Month: June 2025

  • Трамп готов отправить морпехов в Лос-Анджелес из-за протестов

    Власти США допускают возможность отправки в Лос-Анджелес, штат Калифорния, военнослужащих Корпуса морской пехоты, если посчитают, что протесты в этом городе создают угрозу для всей страны и ее граждан.

    Об этом заявил в воскресенье журналистам президент США Дональд Трамп перед вылетом из штата Нью-Джерси в Мэриленд.

    “Если мы увидим опасность для нашей страны, для наших граждан, мы будем действовать очень решительно для обеспечения правопорядка”, – ответил он на вопрос о том, при каких условиях морпехов могут привлечь для обеспечения безопасности во время протестов против высылки нелегальных иммигрантов в Лос-Анджелесе.

    “Мы внимательно следили за тем, что было в Лос-Анджелесе прошлой ночью. Было много насилия, а могло быть гораздо хуже”, – подчеркнул президент США, добавив, что не позволит “происходить такому” в стране.

  • Tramp etirazlara görə dəniz piyadalarını Los-Ancelesə göndərməyə hazırdır

    ABŞ hakimiyyəti etirazların bütün ölkə və onun vətəndaşları üçün təhlükə yaratdığına inanırlarsa, dəniz piyadalarını Kaliforniyanın Los-Anceles şəhərinə göndərməyi düşünürlər.

    Bunu ABŞ Prezidenti Donald Tramp bazar günü Nyu-Cersidən Merilendə uçmazdan əvvəl jurnalistlərə açıqlamasında deyib.

    “Ölkəmizə, vətəndaşlarımıza təhlükə görsək, asayişi təmin etmək üçün çox qətiyyətlə hərəkət edəcəyik”, – o, Los-Ancelesdə qanunsuz mühacirlərin deportasiyasına qarşı keçirilən etiraz aksiyaları zamanı dəniz piyadalarının təhlükəsizliyi təmin etmək üçün hansı şərtlərlə cəlb oluna biləcəyi ilə bağlı sualı cavablandırıb.

    “Biz dünən gecə Los-Ancelesdə baş verənləri diqqətlə izləyirdik. Çoxlu zorakılıq olub və bu, daha da pis ola bilərdi”, – deyə ABŞ Prezidenti ölkədə “bunun baş verməsinə “imkan verməyəcəyini vurğulayıb.
    //report

  • В США потерпел крушение пассажирский самолет

    В американском штате Теннесси произошла авиакатастрофа с участием пассажирского самолета.

    Об этом сообщает CNN со ссылкой на дорожный патруль штата.

    По предварительной информации, на борту находилось от 16 до 20 человек. Часть пострадавших была эвакуирована вертолетами в ближайшие медицинские учреждения, другим пострадавшим помощь оказали прямо на месте происшествия.

    По сведениям CNN, упавший самолет использовался для прыжков с парашютом.

    Подробности инцидента и точное количество пострадавших уточняются. Спасательные службы продолжают работу на месте крушения.

  • ABŞ-də sərnişin təyyarəsi qəzaya uğrayıb, xəsarət alanlar var

    ABŞ-nin Tennessi ştatında sərnişin təyyarəsi qəzaya uğrayıb.

    Bu barədə CNN ştatın yol patrul xidmətinə istinadən məlumat yayıb.

    İlkin məlumata görə, hadisə zamanı təyyarədə 16-20 nəfər olub. Zərərçəkənlərin bəziləri helikopterlərlə yaxınlıqdakı tibb müəssisələrinə təxliyə edilib, digər zərərçəkənlərə isə hadisə yerində yardım göstərilib. Yaralıların dəqiq sayı açıqlanmır.

    CNN-in məlumatına görə, qəzaya uğrayan təyyarə paraşütlə tullanmalar üçün istifadə edilib.

    Hadisənin təfərrüatı və zərərçəkənlərin sayı dəqiqləşdirilir. Xilasetmə xidmətləri qəza yerində işlərini davam etdirir.

  • Gəncədə ictimai nəqliyyatda çalışmaq istəyən sürücülərin qiymətləndirilməsi aparılır

    Gəncə şəhərində ictimai nəqliyyatda çalışmaq istəyən sürücülərin qiymətləndirilməsi aparılır.

    Median.Az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

    Məlumata görə, AYNA-nın Təlim-Tədris Mərkəzi tərəfindən Gəncədə ictimai nəqliyyat sahəsində fəaliyyət göstərmək üçün müraciət edən 700-ə yaxın sürücünün bacarıqlarının yoxlanılması həyata keçirilir. İlkin mərhələdə sürücülər hərəkətə başlama, manevretmə və nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində düzgün yerləşdirilməsi, müxtəlif trayektoriyalar üzrə idarəetmə kimi praktiki tapşırıqları yerinə yetiriblər. Yoxlama zamanı müvəffəqiyyət göstərən sürücülər növbəti mərhələdə tibbi yoxlanışdan keçdikdən sonra təlim prosesinə cəlb ediləcəklər.

    Bildirilib ki, təlimlərdə sürücülərə avtomobil nəqliyyatı ilə sərnişindaşıma qaydaları, sürücü və sərnişinlərin hüquq və vəzifələri, avtobusların istismarına dair normativ tələblər, ictimai nəqliyyatda davranış mədəniyyəti, sərnişinlərin rahatlığı və təhlükəsizliyini təmin edən idarəetmə üsulları, ekoloji səmərəliliyin artırılması məqsədilə “ekosürmə” texnikası üzrə nəzəri və praktik biliklər veriləcək.

    Qeyd edək ki, bu yanaşma sərnişin məmnuniyyətinin yüksəlməsinə və yol hərəkəti təhlükəsizliyinin artırılmasına xidmət edir.

  • Keniya Prezidenti Kamran Əliyevi qəbul edib

    Azərbaycanın Baş prokuroru Kamran Əliyev Keniya Dövlət Prokurorluğunun direktoru Renson Mulele İnqonqanın dəvəti ilə rəsmi səfərə gedib.

    Səfər çərçivəsində Keniya Prezidenti Uilyam Ruto Kamran Əliyevi qəbul edib.

    Görüş çərçivəsində ikitərəfli əlaqələrin möhkəmləndirilməsi müzakirə olunub.

  • Xanım direktor təqaüdə göndərildi – Yerinə polkovnik təyin edildi (FOTO)

    Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialının direktoru Gülnaz Mahmudzadə işdən çıxarılıb.

    Median.Az “Qaynarinfo”ya istinadla xəbər verir ki, Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulovun müvafiq əmri ilə Gülnaz Sədulla qızı Mahmudzadə son yaş həddi ilə əlaqədar vəzifəsindən azad olunaraq, təqaüdə göndərilib.

    Onun yerinə Yasər Məhəmməd oğlu İbadov təyin edilib.

    Qeyd edək ki, Yasər İbadov təqaüddə olan polis polkovnikidir. O, Sumqayıt Şəhər Polis İdarəsinin 1, 2, 3 və 4-cü Polis Bölmələrinin rəisi, Qaradağ Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini, Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin rəisi vəzifələrində çalışıb.

  • Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

    Azərbaycanın avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, iyunun 10-da gecə və səhər bəzi dağlıq rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

  • Müştərisinə qarşı dələduzluq edən taksi sürücüsünə HÖKM OXUNDU

    Səngəçal terminalına işə düzəldəcəyini vəd edərək vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən taksi sürücüsünə hökm oxunub.

    Median.Az “Qaynarinfo”ya istinadla xəbər verir ki, Abşeron Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə mühakimə olunan İ.R.-ə 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun şübhəli şəxs qismində saxlanıldığı 1 gün verilən cəzadan çıxılıb və üzərində qəti olaraq 7 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

    İş materiallarından məlum olur ki, zərərçəkmiş H.Q. müştəri kimi taksi fəaliyyəti ilə məşğul olan İ.R.-in maşınına minib. Yolda H.Q. işindən narazılıq edib. Taksi sürücüsü onu Səngəçal terminalına işə düzəldə biləcəyini deyib. H.Q. ona inanaraq bir neçə gün sonra görüşüb. İ.R. ona 1000 manat müqabilində işini həll edəcəyini deyib. Zərərçəkmiş razılaşıb və deyilən məbləği ona verib.

    Lakin İ.R. verdiyi vədi yerinə yetirməyin. H.Q. hüquq-mühafizə orqanlarına müraciət etmək məcburiyyətində qalıb. Məhkəmə prosesi zamanı İ.R. verilmiş ittiham üzrə özünü təqsirli bildiyini deyib.

  • İyunun 30-dan Rusiyaya giriş qaydaları dəyişir

    İyunun 30-dan Rusiya ölkəyə giriş qaydalarını sərtləşdirəcək.

    Median.Az “Unikal”a istinadən xəbər verir ki, Rusiyaya giriş zamanı barmaq izlərini verməli və şəkil çəkdirməli olacaqsınız.

    Bu qanun layihəsi təkcə vizasız ölkələrdən olan əcnəbilərə aid edilməyəcək.

    Xatırladaq ki, elektron viza layihəsi Rusiyada 2023-cü il avqustun 1-dən başlayıb. O vaxtdan etibarən əcnəbilər turizm, biznes, humanitar məqsədlər və ya qonaq səfərləri üçün viza üçün müraciət edə bilərlər. Bunun üçün internet saytında və ya mobil proqramda forma doldurmaq lazımdır. İlkin olaraq proqrama cəmi 52 ölkə daxil edilib.