Month: June 2025

  • “Xarı bülbül”də dava: Gənc nişanlısı ilə qeyri-etik hərəkətlər etdi, döyüldü

    Sumqayıt şəhərində restoranda dava olub.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən “Xarı bülbül” restoranında keçirilən toy məclisində baş verib.

    Məclisdə Vasif adlı şəxs özünün 2004-cü il təvəllüdlü Murad Məstalıyev və Sənan Şahməmmədov tərəfindən döyülməsi barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verib.

    Müraciət üzrə təhqiqatçılar araşdırma aparıblar. Hər iki şəxsin izahatı alınıb, iş üzrə məhkəmə-tibbi ekspertiza təyin edilib. Zərərçəkmiş şəxsin bədəni üzərində dərəcəsi təyin edilməyən xəsarətlər aşkarlanıb. Təqsirkar şəxslərə İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə ittiham verilib.

    İş üzrə izahat verən Murad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, anası və atası ilə “Xarı bülbül” restoranında keçirilən toy məclisində iştirak edib:

    “Dayım oğlu Sənan və arvadı da toyda idilər. Onların masasının qonşuluğunda sonradan adını bildiyim Vasif və nişanlısı da əyləşmişdilər. Həmin şəxslər araq içib, özlərini normal aparmırdılar. İçkili halda nalayiq ifadələr işlədir, qeyri-etik hərəkətlərə yol verirdilər.

    Vasifə yaxınlaşaraq toyda bizim ailə üzvlərimizin də olduğunu dedim, özünü normal aparmasını xahiş etdim. Amma o, dediklərimizə məhəl qoymadı. Buna görə Sənanla birlikdə Vasifi foyeyə dəvət etdik. Vasif pilləkənə çatanda onu itələdim, əlbəyaxa olduq. Yumruqla üzünə bir zərbə endirdim. Toyda olanlar bizi ayırdılar”.

    Murad ifadəsində əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışığa cəhd etsə də, barışığın alınmadığını bildirib.

    İş üzrə zərərçəkmiş qismində ifadə verən Vasifin sözlərinə görə, nişanlısı ilə “Xarı bülbül” restoranında Taleh Salmanovun toy məclisində iştirak ediblər:

    “Toyda içdim. Lakin heç bir qeyri-etik hərəkətə yol vermədim. Rəqs edərkən iki nəfər tanımadığım şəxs məni foyeyə çağırdı. Foyedə onlar yumruq-təpiklə məni vurmağa başladılar”.

    Zərərçəkmiş qeyd edib ki, hadisədən sonra bir müddət özündə olmadığı üçün daha sonra nə baş verdiyini xatırlamır:

    “Məni döyənlərdən şikayət etmişəm. Onlardan şikayətçiyəm”.

    Bu işə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin qərarı ilə Murad 300 manat miqdarında cərimə olunub.

    Digər təqsirli bilinən Sənan barəsində də inzibati qaydada tədbir görüləcəyi gözlənilir.

  • Bakıda ilanlar çoxalıb – Səbəb AÇIQLANDI

    Son günlərdə Bakıda insanların qarşısına çıxan ilanların sayının artdığı iddia edilir. Bu barədə sosial şəbəkədə paylaşımlar edilir.

    Qeyd edək ki, Azərbaycanda sürünənlərin növ tərkibi zəngindir. Ölkəmizdə olan sürünənlərin növ sayı 59-dan çoxdur. Bunlardan 26-sı ilanlardır, 3 tısbağalar, 30-u kərtəkələlərdir. Sürünənlər soyuqqanlı heyvanlardır.

    Median.Az xəbər verir ki, modern.az mövzu ilə bağlı Zootoksinlər İstehsal-Elmi Araşdırma Mərkəzinin direktoru, Zoologiya İnstitutunda aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Təvəkkül İsgəndərovla həmsöhbət olub.

    İlanların bu ay aktivləşməsi normaldır

    “İlanlar ilin soyuq aylarında qışlayırlar, isti aylarda isə aktiv fəaliyyətə başlayırlar. İlanların aktivliyi mart ayından başlayır. Azərbaycanın müxtəlif ərazilərində mart ayında temperatur fərqli olur. Yazın gəlişi, torpağın oyanması və temperaturun 14-16 dərəcəyə qalxması onların fəallığı üçün bir siqnaldır. İlanlar qışda torpağın müxtəlif dərinliklərində, süxurlarda, qaya künclərində, ağıla gələn və gəlməyən, soyuq havanın çatmadığı, qarın-yağışın tutmadığı, temperaturun 5-10 dərəcə olduğu yerlərdə qışlayırlar.

    O ilanlar ki, torpağın üst qatına yaxın yerlərdə qışlayır, temperaturun qalxması onlara daha tez çatır. Azərbaycanın müxtəlif yerlərində iqlim parametrləri fərqlidir. İstilərin tez düşdüyü aran və düzənlik ərazilərdə ilanların aktivliyi daha çox hiss edilir. Dağlıq və dağətəyi rayonlarda isə ilanların aktivliyi daha gec müşahidə edilməyə başlayır. İlanların ən aktiv olduğu ay maydır”.

    İlanlar ən çox aktiv olduğu ərazilər

    T.Dadaşov ilanların ən çox yayıldığı ərazilər barədə də məlumat verib:

    “İlanların ən çox yayıldığı ərazilər isti-quraq iqlimə malik düzənliklərdəki yarımsəhralar, bozluq çöllüklərdir. Bu ərazilərdə mart ayından etibarən ilanlar, kərtənkələlər, tısbağaları görmək olar. Əgər günəşli günlərin sayı çoxdursa və torpaq daha çox qızıbsa, ilanlar daha tez oyanır. Hazırda Azərbaycanın Aran və dağətəyi ərazilərində temperatur yüksəldiyindən ilanlar aktivləşməyə başlayıb. İqlimin istiləşməsi, əlverişli mühitin yaranması ilanları daha da fəallaşdırır. May ayı ilanların cütləşmə vaxtıdır, o cümlədən qış dönəmi bitidyindən onlar əlverişli yerlərdə – özlərinə yem tapdıqları ərazilərdə müşahidə olunması normaldır. Bu səbəbdən də ilanlar gündüzlər də fəal olmağa başlayır. İlanların gündüz fəallığı olan növləri azdır. Yay vaxtı torpağın üstü daha çox qızdığından ilanlar gündüz az görünür. Onlar qaynar torpağın üstünə çıxıb bədənlərini yandırmazlar, çünki onlar soyuqqanlıdırlar. Yay vaxtlarında ilanlar əsasən gecələr və səhər 11-ə qədər görünür. Amma hansı günlərdə günəş yeri çox qızdırmır, ilanları bütün gün ərzində aktiv görmək mümkündür”.

    Sonda zooloq bildirib ki, ilanların insanların qarşısına çox çıxması insanların sıx məskunlaşması ilə bağlıdır. “İlanların sayı çoxalmayıb, sadəcə əvvəllər 10 ilan yaşayan yerdə 50 nəfər qalır və onları görürdüsə, indi bu rəqəm 500-dür. İlan sayı isə eyni olaraq qalır, onlarla rastlaşan insanların sayı çoxaldığından elə bilirik ki, ilanların da sayı çoxalıb”.

  • Ален Симонян: Парламентские выборы 2026 года в Армении пройдут 7 июня

    Парламентские выборы 2026 года пройдут в Армении 7 июня.

    Об этом написал в своем Telegram спикер парламента Ален Симонян.

    “Сегодня 7 июня. До следующих выборов Национального собрания Армении остался ровно год. Они пройдут 7 июня 2026 года. Обратный отсчет пошел”, – написал Симонян.

    Отметим, что предыдущие досрочные выборы в Национальное собрание Армении прошли в 2021 году. В них победу одержал правящий ныне “Гражданский договор”. В парламент прошли также оппозиционные блоки “Айастан” и “Честь имею”.

  • Ermənistanda parlament seçkisinin vaxtı məlum olub

    Ermənistanda parlament seçkisinin vaxtı məlum olub.

    Median.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə parlamentin sədri Alen Simonyan açıqlama verib.

    Onun sözlərinə görə, seçki 2026-cı il iyunun 7-də keçiriləcək.

  • Мединский: Украина неожиданно отложила возвращение 6 000 тел погибших солдат и обмен военнопленными

    Российская сторона заявила о неожиданном решении Украины перенести на неопределенный срок гуманитарную акцию по обмену военнопленными и передаче тел погибших военнослужащих.

    Об этом сообщил помощник президента РФ Владимир Мединский.

    “Украинская сторона неожиданно перенесла на неопределенный срок и приемку тел, и обмен военнопленными”, – заявил Мединский.

    По его словам, Россия 6 июня уже приступила к реализации масштабной гуманитарной акции, в рамках которой планировалось передать Украине более 6 тыс. тел погибших военнослужащих, а также произвести обмен ранеными, тяжелобольными и другими категориями военнопленных.

    Мединский подчеркнул, что первая партия из 1 212 тел погибших украинских военнослужащих уже доставлена в рефрижераторах в район запланированного обмена, а остальные находятся “на подходе”.

    Российская сторона также передала украинским представителям первый список из 640 военнопленных категорий “раненые, тяжелобольные и молодежь”, предлагая начать процедуру обмена в ближайшее время.

    “РФ призывает Украину забрать тела 6 тыс. солдат и офицеров ВСУ, чтобы семьи могли по-человечески предать их земле”, – добавил Мединский.

  • Ukrayna 6000 hərbçinin cəsədinin qaytarılmasını təxirə saldı

    Rusiya tərəfi Ukraynanın hərbi məhbusların dəyişdirilməsi və həlak olan əsgərlərin cəsədlərinin təhvil verilməsi üzrə humanitar aksiyanı qeyri-müəyyən müddətə təxirə saldığını bildirib.

    Median.Az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski məlumat verib.

    “Ukrayna tərəfi gözlənilmədən həm cəsədlərin qəbulunu, həm də hərbi məhbusların mübadiləsini qeyri-müəyyən vaxta təxirə saldı”, – Medinski deyib.

    Onun sözlərinə görə, iyunun 6-da Rusiya artıq irimiqyaslı humanitar aksiyanı həyata keçirməyə başlayıb, bu aksiya çərçivəsində altı mindən çox hərbçinin cəsədinin Ukraynaya təhvil verilməsi, həmçinin yaralıların, ağır xəstələrin və digər kateqoriyadan olan əsirlərin dəyişdirilməsi planlaşdırılırdı.

    Medinski vurğulayıb ki, həlak olan 1212 Ukrayna əsgərinin cəsədi soyuducu yük maşınlarında planlaşdırılan mübadilə zonasına çatdırılıb, qalanları isə “yoldadır”. Rusiya tərəfi, həmçinin Ukrayna nümayəndələrinə yaralılar, ağır xəstələr və gənclər kateqoriyaları üzrə 640 hərbi məhbusdan ibarət ilk siyahını verib və yaxın vaxtlarda mübadilə proseduruna başlamağı təklif edib.

    “Rusiya Federasiyası Ukraynanı Ukrayna Silahlı Qüvvələrinin altı min əsgər və zabitinin cəsədlərini götürməyə çağırır ki, ailələri onları insani şəkildə dəfn edə bilsinlər”, – deyə Medinski əlavə edib.

  • Xəstəxanaya aparılan qadın HƏYATINI İTİRDİ

    Beyləqan Rayon Mərkəzi Xəstəxanasında ölüm faktı qeydə alınıb.

    Birinci Aşıqlı kənd sakini L.Paşayeva şəkər və təzyiqinin qalxması səbəbindən xəstəxanaya gətirilib.

    Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, iyunun 6-sı saat 14:30-da halının pisləşməsi səbəbi ilə bir nəfər (qadın cinsli) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

    “1997-ci il təvəllüdlü şəxsə insulindən asılı şəkərli diabet diaqnozu təyin edilib. Həkimlərin səylərinə baxmayaraq, iyunun 6-sı saat 15:00-da şəxsin ölüm faktı qeydə alınıb”, – deyə məlumatda bildirilir.

    Qeyd edək ki, L.Paşayevanın iki övladı var.

    Faktla bağlı araşdırma aparılır.

  • Mingəçevirdə ər-arvadın ölümünün yeni detalları və SON MESAJ

    Ötən gün Mingəçevirdə evdə xanımı ilə birgə meyiti aşkarlanan 64 yaşlı kişi Rusiya vətəndaşı imiş.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, hadisə dünən şəhərin 20 Yanvar küçəsi, 6 ünvanında yerləşən həyət evində baş verib.

    Həmin ünvandakı evdə meyitləri aşkarlanan 1961-ci il təvəllüdlü Mustafa Babayevin və onun 1962-ci il təvəllüdlü xanımı Sayalı Babayevanın ölümü ilə bağlı yeni təfərrüat məlum olub.

    Mərhum Mustafa Babayevin qudası – yeganə qızının qayınatası Nuraləm Əsgərovun verdiyi məlumata görə, bir oğul və bir qız övladı olan cütlük mehriban və xoşbəxt yaşayıb. Rusiya vətəndaşı olan Mustafa Babayev 30 il orada fasiləsiz yaşayıb, ailəsi üçün xoş güzəran yaradıb.

    Ailənin xoşbəxtliyi iki ay öncə pozulub. Ailənin Rusiyada yaşayan yeganə oğul övladı Murad münaqişə zəminində tacik millətindən olan cinayətkarlar tərəfindən qətlə yetirilib. Mərhumun meyiti Mingəçevirə gətirilərək dəfn olunub.

    Mayın 1-də Muradın 40 günlük yas mərasimi keçirilib.

    Yaxınlarının sözlərinə görə, övlad itkisi ata-ananın dərin üzüntüsünə səbəb olub. Onsuz da, xəstə olan ana infarkt keçirib.

    Dünən Sayalı Babayeva növbəti dəfə infarkt keçirərək vəfat edib. Həyat yoldaşının öldüyünü görən Mustafa Babayev qudası Nuraləm kişiyə və dostuna qısa məzmunlu mesaj yazıb:

    “Oğlum vaxtsız getdi, Sayalım da öldü. Daha yaşamağa həvəsim yoxdur. Salamat qalın, mən gedirəm. 15 dəqiqə sonra gələrsiniz bizə”.

    Mesajı göndərdikdən dərhal sonra Mustafa Babayev həyətdə özünü asaraq öldürüb.

    Mesajı alan quda, kürəkən və digər doğmalar tələsik özlərini həmin ünvana çatdırsalar da, ər-arvadı ölmüş vəziyyətdə aşkar ediblər.

    Qeyd edək ki, ailədən yeganə sağ qalan ailəli qız övladıdır. Rusiyada qətlə yetirilmiş Murad subay olub.

  • “TikTok”da səhifəyə kredit üçün yazdı, öz pulundan da oldu – VİDEO

    10 min manat kredit götürmək istəyən vətəndaş öz pulundan da olub.

    Bu iddia ilə Ağdam sakini Loğman Əşrəfov Xəzər TV-yə müraciət edib.

    O bildirib ki, “TikTok” vasitəsilə tapdığı səhifələrdən birinə 10 min manat kredit üçün müraciət edib. Səhifə sahibi də ondan kredit üçün 608 manat depozit tələb edib. L.Əşrəfov depoziti ödədikdən sonra nömrəsini bloka atıblar.

    Şikayətçinin sözlərinə görə, məsələ ilə bağlı dərhal polisə müraciət edib. Lakin aylardır ki, onun ödənişi geri qaytarılmır.

    Daha ətraflı süjetdə:

  • Ceyhun Bayramov pakistanlı həmkarı ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı müzakirə edib

    Xarici işlər naziri Ceyhun Bayramov və Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı baş tutub.

    Bu barədə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

    Bildirilib ki, nazirlər arasında Azərbaycan-Pakistan tərəfdaşlığından irəli gələn məsələlər, ikitərəfli, çoxtərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri müzakirə olunub.

    Ali və yüksək səviyyədə qarşılıqlı səfərlərin artan dinamikasından məmnunluq ifadə olunub. Laçın şəhərində keçirilmiş Azərbaycan-Türkiyə-Pakistan Zirvə görüşü çərçivəsində aparılmış danışıqlardan irəli gələn məsələlər, o cümlədən 21-22 iyun tarixində İstanbulda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasına, habelə Azərbaycanın cari ilin iyul ayında ev sahibliyi edəcəyi İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısına hazırlıq məsələləri nəzərdən keçirilib.

    Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.