Month: June 2025

  • 3 və 11 yaşlı uşaqlar bağlı qapı arxasında qaldı – Video

    Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

    Bununla bağlı FHN məlumat yayıb.

    Bildirilib ki, məlumatla əlaqədar nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

    Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə doqquzmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq 2022-cı il təvəllüdlü azyaşlını xilas edərək valideynlərinə təhvil veriblər.

    Bundan əlavə, Xətai rayonu, M.Hadi küçəsində də azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

    Bakı Regional Mərkəzinin xilasediciləri alpinist ləvazimatlarının köməyi ilə doqquzmərtəbəli yaşayış binasının altıncı mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq 2014-cü il təvəllüdlü uşağı yatmış vəziyyətdə aşkar edərək valideynlərinə təhvil veriblər.

  • Qurban kəsmək istəyən 14 mindən çox insan xəstəxanalıq oldu

    Türkiyədə Qurban bayramının ilk günü 14 372 nəfər xəstəxanaya yerləşdirilib.

    “Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı ölkənin səhiyyə naziri Kemal Memişoğlu açıqlayıb.

    Onun sözlərinə görə, Ankarada 1049, İstanbulda 753, Konyada 655, Qaziantepdə 634, Manisada 572 nəfər olmaqla, ümumilikdə 81 vilayətdə 14 min 372 nəfər qurban kəsmək istəyərkən aldıqları xəsarətlərə görə səhiyyə müəssisələrinə müraciət edib.

    O, qurbanlıq heyvanların peşəkarlar tərəfindən kəsilməsinin vacibliyini də vurğulayıb: “Hələ qurban kəsməyən vətəndaşlarımızın bu məsələyə diqqət etmələrini istərdik. Yaralı vətəndaşlarımıza şəfa diləyirəm”.

  • “Vaqner” bu ölkədən çıxdığını bəyan etdi

    Rusiyada yaradılan və bir çox ölkələrdə fəaliyyət göstərən “Vaqner” hərbi şirkəti Malidən çıxdığını bəyan edib.

    Bu barədə “Vaqner” rəsmi bəyanat yayıb.

    Bildirilib ki, hərbi qruplaşma 3 ildir Malidə həyata keçirdiyi əməliyyatı uğurla başa çatdırıb və bu ölkədəki üsyançı qüvvələr və onların hərbi rəhbərləri zərərsizləşdirilib.

    Açıqlamada Malidəki hərbi əməliyyatlara “Vaqner” hərbi şirkətinin formalaşdırdığı “Africa Corps” qrupunun nəzarət edəcəyi vurğulanıb.

    Qeyd edək ki, 2013-cü ildə Malidə başlayan üsyanlardan sonra Fransa bu ölkəyə hərbi qüvvə göndərmişdi. Lakin 2022-ci ildə Fransanın oranı tərk etməsi ilə Rusiyanın nəzarətində olan hərbi şirkət Malidəki vəziyyəti nəzarətə götürmüş və ölkənin hərbi rəhbərliyi ilə birgə fəaliyyətə başlamışdı.

  • Xoşqədəm Hidayətqızı atasını da itirdi – FOTO

    Əməkdar jurnalist Xoşqədəm Hidayətqızına növbəti ağır itki üz verib.

    Median.Az Manset.az-a istinadən xəbər verir ki, “Səni axtarıram” layihəsinin rəhbəri və aparıcısı Xoşqədəm Hidayətqızının atası Hidayət Baxşəliyev bu gün səhər saatlarında vəfat edib.

    X.Baxşəliyevanın bir neçə həftə əvvəl anası Ofeliya xanım da dünyasını dəyişmişdi.

    Qeyd edək ki, Hidayət Baxşəliyev 5 ildir xərçəng xəstəliyindən əziyyət çəkirdi.

  • FAO: Mayda dünyada ərzaq ucuzlaşıb

    Bu ilin may ayında dünyada ərzaq məhsullarının qiymətləri azalıb.

    Bu barədə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) məlumat yayıb.

    Ötən ay FAO Ərzaq Qiymətləri İndeksi orta hesabla 127,7 bənd olub. Bu, aprellə müqayisədə 0,8 faiz bəndi azdır, lakin bir il əvvələ nisbətən 6 faiz bəndi çoxdur.

    Ərzağın ucuzlaşmasına səbəb kimi əmtəə birjalarında qarğıdalı və palma yağının qiymətlərinin kəskin azalması göstərilir.

    Belə ki, ay ərzində FAO Bitki Yağı Qiymətləri İndeksi 3,7 faiz bəndi azalıb. Bu da Cənub-Şərqi Asiyada mövsümi istehsalın həcminin kəskin artması, Cənubi Amerikada tələbatın zəifləməsi, Avropa İttifaqında isə qiymətlərin aşağı düşməsi ilə bağlıdır.

    Bundan başqa, mayda FAO Taxıl Qiymətləri İndeksi ABŞ-da rekord həcmdə məhsul gözləntiləri fonunda 1,8 faiz bəndi azalıb, FAO Düyü Qiymətləri İndeksi isə güclü tələbat fonunda 1,4 faiz bəndi artıb.

    Ötən ay FAO Şəkər Qiymətlər İndeksi 2,6 faiz bəndi azalıb. Səbəb kimi dünya iqtisadiyyatında qeyri-müəyyənlik, içki və qida sənayesində tələbatın zəifləməsi və gələn mövsümdə qlobal istehsalın bərpa olunacağı gözləntiləri göstərilir.

    FAO Ət Qiymətləri İndeksi 1,3 faiz bəndi artıb. Bu artım qoyun, donuz və mal ətinin qiymətlərinin yüksəlməsi ilə əlaqəlidir. Əvəzində, toyuq əti qiymətləri azalıb. Bu isə Braziliyada may ayının ortalarında yüksək patogenli quş qripinin aşkarlanması nəticəsində bir çox əsas idxalçı ölkələrin embarqo tətbiq etməsi və daxili təchizatın artması ilə bağlıdır.

    FAO Süd Məhsulları Qiymətləri İndeksi isə 0,8 faiz bəndi artıb. Asiyadan olan güclü tələbat beynəlxalq kərə yağı qiymətlərini tarixi yüksək səviyyədə saxlayıb və bu da pendir və tam süd tozu qiymətlərində artıma səbəb olub.
    //report

  • Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var

    Qax rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən avtoqəza baş verib.

    Hadisə Qax-Qorağan avtomobil yolunun rayonun Turaclı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

    Belə ki, Qax istiqamətində hərəkətdə olan “Honda” və “VAZ-21099” markalı avtomobillərin toqquşması nəticəsində üç nəfər xəsarət alıb. Onlar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

    Faktla bağlı araşdırma aparılır.

  • Маск удалил пост о связях Трампа с Эпштейном

    Американский миллиардер Илон Маск удалил в соцсети X пост, в котором заявил об упоминании президента США Дональда Трампа в документах по делу финансиста Джеффри Эпштейна, обвиняемого в педофилии и организации проституции.

    Об этом сообщает Median.Az со ссылкой на официальную страницу Маска в соцсети Х.

    В процессе перепалки с американским лидером в четверг, 5 июня, основатель Tesla написал: “Пришло время сбросить по-настоящему большую бомбу: Дональд Трамп есть в документах по делу Эпштейна. Это истинная причина, по которой они не были опубликованы”.

    Кроме того, он опубликовал видеоролик 1992 года, на котором действующий президент США и Эпштейн общаются на мероприятии.

  • Mask Trampın Ceffri Epşteynlə əlaqələrinə dair postu silib

    Amerikalı milyarder İlon Mask “X” sosial şəbəkəsindəki hesabında insan alveri və yetkinlik yaşına çatmayanların cinsi istismarında ittiham olunan maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı sənədlərdə ABŞ Prezidenti Donald Trampın adının çəkildiyi barədə yazdığı postu silib.

    Bu barədə Median.Az Maskın “X” sosial şəbəkəsindəki hesabına istinadən xəbər verir.

    Qeyd edək ki, iyunun 5-də amerikalı liderlə mübahisə zamanı “Tesla”nın təsisçisi yazıb: “Əsl bombanı partlatmaq vaxtıdır: Tramp Epşteyn işinin sənədlərində var. Məhz buna görə onlar ictimaiyyətə açıqlanmayıb”.

    Bundan əlavə, o, ABŞ-nin hazırkı prezidenti və Epşteynin bir tədbirdə söhbət etdiyini göstərən 1992-ci ildə çəkilmiş video paylaşıb.

  • Bakı Limanı ilə Çin limanları arasında əməkdaşlıq imkanları müzakirə edilib

    Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Çin Quandun əyalətində yerləşən Şençjen, Quancou, Juhai, Şantou və Cantszyan limanları arasında əməkdaşlıq imkanları müzakirə edilib.

    “Report” bu barədə “AZCON Holding”in şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir.

    Məlumata görə, müzakirələr ADY-nin sədrinin müavini Arif Ağayevin Quandun əyalətinin Siyasi Məşvərət Konfransının sədri Lin Ketsinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirdiyi görüşdə baş tutub. Görüşdə Şərq-Qərb nəqliyyat dəhlizinin əsas hissəsi olan Orta Dəhlizin strateji rolu, bu marşrut üzrə yüklərin səmərəli və təhlükəsiz daşınması və yük daşımaları sahəsində ortaq maraq doğuran məsələlər müzakirə edilib.

    ADY-nin beynəlxalq dəhlizlərin, o cümlədən Çin və Avropa arasında səmərəli və etibarlı nəqliyyat bağlantısını təmin edən Orta Dəhlizin inkişafı üçün gördüyü işlər, Bakı Limanının beynəlxalq yükdaşımalardakı rolu qonaqların diqqətinə çatdırılıb.

    Bildirilib ki, Orta Dəhlizin əsas seqmentlərindən olan Bakı Limanı müasir texnoloji imkanları və sürətli yük əməliyyatları üçün müvafiq infrastrukturu sayəsində illik 15 milyon ton yükaşırma gücü ilə Şərq-Qərb-Şərq yükdaşımaları üçün geniş imkanlar açır.

    Çin nümayəndə heyəti Bakı Limanının regionda artan logistik potensialını və multimodal daşımalar üçün əlverişli imkanları ilə tanış olub.

    Hazırda Çinin Sian limanından Orta Dəhlizlə müntəzəm konteyner blok-qatarlarının göndərilməsi həyata keçirilir.

  • Ronaldu klublararası dünya çempionatında iştirak etməyəcəyini açıqlayıb

    Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldu bu il ABŞ-də keçiriləcək klublararası dünya çempionatında iştirak etməyəcək.

    40 yaşlı hücumçu bu barədə mətbuat konfransında açıqlama verib.

    Təcrübəli forvard bir neçə klubdan dəvət aldığını da təsdiqləyib:

    “Çoxsaylı dəvətlərə, təkliflərə baxmayaraq, klublararası dünya çempionatında iştirak etməyəcəyim dəqiqləşib. Müzakirələr, təmaslar olub. Lakin biz qısa, orta və uzunmüddətli perspektivdə düşünməliyik”.

    Qeyd edək ki, klublararası dünya çempionatı iyunun 15-dən iyulun 13-dək keçiriləcək. Ronaldunun çıxış etdiyi Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandası turnirə qatıla bilməyəcək. Portuqaliyalı futbolçunun klubu ilə müqaviləsinin müddəti iyunun 30-da başa çatır. Lakin tərəflərin yeni sözləşmə imzalayacağı ehtimal olunur.
    //report