Month: June 2025

  • Hüseyn özünə Bakıda ad günü etdi

    Bloger Hüseyn Həsənov Bakıda özünə ad günü edib.

    Median.Az “Axşam.az”a istinadən xəbər verir ki, 31 yaşını qeyd edən bloqerin ad günündə Əməkdar artist Ədalət Şükürov, aktyorlar Müşviq Şahverdiyev, Nicat Rəhimov, Ramin Hacıyev, meyxanaçı Pərviz Bülbülə və digərləri iştirak ediblər.

    Qeyd edək ki, Hüseyn Rusiyada 2019-2021-ci illəri əhatə edən dövrdə vergi ödəməməkdə, eləcə də cinayət yolu ilə əldə olunan külli-miqdarda vəsaitin leqallaşdırılmasında təqsirləndirilir. Onun barəsində qiyabi həbs qərarı verilib.

  • Mariya Zaxarova İstanbul danışıqlarını faydasız adlandıranları tənqid edib

    Türkiyənin İstanbul şəhərində Rusiya-Ukrayna danışıqlarını ancaq “ürəyi və ağlı olmayanlar” faydasız adlandıra bilər.

    Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova İtaliyanın “Boblu” telekanalına müsahibəsində deyib.

    “İnsan həyatı ilə bağlı danışıqları faydasız adlandırmaq səhvdir. İstanbulda gərginlik və gecikmələrə baxmayaraq, 1 000 məhbusun mübadiləsi barədə razılığa gəlmək mümkün olub. Bu, vacib nəticədir”, – o Qərb, o cümlədən İtaliya mətbuatının İstanbuldakı son danışıqlarını faydasız adlandırdıqları barədə məlumatları şərh edərkən deyib.
    //report

  • “VAZ 2106” ilə “Mercedes” toqquşub – Xəsarət alan var

    Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə Tovuz şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.

    Hərkətədə olan “VAZ 2106” ilə “Mercedes” markalı minik maşınları toqquşub.

    Qəza zamanı 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Sabah yola çıxacaq sürücülərin NƏZƏRİNƏ

    Sabah hava şəraiti ilə əlaqədar bəzi avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, iyunun 7-də bəzi rayonlarda yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

  • Paşinyan Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

    Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanı Qurban bayramı münasibətilə təbrik edib.

    O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

    Paylaşımda deyilir:

    “Azərbaycan Respublikasını və Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edirik. Ölkələrimizə və xalqlarımıza sülh və firavanlıq arzulayırıq”, – deyə paylaşımda qeyd olunub.

  • Bakıda insanları ən çox öldürən XƏSTƏLİKLƏR

    Bakı şəhərində yaşayan əhalinin ölüm səbəbləri sırasında hansı əsas xəstəliklərin yer aldığı açıqlanıb.

    Median.Az Modern.az-a istinadən xəbər verir ki, ölüm səbəbləri sırasanda ilk yerdə yenitörəmələr (xərçəng şişləri) gəlir.

    Ölüm səbəbləri arasında 2-ci yer qan dövranı sisteminin (ürək-damar) xəstəliklərinə aiddir.

    İlk “3-lük”də sinir sisteminin xəstəlikləri də yer alır.

    Ümumiyyətlə paytaxtda yaşayan insanların ölümünə səbəb olan əsas xəstəliklər belə sıralanıb:

    1. Yenitörəmələr (xərçəng şişləri)

    2. Qan dövranı sisteminin (ürək-damar) xəstəlikləri

    3. Sinir sisteminin xəstəlikləri

    4. Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsiri

    5. Həzm sisteminin xəstəlikləri

    6. Tənəffüs sisteminin xəstəlikləri

    7. Bəzi infeksion və parazitar xəstəliklər

    8. Perinatal dövrdə meydana çıxan bəzi hallar

    9. Sidik-cinsiyyət sisteminin xəstəlikləri

    10. Klinik və laborator müayinələrdə aşkar edilən simptomlar, əlamətlər və normadan kənaraçıxmalar

    Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-mart aylarında ölkədə 14 172 ölüm halı qeydə alınıb. Rəsmi statistikaya görə, bir il ərzində Bakıda 15 minə yazın ölüm halı baş verir.

  • В США мужчина осужден за передачу иранского оружия хуситам

    Департамент юстиции США объявил о признании гражданина Пакистана виновным в содействии передаче иранских ракетных частей группировке “Ансар Аллах” (хуситы).

    Об этом сообщает Median.Az со ссылкой на Telegram-канал “Свободный Иран”.

    Согласно информации, 49-летний Мухаммед Пехлеван был арестован в январе прошлого года после того, как Военно-морские силы (ВМС) США перехватили в Аравийском море судно без флага, перевозившее ракетные части и боеголовки.

    Было отмечено, что Пехлеван сотрудничал с двумя гражданами Ирана, связанными с Корпусом стражей исламской революции (КСИР) в перевозке оружия из Ирана в Йемен. Он был осужден по нескольким обвинениям, включая оказание финансовой поддержки хуситам и распространение иранского оружия массового поражения.

  • ABŞ-də İran silahlarını husilərə ötürən şəxs mühakimə olunub

    ABŞ Ədliyyə Departamenti bir pakistanlının İranın raket hissələrini “Ənsar Allah” qruplaşmasına (husilərə) ötürməyə yardım etməkdə təqsirli bilindiyini açıqlayıb.

    Bu barədə “Azad İran” “Telegram” kanalı xarici KİV-ə istinadən xəbər yayıb.

    Məlumata görə, 49 yaşlı Məhəmməd Pəhləvan ötən ilin yanvarında Ərəb dənizində raket hissələri və döyüş başlığı daşıyan bayraqsız bir gəminin ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən saxlanılmasından sonra həbs edilib.

    Bildirilib ki, Məhəmməd Pəhləvan İrandan Yəmənə silah daşımaq üçün SEPAH-a bağlı olan iki İran vətəndaşı ilə işləyib. O, husilərə maddi dəstək verməkdə və İranın kütləvi qırğın silahlarını yaymaq da daxil olmaqla bir çox ittihamlarla mühakimə olunub.

  • Sumqayıtda qadın meyiti aşkarlanıb

    Sumqayıtda 45 yaşlı qadının meyiti yaşadığı evdə aşkarlanıb.

    Hadisə 4-cü mikrorayon ərazisində qeydə alınıb.
    1980-ci il təvəllüdlü Quliyeva Gülnarə Bəhmən qızının meyiti yaşadığı evdə aşkarlanıb.
    Faktla bağlı araşdırma aparılır.
     
    //report

  • Azərbaycan XİN İsveçi Milli Günü münasibətilə təbrik edib

    Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsveçi Milli Günü münasibətilə təbrik edib.

    Median.az xəbər verir ki, XİN bununla bağlı “X” sosial media hesabında paylaşım edib