Month: June 2025

  • Kürdə 45, Qarasuçayda isə 63 santimetr artım olub

    Bölgələrdə davam edən intensiv yağıntılarla əlaqədar bəzi çaylarda suyun səviyyəsi artıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, Böyük Qafqaz ərazisindən axan Qarasuçayda 63 sm, Vəlvələçayda 12 sm, Qudyalçayda 5 sm, Katexçayda 3 sm, Kiçik Qafqaz ərazisindən axan Əsrikçayda 4 sm, Kürəkçayda 3 sm, Zəyəmçayda 2 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Quruçayda 11 sm artım olub.

    Bundan başqa, Tərtərçayda 5 sm, Tutqunçayda 3 sm, Kür çayının aşağı axınında Kür-Zərdabda 10 sm, Kür-Surra və Kür-Bankədə 11 sm, Kür-Şirvanda 20 sm, Kür-Salyanda isə 45 sm artım qeydə alınıb.

  • В Германии произошел пожар в здании бывшей государственной оперетты

    Пожар произошел в здании бывшей государственной оперетты в германском городе Дрездене.

    Об этом сообщила газета Bild, сославшись на пожарную службу и собственные источники.

    По информации, к месту происшествия были привлечены около 60 сотрудников пожарной службы. Причина возгорания неизвестна. Над зданием образовалось большое облако дыма. Спасателям пришлось эвакуировать жильцов двух домов, расположенных наиболее близко к загоревшемуся зданию. Никакой информации о пострадавших не поступало.

    В настоящее время здание, где произошел пожар, пустует. Однако в период с 1947 по 2016 годы здесь находилась государственная оперетта.
    //report

  • Almaniyada keçmiş operetta binası yanıb

    Almaniyanın Drezden şəhərində keçmiş dövlət operetta binasında yanğın baş verib.

    Bu barədə “Bild” qəzeti yanğınsöndürmə idarəsinə və mənbələrə istinadən məlumat yayıb.

    “(Drezdendə) Leyben rayonundakı keçmiş dövlət operettasının binası yanır. Yanğın yardımçı tikilidə başlayıb və tezliklə əsas binaya keçib”, – xəbərdə deyilir.

    Hadisə yerinə 60-a yaxın yanğınsöndürən göndərilib. Yanğının səbəbi hələ məlum deyil. Məlumata görə, binanın üzərində böyük tüstü buludu əmələ gəlib. Bununla əlaqədar olaraq, ekspertlər evləri fövqəladə hadisə yerindən bir kilometr radiusda olan sakinləri pəncərə və qapıları hələ açmamağa çağırıb. Bundan başqa, xilasedicilər yanan binaya ən yaxın olan iki evin sakinlərini təxliyə etməli olublar.

    Zərərçəkənlər barədə məlumat yoxdur.

    Yanğının baş verdiyi bina hazırda boşdur. Halbuki 1947-ci ildən 2016-cı ilə qədər burada dövlət operettası yerləşib.
    //report

  • Власти афганской провинции запретили изображение живых существ в СМИ

    Власти провинции Лагман в Афганистане запретили изображения людей, животных и любых других живых существ в средствах массовой информации.

    Об этом говорится в информации Центра афганской журналистики.

    Табу для “поощрения добродетели и предотвращения порока” до этого были введены в 18 других афганских провинциях – всего в стране 34 региона.

    В Лагмане работают государственный телеканал RTA и четыре частные радиостанции. Уточняется, что запрет будет касаться также социальных сетей этих СМИ.

  • Əfqanıstan hakimiyyəti KİV-də canlıların təsvirini qadağan edib

    Əfqanıstanın Lagman əyalətinin hakimiyyəti mediada insanların, heyvanların canlıların şəkillərini qadağan edib.

    Bu barədə Əfqanıstan Jurnalistika Mərkəzinin məlumatında deyilir.

    “Fəziləti təşviq etmək və pisliyin qarşısını almaq” üçün tabular bundan əvvəl Əfqanıstanın digər 18 əyalətində – ölkənin ümumilikdə 34 regionunda tətbiq olunub. Lagmanda dövlət televiziya kanalı RTA və dörd özəl radiostansiya fəaliyyət göstərir. Bildirilir ki, qadağa KİV-lərin sosial şəbəkələrindəki hesablarına da şamil olunacaq.

  • В Лиссабоне из ювелирного магазина похищены украшения на миллион евро

    В Лиссабоне совершен налет на ювелирный магазин, расположенный в одном из отелей в центре города.

    Как сообщает Median.Az со ссылкой на CNN Portugal, преступники похитили драгоценности и дорогие часы на сумму около одного миллиона евро.

    По данным полиции, в налете участвовали четверо злоумышленников, один из которых был вооружен. Угрожая персоналу и постояльцам отеля пистолетом, они забрали ценные изделия и скрылись с места преступления на электросамокатах до прибытия полиции.

    Ограбление произошло в утренние часы и попало в объективы камер видеонаблюдения. Правоохранительные органы ведут розыск подозреваемых.

  • Lissabon zərgərlik mağazasından bir milyon avro dəyərində zinət əşyaları qarət edilib

    Portuqaliyanın paytaxtı Lissabonun mərkəzindəki oteldə yerləşən zərgərlik mağazasına basqın edilib.

    Cinayətkarlar təxminən bir milyon avro dəyərində zinət əşyaları və bahalı saatlar qarət ediblər.

    Polisin məlumatına görə, quldurluqda dörd cinayətkar iştirak edib, onlardan biri silahlı olub. Onlar otel işçilərini və qonaqları silahla hədələyərək, polis əməkdaşları gələnə qədər qiymətli əşyaları götürərək skuterlərlə hadisə yerindən qaçıblar.

    Qarət hadisəsi səhər saatlarında baş verib və müşahidə kameralarına düşüb. Hüquq-mühafizə orqanları şübhəliləri axtarır.

  • Ani yağış zamanı yollarda yaranan təhlükələrlə bağlı XƏBƏRDARLIQ

    Baş Dövlət Yol Polisi İdarəsi ani yağış zamanı yollarda yaranan təhlükələrlə bağlı sürücülərə xəbərdarlıq edib.

    Bu barədə qurumdan məlumat verilib.

    Bildirilib ki, son günlər müşahidə olunan ani və intensiv yağışlar zamanı asfalt örtüyündə suyun qısa müddətdə toplanması nəticəsində nəqliyyat vasitələrinin hərəkəti zamanı ciddi təhlükələr yarana bilir.

    “Belə hallarda yol səthində yaranan su təbəqələri sürücülər tərəfindən hər zaman vizual olaraq seçilmədiyindən, bu sahələrə daxil olan avtomobillərdə hidroplanlaşdırma (aquaplaning) – yəni təkərlə yol arasındakı təmasın itməsi baş verir.

    Qeyd olunan hal sürət yüksək olduqda daha təhlükəlidir. Belə şəraitdə edilən ani tormozlama və ya qəfil sükan manevri avtomobilin idarəetmədən çıxması və qəza ilə nəticələnə biləcək risklərin artmasına səbəb olur”, – məlumatda deyilir.

    Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə hava şəraitini və yol örtüyünü nəzərə alaraq aşağıdakı qaydalara ciddi əməl etməyi tövsiyə edib:

    – Yağışlı hava şəraitində hərəkət zamanı sürəti normadan çox artırmamaq;

    – Təkərlərin texniki vəziyyətinə – xüsusilə protektor dərinliyinə daim nəzarət etmək;

    – Gölməçəyə daxil olduqda tormozdan istifadə etmədən sükanı sabit saxlamaq;

    – Digər nəqliyyat vasitələri ilə ara məsafəsini artırmaq.

    “Unutmayın ki, görünməyən su təbəqələri yolda gözlənilməz təhlükələr yaradır. Hər bir sürücü hava və yol şəraitinə uyğun davranmaqla həm özünün, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etməlidir”, – DYP-dən vurğulanıb.

  • İnsan alverində ittiham olunan qadına CƏZA verildi

    Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikası vətəndaşı olan qadınları cinsi istismara məruz qoymaqda şübhəli bilinən R.Əmiraslanova tutulub.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq yekunlaşaraq materiallar baxılması üçün məhkəməyə göndərilib.

    Məhkəmənin hökmünə əsasən, R.Əmiraslanova Cinayət Məcəlləsinin 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 (İnsan alveri) və 144-3.4-cü maddələri ilə təqsirli bilinib və səkkiz il altı ay müddətinə azadlıqdan məhrum edilib.

  • Bakıda məktəbdə insident – Şagirdlər mühafizəçiyə hücum çəkdi

    Bakının Xətai rayonunda yerləşən 207 nömrəli tam orta məktəbdə xoşagəlməz hadisə baş verib.

    Median.Az news24.az-a istinadən xəbər verir ki, hadisə iyunun 5-də axşam saatlarında qeydə alınıb.

    İlkin məlumata görə, məktəbin 11-ci sinif şagirdləri “Son zəng” günü münasibətilə rəqs məşqi etmək üçün məktəbə gəliblər. Lakin məktəbin mühafizəçisi onların məktəb həyətinə daxil olmasına icazə verməyib.

    Bu səbəbdən tərəflər arasında mübahisə yaranıb.

    Hadisənin gedişində şagirdlərdən birinin mühafizəçinin üzərinə bıçaq çəkdiyi iddia olunur.

    Qeyd edək ki, ötən ay sosial şəbəkələrdə Bakı şəhərində yerləşən 207 nömrəli tam orta məktəbin direktoru Yaqut Müseyibliyə məxsus olduğu iddia edilən səs yazısı yayılıb.

    İddialara görə səs yazısında direktor “Son zəng” üçün pul yığılmasını tələb edib və pul verməyən şagirdlərin tədbirdə iştirakına icazə verilməyəcəyini deyib.

    Daha sonra direktor vəzifəsindən azad edilib.