Month: June 2025

  • Средняя зарплата в Баку выросла на 9%

    В январе-марте 2025 года среднемесячная номинальная заработная плата наемных работников в Баку составила 1 357.3 маната.

    Как сообщает Median.Az со ссылкой на Управление статистики города Баку, зарплата в столице выросла на 9.1% по сравнению с аналогичным периодом минувшего года.

    Отметим, что в январе-марте этого года средняя месячная номинальная заработная плата наемных работников в Азербайджане увеличилась на 10% по сравнению с соответствующим периодом 2024 года и составила 1 083.8 маната.

  • Bakıda orta aylıq əməkhaqqı doqquz faizdən çox artıb

    Bu ilin yanvar-mart aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 357.3 manat təşkil edib.

    Bu barədə Bakı şəhər Statistika İdarəsi məlumat yayıb.

    Bildirilib ki, paytaxtda orta aylıq əməkhaqqı 2024-cü ilin yanvar-mart ayları ilə nisbətən 9.1% artıb.

    Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 10% artaraq 1 083.8 manat təşkil edib.

  • В Нахчыване оштрафован мужчина за незаконное ношение военной формы

    Составлен протокол об административном правонарушении в отношении лица, незаконно носившего военную форму в Нахчыване.

    Как сообщает Trend, инцидент произошел на территории села Хурс Ордубадского района.

    Из объяснений обвиняемого следует, что когда он был одет в военную форму в местности под названием “Дере” в вышеупомянутом населенном пункте, его заметил участковый инспектор полиции и составил протокол об административном проступке. Мужчина подписал объяснительную, признав совершение правонарушения.

    Решением Ордубадского районного суда лицо было признано виновным в совершении правонарушения, предусмотренного статьей 534 Кодекса об административных проступках. Военная форма, являющаяся объектом административного правонарушения, была конфискована. Нарушитель оштрафован на сумму 300 манатов.

  • Naxçıvanda qanunsuz hərbi forma geyinən şəxslə bağlı QƏRAR

    Naxçıvanda qanunsuz hərbi forma daşıyan şəxs barəsində tətbiq edilən inzibati xəta haqqında protokol təsdiq edilib.

    Median.Az “Trend”ə istinadla xəbər verir ki, hadisə Ordubad rayonunun Xurs kəndi ərazisində baş verib.

    Təqsirləndirilən şəxsin izahatından görünür ki, qanunsuz daşıdığı hərbi geyimdə olarkən Xurs kəndində “Dərə” adlanan yerdə polis sahə rəisi onu görüb və barəsində inzibati xəta haqqında protokol tərtib edilib. Şəxs həmi izahatı imzalayaraq inzibati xətanı törətdiyini qəbul edib.

    Ordubad Rayon Məhkəməsinin qərarı ilə şəxs İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xətanın obyekti olan hərbi geyim forması müsadirə edilib. O, 300 manat məbləğində inzibati qaydada cərimələnib.

  • Мощное землетрясение произошло в акватории Индийского океана

    Землетрясение магнитудой 5.8 произошло в акватории Индийского океана в 1 765 км южнее города Перт в западной Австралии.

    Как передает Median.Az, об этом сообщает Алтае-Саянский филиал Единой Геофизической службы РАН.

    По данным, эпицентр землетрясения находился в районе Западно-Индийского Антарктического подводного хребта.

    По интенсивности сотрясений в эпицентре землетрясение оценивается как “разрушительное”.

    Геологическая служба США оценила магнитуду землетрясения в 5.9. По ее данным, очаг землетрясения находился на глубине 9 км. Также американские сейсмологи зафиксировали в этом районе афтершок магнитудой 5.5.

    Как сообщалось, накануне в этом районе было зафиксировано землетрясение магнитудой, по разным оценкам, от 6 до 6.2.

  • Hind okeanının cənubunda GÜCLÜ ZƏLZƏLƏLƏR davam edir

    Hind okeanının cənubunda güclü zəlzələlər davam edir. Belə ki, Avstraliyanın qərbində yerləşən Pert şəhərindən 1 765 km cənubda 5.8 bal gücündə zəlzələ baş verib. Təkanların intensivliyi dağıdıcı səviyyədə qiymətləndirilib.

    Median.Az bu barədə Rusiya Elmlər Akademiyasının Birləşmiş Geofizika Xidmətinin Altay-Sayan filialına istinadla xəbər verir.

    Bildirilir ki, zəlzələnin episentri Qərbi Hindistan-Antarktika sualtı silsiləsi rayonunda yerləşib.

    ABŞ Geoloji Xidməti (USGS) isə zəlzələnin maqnitudasını 5.9 bal olaraq qiymətləndirib. Məlumata əsasən, zəlzələnin ocağı 9 km dərinlikdə yerləşib. ABŞ-li seysmoloqlar bu bölgədə 5.5 bal gücündə avterşok da qeydə alıblar.

    Qeyd edək ki, bir gün əvvəl də həmin ərazidə müxtəlif qiymətləndirmələrə görə, maqnitudası 6-dan 6.2-yə qədər dəyişən zəlzələ baş vermişdi.

  • Продлено время регистрации для участие во второй попытке вступительных экзаменов

    Время регистрации для участия во второй попытке второго этапа вступительных экзаменов по I, II, III и IV группам специальностей продлено до 23:59 9 июня.

    Как сообщает Median.Az со ссылкой на Государственный экзаменационный центр (ГЭЦ), абитуриенты, желающие принять в ней участие, должны войти на соответствующую страницу сайта ГЭЦ (https://eservices.dim.gov.az/erizebak/cehd2/), использовав логин и пароль от личного кабинета, выбрать желаемую группу специальностей и пройти регистрацию, оплатив участие в установленном порядке.

    Размер оплаты система сообщает пользователю по умолчанию.

    Участие в экзамене для граждан Азербайджанской Республики, окончивших учреждения общего среднего образования и подпадающих под определенные категории, оплачивается за счет государственного бюджета.

  • Abituriyentlərin NƏZƏRİNƏ: İkinci cəhd imtahanı ilə bağlı qeydiyyatın vaxtı UZADILDI

    I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat 9 iyun saat 23:59-dək uzadılıb.

    Median.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

    Bildirilib ki, imtahanın 2-ci cəhdində iştirak etmək istəyənlər şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (https://eservices.dim.gov.az/erizebak/cehd2/) daxil olaraq yenidən imtahan vermək istədikləri ixtisas qrupunu seçərək qeydiyyatdan keçirlər və müvafiq qaydada ödəniş (ödəniləcək məbləğ barədə sistem tərəfindən avtomatik olaraq istifadəçiyə məlumat verilir) edirlər.

    Aşağıdakı kateqoriyadan olan Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) imtahanda iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

  • Обещала спасти от порчи и войны: в Баку гадалка обманула двух женщин на 74 000 манатов (ФОТО)

    В Баку по обвинению в крупном мошенничестве задержана 53-летняя женщина, представлявшаяся ясновидящей. Она обманула двух женщин, в том числе гражданку Украины, выманив у них в общей сложности 74 000 манатов.

    Как сообщает Median.Az со ссылкой на musavat.com, решением Бакинского суда по тяжким преступлениям Наргиз Солтанова была взята под стражу прямо в зале суда.

    Согласно материалам дела, Н.Солтанова, действуя под видом “целительницы”, пообещала женщине по имени Нигяр избавить ее от наведенной порчи и провести обряд “возвращения из савана”. За свои “услуги” она получила от потерпевшей 21 000 манатов. Она утверждала, что против Нигяр использовали смертельную магию и для снятия порчи нужны специальные ритуалы с яйцами и трудно достающимися предметами. Женщина ежедневно выполняла “инструкции” и пересылала фотографии “результатов”, находясь под психологическим давлением.

    Вторая потерпевшая – Виктория, гражданка Украины. Она отдала Н.Солтановой 53 000 манатов. Женщина рассказала, что была в уязвимом состоянии на фоне войны на родине и трудной адаптации в Баку. Мошенница пообещала ей и ее семье защиту от “военной угрозы” при помощи ритуалов и амулетов, в том числе свинцовых отливок, “черной пули” и “печати на лбу”. Деньги передавались как наличными, так и переводами на банковскую карту.

    По словам потерпевших, Н.Солтанова использовала методы манипуляции, изоляции и запугивания, утверждая, что любые сомнения или прекращение ритуалов приведут к катастрофическим последствиям.

    Несмотря на показания жертв и свидетелей, сама подсудимая вину не признала. Она заявила, что никакие обряды не проводила, а лишь делилась своими “ощущениями” и пыталась помочь как “старшая сестра”.

    Однако суд признал вину Н.Солтановой доказанной. Ее приговорили к 5 годам лишения свободы. Ранее избранная мера пресечения в виде подписки о невыезде была заменена на арест – женщину взяли под стражу в зале суда.

  • Baxıcı kimi fəaliyyət göstərən qadın həbs edildi: İLGİNC RİTUALLAR EDİRMİŞ (FOTO)

    Bakıda baxıcı kimi fəaliyyət göstərən 53 yaşlı qadın məhkəmə zalında həbs edilib. O, iki nəfərə qarşı külli miqdarda dələduzluq etməkdə təqsirli bilinib. Zərərçəkmişlərdən biri Ukrayna vətəndaşıdır.

    Median.Az Musavat.com-a istinadən xəbər verir ki, Nərgiz Soltanova külli miqdarda dələduzluqda ittiham olunaraq Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıb.

    İttihama görə, Nərgiz Soltanova taksi sürücüsü vasitəsilə tanış olduğu Nigar adlı qadından “kəfən dönməsi” ritualı etmək adı ilə pul alıb. Belə ki, Nigar adlı xanıma öləcəyi barədə cadu edildiyini deyib və bu cadunu pozacağını bildirib. Bu vədlərlə ondan 21 min manat pul alıb.

    İkinci ittihama görə isə Nərgiz Soltanova Viktoriya adlı qadından 53 min manat pul alıb. Bu məbləğin qarşılığında isə onun və ailə üzvlərinin müharibə təhlükəsindən qorunmaları üçün rituallar edəcəyini deyib. Həmin məbləği hissə-hissə olmaqla öz kartına köçürülməsinə nail olub, bir hissəsini isə nağd şəkildə Bakıda alıb.

    Nərgiz Soltanova ifadəsində özünü təqsirli bilməyib.

    Baş verənləri belə danışıb: “Nigarla məni Fuad adlı taksi sürücüsü tanış etmişdi. Nigar həmin taksidə olanda sürücü ilə danışıb baxıcı və ya görücü yanına getmək istədiklərini deyib. Fuad da mənim yanıma gətirib. Mən Fuada görücülük qabiliyyətim haqda danışdığımdan Nigarı mənim yanıma gətirmişdi. Onları qəbul etmək istəmirdim. Onlar israrla evimə gəldilər. Nigarın yanında bir rəfiqəsi də var idi. Mən baxıcı olmamışam. Baxıcılar hansısa atributlardan istifadə edirdilər. Amma mən heç nədən istifadə etmirdim. Bu məndə Allah vergisi olub, hissiyatım olub. Azərbaycanda bütün baxıcıların yanında olmuşam.

    Mən Nigara görücülük qabiliyyətimin olduğunu demişdim. Gördüklərimi dedim, o da inandı. Nigara kəfəndən dönmə və ya başqa rituallar söhbəti etməmişəm. Sadəcə, mənə dərdlərini danışıblar. Nigara bir bacı kimi dəstək olmağa çalışmışam. Ona səbirli olmağı demişəm”.

    Zərərçəkmiş Nigar isə ifadəsində bildirib ki, taksidə olan zaman rəfiqəsi ilə falçıdan söhbət düşüb. Bunu eşidən Fuad adlı sürücü Yeganə adlı falçının olduğunu deyərək onun yanına aparıb:

    “Sonradan Yeganənin əsl adının Nərgiz olduğunu bildim. İlk görüşdə Nərgiz mənə ölümümə cadu edildiyini, “kəfəndən dönmə” ritualı edilməsinin vacib olduğunu söylədi. Qara toyuğun yumurtalarının lazım olduğunu dedi. 500-600 manat da pul istədi. 7 yumurtaya görə 200 manat pul ödədim. Həmin yumurtaların gündə birini qırıb suya töküb yatanda başımın üstünə qoymalı idim. Səhər də şəklini çəkib ona göndərməli idim. Ailə üzvlərimlə bağlı hər şeyi ona danışırdım. Nərgizin əsas taktikası məni hər kəsdən uzaqlaşdırmaq idi. Bunu bacarmışdı. Onun təsiri altında idim. Nərgiz hər dəfə yeni “düyünlər” çıxdığını bildirib pul alırdı. Qurğuşun tökmə, xüsusi ip və şamlarla rituallar keçirirdi. Ceyran dərisinin içərisində ərəb hərfləri ilə yazılar verdi. Buna görə də, həmin yazıların hər birinə görə 600 manat pul aldı. 800 manata da “ceyran göbəyi” alıb dua yazdırmışdı. Nərgiz ona şübhə edənlərin xeyir tapmayacaqlarını deyirdi. Əlini məndən götürəcəyi halda daha pis şeylərə məruz qala biləcəyini bildirdi. Mənə deyirdi ki, onun son layihəsiyəm. Bütün gücünü mənə verəcəyini, bundan sonra bu işi bağlayacağını da söyləyirdi. Mənə “yaxşı ki, sən varsan. Mən bu dünyaya sənə yaxşılıq etmək üçün gəlmişəm” deyirdi”.

    Zərərçəkmiş şəxs Viktoriya da müxtəlif vədlərlə Nərgiz Soltanova tərəfindən aldadılıb.

    Onun ifadəsində diqqətçəkən məqamlar bunlardır: “Nərgizi rəfiqəm Nigar vasitəsilə tanımışam. Müharibə başlayanda Nigarın qardaşı bizim Ukraynadan çıxmağımıza kömək etdi. Nigarla bundan sonra daha yaxın olduq.

    Müharibədə qohumlarımın bəziləri savaşa aparılır, bəziləri vəfat edirdi. Bakıda yaşamaq da mənə pis təsir edirdi. İqlim dəyişikliyinə görə qızım da tez-tez xəstələnirdi. Psixoloji olaraq da çətinlik çəkirdim. Nərgizin Nigara kömək etdiyini bilirdim. Buna görə də, Nigardan xahiş etdim ki, məni Nərgizin yanına aparsın. İlk tanışlıq günü Nərgiz falıma baxıb üzərimdə qara qüvvələrin olduğunu dedi. Özümün və ailə üzvlərimin bu kimi əməllərdən təmizlənməsi üçün müəyyən rituallar edəcəyini dedi. İlk dəfə 8000 manat pul ödədim. Nərgizə ailə üzvlərimin şəkillərini də verdim.

    Nərgiz məni ovsunlayıb bütün dostlarımdan, hətta psixoloqumdan da ayırdı. Nərgizdən tam asılı vəziyyətə düşdüm. Nərgiz mənə ölümcül cadunun yoldaşım tərəfindən yazıldığını deyirdi.

    Mənə toz şəkilli kütləni verib arada içməyimi tapşırmışdı. Həmin tozu içəndən yaddaş pozğunluğu, saç tökülməsi ilə bağlı problemlər yarandı, psixiatr müalicəsi aldım. Nərgiz bunu təmizlənmənin əlaməti olaraq izah edirdi.

    Mənim müharibədən qorxduğumu bilirdi. Buna görə, xüsusi ritual edəcəyini deyirdi. 4000 manat dəyərində bir güllə olduğunu, çox dərindən təmizlik etdiyini deyirdi. Həmin güllənin xaricdən sifarişlə gətirildiyini söylədi. Nərgizə saçımdan, əl və ayaq barmaqlarımın dırnaqlarından nümunələr də vermişdim. Mənə dediyi gülləni verdi və bütün pisliklərdən qoruyacağını söylədi.

    5500 manat pul alaraq “ceyran göbəyi” deyilən xüsusi bir amulet düzəldib verdi. Evdəki pislikləri dağıtması üçün girişdə bir yerə asmağımı, küləkli yer olmasını istəmişdi”.

    Məhkəmə araşdırması zamanı şahid ifadələri ilə də Nərgiz Soltanovanın cinayət əməli sübuta yetirilib. Lakin Soltanova ittihamı qətiyyən qəbul etməyib.

    Məhkəmənin hökmü ilə Nərgiz Soltanova 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib. N.Soltanova məhkəmə zalında qandallanıb.