Month: June 2025

  • Komissiyası Paşinyanın feysbukdakı yazısı ilə bağlı araşdırmaya başlayıb

    Ermənistanın etika məsələlərinə də baxan Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Komissiyası ölkənin baş naziri Nikol Paşinyanın din xadimləri ilə bağlı nalayiq postu ilə bağlı araşdırmaya başlayıb.

    “Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə komissiyanın rəhbəri vəzifəsini icra edən Mariam Qalstyan bildirib.
    “Biz yazı dərc olunduğu gün öz təşəbbüsümüzlə işin araşdırılmasına başlamışıq”, – o qeyd edib.
    Qalstyan onu da bildirib ki, komissiya Paşinyanın bəyanatı ilə bağlı vəkil Ara Zöhrabyanın şikayətinə baxır və çox güman ki, iyunun 9-da prosesin başlanıb-başlamaması barədə qərar verəcək.
    Müvəqqəti komissiya rəhbərinin sözlərinə görə, Paşinyanın etik normaları pozduğuna dair qərar qəbul olunarsa, o zaman prosedura görə, o, ictimai şəkildə izahat verməli olacaq. Lakin komissiya prokurorluğa müraciət edə bilməz, çünki söhbət aşkar cinayətin əlamətlərindən yox, etik normaların pozulmasından gedir.
    Xatırladaq ki, mayın 29-da hökumətin iclasında Nikol Paşinyan erməni kilsələrinin zibillə dolu şkaflara bənzədiyini bildirmişdi. Ertəsi gün Paşinyan feysbuk səhifəsində arxiyepiskoplardan birini dayısının arvadı ilə cinsi əlaqədə olmaqda ittiham edib. Onun yazdıqlarının hərfi tərcüməsi ədəb hüdudlarını aşır.
    Daha sonra o, katolikosu subaylıq andını pozmaqda günahlandırıb və seçkilərdə dövlətin həlledici səsə malik olması və namizədlərin dürüstlük yoxlanışından keçməsi üçün Ermənistan Apostol Kilsəsənin rəhbərinin seçilməsi

  • Sürücülərin nəzərinə!

    Sabah hava şəraiti ilə əlaqədar bəzi avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
    Bildirilib ki, iyunun 7-də bəzi rayonlarda yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

  • Мерц: ФРГ будет зависеть от США еще продолжительное время

    Канцлер Германии Фридрих Мерц считает, что Германия еще долго будет зависеть от США.

    Как передает Median.Az со ссылкой на ТАСС, такое мнение он высказал, выступая в Берлине на конференции “День семейных предприятий”.

    “Хотим мы этого или нет: мы будем еще продолжительное время оставаться зависимыми от Соединенных Штатов Америки”, – сказал канцлер. В то же время Мерц указал на то, что якобы “многим не хватало руководящей роли Германии в последние годы”. “И так это было не только в последние три года [работы другого правительства ФРГ]”, – заметил он.

    “Объединение Германии было бы невозможно, если бы в те времена мы не пользовались безусловным доверием со стороны наших европейских соседей и партнеров, американцев и тогдашнего Советского Союза”, – сказал Мерц. По его мнению, это доверие ФРГ должна сейчас “заработать на международной арене”.

    Мерц 6 июня вернулся из Вашингтона, где 5 июня встретился президентом США Дональдом Трампом.

  • Fridrix Merts Almaniyanın ABŞ-dən asılılığından danışdı

    Almaniya kansleri Fridrix Merts Almaniyanın hələ uzun müddət ABŞ-dən asılı qalacağı qənaətindədir.

    Median.Az-ın TASS-a istinadən xəbərinə görə, o, Berlində “Ailə müəssisələri günü” konfransında çıxışı zamanı belə bir fikir səsləndirib.

    “İstəsək də, istəməsək də, biz uzun müddət ABŞ-dən asılı qalacağıq”, – deyə kansler bildirib.

    Eyni zamanda, Fridrix Merts bir çoxlarının son illərdə Almaniyanın liderliyi üçün darıxdıqlarına da diqqət çəkib.

    “Və bu, təkcə son üç ildə (digər Almaniya hökumətinin fəaliyyəti dövrü) belə deyildi”, – deyə o qeyd edib.

    “Əgər biz o vaxtlar avropalı qonşularımız və tərəfdaşlarımız, ABŞ-lilər və o zamankı Sovet İttifaqının qeyd-şərtsiz etimadından istifadə etməsəydik, Almaniyanın birləşdirilməsi mümkün olmazdı”, – deyə Merts əlavə edib.

    Onun fikrincə, Almaniya indi beynəlxalq arenada bu etimadı qazanmalıdır.

    Qeyd edək ki, Fridrix Merts iyunun 5-də ABŞ Prezidenti Donald Trampla görüşüb və iyunun 6-da Vaşinqtondan qayıdıb.

  • Azərbaycanda yeni tibb müəssisəsi tikilir – 18,5 milyon manata

    Bakı şəhəri, Sabunçu rayonunun Maştağa qəsəbəsində İxtisaslaşmış Narkoloji Tibb Müəssisəsinin ikinci mərhələsi üzrə tikinti işləri aparılacaq.

    Median.Az “Trend”ə istinadən xəbər verir ki, bununla bağlı Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələrinin Müdiriyyətində bir neçə ay öncə müvafiq tədbirlərə start verilsə də, prosesin icrasına hələ də başlanılmayıb.

    Belə ki, qurum hələ tikinti işlərini aparacaq şirkəti müəyyənləşdirə bilməyib. Buna baxmayaraq, yenidən müvafiq tender elan edilib.

    Dövlət xidməti görüləcək işlərin 18522080 manata başa gələcəyini proqnozlaşdırıb.

    Qeyd edək ki, müəssisənin birinci mərhələ üzrə tikintisinə 2023-cü ilin sonlarında start verilib.

  • İsrail ərəbəsilli vətəndaşını İrana casusluqda ittiham edib

    İsrail Prokurorluğu Şərqi Qüdsdə yaşayan ərəbəsilli İsrail vətəndaşını İranın kəşfiyyat agenti ilə əlaqə saxlamaqda və onun üçün casusluq missiyaları yerinə yetirməkdə ittiham edib.

    Bu barədə “Azad İran” “Telegram” kanalı xarici KİV-ə istinadən məlumat yayıb.

    Məlumata görə, 30 yaşlı Rəcəb Salah adlı İsrail vətəndaşı özünü İranın təhlükəsizlik xidmətinin nümayəndəsi kimi təqdim edən şəxslə əlaqə saxlamaqda və pul müqabilində strateji yerlərin çəkilişi, avadanlıqların gizlədilməsi kimi tapşırıqları yerinə yetirməkdə ittiham olunur.

    Qeyd olunub ki, Saleh həbsdən və ailəsi qarşısında məsuliyyətdən narahat olduğu üçün bəzi təklifləri rədd edib.

  • Magistr imtahanında ən yüksək bal toplayan tələbələr

    Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına keçirilmiş qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar üzrə nəticələrini elan edib.

    İmtahanların nəticələrinə görə, ən yüksək bal toplayan iki tələbənin adı məlum olub.

    Bakı Ali Neft Məktəbinin tələbəsi Fidan Babayeva 97.5 bal toplayaraq ölkə birincisi olub.

    Həmçinin Bakı Ali Neft Məktəbinin digər tələbəsi Nicat Əliyev 95.5 bal toplayaraq ölkə birincisi olub.

  • Житель Товуза поджег свой дом

    Психически больной житель города Товуз поджег свой дом.

    Как сообщает Oxu.Az, страдающий врожденным психическим заболеванием гражданин поссорился с членами семьи в своем доме. Во время конфликта он облил дом легковоспламеняющимся веществом и поджег его.

    На место происшествия прибыли сотрудники Министерства по чрезвычайным ситуациям, которые не допустили распространения пожара.

    По данному факту ведется расследование.

  • Tovuz sakini yaşadığı evi yandırdı

    Tovuz şəhərində ruhi xəstə yaşadığı evi yandırıb.

    Şəhər sakini, anadangəlmə ruhi əsəb xəstəsi yaşadığı evdə ailə üzvləri ilə mübahisə edib. Mübahisə zamanı o, evə tezalışan maddə tökərək od vurub.

    Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəliblər, yanğının genişlənməsinin qarşısı alınıb.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az

  • Azərbaycanın Türkiyədən geyim idxalına çəkdiyi xərcləri AÇIQLANDI

    Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyədən 20,09 milyon ABŞ dolları dəyərində geyim idxal edib.

    Median.Az Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 22,5 % azdır.

    Təkcə mayda Türkiyə Azərbaycana 4,525 milyon ABŞ dolları dəyərində geyim ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 14,7 % azdır.

    5 ayda Türkiyənin geyim ixracının ümumi dəyəri illik müqayisədə 6,3 % azalaraq 6,929 milyard ABŞ dollarına, mayda isə 7,3 % azalaraq 1,52 milyard ABŞ dollarına enib.//report