Month: June 2025

  • Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq

    Azərbaycanlı zəvvarlar üçün Həcc ziyarəti iki gün ərzində yekunlaşacaq.

    Bu barədə “Report”un sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri bildirib.

    Onun sözlərinə görə, əsas Həcc ayinləri iyunun 9-da yekunlaşacaq: “Zəvvarlarımızın ilk qrupu iyunun 16-da Vətənə qayıdacaqlar. Birinci qrupla 176 nəfərin gəlməsi nəzərdə tutulub”.

    Qeyd edək ki, Azərbaycandan Həcc ziyarətinə ilk qrup mayın 25-də yola düşmüşdü.

    Bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir. Bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün 1 250 kvota yeri ayrılıb.

  • “ƏDV geri al”anlara XƏBƏRDARLIQ

    Xəbər verdiyimiz kimi, bu gün saat 10:00-dan 00:00-dək Dövlət Vergi Xidmətinin Data Mərkəzində profilaktik tədbirlərin aparılması ilə əlaqədar qurumun rəsmi internet saytı və İnternet Vergi İdarəsi tərəfindən təqdim edilən elektron xidmətlərdən istifadə mümkün olmayacaq.

    O cümlədən, Dövlət Vergi Xidməti tərəfindən “ƏDV geri al” portalında da texniki tənzimləmələr həyata keçiriləcək.

    Bununla bağlı olaraq bu gün “ƏDV geri al” portalında, həmçinin Birbank tətbiqində ƏDV geri almaq üçün qəbzləri oxutmaqda çətinlik yaşana bilər.

    8 iyun tarixindən etibarən isə Birbank tətbiqi ilə yenidən rahatlıqla qəbzləri oxudaraq ƏDV geri almaq mümkün olacaq.

    Qeyd edək ki, QR ödənişlər üzrə birbaşa əldə olunan ƏDV-lər 8 iyunda, digər ödənişlər üzrə 7 iyunda geri qaytarılması nəzərdə tutulan ƏDV-lər isə yaxın bir neçə gün ərzində köçürüləcək.

    ///trend

  • Тяжелое ДТП в Баку: погибли три человека – Видео (Обновлено)

    В результате аварии, произошедшей вблизи озера Бёюкшор в Баку, погибли три человека.

    Соответствующая информация была предоставлена Управлением дорожной полиции города Баку в ответ на запрос Report.

    По предварительным данным, столкнулись грузовой автомобиль Shacman и легковой автомобиль Wolksvagen.

    * * * * *

    В Баку произошло тяжелое дорожно-транспортное происшествие.

    Как сообщает Report, инцидент произошел у озера Бёюкшор.

    По информации, в результате столкновения легкового и грузового автомобилей есть погибший и пострадавшие.

  • Bakıda DƏHŞƏTLİ QƏZA: Üç nəfər öldü – VİDEO (Yenilənib)

    Bakıda Böyükşor gölü yaxınlığında baş verən qəzada üç nəfər ölüb.

    Median.Az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

    İlkin məlumata görə, “Shacman” markalı yük avtomobili və “Wolksvagen” markalı minik avtomobili toqquşub.

    * * * * *

    Bakıda ağır yol-nəqliyyat hadisəsi olub.

    Median.Az “Report”a istinadla xəbər verir ki, hadisə Böyükşor gölünün kənarında baş verib.

    Minik və yük avtomobillərinin toqquşması nəticəsində ölən və yaralananların olduğu bildirilir.

    Əraziyə polis əməkdaşları və təcili tibbi yardım avtomobilləri cəlb olunublar.

  • Состоялся телефонный разговор между Ильхамом Алиевым и Мухаммадом Шахбазом Шарифом

    7 июня состоялся телефонный разговор между Президентом Азербайджанской Республики Ильхамом Алиевым и премьер-министром Исламской Республики Пакистан Мухаммадом Шахбазом Шарифом.

    Об этом сообщает АЗЕРТАДЖ.

    Мухаммад Шахбаз Шариф поздравил Президента Ильхама Алиева и народ Азербайджана со священным Гурбан байрамы, передал пожелания прогресса и благополучия нашему государству.

    Глава нашего государства, в свою очередь, поздравил премьер-министра Пакистана и его народ с Гурбан байрамы, пожелал народу Пакистана счастья, развития и процветания.

    С удовлетворением вспомнив состоявшиеся несколько дней назад в Лачыне двусторонние встречи, а также трехсторонние встречи в формате Азербайджан-Турция-Пакистан и проведенные в ходе этих встреч обсуждения, Президент Азербайджана и премьер-министр Пакистана отметили, что все это придало еще больший импульс развитию отношений между нашими странами.

    В ходе телефонного разговора состоялся обмен мнениями о перспективах двустороннего сотрудничества между Азербайджаном и Пакистаном в экономической, торговой, энергетической, промышленной, военной, научной, образовательной, туристической и других сферах.

    Было затронуто значение Саммита Организации экономического сотрудничества (ОЭС), который состоится летом этого года в азербайджанском городе Ханкенди, выражена надежда на то, что это мероприятие будет способствовать развитию отношений между государствами-членами.

    В ходе телефонного разговора были обсуждены и другие вопросы, представляющие взаимный интерес.

  • İlham Əliyevlə Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub

    İyunun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub.

    Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

    Qeyd olunub ki, Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevi və Azərbaycan xalqını müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, dövlətimizə tərəqqi və rifah arzularını çatdırıb.

    Dövlətimizin başçısı da öz növbəsində Pakistan prezidentini və xalqını müqəddəs Qurban bayramı münasibətilə təbrik edərək, Pakistan xalqına səadət, inkişaf və firavanlıq arzulayıb.

    Azərbaycan Prezidenti və Pakistanın baş naziri bir neçə gün əvvəl Laçında keçirilmiş ikitərəfli, həmçinin Azərbaycan-Türkiyə-Pakistan formatında üçtərəfli görüşləri və bu görüşlər əsnasında aparılmış müzakirələri məmnunluqla xatırlayaraq, bütün bunların ölkələrimiz arasında əlaqələrin inkişafına daha da təkan verdiyini qeyd ediblər.

    Telefon söhbəti zamanı Azərbaycanla Pakistan arasında ikitərəfli iqtisadi, ticari, enerji, sənaye, hərbi, elm, təhsil, turizm və digər sahələrdə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

    İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) bu ilin yayında Azərbaycanın Xankəndi şəhərində keçiriləcək Sammitinin əhəmiyyətinə toxunularaq, bu tədbirin üzv dövlətlər arasında münasibətlərin inkişafına töhfə verəcəyinə ümidvarlıq ifadə olunub.

    Telefon söhbəti əsnasında qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

  • Salyanda köhnə tikilinin içərisində gizlədilmiş narkotik aşkarlandı

    Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməliyyat aparatı Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbiri keçirib.

    Penitensiar Xidmətdən verilən məlumata görə, əməliyyat-axtarış tədbiri nəticəsində Elçin Ağamirzə oğlu Ələkbərov tərəfindən Salyan rayonu Noxudlu kəndi ərazisində köhnə tikilinin içərisində gizlədilmiş, ümumi çəkisi 2 kiloqram 590 qram olan narkotik vasitə (745 qram heroin, 725 qram qurudulmuş marixuana və 1120 qram tiryək) aşkar edilərək götürülüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Ordubadda meyxanaçıya söz atan 38 yaşlı kişi kafedə DAVA SALDI

    Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kafedə dava olub.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, hadisə iyunun 5-də saat 00:30-da Aza kəndində baş verib.

    1987-ci il təvəllüdlü Azər Məmmədov (ad-soyad şərti verilib – red.) həmin kənddə yeməkxanada ictimai qaydanı pozub, polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmayıb.

    Onun barəsində əvvəlcə kafenin sahibi şikayətçi olub. Kafe sahibi Elşad Ordubad Rayon Polis Şöbəsinə zəng vurub və onları hadisə yerinə çağırıb. Bildirib ki, barəsində şikayət olunan şəxs saat 00:30-da kafeyə sərxoş gəlib, orada meyxanaçıya söz atıb.

    Daha sonra kafenin həyətində ucadan səs-küy salıb, nalayiq ifadələr işlədib, sakitləşmək üçün edilən xahişlərə məhəl qoymayıb, özündən çıxaraq stolları təpikləməyə başlayıb, pivə bakalını kafedə oturanların başına çırpmaq istəyib.

    Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddələri ilə ittiham elan edilib.

    İş baxılması üçün Ordubad Rayon Məhkəməsinə göndərilib. Hakim Tural Haqverdiyevin barəsində olan inzibati iş üzrə qərar elan edilib.

    Təqsirli bilinən şəxs 29 gün müddətinə inzibati qaydada həbs edilib.

  • В Стамбуле поднят флаг Азербайджана в Центре передового опыта по морской безопасности НАТО

    2 июня в Центре передового опыта по морской безопасности Организации Североатлантического договора (НАТО), расположенном в городе Стамбул, состоялась церемония поднятия государственного флага Азербайджана.

    Об этом сообщает управление по связям со СМИ и общественностью Минобороны Азербайджана.

    На церемонии с участием личного состава центра государственный флаг был поднят под звуки Государственного гимна Азербайджана.

  • NATO-nun İstanbuldakı mərkəzində Azərbaycan bayrağı qaldırılıb

    Türkiyənin İstanbul şəhərində yerləşən Şimali Atlantika Müqaviləsi Təşkilatının Dəniz Təhlükəsizliyi Mükəmməlliyi Mərkəzində (NATO DTMM) iyunun 2-də Azərbaycan Respublikasının Dövlət Bayrağının qaldırılması mərasimi keçirilib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, mərkəzin şəxsi heyətinin iştirak etdiyi mərasimdə Azərbaycan Respublikasının Dövlət Himninin sədası altında Dövlət Bayrağımız qaldırılıb.

    Mərasimdə çıxış edən NATO DTMM-nin rəisi 1-ci dərəcəli kapitan Mehmet Cengiz Ekren dəniz təhlükəsizliyinin qlobal ticarətdə, beynəlxalq əməkdaşlıqda və kollektiv təhlükəsizlikdəki rolunu vurğulayaraq, onun bugünkü qloballaşan dünyadakı həlledici əhəmiyyətini qeyd edib. Eyni zamanda, Azərbaycan Respublikasının NATO DTMM-yə beşinci üzv kimi qəbul edilməsinin mühüm proses olması və mövcud üzv ölkələr – Türkiyə, Yunanıstan, Portuqaliya və Rumıniya ilə birlikdə dəniz təhlükəsizliyinin gələcəyini formalaşdırmaq öhdəliyinin göstəricisi olduğu vurğulanıb. Çıxışda, həmçinin 2025-ci ildən etibarən üç il müddətinə NATO DTMM-də “EDU/007 – Təhsil üzrə qərargah zabiti” vəzifəsinə təyin edilmiş 3-cü dərəcəli kapitan Murad Eldar oğlu Muradovun xidmət müddətində qazandığı təcrübəni öz ölkəsində uğurla tətbiq edəcəyi əminliklə vurğulanıb.

    Mərasimin sonunda Azərbaycan Respublikasının NATO DTMM-yə töhfə verən ölkə olaraq qatılması şərəfinə zabitimizə xatirə hədiyyəsi təqdim edilib.