra qələbə qazana bilməyib. Macarıstanla matçda bu tilsimi qırmaq çətin olacaq. Çünki rəqib güclüdür. Ən azından öz meydanımızda çıxış etdiyimiz üçün maraqlı görüş gözləyirəm. Futbolçularımıza inanırıq”.

    Qeyd edək ki, Azərbaycan – Macarıstan oyunu sabah “Liv Bona Dea Arena”da, saat 20:00-da start götürəcək.

  • Песков: Для обмена ответами на меморандумы РФ и Украины нужно продолжение переговоров

    В вопросе обмена ответами на меморандумы России и Украины потребуется продолжение встречи двух делегаций.

    Как передает Median.Az со ссылкой на российские СМИ, об этом заявил пресс-секретарь президента РФ Дмитрий Песков.

    “Поэтому, конечно сейчас, в зависимости от того, как будет развиваться ситуация, речь по идее должна зайти о продолжении и о следующем раунде переговоров. Пока точных каких-то пониманий на этот счет нет”, – сказал он.

    Песков также отметил, что Россия сохраняет свою готовность реализовывать договоренности по передаче Украине тел погибших военнослужащих и обмену пленными.

  • Peskov: Rusiya və Ukrayna danışıqları davam etdirməlidir

    Rusiya və Ukraynanın memorandumlarına cavab mübadiləsi məsələsində iki nümayəndə heyətinin görüşünün davam etdirilməsi tələb olunacaq.

    Median.Az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

    “Buna görə də, əlbəttə ki, indi vəziyyətin necə inkişaf edəcəyindən asılı olaraq, danışıqların davam etdirilməsi və növbəti raundu barədə söhbət getməlidir. Hələlik bununla bağlı dəqiq anlaşma yoxdur”, – o deyib.

    D.Peskov həmçinin qeyd edib ki, Rusiya həlak olmuş hərbçilərin meyitlərinin Ukraynaya təhvil verilməsi və əsir mübadiləsi ilə bağlı razılaşmaları həyata keçirməyə hazırlığını qoruyub saxlayır.

  • КГД Армении: Готовы ко всем сценариям в случае открытия границ с Турцией и Азербайджаном

    Комитет государственных доходов (КГД) Армении готов ко всем сценариям в случае открытия границ с Турцией и Азербайджаном.

    Как передает Median.Az со ссылкой на армянские СМИ, об этом глава КГД Армении Эдуард Акопян заявил журналистам в парламенте.

    “Наша задача – организовать таможенный контроль при любом сценарии. Если мы говорим о разблокировке, открытии границ, то просто нужно быть к этому готовым. Мы готовы в том плане, что у нас есть, к примеру, пункт “Маргара” с соответствующим оборудованием и механизмами, которые позволяют адаптироваться к любому сценарию и проводить таможенный контроль”, – сказал он.

  • Ermənistan Türkiyə və Azərbaycanla sərhədlərin açılması halında bütün ssenarilərə hazırdır

    Ermənistan Dövlət Gəlirlər Komitəsi (DGK) Türkiyə və Azərbaycanla sərhədlərin açılması halında bütün ssenarilərə hazırdır.

    Median.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə DGK sədri Eduard Akopyan parlamentdə jurnalistlərə bildirib.

    “Bizim vəzifəmiz istənilən ssenaridə gömrük nəzarətini təşkil etməkdir. Əgər biz blokadanın aradan qaldırılması və sərhədlərin açılmasından danışırıqsa, sadəcə buna hazır olmaq lazımdır. Biz hazırıq, çünki məsələn, müvafiq avadanlıq və mexanizmlərlə təchiz edilmiş “Marqara” məntəqəmiz var ki, bu da istənilən ssenariyə uyğunlaşmağa və gömrük nəzarətini həyata keçirməyə imkan verir”, – o qeyd edib.

  • Розничный товарооборот в Баку вырос почти на 5%

    Объем розничного товарооборота в Баку в январе-апреле этого года составил 10 млрд 860,4 млн манатов, что на 4,7% выше показателя аналогичного периода прошлого года.

    Об этом сообщили в Управлении статистики города Баку.

    Стоимость продовольственных товаров, напитков и табачных изделий, проданных в торговой сети, выросла на 2,3% по сравнению с январем-апрелем предыдущего года – до 6 млрд 5,9 млн манатов, тогда как продажи непродовольственных товаров увеличились на 7,7%, до 4 млрд 854,5 млн манатов.

    По данным статистики, 39,3% потребительских товаров проданы на предприятиях со статусом юридического лица, 51,7% – в торговых объектах, принадлежащих индивидуальным предпринимателям, а 9% – на рынках столицы.

    Отметим, что в январе-апреле этого года в розничной торговой сети Азербайджана потребителям было продано товаров на 18,4 млрд манатов. По сравнению с январем-апрелем 2024 года розничный товарооборот в реальном выражении увеличился на 3,7%.

  • Paytaxtda ticarət dövriyyəsinin həcmi 5 %-ə yaxın artıb

    Bu ilin yanvar-aprel aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 10 milyard 860,4 milyon manat olub.

    Bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

    Bildirilib ki, bu, 2024-cü ilin 4 ayı ilə müqayisədə 4,7 % çoxdur.

    Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar-aprel ayları ilə ilə müqayisədə 2,3 % artaraq 6 milyard 5,9 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 7,7 % artaraq 4 milyard 854,5 milyon manata bərabər olub.

    İstehlak məhsullarının 39,3 %-i hüquqi şəxs statuslu müəssisələrdə, 51,7 %-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 9 %-i isə paytaxtın məhsul bazarlarında satılıb.

    Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 18,4 milyard manatlıq, o cümlədən 10,3 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 8,1 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,6 %, qeyri-ərzaq malları üzrə 6,4 % artıb.