Month: June 2025

  • Партия макарон Barilla, отозванная в некоторых странах, импортировалась в Азербайджан?

    Агентство продовольственной безопасности Азербайджана (АПБА) прояснило ситуацию с распространяемыми новостями о макаронах торговой марки Barilla.

    Как сообщили в пресс-службе АПБА, на некоторых новостных сайтах появилась информация об отзыве с продажи в нескольких странах партии цельнозерновых макарон Integrale Vollkorn Penne Rigate бренда Barilla из-за выявленных несоответствий.

    “АПБА заявляет, что упомянутая в новостях партия продукции не импортировалась в нашу страну. Кроме того, лабораторные исследования других партий продукции данного бренда не выявили каких-либо несоответствий по показателям безопасности и качества. Полученные результаты дают основания утверждать, что импортируемые в нашу страну макароны торговой марки Barilla пригодны для потребления”, – говорится в информации структуры.

  • Azərbaycana gətirilən “Barilla” makaronları yararsızdır?

    Qida Təhlükəsizliyi Agentliyi “Barilla” makaronları ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

    Qurumdan bildirilib ki, bəzi xəbər saytlarında “Barilla” əmtəə nişanlı “İntegrale Vollkorn Penne Rigate” tam buğda makaronu məhsulu partiyasında uyğunsuzluq aşkarlanması səbəbindən bir neçə ölkədə satışdan geri çağırılması ilə bağlı məlumatlar yer alıb.

    “AQTA bildirir ki, xəbərdə qeyd olunan məhsul partiyası ölkəmizə idxal olunmayıb. Həmçinin bu əmtəə nişanına məxsus digər məhsul partiyalarının təhlükəsizlik və kefiyyət göstəriciləri ilə bağlı aparılan laborator müayinələrin nəticəsində hər hansı uyğunsuzluq aşkar edilməyib. Əldə olunmuş nəticələr onu deməyə əsas verir ki, ölkəmizə idxal olunmuş “Barilla” əmtəə nişanlı makaronlar istehlak üçün yararlıdır”, – deyə məlumatda qeyd edilib.

  • Skuterlə toqquşan aktrisa İradə Rəşidova xəstəxanaya yerləşdirildi

    Gənc Tamaşaçılar Teatrının aktrisası İradə Rəşidova yol keçərkən sküterlə toqquşub və nəticədə ciddi xəsarət alıb.
     
    Median.Az xəbər verir ki, teatrın mətbuat katibi Samirə Əşrəf Teleqraf-a bildirib ki, iki gün əvvəl baş vermiş qəza nəticəsində beyin silkələnməsi olub.
     
    “Vəziyyəti kafidir. Başı yerə dəydiyi üçün baş ağrıları və ürək bulanması var. Danışa bilir, huşu yerindədir, ancaq ağrıları davam edir. Hələki müalicəsi xəstəxana şəraitində aparılır. Bir müddət xəstəxanada qaldıqdan sonra müalicəsi evdə davam etdiriləcək”.
     
    Samirə Əşrəf qeyd edib ki, teatr rəhbərliyi hadisədən dərhal sonra aktrisanın ailəsi ilə əlaqə saxlayıb və vəziyyətini daim izləyir.

  • Vüqarın bu mahnılarına radioda qadağa qoyuldu – VİDEO

    Meyxanaçı Vüqar Əbdülov bir neçə meyxanasına qadağa qoyulduğunu bildirib.
     
    Median.Az xəbər verir ki, sənətçi bu haqda “El canlı” verilişində danışıb.
     
    O bildirib ki, radioda onun meyxanalı qadağan edilib:
     
    “Radioda dostlarım var, təşəkkür edirəm, səsləndirirlər. Amma bir çox mahnılarım olub ki, radioda qadağan edilib. “Tıxac” mahnım yayımlandı sonra dedilər ki, olmaz. Səbəbin də tam açmadılar. “Ey dost” mahnım bir neçə il radioda getdi. Amma ona da sonra dedilər ki, qadağan edildi”. (axsam.az)

  • Türkiyədə 5.2 maqnitudada zəlzələ baş verib

    Türkiyənin Çanakkale şəhərində 5.2 maqnitudada zəlzələ baş verib.

    Median.Az “Haber Global”a istinadən xəbər verir ki, hadisə Gökçeada sahilində qeydə alınıb.

    Zəlzələ ocağı 7 kilometr dərinlikdə olub.

    Təbii fəlakətin nəticələri barədə məlumat yoxdur.

  • Tramp: Mask bunu etsə, nəticələrini ödəməli olacaq

    “Əgər İlon Mask respublikaçıların dəstəklədiyi genişmiqyaslı büdcə qanun layihəsinə qarşı demokrat namizədləri maliyyələşdirsə, bu, ciddi nəticələrə səbəb olacaq.”

    Bunu “NBC News” kanalına müsahibəsi zamanı ABŞ prezidenti Donald Tramp deyib

    “Əgər o bunu etsə, bunun nəticələrini ödəməli olacaq”, – Tramp deyib.

    Prezident həmçinin bildirib ki, bu həftə ictimaiyyət qarşısında yaşanan münaqişədən sonra Maskla münasibətini bərpa etmək niyyətində deyil.

    O həmçinin Maskı prezidentlik institutuna hörmətsizlik etməkdə ittiham edib.

  • Almaniyada kişi avtomobili izdihamın üzərinə sürüb

    Almaniyanın Passau şəhərində bir kişi avtomobilini insanların üzərinə sürüb.

    APA xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.

    “Polis sürücünün avtomobili qəsdən insanların üzərinə sürdüyünü istisna etmir. Qurbanların sayı və onların xəsarətlərinin ciddiliyi hələ müəyyən edilməyib”, – məlumatda deyilir.

    İlkin məlumata görə, hadisə zamanı sürücünün 38 yaşlı həyat yoldaşı və 5 yaşlı qızı da yaralanıb.

    Sürücü polis tərəfindən saxlanılıb.

  • Mərkəzi Bank 882 saxta pul nişanını tədavüldən çıxarıb

    Ötən il Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta ehtiyatlarının 87%-ni ABŞ dolları, 3%-ni avro, 2%-ni Çin yuanı, 1%-ni İngiltərə funt-sterlinqi, 7%-ni isə XBH (Beynəlxalq Valyuta Fondunun xüsusi borcalma hüquqları) təşkil edib.

    2024-cü ildə Azərbaycan Mərkəzi Bankı (AMB) dövriyyədən 5,73 milyard manatlıq pul nişanı çıxarıb, dövriyyəyə 5,86 milyard manatlıq pul nişanı buraxıb. Bu barədə qurumdan bildirilib. Məlumata görə, son nəticədə tədavüldə nağd pul kütləsi 0,13 milyard manat və yaxud 0,8 % artaraq ilin sonuna 17,44 milyard manat təşkil edib. Hazırda milli valyuta üzrə ehtiyatlar 8,9 milyard manat təşkil edir ki, bu da iqtisadiyyatın 2026-cı ilin sonuna qədər tələbatının ümumilikdə ödənilməsi üçün yetərlidir.

    Nağdsız əməliyyatların məbləği 60,9 % artıb

    Məlumatda AMB-nin Banklararası Kart Mərkəzinin ötənilki fəaliyyəti də açıqlanıb. Belə ki, mərkəz üzərindən milli valyutada 30,6 milyard manat, xarici valyutada isə 69,3 milyon ABŞ dolları və 29,6 milyon avro dəyərində əməliyyat emal olunub. Ötən il ödəniş kartları ilə ölkə daxilində aparılmış nağdsız əməliyyatların məbləği əvvəlki ilə nisbətən 60,9% artaraq 78,9 milyard manat təşkil edib. Əvvəlki illə müqayisədə ölkədə elektron ticarət vasitəsilə aparılan əməliyyatların sayı 83,4%, məbləği isə 69,8% artıb. İl ərzində ölkə daxilində ödəniş kartları ilə aparılan nağdsız ödənişlərin xüsusi çəkisi 8,6 faiz bəndi artaraq 64,2% olub. İnternet bankçılıq əməliyyatlarının məbləği 20,7%, mobil bankçılıq əməliyyatlarının həcmi isə 38,2% artıb.

    AMB-nin valyuta ehtiyatlarının tərkibi

    AMB-nin rəsmi valyuta ehtiyatlarının tərkibi də açıqlanıb. Bildirilib ki, bu ehtiyatların 87%-ni ABŞ dolları, 3%-ni avro, 2%-ni Çin yuanı, 1%-ni İngiltərə funt-sterlinqi, 7%-ni isə XBH (Beynəlxalq Valyuta Fondunun xüsusi borcalma hüquqları) təşkil edib.

    Bütövlükdə, valyuta ehtiyatları yüksək gəlirlilik və geosiyasi/geoiqtisadi reallıqlardan irəli gələn yüksək qeyri-müəyyənlik mühitində, pul siyasətinin dəstəklənməsinə xidmət edən əməliyyat tranşı və gəlirliliyin artırılması məqsədilə saxlanılan investisiya tranşına bölünməklə idarə edilib, alternativ valyutalara investisiya edilməsi istiqamətində işlər aparılıb.

    379 ədəd saxta manat tədavüldən çıxarılıb

    Həmçinin, AMB 2024-cü ildə də pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizəni, onun hüquq mühafizə orqanları ilə koordinasiyasını diqqət mərkəzində saxlayıb, 882 saxta pul nişanını tədavüldən çıxarıb.

    Məlumata görə, ötən il milli valyutada 379 ədəd (32 611 manat), xarici valyutada isə 503 ədəd saxta pul nişanı aşkarlanaraq tədavüldən çıxarılıb və müvafiq tədbirlərin görülməsi üçün hüquq mühafizə orqanlarına təqdim edilib. İl ərzində əhalidə olan yararsız pul nişanlarının ekspertizaya qəbul edilməsi və dəyişdirilməsi məqsədilə AMB-nin Bakıda və ərazi idarələrində yaradılmış nağd pul ofisləri fəaliyyətini davam etdirib, vətəndaşlardan 155,2 min ədəd (6,7 milyon manat) pul nişanı qəbul edilərək dəyişdirilib.

    Sığorta şirkətləri və brokerlərində yoxlamalar

    Bundan əlavə, AMB 2024-cü ildə dörd sığorta şirkətində və dörd sığorta brokerində hərtərəfli yoxlamalar həyata keçirib. Azərbaycan Prezidentinin 31 yanvar 2024-cü il tarixli fərmanı əsasında Dövlət Sığorta Kommersiya Şirkəti – “Azərsığorta” ASC-yə, eləcə də könüllü müraciət əsasında “Bakı Sığorta” ASC-yə verilmiş lisenziyalar ləğv edilib, sığortalıların və kreditorların hüquqlarını qorumaq məqsədilə mütəmadi nəzarət tədbirləri həyata keçirilməkdədir.

    Hesabat ilində sığorta sektoru üzrə beynəlxalq qanunvericiliyə və sığorta prinsiplərinə uyğun olaraq hazırlanan bir sıra normativ-hüquqi sənədlər təsdiq edilib.
    //kaspi.az

  • Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

    Ordubad şəhərində yerləşən “Mədrəsə” tarix-memarlıq abidəsi bərpa ediləcək.

    Valyuta.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi abidənin bərpası üzrə layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı tender elan edib.

    Tender iyulun 2-dək davam edəcək.

    Layihə-smeta sənədlərinin hazırlanmasının ehtimal olunan qiyməti 182 807,53 manatdır.

  • Bayram günlərində paytaxtın qızıl bazarında SON VƏZİYYƏT – VİDEO

    Parıltısı ilə göz qamaşdırır… Çeşid çoxdur, qiymət isə yüksək… Bayram günlərində qızıl bazarında durğunluq var. Alan da narazıdır, satan da…

    Median.Az Xezerxeber.az-a istinadən bildirir ki, satıcıların şikayətlərindən biri də qızılın qiymətinin stabil olmamasıdır.

    Onlar deyir ki, qarşıdan yay mövsümünün – toy və nişan mərasimlərinin artdığı dövrün gəlməsi ilə bahalaşmanın davam etməsi istisna deyil.

    Ətraflı videomaterialda: