Month: June 2025

  • Azərbaycan boksçusu Qazaxıstanda bürünc medal qazanıb

    Qazaxıstanın Türküstan şəhərində gənc boksçular arasında keçirilən beynəlxalq turnirə yekun vurulub.

    Azərbaycan millisi yarışı 1 medalla başa vurub.

    Komandamızın heyətində Hikmət Məmmədov (50 kq) fəxri kürsüyə yüksəlib. O, yarışda bürünc medal qazanıb.

  • ВС РФ взяли под контроль Федоровку в Донецкой области

    Российские войска взяли под контроль населенный пункт Федоровку в Донецкой области.

    Об этом сообщили в Минобороны РФ.

  • Rusiya Silahlı Qüvvələri Donetsk vilayətində yaşayış məntəqəsini nəzarətə götürdü

    Rusiya Silahlı Qüvvələri Donetsk vilayətində yaşayış məntəqəsini nəzarət altına alıb.

    Median.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verilib.

    Məlumata görə, Rusiya qoşunları Donetsk vilayətinin Fyodorovka yaşayış məntəqəsini nəzarətə götürüb.

  • Naxçıvan Konstitusiyası dəyişir – Sənəd Milli Məclisə təqdim olunacaq

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mayın 21-də keçirilmiş iclasında “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” qanun layihəsi ikinci oxunuşda səsverməyə çıxarılıb və qəbul olunub. Bununla da Muxtar Respublikanın Konstitusiyasının dəyişdirilməsi ilə bağlı ilk mərhələ yekunlaşıb.

    Median.Az-ın xəbərinə görə, Milli Məclisin deputatı Müşfiq Cəfərov Modern.az-a açıqlamasında bildirib ki, buna baxmayaraq, hələ qarşıda iki prosedur qalıb:

    “Ali Məclisin sədri qanunu imzalamalı və təsdiq olunmaq üçün Azərbaycan Milli Məclisinə təqdim etməlidir. Təbii ki, ərazi bütövlüyü təmin olunan dövlətimizin idarəetmədə müəyyən dəyişiklik etməsi gözlənilən idi. Baş verən proseslərdən sonra Naxçıvan Konstitusiyasında da dəyişikliklərə ehtiyac duyulurdu. Əslində, son beş ildə belə bir zərurət yaranmışdı. Ali Məclisin sessiyasında da həmin məsələlərə baxıldı və sənəd ikinci oxunuşda qəbul edildi. Artıq layihə Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunacaq”.

    Deputat söyləyib ki, Naxçıvan Ali Məclisində hansı islahatların və dəyişikliklərin olacağı ilə bağlı detalları hələ ki söyləmək mümkün deyil:

    “Çünki layihə Milli Məclisə təsdiq üçün göndərildikdə dəyişikliklərlə tanış ola biləcəyik. Ona görə də bu məsələnin detalları ilə bağlı əlavə nəsə söyləyə bilmərəm”.

  • Mbappe Fransa millisinin ən çox qol ötürməsi verən futbolçusu olub

    Futbol üzrə Fransa millisinin hücumçusu Kilian Mbappe komandanın tarixində ən dəqiq ötürmələrin sayına görə rekorda imza atıb.

    Bu barədə “RMC Sport” nəşri məlumat verib.

    Belə ki, “Real Madrid”in forvardı İspaniyaya qarşı oyunda 31-ci qol ötürməsini edərək komanda yoldaşı Antuan Qrizmanın nəticəsini (30 məhsuldar ötürmə) üstələyib.

  • 56 yaşlı kişi evində sevgilisi ilə yeyib-içdi, ona xəsarət yetirdi – TƏFƏRRÜAT

    Abşeron rayonunda 56 yaşlı kişi evinə dəvət etdiyi sevgilisinə xəsarət yetirib.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, hadisə Novxanı qəsəbəsində baş verib.

    Novxanı sakini, 1969-cu il təvəllüdlü Bəhruz dostluq münasibətində olduğu Hicrana (adlar şərti verilib – red.) xəsarət yetirib.

    O, həmin gün saat 13 radələrində yaşadığı evdə tanışı Hicranla içki məclisi qurub. Məclis bitəndən sonra Hicran öz evinə getmək istəyib. Amma Bəhruz buna əsəbiləşib, onun getməsini istəməyib və əyləncəyə davam etməsini tələb edib.

    Hicranın getmək israrından daha da hiddətlənən Bəhruz sərxoş vəziyyətdə ona hücum çəkib. Əvvəlcə Hicranın sifətinə şillə vurub, sonra isə paltarının yaxasından tutaraq kənara itələyib. Qadının başı evin qapısına dəyib və o, xəsarət alıb.

    İstintaq orqanı tərəfindən Bəhruzun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

    İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bəhruz ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, Hicranla 15 ildir, dostluq münasibəti var:

    “Hadisə günü Hicran dəvətimlə Novxanı qəsəbəsindəki evimə gəldi. Mən də mağazadan bazarlıq etdim. Birlikdə içki məclisi qurduq, yeyib-içdik. Yeyib-içəndən sonra Hicran getmək istədi. Aramızda mübahisə yarandı. Hicran mənə nalayiq ifadələr işlətdi. Mən də bir dəfə sifətinə şillə vurdum və kənara itələdim. Hicranın başı qapıya dəydi və xəsarət aldı”.

    Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Hicran onun barəsində polisə şikayət edəcəyini bildirib və evdən gedib.

    İş üzrə zərərçəkmiş qismində ifadə verən Hicranın sözlərinə görə, hadisə günü nahar vaxtı Bəhruzun yaşadığı Novxanı qəsəbəsindəki evinə gedib:

    “Birlikdə spirtli içki içdik. Sonra mən evimə gedəcəyimi dedim. Buna görə Bəhruz məni söydü, mübahisə düşdü. Bəhruz məni itələdi, başım evin qapısına dəydi və zərbənin təsirindən yıxıldım. Mən yerə yıxılandan sonra Bəhruz yumruqla bir neçə dəfə baş və alın nahiyələrimə zərbələr vurdu”.

    Zərərçəkmişin ifadəsinə görə, sonra vəziyyəti yaxşı olmadığı üçün Bakı şəhərində xəstəxanalardan birinə müraciət edib və baş nahiyəsinə bir neçə yerdən tikiş qoyulub. Sonra ərazi üzrə polisə şikayət edib.

    Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb.

    Məhkəmə araşdırması zamanı məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb, zərərçəkmişin ona qarşı olan şikayətini geri götürüb.

    Hakim sonda hökm elan edən zaman onların barışmasını, zərərçəkmiş şəxsin şikayətçi olmamasını nəzərə alıb. Hökmə görə, müvafiq qanuna uyğun olaraq, Bəhruzun barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

  • Əhaliyə MÜRACİƏT – Bu məlumatları PAYLAŞMAYIN

    Bank kartı məlumatlarının naməlum şəxslərə verilməsi oğurluq riski yaradır.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Nazirlik vətəndaşlara müraciət edərək bank kartı məlumatlarının ələ keçirilməsi ilə bağlı oğurluq hallarına qarşı ehtiyatlı olmağa çağırır:

    “İyunun 5-də daxil olan müraciətlər əsasında aparılan araşdırmalar nəticəsində bir sıra şəxslərin bank hesablarından qanunsuz yolla pul vəsaitlərinin çıxarıldığı müəyyən olunub.

    Oğurlanmış məbləğlər arasında 2200, 1950, 1050, 940, 580, 300, 252, 226, 202, 200, 200, 128, 101 və 65 manat kimi rəqəmlər qeydə alınıb.

    Bu cür cinayət halları adətən naməlum nömrələrdən gələn zəng və SMS-lər, habelə saxta saytlar və platformalar vasitəsilə həyata keçirilir. Şəxsi bank kartı məlumatlarını, xüsusilə, kartın nömrəsini, PIN kodunu, CVV kodunu və bir dəfəlik təsdiq (OTP) şifrələrini heç bir halda digər şəxslərlə, o cümlədən özünü bank və ya dövlət qurumu əməkdaşı kimi təqdim edən şəxslərlə paylaşmaq olmaz”.

  • Bu çaylarda sululuq artıb

    Azərbaycanda iyunun 6-sı saat 9:00-a olan məlumata əsasən bəzi çaylarda sululuq artıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Belə ki, Böyük Qafqaz ərazisindən axan Qudyalçayda 5 sm, Vəlvələçayda 4 sm, Qarasuçayda 3 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Quruçayda 4 sm, Kür çayının aşağı axınında Kür-Zərdabda 12 sm, Kür-Surrada 21 sm, Kür-Şirvanda 14 sm, Kür-Bankə və Kür-Salyanda 13 sm artım qeydə alınıb.

  • Gəncədə azyaşlı xəstəxanada ölüb

    Gəncədə 2 yaşlı uşaq xəstəxanada ölüb.

    Median.Az Apa-ya istinadən xəbər verir ki, hadisə 2 saylı şəhər Uşaq Xəstəxanasında baş verib.

    Şəmkir rayon sakini 2023-cü il təvəllüdlü M.Məmmədov ağır vəziyyətdə uşaq xəstəxanasına çatdırılıb. Lakin həkimlərin göstərdikləri bütün tibbi yardımlara baxmayaraq azyaşlı xəstəxanada vəfat edib.

    Azyaşlının hansı səbəbdən ölməsi hələlik məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • Şəkidə arvadının qətlindən sonra qaçan kişi tutuldu

    Dünən Şəkidə törədilən qətlin üstü açılıb.

    İyunun 5-i səhər saatlarında Şəkidə qətl hadisəsi baş verib. 34 yaşlı Zəhra Məlik qızı Əliyeva yaşadığı evdə bıçaqla qətlə yetirilib.

    Məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs – qadının həyat yoldaşı 1986-cı il təvəllüdlü Həmid Nazim oğlu Əliyev saxlanılıb. Belə ki, cinayətdən sonra o, hadisə yerindən qaçıb. Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində H.Əliyevin yeri müəyyən edilərək saxlanılıb. O, istintaqa təhvil verilib.

    Qətlin ailədaxili münaqişə zəminində baş verdiyi bildirilir.

    Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.